"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gürok Group" şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının

tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

TEZADLAR.AZ xəbər verir ki, bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

"Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir", - nazir əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN