BAKIDA İÇMƏLİ SUDAN QANUNSUZ İSTİFADƏ HALLARI AŞKARLANDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən Suraxanı rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib. Sudan qanunsuz istifadə hallarının aşkarkanması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.