Müdafiə Nazirliyinin məlumatına görə, bu gün gecə saatlarında Ermənistan Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasının mövqeləri atəşə tutulub. Əksər ekspertlər bu təxribatın yalnız Ermənistana sərf etdiyi qənaətindədirlər. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi bu gün Paşinyanın mövqeyini göstərir və o, bununla da erməni cəmiyyətinə bildirir ki, onun üçün münaqişə həll olunmayıb və revanş ümidləri var. Bu barədə "Moskva-Bakı" portalına müsahibəsində Rusiya beynəlxalq məsələlər üzrə Şurasının eksperti Aleksey Fenenko bildirib.
-Ermənistan-Azərbaycan sərhədində gərginlik niyə azalmır?
-Bu gün Ermənistan-Azərbaycan sərhədində gərginlik bir səbəbdən baş verir. Paşinyan seçkilərdə qələbədən sonra erməni cəmiyyətinə nümayiş etdirməlidir ki, onun üçün münaqişə həll olunmayıbdır. O, erməni cəmiyyəti üçün qisas ümidinin mövcud olduğunu göstərmək istəyir və bu, Paşinyanın özü ilə bağlıdır. Bu gün o, erməni cəmiyyətinə elə bir mesaj verir ki, ikinci Qarabağ müharibəsində erməni mövqelərinin təslim edilməsi onun tərəfindən sadəcə incə, hiyləgər və taktiki gediş idi. Əslinə qalsa, Paşinyan iki qarşılıqlı eksklüziv öhdəliyə malik seçkidən sonra yeni hakimiyyətə gəldi. O, ilk öhdəliyi Rusiyaya və Azərbaycana verdi ki, sülhü dəstəkləyəcəkdir. İkincisi, o, cəmiyyətə bildirib ki, bu, yalnız müvəqqəti barışıqdır və o, qərbin köməyi ilə bu bölgələri geri ala biləcəkdir. İndi o hər kəsə güya nə isə etdiyini göstərir. Onun mesajı məhz bundan ibarətdir.
- Rusiya və Fransa bu mesaja hansı reaksiyanı verə bilərlər?
- Düşünürəm ki, buna qarşı Rusiya tərəfindən Sazişi yerinə yetirmək üçün Paşinyana təzyiq etmək kimi yalnız bir cavab ola bilər. Rusiyanın başqa reaksiyası olmayacaq. Amma Fransa ona təzyiq göstərməyəcək. Çünki Paşinyanın antirusiya ritorikası NATO üzvü kimi Fransa üçün çox sərfəlidir.
-Ermənistan-Azərbaycan sərhədində gərginlik azalmasa, hadisələrin inkişaf ssenarisi necə ola bilər?
- Düşünürəm ki, yaxın zamanlarda Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağı davam etdirməyəcək. Çünki Paşinyan yaxşı başa düşür ki, əgər yeni hərbi münaqişə başlanarsa, o, Ermənistanın xeyrinə olmayacaq. Hazırkı hərbi potensial və qüvvələr nisbəti ilə münaqişəni başlamağın mənası yoxdur. Çünki bu, Ermənistanın aşkar və zəmanətli məğlubiyyəti, artıq Qarabağın qalıqlarının itirilməsi olacaq.
- Onda Paşinyan Qarabağın statusu ilə bağlı Azərbaycan üçün bağlı məsələni yenidən niyə qaldırır?
- Bir şey etdiyini göstərmək üçün. Bununla o deyir ki, siz məni dünyanın qarantı seçmisiniz, mən hansısa sülh prosesini edirəm və işə başlamağa hazıram. Lakin o, bütün bunları sonsuz bürokratik süründürməçilikdə boğmağa çalışacaq. Əlbəttə, onun bununla 9 noyabr 2020-ci ildə bağlanmış sazişi yenidən formatlaşdırmaq niyyətində olduğunu güman etmək olar. Amma sual yaranır-nəyi yenidən formatlaşdırmaq istəyir? Qarabağın müəyyən ərazilərində ermənilər yaşayır və və əgər o hər şeyi uzatmağa çalışsa, o zaman o ərziləri də itirəcək. Mövcud müqaviləni necə yenidən qurmaq olar?
- Status məsələsini dondurmaq cəhdi ilə...
- O, əlbəttə ki, statusu dondurmağa çalışacaq. Hətta bu prosesi bir neçə il müddətinə diskussiyaya apara bilər. Və o, bütün bunları etməyə çalışacaq. Amma məsələ başqa cürdür. Bu gün Rusiya birmənalı olaraq bu münaqişəyə müdaxilə etməyəcək və üstəlik, antirusiya mövqelərindən açıq şəkildə çıxış edən Paşinyanı dəstəkləməyəcəkdir.
Tərcümə etdi: Şakir QURBANOV