Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqları ilə bağlı xəbərlər bütün dünya nəşrlərinin üz qabığında yer alıb.

Demək olar ki, Moskvaya açıq düşmən münasibət bəsləyən Qərb KİV-ləri, məsələn, Britaniyanın “The Telegraph” qəzeti Moskvanın qalib gəldiyini, indi dünyada Ukraynanın taleyi ilə bağlı bütün qərarları verəcək yalnız iki liderin – Putin və Trampın olduğunu acı bir şəkildə bildirir. Və Kiyevin, bütün Avropa İttifaqının və Böyük Britaniyanın fikri arxa plana keçib.

“Politico” və BBC də ABŞ-ın bütün müttəfiqlərinin kənarda qalmasından və bunun Avropanı şoka salmasından yazır. Qeyd olunur ki, Ukrayna nizamlanma prosesində artıq heç bir rol oynamır.

Qeyd edək ki, Putin və Tramp fevralın 12-də 90 dəqiqəlik telefon danışığı aparıblar. Görüş zamanı prezidentlər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini, Moskva ilə Vaşinqton arasında iqtisadi əlaqələri, Yaxın Şərqdəki münaqişənin həllini və İranın nüvə proqramını müzakirə ediblər. Bundan əlavə, Putin Trampı Moskvaya səfərə dəvət edib.

Sonradan məlum olub ki, ABŞ prezidenti Rusiya lideri ilə Səudiyyə Ərəbistanında görüş keçirmək niyyətindədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN