Həbsxanalarında yer çatışmazlığı səbəbindən Böyük Britaniya məhbusları Estoniyaya göndərməyi düşünür.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, “nazirlər tərəfindən Britaniyada həbsxanaların həddindən artıq sıxlığı böhranını həll etmək üçün nəzərdə tutulan planların bir hissəsi kimi” cinayətkarlar cəzalarını Estoniya həbsxanalarında çəkməyə başlaya bilərlər. Bu, Böyük Britaniya xəzinəsi üçün sərfəlidir: İngiltərə və Uelsdə indi bir məhbusun saxlanması ildə 50 min funt-sterlinqə başa gəlir, Baltikyanı ölkələrdə isə bu, ildə 10 min funt-sterlinqdən 20 min funt-sterlinqə qədər xərclənəcək. Britaniyada yeni həbsxanaların tikintisi də ucuz başa gəlmir və bir məhbus üçün 600 min funt sterlinq qiymətləndirilir.
İlk dəfə belə bir təşəbbüs 2023-cü ilin payızında Rişi Sunakın başçılıq etdiyi mühafizəkarların hakimiyyətdə olduğu dövrdə məlum olub. Bildirilib ki, Böyük Britaniya hökuməti bu məsələ ilə bağlı Estoniya və bir sıra digər Avropa ölkələri ilə danışıqlar aparır.
Britaniya İmperiyasının tarixində oxşar təcrübələr artıq mövcud idi: məsələn, 18-19-cu əsrlərdə Britaniya məhkumları cəzalarını Avstraliyada çəkmək üçün kütləvi surətdə sürgün edilirdilər.
İyulun 8-də bildirildi ki, həbsxanalardakı kritik sıxlıq səbəbindən Böyük Britaniyanın Baş naziri Starmer 40 min məhbusu azad etmək niyyətindədir. Cinsi zorakılıq və ya terrorla əlaqəli olmayan cinayətlərə görə həbs edilənlərin azadlığa buraxılması planlaşdırılırdı.
E.ŞİRİNOV