Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir həftədə daha 521 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik müəssisə və təsərrüfatlarını yaradıblar.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, həmin şəxslərdən əksəriyyəti şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, o cümlədən Vətən müharibəsinin qaziləridir.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub. Təlimləri uğurla başa vuran şəxslər kiçik təsərrüfatlarını qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Qeyd edək ki, hazırda da proqram iştirakçılarının təlimlərə cəlb edilməsi və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərlə təminatı prosesi davam edir.
E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN