Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

Benzin satanlara şad xəbər: Bakıda…

Rəhmətlik Lenin deyirmiş: “Yollardakı tıxac proletar benzinsatanların qaz vurub qazan doldurmasının açarıdır…”. Rəhmətlik sağ olsaydı, bu siyahıda AYNA və benzinsatanlarımızı ilk onluğa daxil edərdi. Niyə? Çünki illərdən bəri Bakının bir sıra yollarında tıxac yaranır, heç kim tədbir görmür, çünki bu tıxaclar bəzilərinin qazanc mənbəyidir. Bir zamanlar həftəyə 10-20 litr benzin yandıranlar indi 100-200 litrlə canını […]

“Sülh sammiti”nin iştirakçıları Trampın Qəzza planının növbəti mərhələlərinin həyata keçirilməsinə çağırıblar

Görüşdən sonra qəbul edilən sənəddə anklavın idarə olunması, infrastrukturun bərpası və siyasi tənzimləmə məsələlərinin müzakirəsi zərurətindən danışılıb Şarm əl-Şeyxdə keçirilən “Sülh sammiti”nin iştirakçıları ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı planının növbəti mərhələlərinin həyata keçirilməsinin zəruriliyini bəyan ediblər. “Tramp planının növbəti mərhələlərinin həyata keçirilməsi mexanizmləri üzrə məsləhətləşmələrə başlanmalıdır. Xüsusilə Qəzza zolağının idarə olunması, infrastrukturun […]

Müasir hərb tarixinə düşən Cəbrayıl döyüşü- KEÇMİŞƏ BAXIŞ

…İndi çaqqallıq etsə də, o vaxt prosesi yaxşı analiz edib danışırdı. Sonradan bəlli oldu ki, məlumatları necə alırmış və kim ötürürmüş…nə isə, keçək əsas məsələyə. Bu şərhi 12 oktyabrda yazmışam. Bu faktları cəbhədə olan dostlar da təsdiqləyirdilər. Hətta sanki öz gözlərimlə görüb yazmışam kimi qələmə verənlər də oldu. Beləliklə, müasir Hərbi tarixinə fenomenal taktiki və […]

Lula da Silva Qəzza razılaşmasını belə şərh edib

İsrail Nazirlər Kabineti ilə Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan atəşkəs razılaşması çox ümidverici görünür. Tezadlar.az xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ümumdünya Ərzaq Forumu çərçivəsində deyib. Oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Təmim bin Həməd Al Tani […]

Tramp Putindən əlini üzüb, gümanı Ərdoğanadır…

Ötən gün ABŞ prezidenti Donald Trampdan maraqlı açıqlama gəldi. O, hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin həllinəş yalnız Rəcəb Tayyib Ərdoğan  əncam çəkə bilər. Tramp oktyabrın 13-də Şarm əl-Şeyxdən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında belə deyib. Jurnalistin “Türkiyə prezidenti Ərdoğan  bu böhranın həllinə kömək edə bilərmi?” sualına Tramp belə cavab verib: “Ərdoğan kömək edə bilər. Rusiyada […]

Orban Qəzza Sammitində Melonini qucaqlayıb

Macarıstanın baş naziri Viktor Orban Qəzza sammitində italiyalı həmkarı Giorgia Meloni ilə qucaqlaşıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” Orbanın sosial media hesablarına istinadən məlumat yayıb. Siyasətçilərin qucaqlaşması kameraya düşüb. Nəticədə, ortaya çıxan kadrlarda görünən şəkildə yorğun Melonun Orbana yaxınlaşaraq ağır nəfəs alması görünür. Orban daha sonra Meloni qucaqlayır. Qeyd olunur ki, Orban […]

Ruslar Xarkovu hava bombaları ilə vurub, tibb müəssisəsinə zərbələr endirilib

Xarkovun üç rayonu qismən işıqsız qalıb Oktyabrın 13-ü axşam saatlarında ruslar Xarkovun iki rayonunu vurublar. Tezadlar.az bildirir ki, bu barədə Xarkov meri İqor Terexov Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, ruslar şəhərin Slobidski və Saltovski rayonlarına hücum edib. Sonuncuda böyük yanğın qeydə alınıb. “Tibb müəssisəsində hücum barədə məlumat var – ilkin məlumatlara görə, yardımçı […]

HƏMAS dörd girovun qalıqlarını İsrailə təhvil verib

HƏMAS dörd girovun qalıqlarının olduğu tabutları İsrail hərbçilərinə təhvil verib. Tezadlar.az xəbər verir ki, bu barədə oktyabrın 13-də İMQ-nin mətbuat xidməti məlumat yayıb. Tabutlar Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə İsrail hərbçilərinə təhvil verilib. Hərbçilər cəsədin qalıqlarını şəxsiyyətinin müəyyən edilməsi üçün İsrailə daşıyacaq. İlkin məlumata görə, girovlar Qay İloz, Yossi Şarabi, Bilin Coşi və Daniel […]

Ruslar Dnepropetrovsk vilayətində daha bir kəndi ələ keçiriblər

Rusiya qoşunları Dnepropetrovsk vilayətində kəndi işğal edərək Donetsk vilayətinə doğru irəliləyib. Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq layihəsinin analitikləri məlumat verib. Onların sözlərinə görə, Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Ternove kəndini ələ keçirib. Analitiklər həmçinin Donetsk vilayətində Şandriqolovo yaxınlığında Rusiya ordusunun irəliləyişini qeydə alıblar. Bundan başqa, onlar qeyd ediblər ki, bir gün əvvəl azad […]

Kaya Kallas: “Avropa və ABŞ Ukraynada müharibənin tez bitməsini istəyir”

“Avropa ABŞ ilə eyni mövqedə Ukraynada müharibənin tezliklə bitməsini istəyir. Kiyev də bizim mövqe ilə ortaqdır”. Tezadlar.az-ın məlumatına görə, bunu Kiyevdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya onlara cavab olaraq hələ də susur: […]

Rövnəq Abdullayevin ailəsində matəm

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə ağır itki üz verib. Tezadlar.az xəbər verir ki, R. Abdullayevin qayınatası Adəm Əliyev vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb. Allah rəhmət eləsin!

Merts: “Beynəlxalq ictimaiyyət yekdil hərəkət etsə, sülh mümkündür”

Almaniya Kansleri Fridrix Merts Şarm əş-Şeyxdə ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə səyləri müzakirə etmək niyyətində olduğunu açıqlayıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. “ABŞ Prezidenti Donald Trampla həm də Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün birgə səylərimiz barədə danışacağam. Bugünkü gün sübut edir ki, beynəlxalq ictimaiyyət […]

Əsədin Moskvada yaşamaqda problemi yoxdur

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) Bəşər Əsədin zəhərlənməsi barədə iddialarını rədd edib. Tezadlar.az xəbər verir ki, o, ərəb jurnalistlərinə açıqlamasında bildirib ki, Əsədin Moskvada yaşamaqda heç bir problemi yoxdur və yayılan məlumatlar “əsassız şayiələrdir”. “Biz Bəşər Əsədə və ailəsinə humanitar səbəblərlə sığınacaq verdik. Heç bir zəhərlənmə hadisəsi olmayıb. […]

Nadir Qafarzadə Ayan Babakişiyeva ilə barışdı

Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında olan qalmaqala son qoyub. Tezadlar.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində oğlunun toyuna gəlməyən ifaçıdan incimədiyini deyib: “İlk dəvətnamə Xatirə İslam, Xatun və Ayan Babakişiyevaya göndərilib. Gəlməməyi qəbahət deyil. Heç danışmamışıq da, anlaşmamışıq da. Ayıbdır, necə deyim ki, niyə gəlməmisən? Çıxdı efirdə dedi ki, dəvətnamə almışam və […]

Bəhlul Mustafazadə legioner həyatı arzusundadır

“Bəhlul legioner həyatı yaşamaq istəyir. Bu onun uşaqlıq arzusudur. Mən buna müsbət yanaşıram”. Tezadlar.az xəbər verir ki, bunu milli komandanın və “Qarabağ”ın 28 yaşlı müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev Futbolinfo.az saytına müsahibəsində deyib. O, bildirib ki, hələlik hər hansısa təklif yoxdur: “Amma gəlsə, çox isti yanaşaram. İstəyərəm ki, öz arzusunu reallaşdırsın. Tək legioner həyatı […]

Adi məişət əşyaları sonsuzluğa səbəb ola bilər

Hər gün evimizdə istifadə etdiyimiz bəzi adi əşyalar, məsələn plastik qablar, yapışmayan tavalar, kosmetik vasitələr və hətta ətirli sabunlar uşaq sahibi olma qabiliyyətini azalda bilər. Tezadlar.az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir. Elm adamları bildirir ki, bu əşyaların tərkibində olan endokrin sistemi pozan kimyəvi maddələr (PFAS, BPA və ftalatlar) orqanizmdə hormon balansını dəyişdirir, bu […]

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-də kadr dəyişikliyi

Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini vəzifəsindən azad edilib. Tezadlar.az xəbər verir ki, müvafiq əmrlə Mübariz Mustafa oglu Cabbarov tutduğu vəzifəsindən azad olunub. Qeyd edək ki, 5 oktyabr 2017-ci ildə Mübariz Cabbarov “Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini təyin olunmuşdu. QSC sədri isə Rauf Vəliyevdir.

Fənərbaxça Taliskanı satır?

Fənərbaxçaya böyük ümidlərlə transfer olunan Anderson Taliska ilə bağlı ayrılıq qərarı gündəmə gəlib. Braziliyalı ulduz futbolçu ilə Flamengo və Fluminense klublarının maraqlandığı bildirilib və hər iki komandanın rəsmi təklif hazırlığında olduğu deyilir. Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən mövsümün qış fasiləsində Səudiyyə Ərəbistanının Al-Nassr klubundan transfer olunan Anderson Taliska, Fənərbaxçaya yüksək gözləntilərlə gəlmişdi. […]

Bakıda yeniyetmələr arasında cüdo birinciliyi start götürdü

Cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi start götürüb. Tezadlar.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 5 çəki dərəcəsi üzrə qalib və mükafatçılar bəlli olub. Üç gün davam edəcək yarışda 61 klub və idman cəmiyyətindən 587 idmançı (485 oğlan, 102 qız) qüvvəsini sınayacaq. Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq […]

Trampdan İrana mesaj: “Sanksiyalardan xilas olmaq istəyirlərsə, danışıqlara gəlsinlər”

İran danışıqlara hazır olsa, Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazırdır. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib. “Onlar dialoqa hazır olanda sanksiyaları məmnuniyyətlə ləğv edərdim. Amma onlar indiki sanksiyalar altından “sağ çıxa bilməyəcəklər”, onlar o qədər sərtdirlər. Bir an gələcək, özləri deyəcəklər ki, […]

“İmedi”nin efiri qəfildən dayandı

Gürcüstanın “İmedi” Televiziya Şirkəti yayımın naməlum səbəbdən təxminən 45 dəqiqə dayandığını bildirib. Tezadlar.az xəbər verir ki, Kanal hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Televiziya şirkətinin açıqlamasında qeyd olunur ki, hazırda nasazlığın səbəbi araşdırılır və “İmedi” hadisənin texniki xətadan yox, cinayət xarakterli müdaxilədən qaynaqlanma ehtimalını da istisna etmir. “Yayım qəfildən dayandı və hələlik bunun […]

ABŞ-da fırtına zamanı yüngül motorlu təyyarə qəzaya uğrayıb

ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində yüngül motorlu təyyarənin qəzaya uğraması və qəzadan sonra alışması nəticəsində iki nəfər ölüb. Tezadlar.az xəbər verir ki, bu barədə WCVB telekanalı ştat polisinə istinadən məlumat yayıb. Məlumata görə, təyyarənin Nyu Bedford regional hava limanına enməyə cəhd etdiyi ehtimal edilir. Qəza yerindən çəkilmiş videoda təyyarənin magistral yolda yandığı görünür. Polis pilotun nə […]

Prezident İlham Əliyev Misirdə Qəzza sammitində iştirak edir

Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammiti başlayır. Tezadlar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Qeyd edək ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Putinin rəqibləri sıradan çıxarma strategiyası – FOTO

Keçmiş KQB zabiti Vladimir Putin elitanın sədaqətini təmin etmək və rəqibləri sıradan çıxarmaq üçün kəşfiyyat orqanları arasında tanış olan, rəqiblərə ziyan vuran çirkli sirləri axtarmaq taktikasından istifadə edir. Ən aşağıdan Rusiya elitasına qədər yüksəlmiş və onilliklər boyu hakimiyyəti möhkəm əlində saxlayan Kreml rəhbəri Vladimir Putin siyasi rəqiblərini məhv etmək üçün həmişə seks və çirkli sirləri […]

Keti Perri və Castin Tryudo münasibətlərini gizlədə bilmədi – FOTO

Aylarla şayiələnən ilin romantikası nəhayət, rəsmən təsdiqləndi.  Tezadlar.az xarici mediaya istinadla bildirir ki, pop ulduzu Keti Perri ilə Kanadanın keçmiş baş naziri Castin Tryudonun həqiqətən də görüşdüyünü sübut edən eksklüziv fotolar yayılıb. Cütlük Kaliforniya sahillərində yaxtada ehtirasla qucaqlaşıb öpüşərkən görüntülənib. Təfərrüatlar Fotoları 40 yaşlı Keti Perrinin “Lifetimes” dünya turundan qısa fasilə zamanı dincəldiyi 24 metrlik “Karavella” […]

Əfsanəvi Zinəddin Zidan məşqçiliyə qayıdır

Əfsanəvi Zinəddin Zidan çalışdırmaq istədiyi komandanın adını açıqlayıb: “Əlbəttə, baş məşqçiliyə qayıdacağam; planım budur. Arzum bir gün Fransa millisinin baş məşqçisi olmaqdır”, – Tezadlar.az-ın xəbərinə görə, fransalı bildirib. Fransa millisinin hazırkı baş məşqçisi 2012-ci ildən komandaya rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında Fransa millisi dünya çempionatının qalibi olub, müvafiq olaraq Portuqaliya və Argentinaya uduzaraq həm Avropa, […]

Bakıda 68 yaşlı kişi hosteldə dünyasını dəyişib

Bakıda hosteldə ölüm hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda fəaliyyət göstərən hostellərdən birində qeydə alınıb. 1957-ci il təvəllüdlü Hüseynov Firuz Zəki oğlu hosteldə ölüb. Faktla bağlı araşdırma aparılır.

2025-in dönüş nöqtəsi: Oktyabrda bu bürcləri sıçrayışlı uğur gözləyir

Əgər son bir neçə ay sınaq olubsa, 2025-ci ilin oktyabr ayı əksər bürclərin gözlədiyi sıçrayışlı uğur ola bilər. İlin son rübü rəsmi olaraq başladı və inanın ki, bu, hadisələrin gedişatını kökündən dəyişdirmək üçün kifayət qədər vaxtdır.  Tezadlar.az-ın xəbərinə görə, astroloqlar Kainatın bu ay üçün kimə xüsusi dəstək vəd etdiyini açıqlayıblar. Qoç Qoçdakı Tam Ay bu […]

Boşanma milyonlara başa gəldi – keçmiş ərlərinə pul ödəyən məşhur qadınlar

Bir çox ulduzlar üçün boşanma təkcə emosional sınaq deyil, həm də ciddi maliyyə öhdəliyidir. Şəbəkədə Nikol Kidmanın “ayıqlığı” üçün ərinə pul ödəməli olub-olmayacağı müzakirə olunduğu bir vaxtda, biz münasibətlərini bitirdikdən sonra keçmiş həyat yoldaşlarına milyonlarla dollar ödəyən məşhur qadınların hekayələrini topladıq. Tezadlar.az boşandıqdan sonra keçmiş ərlərinə aliment və ya kompensasiya ödəyən ulduz qadınları təqdim edir. Madonna […]

Qız üstündə mübahisə 14 hərbçinin ölümü ilə nəticələndi

Cənubi Sudanda qız üstündə yaranan mübahisə itkilərlə döyüşə çevrilib. Hər şey biri prezidenti, digəri isə müxalifət liderini dəstəkləyən iki zabitin mübahisəsi ilə başlayıb. Şayiələrə görə, onlar eyni qıza aşiq olduqlarını aşkar ediblər. Müxalifət liderini dəstəkləyən zabit prezident tərəfdarını güllələyib. Daha sonra mühafizəçilər atəş açıb. Bazarda başlayan dava daha sonra nəzarət-buraxılış məntəqələrinə və kazarmalara keçib. Ən […]

Türkiyədə azərbaycanlı tələbə 8 min dollarlıq kirayə dələduzluğunun qurbanı oldu

Türkiyədə ev kirayələmək istəyən azərbaycanlı tələbə dələduzluğun qurbanı olub. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, İstanbulun Beşiktaş rayonunda yerləşən evi 6 aylıq kirayələdiyini düşünən 24 yaşlı Səidə Kərimova ümumilikdə 8 min dollar məbləğində pul ödəyib. Lakin şəhərə gəldikdə nə evin, nə də “ev sahibinin” mövcud olmadığını görüb. Təxminən iki ay sonra İstanbula gələn qız göstərilən ünvana […]

Cəlilabadda iki yaşayış məntəqəsi qazlaşdırılıb

Cəlilabad rayonunun iki yaşayış məntəqəsində qazlaşma işləri yekunlaşıb. Bu barədə Tezadlar.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Cəlilabad şəhərinin yeni yaşayış massivində və Hacıməmmədli kəndində qazlaşma işləri başa çatıb. Eləcə də, cari ildə rayonun Mirzəli kəndində qazlaşma işlərinin başlanılması da nəzərdə tutulur. Ümumilikdə rayon üzrə qazlaşma səviyyəsi 88 %-ə çatıb.

“Birlik-2025” təlimi: Azərbaycan komandoları və PUA heyəti Səmərqənddə iştirak edir

Özbəkistanın Səmərqənd vilayətində “Birlik-2025” birgə regional təliminin koordinasiya toplantısı keçirilib. Bu barədə Tezadlar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar. Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib. “Birlik-2025” regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas […]

Sergen Yalçınla iki qadının avtomobildəki anları viral oldu

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın ötən şənbə Etilerdəki bir məkandan avtomobilində iki qadınla birlikdə görüntülənib. Qadınların avtomobildə qucaqlaşması diqqət çəkib və onlardan biri Özge Ertoz Sergen Yalçınla çəkdirdiyi diqqətçəkən fotosunu paylaşımına “Sergenellam” yazıb. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, maşının qabaq oturacağında bir-birinin qucağında əyləşən iki qadın diqqətdən yayınmayıb. Həmin an sosial mediada “Etilərini doldurublarmı?” […]

Bakı Hərbi Məhkəməsində sensasion faktlar: Ermənistanın gizli əmrləri ifşa olundu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Yıldız Tilbe tənqidlərə cavab verdi: “Səhnədə özümü sərbəst hiss etməyi sevirəm” – VİDEO

Türkiyənin sevilən müğənnisi Yıldız Tilbe yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi konsert zamanı səhnədə uzanaraq həm mahnı oxuyub, həm də rəqs edib. Onun bu anları sosial mediada sürətlə yayılaraq böyük maraq doğurub. Tamaşaçılar Yıldızın enerjisinə və özünəməxsus üslubuna heyran qaldıqları halda, bəziləri ifaçının davranışını “həddindən artıq” adlandırıb. […]

Ərdoğanın Meloniyə dediyi zarafat Makronu da güldürdü

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzzə mövzusunda Barış Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında yaşanan dialoq diqqət çəkib. Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zirvə öncəsi Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni və Qətər Əmiri Şeyx Təmim bin […]

Alimlər xroniki ağrını azaltmağın yeni yolunu tapıblar

Alimləri xroniki ağrını azaltmağın yolunu tapıblar. Tezadlar.az xəbər verir ki, Pennsylvania Universitetinin alimləri sinir hüceyrələrinin müəyyən qrupunu bloklamağın xroniki ağrıları, o cümlədən baş ağrılarını yüngülləşdirə biləcəyini aşkar ediblər. Nəticələr “Nature” portalında yayımlanıb. Təcrübələrdə laboratoriya siçanlarında sinir hüceyrələrinin xüsusi qrupunun ilkin ağrı stimulundan sonra aktivləşdiyi müəyyən edilib. Bu hüceyrələr təsir bitdikdən sonra da fəaliyyətini davam etdirir. […]

Ağadadaş Ağayev: “Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm”

“Bir ata kimi övladlarıma maddi və mənəvi hər şey etmişəm. Ən ideal ata olmuşam. Kimsə bunu dana bilməz. İş də düzəltmişəm. Gecə toylarından açarlarını vermişəm ki, gedin evinizə. Heç bilməyiblər evləri var. Əslində bir ata övladına bu qədər doğru addım atırsa, maddi imkanlarını səfərbər edirsə, zərərli tərəfləri çoxdur. Oğul övladı özü ayaq üstə olmalıdır”. Tezadlar.az […]

Aysel Şükürova keçmiş həyat yoldaşını təhqir və böhtana görə məhkəməyə verib

İnfluenser Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədova qarşı ikinci dəfə cinayət işi açdırıb. Tezadlar.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edərək bildirib ki, Oqtay Əhmədovun ona qarşı təhqir və böhtan xarakterli ifadələrinə görə ikinci cinayət işi açılıb. Onun sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsinin 147.1(böhtan) və 148-ci(təhqir) maddələri üzrə şikayət ərizəsi məhkəmə […]

Azərbaycanlı gənc pilot Davin Cəfərov Dünya Kartinq Çempionatında rekord qırdı

Bu il İtaliyanın Lonato şəhərində yerləşən “International South Garda” trekində 24-cü Dünya Kartinq Çempionatının (World Grand Final) yarışları keçirilib. Tezadlar.az xəbər verir ki, beş kateqoriya üzrə təşkil olunan yarışlarda trekin uzunluğu 1200 metr olub. 2001-ci ildən bəri keçirilən turnir kartinq dünyasının ən prestijli tədbirlərindən biri sayılır. Avropa və dünya çempionlarının da yer aldığı yarışa dünyanın […]

Kardioloqlar xəbərdarlıq edir: Həm çox, həm də az duz ürəyə zərər verə bilər

Ürək sağlamlığını qorumaq üçün qan təzyiqini mütəmadi izləmək vacibdir. Duz həm dadlandırıcı, həm də risk amilidir. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, duz yalnız yeməklərin dadını artırmır, həm də konservant kimi çıxış edir. Buna görə də uzunmüddətli saxlanma müddəti olan məhsullarda və hazır yeməklərdə yüksək miqdarda olur. Kardioloq Xorxe Roxas Zamalloa izah edir: “Duz pis reputasiyaya […]

Məşhur aktyor Aras Bulut İynemlidən 15 milyonluq sərmayə

Məşhur türk aktyor Aras Bulut İynemli qazandığı gəlirlə etdiyi yeni sərmayə ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, “Çukur” və “İçerde” kimi seriallardakı rolları ilə tanınan aktyor 15 milyon türk lirəsi dəyərində lüks “Sirena” 58 model yaxta alıb. 17 metrlik bu yaxtanın həm rahat salonu, həm də yüksək performansı ilə seçildiyi bildirilir. Dənizə böyük marağı […]

Tramp Nobel Sülh Mükafatı ərəfəsində: Misirdə Qəzza samiti başladı…

Bu dəqiqəıərdə Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sammiti başlayıb. ABŞ prezidenti Tramp Samitə dəvət edilən ölkə rəhbərləri ilə təkbətək görüşüb xüsusi təmtəraqla foto çəkdirir… Tezadlar.az CNN- in canlı efirinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayaraq salamlayıb. Qeyd: Azərbaycan Respublikasının […]

Azərbaycanda 5-ci sosial paket 3 milyon insanı əhatə edib

Azərbaycanda sayca 5-ci sosial paket icra olundu və bu 3 milyon insanı əhatə edib. Tezadlar.az xəbər verir ki, sözügedən şəxslərin əməkhaqqları, pensiyaları və müavinətləri artırıldı. Pensiya hüququ olmayan yaşa görə verilən müavinətlərin məbləği isə dəyişməyib. Gələn il bu müavinətlər artırıla bilər? Bu ilin sentyabr ayına olan məlumata görə, yaşa görə müavinət alanların sayı 164.700 nəfərdən çox […]

Uruqvay Özbəkistan üzərində qələbə qazandı – 2:1

Özbəkistanın futbol millisi yoxlama oyununda Uruqvaya 1:2 hesabı ilə uduzub. Tezadlar.az xəbər verir ki, qarşılaşma Malayziyanın Kuala-Lumpur şəhərində baş tutub. Cənubi Amerikalıların heyətində Fakundo Torres və Xuan Manuel Sanabria fərqləniblər. Asiyalılardan isə Ruslanbek Jiyanov adını tabloya yazdırıb. Qeyd edək ki, Fabio Kannavaronun baş məşqçisi olduğu Özbəkistan daha əvvəl yoxlama matçında Küveytə 2:0 hesabı ilə qalib gəlib.

Xəzəryanı “beşlik” ölkələri yüksək səviyyəli görüşlərə hazırlaşır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə görüş keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV XİN-ə istinadən bildirir. “Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə illik görüş keçirib. Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələlər […]

Ərazilərimizin atəşə tutulmasına bu cinayətkarlar əmr verib- İNDİ BARƏLƏRİNDƏ HÖKM HAZIRLANIR

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Meksikanın beş ştatında təbii fəlakət – onlarla insan həyatını itirib

Meksikanın beş ştatında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb, 65 nəfərdən çox insan itkin düşüb. Tezadlar.az xəbər verir ki, bu barədə mülki müdafiə üzrə milli koordinator məlumat verib. Ən çox Verakrus, Puebla, İdalqo, San-Luis-Potosi və Keretaro ştatları zərər çəkib. Verakrusda yağışlar 40 bələdiyyəyə təsirsiz ötüşməyib, nəticədə 29 nəfər həlak […]

İslamabadda Türkiyə–Azərbaycan–Pakistan parlament sədrləri toplantısı başa çatdı

Bu toplantı bir daha göstərdi ki, Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir. Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslamabadda Türkiyə- Azərbaycan-Pakistan parlament sədrlərinin toplantısının bağlanış mərasimində deyib. O bildirib ki, bu təmaslar üçtərəfli əlaqələri daha da gücləndirir: “Bu təmaslar beynəlxalq arenada bir milət olaraq çıxış etməkdə bizə […]

Donald Tramp oktyabrın 17-də Zelenskini Vaşinqtonda qəbul edəcək

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini oktyabrın 17-də Vaşinqtonda qəbul etməyi planlaşdırır. Tezadlar.az xəbər verir ki, bunu “Financial Times”ın müxbiri Kristofer Miller üç mənbəyə istinadən “Х”da yazıb. “Planlardan xəbərdar olan üç mənbə bildirib ki, ABŞ Prezidenti Donald Tramp cümə günü Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etməyi planlaşdırır. Səfər keçən həftə sonu liderlər […]

Dövlət müstəqilliyimizin bərpasından 34 il ötür

Bu il müzəffər Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünü qeyd edəcək. 34 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul […]

Kibertəhlükəsizlik festivalı bitdi – niyə DGK, ƏƏSMN, DSEA, ASAN….komandaları yarışdan kənarlaşdırıldı?

XRİTDX və DTX-nın birgə təşkilatçılığı ilə keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı başa çatıb. Azərbaycanın kritik infrastrukturunun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi baxımından CIDC 2025 çərçivəsində çox faydalı tədbirlər oldu. Tezadlar.az xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  […]

GÖRÜŞ-VAHİD MUSTAFA YEV YAZIR

Allah əziz dostum, rejissor Tofiq Tağızadəyə rəhmət eləsin… https://anspress.com/gorush Rusca: https://www.facebook.com/share/p/172JP8ypY7/ “Soyuq” və rütubətli Düşənbə payızı, 9 oktyabr 2025-ci il — düz 10 ay davam edən “ilıq” müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə “isti” münasibətlərdən bəhs edən görüşü baş tutdu. Xatırlayırsınızsa, hər şey 25 dekabr 2024-cü ildə Qroznı səmasında Rusiya Hava […]

ХАМАС освободила последних живых израильских заложников

ХАМАС освободил последних живых израильских заложников, которые более двух лет находились в плену в секторе Газа, — всего 20 человек. Договорённость об их возвращении была достигнута в рамках мирного плана, предложенного президентом США Дональдом Трампом. Палестинская группировка ХАМАС освободила последних живых израильских заложников, которые более двух лет находились в плену в секторе Газа,пишет The Times […]

Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda! Bəs özü?

 Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. Tezadlar.az xatırladır ki, bu barədə R.Quliyevin qızı Xanım Hənna özünün sosial platformasında məlumat verib. Məlumatda qeyd edilir ki, ailə səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə […]

Azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi üzrə müsabiqə yekunlaşır

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqəsi bu həftə başa çatır. Tezadlar.az  Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən 15 oktyabr tarixinədək qəbul ediləcək. İnvestisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd (4368 ha), Xocalı (1500 ha) və Laçın […]

Sahibkarı ildə 642 milyon manat güzəştli kredit alan ölkədə bəs bahalaşma nədəndir?

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 642 milyon manat kredit verilib, bunun 93 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb. Tezadlar.az  Fonda istinadən xəbər verir ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu […]

Məşhur bloger keçmiş həyat yoldaşını məhkəməyə verib

Vaxtilə 400 min manatlıq dəbdəbəli toyu ilə gündəmə gələn bloger Aysel Şükürova yenidən keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.  Tezadlar.az  xəbər verir ki, bu barədə bloger özü məlumat yayıb. O bildirib ki, Oqtaya qarşı cinayət işi açıblar. “Növbəti zəfər… Oqtay Əhmədovun mənə atdığı təhqir və böhtana görə barəsində ikinci cinayət işi açdırdıq. Belə ki, CM-nin […]

Azərbaycanda şəriət normaları ilə fəaliyyət göstərən banklar yarana bilər

Azərbaycanda planlaşdırılan İslam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri açacaq. Tezadlar.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi bildirir. Azərbaycan Mərkəzi Bankı (“Baa3”, “müsbət” proqnoz) 2026-cı ildən İslam bankçılığı məhsullarının tətbiq ediləcəyini elan edib. Agentliyin məlumatına görə, hakimiyyət orqanları ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər hazırlayır. Buraya Mülki Məcəlləyə, “Banklar haqqında” […]

Fransanın yeni hökumətinin tərkibi müxalifətin qəzəbinə səbəb olub

Makronun Fransanı siyasi böhrandan çıxarmaq cəhdi növbəti qəzəb dalğasına səbəb olub. Yeni kabinetin tərkibinə cəmi bir həftə əvvəl etimadsızlıqla səslənən eyni adlar daxildir. Tezadlar.az xarici KİV-ə istinadən bildirir ki, reytinqləri tarixi ən aşağı həddə olan Sebastian Lekornu yenidən baş nazir olub. Maliyyə, ədliyyə, xarici işlər nazirləri və başqaları – silahlı qüvvələrin rəisindən başqa, demək olar […]

Moped sürənlər də sürücülük vəsiqəsi alacaq

Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq. Tezadlar.az   xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Kiçik elektrik nəqliyyat vasitələrinin operatorları barədə məlumatların siyahısı təsdiqlənəcək. Qeyd edək ki, […]

ОТСЮДА НАЧИНАЛАСЬ КУЛЬТУРОЛОГИЯ…

Дом Фуада Мамедова и Рены Мамедовой-Сарабской – адрес гуманитарного света… Современные ученые и просветители Фуад Мамедов и Рена Мамедова-Сарабская являются одними из тех редких людей, чьи имена становятся интеллектуальными ориентирами поколений. Их научная биография поистине больше, чем длинный перечень званий, монографий и международных регалий. Это, скорее, реальная архитектура смыслов, на которой выстраивается современная гуманитарная мысль […]

ABŞ-Çin ticarət danışıqları neftin qiymətini artırır

Bu gün – oktyabrın 13-ü günü neftin qiyməti son beş ayın minimumuna çatdıqdan sonra bahalaşıb. Bu, ABŞ və Çin prezidentləri arasında dünyanın iki ən böyük iqtisadiyyatı və neft istehlakçıları arasında ticarət gərginliyini azalda biləcək potensial danışıqlardan irəli gəlirdi. Tezadlar.az bu barədə “Reuters”-ə istinadən xəbər verir. Brent markalı neftin fyuçersləri 94 sent və ya 1,5% artaraq […]

UTX Krımda yeni “bum” yaratdı: mənbələr hansı hədəflərin vurulduğunu açıqladı

Bu gecə müvəqqəti olaraq işğal olunmuş Krımda Ukraynanın Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyat Mərkəzinin və Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin pilotsuz uçan aparatları Ukraynaya qarşı müharibədə iştirak edən bir neçə hədəfə zərbələr endirib. Tezadlar.az bildirir ki, bu barədə UNİAN-a təhlükəsizlik xidmətindəki mənbələr məlumat verib. Mənbənin məlumatına görə, bunlara aşağıdakılar daxildir: Feodosiya Dəniz Neft Terminalı […]

MƏMMƏD ARAZ SƏHVİMİ BAĞIŞLADI…

Ramiz MÖVSÜM “Mən Məmməd Arazın arxa tərəfində dayanıb, Səyavuşa gah baxışımla, gah da başımla hansı gedişi edəcəyini işarə edirdim”   Sovet dövründə gənc yazarların tez-tez üz tutduqları ümid yeri “ULDUZ” jurnalının redaksiyası idi. O redaksiya Yazıçılar Birliyilə  Bəstəkarlar İttifaqının arasında, birinci mərtəbədə yerləşirdi.  Redaksiyanın yığcam, həm də çox tələbkar işçiləri vardı. Jurnalın Baş redaktoru Yusif […]

Tramp Qəzza münaqişəsinin bitdiyini bəyan edib

ABŞ prezidenti Donald Tramp Knessetə (İsrail parlamenti) gəldikdən sonra Fələstinin HƏMAS hərəkatının Qəzza münaqişəsinin həlli üçün sülh planı çərçivəsində tərksilah etməyə razılaşacağını açıqlayıb. Tezadlar.az xəbər verir ki, “Reuters” bu barədə amerikalı liderə istinadən məlumat yayıb. Prezident Knessetin ziyarətçilər kitabını imzalayaraq qeyd edib ki, münaqişəyə son qoymaq onun üçün “böyük şərəfdir”. O əlavə edib ki, “böyük […]

Dəmir yolu işçiləri təltif olundu – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev dəmir yolu nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Tezadlar.az  xəbər verir ki, Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 4 nəfər dəmir yolu işçisi 3-cü dərəcəli “Əmək” ordeni ilə, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Məktəbdə 15 nəfər bibər qazından zəhərlənib

Yekaterinburqda məktəbdə bibər qazından istifadə edilib, nəticədə, 15 nəfər xəsarət alıb. Tezadlar.az xəbər verir ki, bu barədə REN TV-nin mənbəsi bildirib. Xəsarət alanların əksəriyyəti uşaqlardır. “Hazırda tibb işçiləri 9 şagirdi müayinə edir”, – mənbə aydınlaşdırıb. Mənbənin sözlərinə görə, yaralılardan altısına, o cümlədən beş uşaq hadisə yerində tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. 6 […]

Əhali təkcə1 ayda qazancının 3 milyard manata yaxınını ərzaq məhsullarına xərcləyib…

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 23 milyard 418,7 milyon manatlıq ərzaq məhsulları satılıb. Tezadlar.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 3,7% çoxdur. Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 50,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısından çoxunu təşkil etdiyini göstərir. […]

AQTA Nərimanov rayonunda yerləşən ərzaq mağazasında yoxlama keçirib – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Ələddin Səfxan oğluna məxsus ərzaq mağazasında yoxlama keçirib. Tezadlar.az   xəbər verir ki, baxış zamanı mağazanın anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının birbaşa döşəmə üzərində ara məsafəsi gözlənilmədən saxlanıldığı aşkarlanıb. […]

Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən layihələrə yazıçılar, şairlər öz yeni əsərlərini mütamadi olaraq təqdim edirlər. Kitabxananın Fəxri oxucusu, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, şair, publisist Nəsibə İsrafilqızı kitabxana ilə sıx əməkdaşlıq edir. Vətənpərvər şairin şeirləri oxucular tərəfindən sevilə-sevilə […]

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Təzadlar” qəzetinin sorğusuna cavab

“Təzadlar” qəzetinin 16.09.2025-ci il tarixli sayında dərc olunmuş “Hövsan yolunda tikinti müəmması: Park, yoxsa yaşayış binaları?” adlı məqalə ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən redaksiyamıza rəsmi cavab məktubu daxil olub. Məktubun mətnini olduğu kimi təqdim edirik: Sizin “Təzadlar” qəzetinin 16.09.2025-ci il tarixli sayında dərc olunmuş “Hövsan yolunda tikinti müəmması: Park, yoxsa yaşayış binaları?” adlı […]

Tramp “Tomaqavk” raketlərini Ukraynaya verəcək -müharibəni həll etmək mümkün olmasa…

Münaqişə həll olunmasa, ABŞ Kiyevə “Tomaqavk” raketlərini təhvil verəcək. Əgər Ukrayna ətrafında münaqişə həll olunmasa, Vaşinqton uzaqmənzilli “Tomaqavk” qanadlı raketlərini Kiyevə təhvil verəcək. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. O, həmçinin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukraynaya “Tomaqavk” raketlərinin mümkün tədarükü məsələsini müzakirə edə bilər. “Mən onunla [Vladimir […]

Məşhur aktrisa öldü: Onun 100 milyon dollarlıq mirası kimə qalacaq?

Məsələ ondadır ki, ulduz heç vaxt evlənməyib 79 yaşlı amerikalı aktrisa, Oskar mükafatı laureatı, “Xaç atası” filminin ulduzu Diane Keaton oktyabrın 11-də vəfat edib. Ölümün rəsmi səbəbi hələ də məlum deyil, lakin Hollivud məşhurunun sərvətinin kimə miras qalacağı ilə bağlı artıq fərziyyələr başlayıb. Tezadlar.az “The Daily Mail”-ə istinadən bildirir ki, aktrisanın uğurlu karyerası olub və […]

Makron Rusiyanı hədələyib: “İnadkarlıq göstərərsə…”

“Rusiya inadkarlığını davam etdirsə və danışıqlar masasına oturmaqdan imtina edərsə, bunun əvəzini ödəməli olacaq”. Tezadlar.az  xəbər verir ki, Fransa prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra Facebook səhifəsində yazıb. O bildirib ki, Qəzzada əldə olunan razılaşma Yaxın Şərqdə sülhün bərqərar olması üçün ümid işığı verdiyi üçün Ukraynadakı münaqişə də bitməlidir. Emmanuel Makron əlavə edib ki, […]

AŞPA Trampın Ukraynadakı sülh səylərinin niyə uğursuzluğa düçar olduğunu açıqlayıb

Rusiya və Ukrayna arasında sülhün nizamlanmasına dair danışıqlar ABŞ prezidenti Donald Trampın səylərinə baxmayaraq, indiyədək heç bir nəticə verməyib. Bunun iki əsas səbəbi var. Birincisi, Rusiyanın mövqeyi, ikincisi isə Trampın mütləq gözlənilməzliyidir. Tezadlar.az xəbər verir ki, bunu AŞPA-nın vitse-prezidenti Don Tviq “RBC-Ukrayna”ya müsahibəsində deyib. “Biz Rusiya hökumətinin, xüsusən də prezident Putinin timsalında gördük ki, keçmişdə […]

Hacıqabulda fəaliyyət göstərən “Orxan” kafesində də nöqsanlar aşkarlanıb- fotolar

Hacıqabul rayonu, Muğan qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İbrəhimov Davud Balassan oğluna məxsus “Orxan” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki,  kafenin manqal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulları ilə mətbəx ləvazimatlarının eyni sahədə yuyulduğu, qida məhsullarının müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, temperaturun […]

İsrail ordusu Qəzzada ilk 7 girovu qəbul edib

İsrail hərbçiləri Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən azad edilmiş 7 girovdan ibarət ilk qrupunu qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. “Yeddi girov hazırda İMQ və Baş Təhlükəsizlik qüvvələrinin müşayiəti ilə İsrailə qaytarılır və onlar ilkin tibbi müayinədən keçəcəklər”, – məlumatda deyilir. Qeyd edək ki, bu gün […]

Eks spikerin ailəsi uzun illər sonra Bakıya gəlib – ilk olaraq Heydər Əliyevin məzarını ziyarət ediblər

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. Tezadlar.az  xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna facebook hesabında məlumat yayıb. O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıblar. Eks-spikerin qızı ardınca Şəhidlər xiyabanına […]

Bu kamikadze tipli pilotsuz uçuş aparatı “KARGU FPV” zirehli avtomobili məhv edib

 …Zirehdələn döyüş başlıqlı kamikadze tipli pilotsuz uçan aparatı olan KARGU FPV, ilk sursat partlatma sınağında zirehli avtomobili dəqiqliklə məhv edib. Bu, Türkiyə istehsali olan zirehdələn başlıq və hərbi standart qoruyucu ilə təchiz edilmiş FPV-nin ilk uğurlu sınağı olub. Türkiyənin müdafiə sənayesində aparıcı mühəndislik şirkəti olan STM müasir döyüş mühitlərində asimmetrik təhlükələrə qarşı effektiv və sərfəli […]

BANM-də “FinovateBank Hackathon” keçirilib – “TECHBHOSS” komandası I yeri qazanıb (FOTOLAR)

Bakı Ali Neft Məktəbində “Bank Respublika”nın tərəfdaşlığı ilə “FinovateBank Hackathon” keçirilib. İki gün davam edən hakatonda 109-a yaxın müraciət arasından seçilmiş 12 komanda real bank problemlərinə proqramlaşdırma və biznes yönümlü həllər hazırlayıb. Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında etdiyi paylaşımda bildirib. “Yarış boyunca iştirakçılar maliyyə texnologiyaları sahəsində bilik […]

TELMAN İSMAYILOVUN HƏDİYYƏSİ

(“Rusiya hekayələri” silsiləsindən) 90-cı illərin əvvəlləri idi, bütün İttifaqda ara qarışıb məzhəb itmişdi. Bakıda artıq Qara Yanvar faciəsi baş vermişdi, qırmızı qərənfillərin genosidi gerçəkləşmişdi. Fürsətdən yararlanan, Bakıda qəbir gülləri statusuna qədər qiymətdən və hörmətdən düşmüş qərənfilləri Moskvaya daşıyıb varlanan işbazların gəlhagəli idi. Həmyerlimiz Telman İsmayılov da belələrindən biri, bəlkə də birincisi idi, Moskvada gül alverinə […]

Avropada məzunların işlə təminatı və Azərbaycanda – 2025 müqayisəli faiz göstəriciləri

Avropada 20–34 yaş aralığında olan və son üç ildə ali məktəbi bitirənlərin ən yüksək məşğulluq səviyyəsinə sahib ölkə Malta (96,7%) olub. Onun ardınca İslandiya (95,8%) və Hollandiya (94,8%) gəlir. Tezadlar.az  xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib. O vurğulayıb ki, güclü sənaye bazası və peşə yönümlü ali təhsili ilə […]

Trampdan Putinə hədə: “Ukrayna münaqişəsini həll etməsə…”

Rusiya prezidenti Vladimir Putinin hikkəli davranışı artıq Trampı da hövsələdən çıxarmaqdadır. Tezadlar.az Reuters- ə istinadla xatırladır kiş ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin Ukrayna ilə bu münaqişəni həll etməsə, bu onun üçün pis hadisələrlə başa çatacağını bildirib. Sitat: “Hesab edirəm ki, o, bu müharibəni dayandırıb münaqişəyə son qoyacaq. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər […]

Şair Əlisəmird Kür dünyasını dəyişib

Bu gün şair Əlisəmid Kür (Cəfərli) dünyasını dəyişib. Tezadlar.az  xatırladır ki, şairin ailə üzvləri bu barədə mediaya məlumat verib. Belə ki, şair bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib. Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək. Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə […]

Fransanın baş naziri Lekornu yeni hökuməti formalaşdırıb

Fransanın baş naziri Sebastian Lekornu yeni hökumətin formalaşdırılmasının başa çatdığını elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən BFMTV məlumat yayıb. Açıqlanan məlumatlara görə, əsas nazirlər öz vəzifələrini qoruyublar. Jan-Noel Barrot xarici işlər naziri, Roland Leskür İqtisadiyyat və Maliyyə Nazirliyinə, Cerald Darmanin isə Ədliyyə Naziri portfelinə rəhbərlik etməyə davam edəcək. Keçmiş əmək […]

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş başlanıb

Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilir. Tezadlar.az xəbər verir ki,  Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər. Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və […]

Tramp: Qəzzada müharibə başa çatıb

Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında müharibə başa çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib. Amerika lideri jurnalistlərə “Müharibə bitdi” deyib. O, həmçinin Qəzzada yeni administrasiyanın “çox tez” işə başlayacağını qeyd edib. Tramp yerinə yetirilməsini gözlədiyi bir çox şifahi zəmanətə sahib olduğunu vurğulayıb. Daha əvvəl bildirilmişdi ki, […]

Fəallar İspaniya Günündə Madrid Muzeyində Kolumbun rəsminin üzərinə boya atıblar

Madrid muzeyində “Xristofor Kolumbun ilk bayramı” adlı tablo boya ilə örtüldü. Tezadlar.az bildirir ki, bu barədə Futuro Vegetal ətraf mühit təşkilatının fəalları sosial media saytında məlumat veriblər. Onlar qeyd ediblər ki, İspaniya Dəniz Donanması Muzeyində keçirilən aksiya üçün bioparçalanan boyadan istifadə ediblər. “12 oktyabrın qeyd olunması (İspan Millət Günü – RED.) Abja Yala (Latın Amerikası) […]

ABŞ Ukraynanı yeni tipli raketlə təmin edə bilər: hərbi analitik onun üstünlüklərindən danışıb

ABŞ-ın Ukraynaya başqa bir raket növü olan “Barrakuda” ilə təmin oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, hərbi analitik Aleksey Getman Ukrayna radiosunda bu raketlər haqqında bilinənləri izah edib. Getman izah edib ki, “Barrakuda” daha çox dron tipli raketdir və bir neçə modifikasiyaya malikdir. “Lakin o, döyüş başlığı daşıyır. Bu […]

Zelenski Trampın “Tomaqavk” raketlərinin Ukraynaya təhvil verilməsinə razılıq verib-vermədiyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın “Tomaqavk” raketlərinin Ukraynaya təhvil verilməsinə icazə verib-verməməsinə cavab verib. Tezadlar.az xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib. Tramp “Tomaqavk” raketlərini Ukraynaya ötürməyə hazırdırmı? Amerika liderinin raketlərin Ukraynaya təhvil verilməsinə razı olub-olmaması ilə bağlı suala Zelenski cavab verdi ki, məsələ ilə bağlı işlər davam […]

Qəzzadakı israilli girovların azad edilməsi bu gün üç mərhələdə baş tutacaq

İsrailli girovlar bu gün – bazar ertəsi Qəzza zolağından üç mərhələdə azad ediləcək. Birincisi Bakı vaxtı ilə səhər saat 9:00-da başlayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. “Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, girovların ailələrinə məlumat verilib ki, azadlığa buraxılma yerli vaxtla səhər saat 8:00-da “Bakı vaxtı ilə səhər saat 9:00-da – […]

Fəallar İspaniya Günündə Madrid Muzeyində Kolumbun rəsminin üzərinə boya atıblar

Madrid muzeyində “Xristofor Kolumbun ilk bayramı” adlı tablo boya ilə örtüldü. Tezadlar.az bildirir ki, bu barədə Futuro Vegetal ətraf mühit təşkilatının fəalları sosial media saytında məlumat veriblər. Onlar qeyd ediblər ki, İspaniya Dəniz Donanması Muzeyində keçirilən aksiya üçün bioparçalanan boyadan istifadə ediblər. “12 oktyabrın qeyd olunması (İspan Millət Günü – RED.) Abja Yala (Latın Amerikası) […]

Lukaşenkonun mətbuat katibi Putinə ad günü hədiyyəsindən danışıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bəyan edib ki, o, Rusiya lideri Vladimir Putinə doğum günü şərəfinə Valaamın mənzərələrini əks etdirən rəsm əsərini şəxsən hədiyyə etməyi planlaşdırır. “Prezidentimiz – onlar bununla razılaşdılar – hədiyyəsini mütləq Rusiya prezidentinə şəxsən verəcək. Sizə deyə bilərəm ki, bu, kifayət qədər irimiqyaslı və çox gözəl bir rəsmdir”. Tezadlar.az […]

Netanyahu İsrailin qələbəsini elan etdi

İsrailin baş naziri Benyamin Netanyahu bütün cəbhələrdə qələbə qazandığını bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Birgə səylərimizlə biz böyük qələbələr əldə etdik – bütün dünyanı heyrətə gətirən qələbələr. Və demək istəyirəm ki, harada vuruşmuşuqsa, biz qalib gəlmişik”, – siyasətçi deyib. Netanyahu vurğulayıb ki, uğurlara baxmayaraq, hərbi kampaniya hələ bitməyib. […]

Atəşkəsə baxmayaraq, HƏMAS Qəzzaya nəzarəti bərpa edib

Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəs razılaşmasının əldə olunmasından iki saat sonra Qəzza zolağına nəzarəti geri almağa başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” (FT) məlumat yayıb. “FT”-nin məlumatına görə, yaraqlı qrup anklavı geri almaq üçün Qəzza zolağı boyunca sürətlə irəliləyir. HƏMAS da nəzarət-buraxılış məntəqələri yaradıb və İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinliləri […]

Paşinyan izləyicilərinə ürək göstərdi

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan sakinlərini Şəhər Günü münasibətilə təbrik edən videoçarx çəkib. Tezadlar.az xəbər verir ki, o, videonu öz Telegram kanalında yayımlayıb. İnternetdə yayımlanan kadrlarda siyasətçi erməni pop müğənnisi Forşun “Yerevan Menq enq” mahnısını dinləyərkən əlləri ilə ürək düzəldib və onu izləyicilərinə göstərib. “Sabahınız xeyir, hamınıza Erebuni-Yerevan bayramınız mübarək olsun”, – siyasətçi yazıb. […]

Bu rayonun rəhbəri həbs edildi

O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur Oktyabrın 12-də Krasnodar diyarının Oktyabrski rayon məhkəməsi Kubanın Krımski rayonunun rəhbəri Sergey Lesin barəsində həbs qətimkan tədbiri seçib. Tezadlar.az xəbər verir ki, bu barədə məhkəmənin  mətbuat xidməti məlumat yayıb. “Məhkəmə müstəntiqin vəsatətini təmin edərək, Lesin barəsində 1 ay 18 gün müddətinə və ya 2025-ci il noyabrın 29-dək həbs qətimkan […]

Azərbaycan Qəzza ilə bağlı “Sülh Sammiti”nə dəvət olunub

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq “Sülh Sammiti”nə dəvət olunub. Tezadlar.az xatırladır ki, bu barədə “Axios”un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib. Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib. “ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza […]

Futbol sevərlərə şad xəbər: Avropa zonası üzrə seçmə mərhələdə bu gün daha 8 oyun keçiriləcək

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar bu gün keçiriləcək. Tezadlar.az xəbər verir ki, dörd qrupda səkkiz matç baş tutacaq. G qrupunda yer alan Niderland millisi Finlandiya yığmasını qəbul edəcək. DÇ-2026 Seçmə mərhələ 12 oktyabr C qrupu 20:00. Şotlandiya – Belarus 22:45. Danimarka – Yunanıstan Xal durumu: Danimarka – 7, Şotlandiya – 7, Yunanıstan […]

Azərbaycan XİN Qətərə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib. Tezadlar.az  xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “Facebook” hesabında paylaşım edilib. Sitat:  “Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk”. Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olublar.

Rusiya XİN jurnalistin İsveçdən qovulmasına cavab verəcək

Nazirliyin mətbuat katibi Mariya Zaxarova müxbirin əlində bütün lazımi sənədlərin olduğunu vurğulayıb Rusiya tərəfi uydurma bəhanə ilə həyata keçirilən rusiyalı jurnalistin İsveçdən çıxarılmasına cavab verəcək. Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Rusiya müxbirinin əlində bütün lazımi sənədlər olmasına baxmayaraq, o, saxlanılıb, dindirilib və sonda ölkədən çıxarılıb. Cavab tədbirləri […]

Ruslar Ukraynanın enerji obyektlərinə zərbə endirmək üçün taktikalarını dəyişiblər

Energetika Nazirliyi detalları açıqlayıb Energetika nazirinin müavini ukraynalıları çox enerji sərf edən elektrik cihazlarından istifadəni məhdudlaşdırmağa çağırıb. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, ruslar Ukraynanın enerji obyektlərinə zərbə endirmək taktikasını dəyişib. Energetika nazirinin birinci müavini Artem Nekrasov telemarafon zamanı bildirib ki, indi düşmən hədəfli hücumlardan istifadə edir. “Düşmən öz taktikasını dəyişir. Əgər iki-üç il əvvəl […]

Sanksiyalar iqtisadiyyatı zəiflətdi, lakin Rusiyanın müharibə aparmaq əzmini yox

AB-nin on səkkiz sanksiya paketi və ABŞ, Böyük Britaniya və digər ölkələrin onlarla digər məhdudiyyətləri Rusiyanın iqtisadiyyatını zəiflətsə də, müharibəni davam etdirmək əzmini zəiflətmədi. Ekspertlər hesab edirlər ki, daha ağıllı yanaşma lazımdır. Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Britaniyanın “Chatham House” analitik mərkəzinin Rusiya üzrə tədqiqatçısı Timoti Eş Moskvaya qarşı sanksiyaların təsiri […]

Qəzza razılaşması Azərbaycan və Türkiyə XİN başçılarının müzakirəsində

Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri […]

“Tbilisinin fəxri vətəndaşı” Həsən Həsənov Tbilisiyə səfər edib

Tanınmış ictimai, dövlət və siyasi xadim, “Tbilisinin fəxri vətəndaşı” adına layiq görülmüş Həsən Həsənov Gürcüstanın paytaxtı Tbilisiyə səfər edib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, Tbilisidəki Tabidze adına 43 nömrəli ictimai məktəbin kollektivi Həsən Həsənovu bu təhsil ocağının fəxri məzunu kimi xüsusi olaraq dəvət edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə məktəbdə görkəmli dövlət xadiminin […]

Evakuatorla narkotik apardı, amma özünü də polis apardı…

Polis əməkdaşlarının diqqətini yayındırmaq üçün külli miqdarda narkotikləri evakuatorla daşıyanlar Masallıda ələ keçdi. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə narkokuryerlər – 29 yaşlı Qadir Xandadaşlı və 27 yaşlı Elsun Əzizli əvvəlcədən gizlədilmiş yerdən götürdükləri narkotikləri fərqli üsulla daşımağa cəhd […]

Dünya mediası və Azərbaycan müxalifəti Putinin “AZAL etirafı” haqqında

…”The Guardian”, “Sky News”, “CNN”, “The Moscow news”, “Meduza”, “The İndependent”, “AI Jazeera”, “Euronews”, “Radio Free Europa/Radio Liberty”, “Gazeta Express”… Bu sadaladığım media orqanlarının manşeti (məqalənin əsas başlığı) belədir: “Putin says Russian air defenses responsible for Azerbaijani jet’s crash last year, killing 38” ( Ötən il 38 nəfərin ölümünə səbəb olmuş Azərbaycan təyyarəsinin qəzaya uğramasında […]

Azərbaycan millisi səfərdə Fransaya məğlub oldu və…

Ötən gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb. Tezadlar.az xatırladır ki, Parisdəki “Park de Prens” stadionunda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər. Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 […]

Tramp əsəbləşib: noyabrın 1-dən Çin mallarına 100 faizlik rüsum tətbiqi!

Ötən gün ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə gömrük rüsumlarını 100 % artıracaq və noyabrın 1-də və ya ondan əvvəl ixrac nəzarəti tətbiq edəcək. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, o, bununla bağlı özünün sosiaı platformasında paylaşım edib. Trampın sözlərinə görə, Çinin son dərəcə aqressiv mövqe tutduğu sonradan məlum olub. O, noyabrın […]

“Anamın yanına getmək istəyirəm” – Əminə Yusifqızı

Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yusifqızını evində ziyarət edib. Tezadlar.az xəbər verir ki, bu barədə sənətçi “Xəzər axşamı”na müsahibəsində danışıb. O, sənətçinin bir neçə ay əvvəl yıxıldığını bildirib: “3 gün əvvəl Əminə xanımın evində idim. Baxmayaraq ki, halı çox pis idi, amma hər kəsi tanıyırdı. Hamı ilə ünsiyyət qururdu. […]

Həccə gedəcək şəxslərə xəbərdarlıq…

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib. “Təzadlar” Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb. Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı […]

Türk dünyası inteqrasiyada yeni mərhələyə qədəm qoyur – Hakan Fidan

Türk Dövlətləri Təşkilatının (TDT) institusionallaşması böyük ölçüdə başa çatıb. “Təzadlar” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qazi Universitetinin 2025-2026 akademik ilinin açılışında deyib. O, üç gün əvvəl TDT-nin 12-ci Zirvə Toplantısı üçün Azərbaycanda olduğunu və Prezident Rəcəb Tayyib Ərdoğanın orada Türkiyənin Türk dünyasının inteqrasiyasını ən yüksək səviyyədə dərinləşdirməyə sadiqliyini nümayiş etdirdiyini deyib. […]

Melaniya Tramp: “Putin məktubuma cavab verdi

ABŞ-nin birinci xanımı Melaniya Tramp Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların rifahını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə saxlayacağını açıqlayıb. “Təzadlar” xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. “Prezident Putinlə bu uşaqların rifahını müzakirə etmək üçün açıq ünsiyyət kanalımız var”, – o deyib. Melaniya Trampın sözlərinə görə, […]

Nobel Sülh Mükafatı açıqlanmadan öncə Maçadaya edilən böyük mərclər araşdırılır

Nobel Komitəsi Mariya Maçadonun qələbəsinə edilən anormal mərclər barədə xəbərlərdən sonra Nobel Sülh Mükafatı laureatı seçkiləri ilə bağlı mümkün məlumat sızmasını araşdırmaq qərarına gəlib. Bu barədə “Təzadlar” xəbər verir. Məlumata görə, cümə gününə keçən gecə – laureatın adının açıqlanmasından bir gün əvvəl ehtimalları hesablayan “Polymarket” saytında Venesuela müxalifətinin lideri ilə bağlı mərclər kəskin şəkildə artmağa başlayıb. […]

Bakıda keçirilən beynəlxalq kiberfestivalda 41 şirkət yeniliklərini təqdim etdi

Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defense Challenge – CIDC-2025” (CIDC-2025) beynəlxalq kiberfestivalının ikinci günü tədbirin rəsmi qonaqları və tədbir iştirakçıları “Kibertəhlükəsizlik” sərgisi ilə tanış olublar. “Təzadlar” xəbər verir ki, dövlət rəsmiləri – Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Həsən Mansurov, Azərbaycan Respublikası […]

Nobel mükafatçıları haqqında məlumat- PROFESSOR SALEH MƏMMƏDOV

…Nobel mükafatı müxtəlif sahələr üzrə təqdim olunmağa başlamışdır. Əsas elmlər sahələri üzrə mükafatlar haqqında məlumat təqdim edəcəm. Burada əsas məqsəd öz alimlərimizi və elmi idarə səlahiyyətlilərini məlumatlandırmaqdır: nə qədər vaxt Azərbaycan elmi quyruqda sürünəcək? Elmdə, ümumiyyətlə, müsəlman universitetlərinin yetişdirdiyi bir nəfər də mükafatçı yoxdur. Olan 3 nəfər isə hamısı ABŞ universitetlərinin yetişdirməsidir. 2025-ci il Fiziologiya […]

Azərbaycan Qəzzada atəşkəs razılaşmasını müsbət qarşıladı

Azərbaycanın Xarici İşlər Nazirliyi Qəzzada atəşkəsin təsis edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıb. “Təzadlar” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Qəzzada atəşkəsin təsis edilməsini, girovların və məhbusların azad edilməsi üçün yolun açılmasını, həmçinin Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması və onun yenidən qurulması üçün əlverişli şərait yaradacaq razılaşmanın əldə edilməsini alqışlayırıq. Ümid edirik […]

Qara qarağat beyni “oyadır”: Yeni araşdırma qan dövranında artımı sübut etdi

Beynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm istirahət halında, həm də zehni gərginlik zamanı beynin ön loblarına qan axınını artırır. Tezadlar.az xəbər verir ki, bunu Beynəlxalq tədqiqatçı qrupları müəyyənləşdirib və nəticələr Nutritional Neuroscience (NN) jurnalında dərc olunub. Eksperiment 18-35 yaş arası 20 sağlam gənc üzərində aparılıb. İştirakçılardan biri laboratoriyaya gəldikdə poliifenollarla zəngin […]

“Putin təyyarə qəzasına görə üzr istəyib və…”

Rusiya prezidenti Vladimir Putin ki, AZAL təyyarəsinin qəzaya uğramasının səbəbi Ukraynaya məxsus 3 PUA-nın səmada olması və Rusiya sərhədini keçməsi olub. Mövzu ilə bağlı politoloq Azad Məsiyev tezadlar.az- a açıqlamasında bildirib ki, Beynəlxalq konvensiyalara əsasən, əgər Rusiya öz ərazisində sərnişin təyyarələrinin uçuşuna icazə verirsə, onların təhlükəsizliyinə də zəmanət verməlidir: “Azərbaycanla Rusiya arasında son vaxtlar müşahidə […]

Qəzzada müharibə bitir – HƏMAS 72 saatda bütün əsirləri azad edəcək

İsrail ilə HƏMAS arasında “Qəzza Müharibəsinin Tamamilə Dayandırılması” başlığı ilə imzalanan atəşkəs razılaşmasının detalları açıqlanıb. Tezadlar.az xəbər verir ki, sənədə əsasən, HƏMAS 72 saat ərzində bütün əsirləri azad edəcək və bu proses Türkiyənin də daxil olduğu ortaq komitə tərəfindən nəzarətdə saxlanılacaq. Türkiyə həmçinin HƏMAS-ın əlində olan öldürülmüş israilli hərbçilərlə bağlı məlumatların təhvil verilməsində də mühüm […]

Boşanma qalmaqalı böyüyür

Amerikalı repçi Kardi B ilə keçmiş həyat yoldaşı Offset arasında davam edən boşanma prosesi yeni mərhələyə çatıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, sənətçi məhkəmə çərçivəsində Offsetə aliment ödəməyə razılıq verib. Offset keçmiş həyat yoldaşından sərvətinin 70 faizini tələb edib. Uzun illər evli olan və iki övlad böyüdən cütlük arasında maddi bölüşmə və uşaqların qəyyumluğu əsas mübahisə […]

Erməni separatçı rəhbərlərin məhkəmə prosesi davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]

Dünyada hələ də it əti yeyilir — əsasən Asiyada

İt əti yemək adəti bizə şok edici görünsə də, dünyada hələ də mövcuddur. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, Asiya küçələrində gəzərkən turistlər dəhşətli mənzərə ilə qarşılaşa bilərlər: it əti piştaxtaları. Bu, itlərin dost və ailə üzvü olan avropalılar üçün mədəniyyət şoku ola bilər. Bununla belə, it əti sevənlər bunun donuz və ya mal əti […]

Biləcəridə yeni yol layihəsinin icrasına başlanacaq

Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yaşayan sakinlər yol problemi ilə üzləşirlər. Tezadlar.az xəbər verir ki, onların sözlərinə görə, şəhər istiqamətinə çıxmaq üçün uzun və əlavə məsafə qət etməyə məcbur qalırlar. Səbəb isə budur ki, yeni tikilmiş binanın birbaşa magistral yolun üzərində yerləşməsi alternativ çıxış imkanlarını məhdudlaşdırır. Bu səbəbdən sakinlər şəhərə doğru hərəkət edə […]

İsrail millisinin İtaliyaya uçuş məlumatı gizli saxlanılır

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya – İsrail matçı öncəsi Udine şəhərində təhlükəsizlik tədbirləri gücləndiriləcək. “Təzadlar” xəbər verir ki, şəhərdə şüşə butulka və metal qutuların satışı qadağan olunacaq. Metal detektorlar partlayıcı maddələrin aşkarlanması üçün təkcə stadionun girişində deyil, həm də kənar yerlərdə də quraşdırılacaq. O da bildirilir ki, İsrail millisi sabah Norveçlə Osloda keçiriləcək oyundan […]

