Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsinin nəticələrini açıqlayıb.

TEZADLAR.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında 14 xidmət üzrə ən yüksək göstəriciyə (92,38 faiz) malik olmaqla növbəti dəfə birinci yeri tutub.

Qiymətləndirmənin nəticələrinə dair təqdimat keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, icra hakimiyyəti orqanlarının nümayəndələri, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər. 

Nəticələr açıqlandıqdan sonra qiymətləndirmədə ən yüksək göstəriciləri olan qurumlar mükafatlandırılıb. 

2019-2020-ci il üzrə qiymətləndirmədə 64,40 faizlik nəticə ilə 5-ci yeri tutan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu nəticəni ildən-ilə artırmaqla 2020-2021-ci il üzrə qiymətləndirmədə 79,65 faiz nəticə ilə ikinci yerə, 2022-ci il üzrə qiymətləndirmədə isə 88,48 faiz nəticə ilə birinci yerə nail olub. 

“ASAN xidmət indeksi” üzrə 2023-cü il qiymətləndirməsində də Nazirlik 92,38 faiz nəticə ilə birinciliyini qoruyub saxlayıb. 

Beləliklə, 2019-cu ildəki qiymətləndirmədə 5,15 faizlik nəticə ilə 20-ci yerdə qərarlaşmış Nazirlik son illərdə xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar əldə edərək ön cərgəyə çıxmaqla, xüsusilə son iki ildəki qiymətləndirmələrdə birinci olub.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qiymətləndirmədəki növbəti ən yüksək nəticəsi qiymətləndirmənin əhatə etdiyi parametrlər (xidmət barədə məlumatlandırma və xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, informasiya ehtiyatlarının elektronlaşdırılması və digər qurumların sistemlərinə inteqrasiya, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi, vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi və s.) üzrə Nazirlik tərəfindən son illərdə həyata keçirilmiş sistemli və məqsədəuyğun islahatların uğurlu nəticəsidir.

Qeyd edək ki, qiymətləndirmədə 23 mərkəzi icra hakimiyyəti orqanının 208 xidməti, 15 yerli icra hakimiyyəti orqanının 170 xidməti və 9 hüquqi şəxsin 60 xidməti daxil olmaqla, ümumilikdə 438 xidmət əhatə olunub. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN