Qətər və Rusiya uşaq ombudsmanının vasitəçiliyi ilə iki uşaq Ukraynadan Rusiyaya qayıdıb.
Ailənin qovuşması Qətərin Moskvadakı səfirliyində ölkənin səfiri Əhməd bin Nasser bin Casim Al Tani və Rusiya prezidentinin uşaq hüquqları üzrə komissarının nümayəndəsi Mariya Lvova-Belovanın köməyi ilə baş tutub.
Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.
Ukraynada yaşayan 12 yaşlı iki bacı Rusiyada analarına qovuşub.
E.ŞİRİNOV