...Deyəsən, bu yay mövsümü Gürcüstanda avtomobil sahiblərinə baha başa gələcək.

Təəccüblü də olsa, Gürcüstanda yanacağın qiyməti tarixin ən yüksək səviyyəsinə qalxıb. Pandemiyadan əziyyət çəkən ölkədə bu hal heç də ürəkaçan deyil. Bu barədə neft idxalçılarının hesablamalarında bildirilir. Məlumata əsasən, son həftələrdə milli valyuta olan larinin öz stabilliyini qoruması, yanacağın qiymətini də müəyyən qədər tənzimləyib. Ancaq, neftin import qiymətlərinin gələcəkdə də artacağı gözlənildiyi üçün, yanacağın qiymətinə də təsir göstərdiyi bildirilir. Yanacağın qiymətinin artması isə müxtəlif sahələrə, həmçinin yük daşımalarına öz mənfi təsirini göstərir. Məlumata əsasən, 2017-ci ildə 1 ton benzin tipli yanacaq üçün aksiz vergisi 250 laridən 500 lariyədək, dizel üçün isə 150 laridən 400 lariyədək artıb. Bu isə təqribi olaraq 1 litir yanacağın qiymətinin 25 tetri artmasından xəbər verir. Cari ildə isə yanacağın qiymətinin 60-65 tetri yenidən arta biləcəyi bildirilir. Ekspertlər hesab edirlər ki, buna səbəb yanacağa tətbiq edilən yüksək aksiz vergisidir və bunun qarşısını almaq üçün, sözügedən vergini azaltmaq lazımdır.

Qeyd edək ki, 2020-ci ildən panidemiya səbəbi ilə neftin qiymətində ciddi eniş qeydə alındı. Tarixdə ilk dəfə olaraq, Brend markali neftin qiyməti 73% aşağı düşdü. 2021-ci ildə isə iqtisadi həyatın dirçəlməsi ilə birlikdə neftin qiymətində 35%-dək artım müşahidə edilir.

Gürcüstanın iqtisadçı ekspertləri isə Azərbaycana güvənirlər və inanırlar ki, dost Azərbaycan kömək əlini uzadacaq, benzin krizisinin davamlı olmasının qarşısı alınacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN