Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Rəsul Yusifbəyli çıxış edərək bildirib ki, R. Quliyevə qədər bu işlə bağlı başqa şəxslərin barəsində cinayət işi başlanılmalı idi.

“Onlar məsuliyyətə cəlb olunandan sonra Rasim Quliyevə iş gəlib çatardı. Çünki Rasim Quliyev hazır sənədə qol çəkib. Artıq söküntü və tikinti işləri ilə bağlı müxtəlif dövlət strukturlarının rəyləri vardı. Həmin rəylərlə tikintiyə razılıq verilmişdi. Bu ittihamların heç biri Rasim Quliyev tərəfindən törədilməyib. Bu səbəbdən onun barəsində bəraət hökmünün çıxarılmasını tələb edirik”, - deyə vəkil vurğulayıb.

Daha sonra R. Quliyevin digər vəkili Ədalət Mövlayev replika hüququndan istifadə edərək çıxış edib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov yerli icra hakimiyyətləri haqqında Əsasnamənin tələblərini pozaraq 2017-ci ilin oktyabrında Rasim Quliyevi icra başçısının müavini səlahiyyətlərini müvəqqəti icra etməsinə dair sərəncam verib: “Bu, qanuna ziddir. Belə olan halda isə istintaqı aparan istintaq orqanı qeyri-qanuni olaraq Hacıbala Abutalıbovun sərəncamını sübut kimi qiymətləndirib. Ona görə də qeyri-qanuni olaraq qəbul edilən bu sərəncam sübut növü kimi sayıla bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Belə olan halda Rasim Quliyevə elan edilmiş ittiham heç bir qanuni qüvvəyə malik olmur”.

Qeyd edək ki, Rasim Quliyev son söz demək üçün məhkəmədən vaxt istəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN