Rusiyalı deputat: "...Siyasi kompromislikdir"

ABŞ və Almaniya “Şimal Axını - 2” boru kəməri layihəsinin tamamlanmasına imkan verən razılaşmaya gəliblər. Razılaşmaya görə,  ABŞ və Almaniya Rusiyanın "Şimal Axını -2" boru kəmərindən siyasi silah kimi istifadə etmək cəhdinin qarşısını alacaqlar. Açıqlamada ABŞ və Almaniyanın Ukraynanın enerji qaynaqlarını genişləndirməsi üçün 1 milyard dollarlıq fondu dəstəkləyəcəkləri və ilkin olaraq Almaniyanın 175 milyon dollarlıq qrant verəcəyi vurğulanıb.

Rusiya Dövlət Dumasının deputatı Sergey Jeleznyak isə ABŞ və Almaniya arasındakı  "Şimal axını - 2" ilə bağlı razılaşmanı siyasi kompromislik  adlandırıb.

Deputatın sözlərinə görə,  Vaşinqton ilə Berlin arasındakı " Şimal axını -2 "ilə bağlı razılaşma, artıq vəzifəsindən gedən kansler  Merkel və prezident  Bayden arasında Ukraynanın Rusiyaya təsir gücünü qorumaq üçün bir vasitə - siyasi kompromislikdir.

O, bildirib ki,  ABŞ bir tərəfdən layihə ilə bağlı narazı olsa da, amma layihənin tamamlanmasının qaçılmaz olduğunu görür, digər tərəfdən isə  Avropadakı vəziyyətə nəzarət etmək üsulunu da qorumaq istəyir - xüsusən də Rusiya ilə bağlı münasibətlərdə...

Qeyd edək ki, ümumi dəyəri 10 milyard avro olacağı gözlənilən "Şimal Axını- 2" boru kəməri layihəsi ilə ildə 55 milyard kubmetr Rusiya qazının Baltik dənizi vasitəsilə Almaniyaya göndərilməsi planlaşdırılır.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN