AZƏRBAYCAN-TÜRKSOY ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 11-də ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev ilə görüşüb. Baş katibi salamlayan nazir Azərbaycan-TÜRKSOY əməkdaşlığının ildən-ilə inkişaf etdiyini, ölkəmizin bu qurumla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib.