Rusiyanın Petrozavodsk şəhərində (Kareliya Respublikası) Lunaçarski küçəsindəki beşmərtəbəli binada məişət qazının partlaması zamanı 4 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlar qaz-hava qarışığının partlaması nəticəsində daxili divarın uçması nəticəsində xəsarət alıblar.

Tezadlar.az “Rossiyskaya qazeta”-ya istinadən xəbər verir ki, Kareliyanın səhiyyə naziri Mixail Oxlopkovun sözlərinə görə, bir nəfər reanimasiyadadır, o, ağır yanıq xəsarətləri alıb. Bir qadın da çoxsaylı şüşə kəsikləri ilə xəstəxanadadır. Digər sakin sıyrıqlardan əziyyət çəkib; həkimlər də onun beyin silkələnməsindən şübhələnirlər. Dördüncü qurbanda çoxsaylı qançırlar var. Ölənlər yoxdur.

“Rossiyskaya qazeta” daha əvvəl xəbər verib ki, dünən saat 22:30-da qaz partlayışı baş verib. İki mənzilə ciddi ziyan dəyib.

Petrozavodsk şəhər dairəsi administrasiyasının rəhbəri İnna Kolıxmatovanın sözlərinə görə, fövqəladə hadisə yerinə operativ qərargah yerləşdirilib. Xilasedicilər, qəza və əməliyyat xidmətləri işlərini davam etdirirlər. Hakimiyyət fövqəladə vəziyyət elan edib.

Zərərçəkmiş evin sakinləri üçün yaxınlıqdakı məktəb və yataqxanada müvəqqəti yaşayış mərkəzi açılıb. Binanın özü polis mühafizəsi altındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN