Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 32 ərazini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib

Onun sözlərinə görə, ötən gecə ərzində Sumı vilayətinin Şpilevka rayonu ərazisində

S-300 zenit-raket kompleksinin iki buraxılış qurğusu və radiolakasiya postu məhv edilib.

“Rusiya hava hücumundan müdafiə sistemləri Donetskin Novotroitskoye, Vladimirovka, Petrovskoye, Luqanskoye, Epifanovka, Kudryaşovka, Luqanskın Verxnyaya Duvanka, Çkalovskoye yaşayış məntəqəsi üzərində gecə saatlarında Ukraynaya məxsus 15 pilotsuz uçuş aparatını vurub. Bundan əlavə, Xerson vilayətinin Stepnoe yaşayış məntəqəsi yaxınlığında “Toçka-U” taktiki raket vurulub”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkilər barədə də danışıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan Ukrayna Silahlı Qüvvələrinin 165 təyyarə, 125 helikopter, 879 pilotsuz uçuş aparatı, 306 zenit-raket kompleksi, 3098 tank və digər zirehli döyüş maşını, 381 reaktiv yaylım atəşi sistemi, 1525 səhra artilleriya qurğusu və minaatan, 2934 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN