Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 151 min 517 nəfər təşkil edib.

Pin It

Ağdamdan məcburi köçkün, üç qız atası Tahir Allahverdiyev dövlət başçısından kömək istəyir

"Təzadlar"a Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yaşayan Ağdam rayonundan məcburi köçkün Allahverdiyev Tahir Şahmalı oğlunun Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

İlk növbədə bildirmək istəyirəm ki, Sizi xoşbəxt gələcəyimizin təminatçısı və işıqlı sabahımızın nuru kimi qəbul edirik. O nur ki, indi doğma Qarabağımızın üzərindən şəfəq saçır və ev-eşiyindən didərgin düşmüş bir milyona yaxın insanın qəlbində qalibiyyət məşəlinə çevrilib. Bütün bunlarla yanaşı, Sizin apardığınız daxili və xarici siyasət haqqında danışmaq üçün həmin sətirləri bir neçə vərəqə sığışdırmaq mümkün deyil və hesab edirəm ki, bu haqda görkəmli tarixçilər tərəfindən həmin fikirləri özündə əks etdirən qalın kitablar yazılır və bundan sonra da qazanılan uğurlar haqqında  geniş şəkildə yazılmaqda davam edəcək. Bir sözlə, Siz bizim qəlbimizdə əbədi kök salan prezidentimiz və bütün qəhrəmanlıq obrazlarını özündə cəmləşdirən dahi sərkərdəmizsiniz - 30 ildən çox taleyimizə yazılan Qarabağ acısına son qoyan bənzərsiz zəka sahibi...

Hörmətli cənab Prezident!

İnanırıq ki, yaxın illərdə məhz Sizin rəhbərliyiniz altında aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində uzun illərdən bəri ayrı düşdüyümüz Ağdama qayıdacağıq, sökülmüş evlərimizi yenidən tikəcəyik və biz də daha fərqli bir iqtisadi zonanın sakinləri olaraq, üzərimizə düşən öhdəliklərin  icrası istiqamətində ikiqat şövqlə çalışacağıq.

Hörmətli cənab Prezident!

Yuxarıda qeyd etdiyim uğurlara kölgə salmaq fikrindən çox-çox uzaq olaraq, bir məsələ haqda söz açmaq və dəyərli vaxtınızı çox almadan, həmin mövzu üzərində qısa söhbət aparmaq istəyirəm. Bildirirəm ki, məlum hadisələrdən sonra məcburi köçkün kimi Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən və tikintisi yarımçıq qalan məktəbin həyətində məskunlaşmışıq və uzun illərdir ki, üç qız övladımızla bərabər iki otaqlı daxmada çox ağır şəraitdə yaşayırıq. Bu vaxta qədər bütün çətinliklərin öhdəsindən çox ağır şərtlər altında gəlsək də, bu barədə heç bir quruma rəsmi müraciət ünvanlamadıq, kipriyimizlə od götürərək yaşadıq. Hal-hazırda isə övladlarımız böyüyüblər və yaşadığımız şəraitsizlik bir valideyn kimi bizi üzür, əldən salır. Bu üzdən də dərdlərimizi Sizinlə bölüşmək qərarına gəldik və inanırıq ki, yaranmış ağır şəraitdən çıxış yollarını birgə axtarmaqla, müsbət nəticələrin əldə olunmasına nail olacağıq. Öz növbəmdə, bu yöndə aidiyyəti qurumlara təklif edirəm ki, işğaldan azad edilmiş rayonlarımıza əhalinin bir hissəsinin köç etməsini nəzərə alaraq, Bakı şəhərində məcburi köçkünlər üçün tikilmiş olan evlərdə boş qalan həmin mənzillərin birinə ailəmizin müvəqqəti olaraq köçürülməsi istiqamətində humanist addımlar atsınlar və 5 nəfərdən ibarət olan ailə üzvlərimizin sağlam mühitdə yaşaması üçün öz köməkliklərini bizdən əsirgəməsinlər. Bu prosesdə istənilən dövlət qurumunun qarşısında üzərimizə düşən hüquqi öhdəliklərlə əvvəlcədən razılaşır və dövlətimizin mənafelərini öz mənafelərimizdən həmişə olduğu kimi üstün tutmağımıza söz veririk. Başlıca məqsədimiz bu ağır və dözülməz şəraitdən müvəqqəti də olsa, yaxa qurtara bilməkdir.

Sizdən xahiş edirəm ki, rəhbərliyiniz altında doğma Ağdam  şəhərinə qayıdana qədər 3 qız övladımla bərabər 5 nəfərdən ibarət olan ailəmizi  müvəqqəti olaraq  məcburi köçkünlər üçün tikilmiş olan  evlərdə  məskunlaşmağımız istiqamətində Qaçqınların və  Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət  Komitəsinin rəhbərliyinə öz müvafiq tapşırıqlarınızı verəsiniz.

Hörmətli cənab Prezident!

Ümüd edirəm ki, etdiyim bu rəsmi müraciətdən sonra bir çox dövlət qurumları səsimizə səs verəcək və məhz Sizin yüksək siyasi ideologiyanızın sayəsində mövcud problem öz müsbət həllini tapacaq.

Sizə əvvəlcədən bütün ailə üzvlərimiz adından öz dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

...Безрезультативные послания главаря сепаратистов в разные политические инстанции остаются без ответа.

Pin It

Prezident İlham Əliyev dünən həm də Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun bir hissəsinin açılışını etdi…

Pin It

Almaniya hakimiyyəti may ayında Ukraynaya vəd etdiyi hərbi yardım paketinin çatdırılmasını gecikdirir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN