"Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqviləsinin bağlanması istiqamətində heç bir danışıq aparılmır. Hazırda davam edən proseslər bunu qeyd etməyə əsas var. Çünki Ermənistan tərəfi buna hazır deyil. Bunun da əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir".

Bunu deyən politoloq  Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinnin detalları onda müzakirə edilə bilər ki, Türkiyə Ermənistan sərhədləri açılır və Kremlin Yerevana təzyiqləri neytrallaşır. Belə olmadıqda Azərbaycan və Ermənistan arasında hər hansı bir sülh müzakirələrindən danışmaq tezdir: "Qeyd edim ki, Ermənistan tərəfi status məsələsi deyib durub, həmçinin Azərbaycan ərazisində etnik ermənilərin yaşadığı ərazilərdə Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir.  Və silahlı erməni birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır. Əgər Ermənistan tərəfi hazrkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər. Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur. Əgər silahlı erməni birləşməşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Türkiyə-Azərbaycan arasında hərbi təlimlər buna əsaslanır. Moskvada Qarabağda baş verənlərin onun mövqelərinə mənfi təsir etdiyinin fərqindədir.  Ermənistanla Azərbaycan arasında elə ciddi problemlər var ki, bu problemi üç ay ərzində sülh danışıqları ilə həll etmək olmayacaq və buna Yerevan da hazır deyil. Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrindən söhbət gedə bilsin. Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada N.Paşinyan və prezident İlham Əliyev V.Putinin vasitəçliyi ilə bir araya gələ bilər. Moskvanın da Azərbaycandan tələbi budur ki, Ermənistanla sülh lazımsa, Türkiyə ilə məsafə saxla. Amma Azərbaycan nəinki məsafə, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN