Son bir neçə gündə Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının Seversk şəhəri yaxınlığında irəliləyiblər ki, bu da onlara istifadə etdikləri silahların çeşidini artırmağa imkan verəcək.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.
“Qoşunlarımız Seversk yaşayış məntəqəsi istiqamətində neçə gün ərzində irəlilədilər. Bununla da düşmənlə irəli mövqelərimiz arasında mövqelərarası məsafə azaldı”, - o deyib.
Maroçkonun sözlərinə görə, bu yolla Rusiya hərbçiləri düşmənə “təzyiqini artıra” və “istifadə edilən silahların çeşidini artıra” biləcəklər.
E.ŞİRİNOV