"2012-ci ilədək cəzaçəkmə müəssisələrində işgəncə, qeyri-insani vəziyyət hökm sürürdü".

Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri baş nazir İrakli Qaribvaşvili, Ədliyyə Nazirliyinin 10 illik planının təqdimatı zamanı deyib. Onun sözlərinə görə bu vəziyyət "Gürcü Arzusu" hakimiyyətə gəldikdən sonra, qaydasına salınıb: "Qısa olaraq deyə bilərəm ki, 2012-ci ildə biz hakimiyyətə gəldik, bizim hakimiyyətin əsas məqsədi cəzaçəkmə müəssisələrində olan vəziyyətlə bağlı islahatlar aparmaq idi. Həmin vaxta qədər orada işgəncə, qeyri-insani vəziyyət hökum sürürdü. Biz 2012-ci ildə hakimiyyətə gələrək bu vəziyyəti aradan qaldırdıq. Bu gün həqiqətən həbsxanalarda nümunəvi vəziyyət hökum sürür. Bütün dünya və Avropa üzrə inkişaf etmiş və nümunə ölkələrdən biriyik", - deyə Baş nazir İ. Qaribaşvili bildirib.

***

Xatırladaq ki, həmin dövrdə Gürcüstanın daxili işlər naziri istefa vermişdi. İstefa ərizəsində  Baço Axaliya bildirmişdi ki, bir necə ildir islah müəssisələrinə rəhbərlik etmir. Lakin onun dövründə bu sistemə gələn məsul şəxslər həbsxanalarda məhkumlarla qeyri-insani rəftar və zorakılıq hallarının baş verməməsi üçün əlindən gələni etməli idilər: “Bununla bağlı mən mənəvi və siyasi məsuliyyəti hiss edərək prezidentə istefa ərizəsi isə müraciət etmişəm”. 

O zaman Gürcüstan prezidenti xalq müdafiəçisi Georgi Tuquşini cəzaların icrası, hüquqi yardım və probasiya naziri vəzifəsinə təyin edilmişdi və M. Saakaşvili cəzaçəkmə sisteminin tamamilə yenidən qurulmasına qərar verdiklərini açıqlamışdı.
Ə
vvəlki nazir Xatuna Kalmaxelidze isə Qldani həbsxanasında məhkumlarla qeyri-insani rəftar və işgəncə hallarının üzə çıxmasından sonra istefa vermişdi...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN