Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın paytaxtı Kiyevə rəsmi səfərə gəlib.

Tezadlar.az bildirir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Mən bura Avropa dəstəyini müzakirə etmək üçün gəlmişəm. Qış hazırlığından müdafiə, ilhaq və G7-dən kreditlərin alınmasında irəliləyişlərə qədər”, - o yazır.

Avropa Komissiyasının rəhbəri fon der Leyen Ukraynanın enerji təhlükəsizliyini müzakirə etmək üçün Ukrayna lideri Vladimir Zelenski ilə görüş təyin edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN