Fox News-un məlumatına görə, taliblər Əfqanıstanda Qərb dünyası ilə əlaqəli olan rəsmləri boyayıblar.
Kabildə boyanan rəsmlər arasında 2020-ci ildə ABŞ -da polis tərəfindən öldürülən afroamerikalı Corc Floydun portreti də yer alıb.
Divar rəsmlərinin həm Əfqanıstanın paytaxtında, həm də ölkənin digər yerlərində boya ilə örtüldüyü qeyd olunur. Xüsusilə, əfqan fəallarından olan Omaid Şərifinin rəhbərlik etdiyi “ArtLords” yaradıcı qrupunun əsərlərini. “ArtLords” rəssamları Corc Floydun öldürülməsi, ABŞ ilə Taliban arasında 2020 -ci il Doha müqaviləsi də daxil olmaqla, son on ilin əlamətdar hadisələrini özündə əks etdirən bir çox graffiti yaradıblar.
Artıq qərb dünyası ilə əlaqəli qraffiti üzərində “Taliban” ideologiyasını dəstəkləmək üçün yazılar hazırladığı vurğulanır.
Xatırladaq ki, “Taliban” avqustun 15-də Kabili işğal etdi və Əfqanıstan taliblərin hakimiyyəti altına keçdi. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlandı. Ona rəhbərliyi isə “Taliban”ın ilk hakimiyyəti dövründə xarici işlər naziri işləmiş və BMT sanksiyaları altında olan Molla Məhəmməd Həsən Axund edəcək.
Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi Entoni Blinken “TOLOnews” telekanalına müsahibəsində, Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani ilə ölkəni tərk etməzdən bir gün əvvəl danışdığını və onun “Taliban”la ölənə qədər mübarizə aparmağa hazır olduğunu bildirdiyini söyləmişdi. Blinken Qani ilə söhbətindən 24 saat keçməmiş onun BƏƏ-yə qaçdığını vurğulamışdı. O, Qaninin ölkədən qaçması barədə planlarından xəbərsiz olduğunu bildirmişdi.
Əşrəf Qani isə, bu qərarını Kabili və onun 6 milyon sakinini xilas etmək istəməsi ilə əlaqələndirib...
Y.MƏMMƏDLİ