Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbərə görə, təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN