Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donetsk Xalq Respublikasının (DXR) Qorlovka şəhərinə hücumları nəticəsində yaralanan mülki şəxslərin sayı 7 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə şəhər dairəsinin rəhbəri İvan Prixodko bildirib.

“Yenilənmiş məlumatlara görə, Ukraynanın silahlı təcavüzü nəticəsində Qorlovka şəhər rayonunun Dzerjinsk şəhərindən daha iki mülki şəxs yaralanıb. "Komsomolets" yaşayış massivinin (Qorlovkanın Nikitovski rayonu) ukraynalı terrorçuların mövqelərindən atəşə tutulması nəticəsində 2016-cı il təvəllüdlü qız yaralanıb”, - Prixodko Telegram kanalında yazıb.

Bundan əvvəl o, Qorlovkada “Komsomolets” yaşayış massivinin atəşə tutulması zamanı bir mülki şəxsin, Dzerjinskdə daha üç nəfərin yaralandığını bildirmişdi. “Komsomolets” yaşayış massivində mərminin birbaşa vurulması nəticəsində evə ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN