Vətən müharibəsi iştirakçısı, Bərdə rayon Yenidaşkənd kənd sakini Qayıbov İnqilab Ələsgər oğlu çoxsaylı müraciətlərinə baxmayaraq, ona əlillik dərəcəsinin təyin olunmadığını deyir.

Məsələ ilə əlaqədar mətbuata müraciət edən qazi bildirir ki, hazırda Tərtər rayonunda yaşayır.

İ.Qayıbov qeyd edir ki, 2016-cı ildən "N" saylı motoatıcı briqadanın kəşfiyyat bölüyündə müddətdən artıq hərbi qulluqçu olaraq kəşfiyyatçı-snayper vəzifəsində xidmət edib. 09.27.2020-ci ildə Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlər zamanı 481 yüksəkliyində ağır yaralanıb: "Vətən müharibsəndən 1 il keçməsinə baxmayaraq, maaşım kəsilib, işsizəm, maddi durumum aşağıdır. Tək istəyim mənə düşən əlillik qrupu ilə təmin olunmağımdır".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə məsələnin araşdırılacağı və məlumat veriləcəyi bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN