Azərbaycanla Gürcüstan arasında tarixi münasibətlər Ermənistana nümunə və dərs olmalıdır...
Sübut: "Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulan, xalqlar və hökumətlər arasında mövcud əlaqələr bu gün də uğurla və yeni şövqlə inkişaf edir", -deyən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda tarixi dostluğu və inamı ifadə edib. Baş nazir məktubunda əlavə edir: "Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu. Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq".
Bəli, Ermənistan tarixi düşmənçiliyindən, Gürcüstan isə tarixi dostluğundan qalmır. Zaman və dünya isə sonuncunun tərəfindədir...
A.Məmmədlidir