ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vaşinqtonda keçirilən İsrail-Amerika Şurasının (İAŞ) sammiti zamanı HƏMAS əsarətindən azad edilmiş Rusiya vətəndaşı Andrey Kozlovu qucaqlayıb.

Tezadlar.az xəbər verir ki, tədbir YouTube-da yayımlanıb.

“Andrey səkkiz aylıq dəhşətli girovluqdan sonra İsrail hərbçiləri tərəfindən xilas edildi. Onun məndən daha çox cəsarəti var” - deyən siyasətçi - “yaxşı göründüyünü” əlavə edib.

O, rusiyalını səhnəyə dəvət edib, bundan sonra onu qucaqlayıb və əlini sıxıb.

“Mən bir az utanıram. Bu qayğıya görə çox sağ olun və mən bunu sonsuz yüksək qiymətləndirirəm”, - Kozlov bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülən rusiyalı Aleksandr Lobanovun dul xanımı Mixal İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən imtina edib. Siyasətçi sentyabrın 3-də ailəyə baş çəksə də, həyat yoldaşı onu görməkdən imtina edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN