İvano-Frankivsk şəhərinin meri Ruslan Martsinkiv sakinlərin çoxunun rus dilində danışması səbəbindən şəhərdə “dil patrulları” təşkil etmək zərurətini elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RBC” yazır.

“Təəssüf ki, şəhərimizdə rus dili daha çox yayılıb. Bu da dövlətimizin problemidir”, - deyə o qeyd edib.

Eyni zamanda, Martsinkiv hər hansı təfərrüat açıqlamayıb, təşəbbüs barədə sonra danışacağını qeyd edib.

Qeyd edək ki, Ukraynada rus dilinə qarşı mübarizə bir neçə ildir davam edir. Hələ 2019-cu ilin mayında Ukraynanın o vaxtkı prezidenti Pyotr Poroşenko “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanunu imzalayıb, ona görə də Ukrayna dili həyatın demək olar ki, bütün sahələrində istifadə olunmalıdır. 2021-ci il yanvarın 16-dan isə xidmət sektorunun işçilərindən müştərilərlə ukraynaca və yalnız ziyarətçinin istəyi ilə istənilən digər dillərdə danışması tələb olundu.

Eyni zamanda, 2023-cü ildə o vaxt Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini postunu tutan Olqa Stefanişina ölkədə rus milli azlığının olmadığını bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN