Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Tezadlar.az-ın xəbərinə görə, müraciətdə bildirilib ki, Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlardan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.
R.XUDATQIZI