Qadın sevgilisinə verdiyi 3 milyon yuanı geri ala bilmədi

Gənc işçi, keçmiş həyat yoldaşı və üç milyon yuan. Çinli iş qadını özünü qeyri-adi sevgi və hüquqi qalmaqalın mərkəzində tapıb. Tezadlar.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Çuntsine şirkətini idarə edərkən o, gənc evli bir işçiyə aşiq olub. Boşanmasını sürətləndirmək və arvadına uşaq baxımı xərclərini ödəmək üçün o, üç milyon yuan (təxminən 420.000 dollar) köçürüb. Lakin […]

Trampi: “Sağ olun, Prezident Putin”

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin bu gün Nobel mükafatı ilə bağlı açıqlamalarının görüntülərini paylaşaraq ona təşəkkür edib. “Təzadlar” xəbər verir ki, ABŞ lideri paylaşımı “Truth Social” sosial şəbəkəsində edib. “Sağ olun, Prezident Putin”, – o yazıb. Xatırladaq ki, Putin Tacikistanda keçirdiyi mətbuat konfransında Donald Trampın Nobel Sülh Mükafatına layiq olub-olmadığını mühakimə etməyin onun […]

Sərxan Kərəmoğlu: “Pislik edənlərə halallıq vermirəm”

Aktyor və aparıcı Sərxan Kərəmoğlu açıqlaması ilə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, sənətçi ona pislik edən dostlarına ürək sözlərini çatdırıb. “Mən ümumiyyətlə halallıq verə bilmirəm. Məndə o şey yoxdur, həmin insanlara halallıq verməyəcəyəm. Sözüm zəhmətimi dananlaradır. Bu yaxında Nazənin xanımla müqəddəs ziyarətə getmişdik. Orada da dedim ki, qarğış etmirəm. Bunu elə qəbul etməyin. Mənə […]

Azərbaycan və Türkmənistan Orta Dəhlizdə əməkdaşlığı gücləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır. “Təzadlar” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib. “Ölkələrimiz enerji əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər. SOCAR Türkmənistanda perspektivli yataqların işlənilməsi layihələrində iştirak etməkdə maraqlıdır”, – o deyib. Nazir vurğulayıb ki, iki ölkə arasında […]

“Çelsi” dünyanın ən dəyərli futbol komandası oldu

Todda Boulin “Çelsi”dəki transfer kampaniyası London təmsilçisini dünya futbolunun ən dəyərli komandasına çevirib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, CIES Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin ekspertləri hesablayıblar ki, Enzo Mareskanın heyəti 1,56 milyard funt-sterlinq dəyərindədir. Bu yay “Çelsi” Joau Pedro, Estevan Villian, Alexandro Qarnaço, Liam Delap və Ceymi Qittensi heyətinə qatıb. Xərclərin bir hissəsi satış hesabına […]

Çayın boyatlamasının qarşısını almağın sadə üsulu – limon!

Çay günün istənilən vaxtında sevilərək içilir. Lakin çayın dadını qorumaq və uzun müddət təzə saxlamaq hər zaman mümkün olmur. Bəs çayın boyatlamaması üçün nə etmək olar? Tezadlar.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə çayı hazırlayarkən suyun keyfiyyəti qədər ona əlavə edilən kiçik bir toxunuş da dadı tamamilə dəyişə bilər. Çay suyuna 1 dilim limon əlavə […]

Xaricdə yaşayan Alla Puqaçova hələ də Rusiya pensiyası alır

76 yaşlı Alla Puqaçova xaricdə yaşasa da, pensiyasını hələ də Rusiyadan alır. Tezadlar.az xəbər verir ki, “kp.ru” primadonnanın ay ərzində aldığı ödənişləri araşdırıb. “Qanun vətəndaşların xarici agent statusuna, cinayətə və ya yaşayış yerini dəyişməsinə görə pensiya ödənişlərindən məhrum etmək üçün əsas vermir”, – vəkil Serqey Romanov bildirib. O, əlavə edib ki, ölkəni tərk etmək vətəndaşı […]

Bərdədə 59 yaşlı kişi evinin həyətində ölü tapılıb

Bərdədə kişi evinin həyətində ölü halda tapılıb. Tezadlar.az-ın məlumatına görə, hadisə səhər saat 8 radələrində Körpüsındıran kəndində qeydə alınıb. 59 yaşlı Allahverdiyev Alim Möhsüm oğlunun meyiti yaşadığı evin həyətində ağaclıq ərazidə ailə üzvləri tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.

Zaxar Volkov: “Agentim dedi ki, ‘Qarabağ’ istəyir, amma artıq söz vermişdim”

“ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm “Qarabağ” klubunda oynamaq imkanı olub. Tezadlar.az xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib. “ML” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans […]

“Bakcell”in “Şans” lotereyasında ilk qalib avtomobilinə qovuşdu – sən də qazana bilərsən

İnnovasiya lideri “Bakcell”in meqa lotereyasında ilk “Zeekr 001” artıq sahibinə çatdı. Süni intellektin seçimi ilə qalib olan Cəfər Cəfərzadə bu gün öz avtomobilini təhvil aldı. Amma bu hələ başlanğıcdır – qarşıdakı həftələrdə daha 12 “Zeekr 001” şanslı qaliblərə təqdim olunacaq. “Bakcell” abunəçiləri şans paketləri alaraq lotereyada iştirak edə bilərlər. Onlar hər gün “iPhone 17”, hər […]

Estrogen kişiləri depressiyadan müdafiə edir – yeni araşdırma

“Qadın” hormonu kişiləri stress və depressiyadan qoruyurmuş. Tezadlar.az xəbər verir ki, estrogen hormonu adətən “qadın hormonu” hesab edilsə də, kişilərin beynini stress və depressiyadan qoruyur. Bu nəticəyə beynəlxalq neyrobioloqlar qrupu gəlib, araşdırma “Molecular Psychiatry” jurnalında dərc olunub. Qrupun rəhbəri Polimniya Georgiu və komandası müəyyən edib ki, kişilərdə testosteronun bir hissəsi aromataza fermenti vasitəsilə aktiv estrogen […]

Lixtenşteyndə “Qarabağ”ı tanıyanlar və tanıdanlar- FOTOLAR

 …Məzuniyyətdən istifadə edib, tezadlar.az- ın İsveçrədə xüsusi müxbiri kimi Avropada kiçik bir səyahət planı çızdıq,  İsveçrəyə yaxın olan Lixtenşteynə  səfər etdik. İsveçrədə  hər ilin sonu növbəti il üçün  məzuniyyət cədvəli tərtib edib, iş yerinə təqdim etməlisən. Əlli yaşına  qədər işçilərin bir ildə 5 həftə, 50 yaşdan yuxarı işçilərin isə, il ərzində 6 həftə  məzuniyyət haqqı […]

Kibertəhlükəsizlik xəbərdarlığı – ETX vətəndaşları ehtiyatlı olmağa çağırdı

Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi haktivist qrupların kiber məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırır. Bu barədə “Təzadlar”  xəbər verir. Qeyd olunur ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin […]

Miri Yusifin “İstanbul” klipi Türkiyədə çəkildi – baş qəhrəman xanımı Nərgiz Mirbabayeva olub

Xalq artisti Miri Yusif “İstanbul” adlı yeni mahnı ifa edib.  Tezadlar.az xəbər verir ki, Türkiyə türkcəsində yazılan bəstənin söz və musiqisini isə Zamiq Əliyev (Yap10) yazıb. Nəğmənin aranjimanı Burak Subaşıya və səs uzlaşması Uğur Özdemirə məxsusdur. Xalq artisti bu nəğməsinə Türkiyədə ekran həyatı verib. “İstanbul” mahnısına klipi Elay Elxan çəkib. Layihədə baş qəhrəman ifaçının 17 illik […]

Mövsümi işçilərə gündəlik ödəniş limiti 30 manata qaldırılır

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada ödəniləbilən məbləğin yuxarı həddi artırılır. Tezadlar.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) […]

Serj Sarqsyana qoyulan səyahət məhdudiyyəti aradan qaldırıldı

Ermənistan Antikorrupsiya Məhkəməsi ölkənin üçüncü prezidenti Serj Sarqsyan barəsindəki qətimkan tədbirini qüvvədə saxlasa da, onun ölkədən çıxış qadağasını ləğv edib. Bu barədə “Təzadlar” Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə iclasının əvvəlində müdafiə tərəfi vəsatət verib. Dövlət sirri sayılan məlumatlar tələb olunduğu üçün işə bağlı qapılar arxasında baxılıb. Yalnız dinləmələrdən sonra ölkədən çıxış qadağasının götürüldüyü aydın […]

Qayalarda, səhralarda və dənizdə: dünyanın ən qeyri-adi otelləri

Adətən otellər sadəcə istirahət və yuxu üçün nəzərdə tutulur. Lakin bəzi yerlərdə məhz otelin özü əsas macəraya çevrilir. Tezadlar.az xarici mediaya istinadla dünyanın elə qeyri-adi otellərinin siyahısını təqdim edir. Qayalıqda yerləşən otel – Peru Skylodge Adventure Suites And dağlarındakı Urubamba vadisinin 400 metr hündürlüyündə yerləşən şəffaf kapsul-otellərdir. Bu oteldə qalmaq üçün qonaqlar xüsusi alpinist avadanlığı ilə […]

Ağ saç – aristokrat statusunun simvolu idi

XVIII əsr Avropasında moda bu gün təsəvvür edə biləcəyimizdən qat-qat ekstravaqant və qəribə idi. Tezadlar.az bildirir ki, məhz buna görə də o dövrdəki rəsmlərdə uşaqların ağ və ya boz saçlı təsvir olunması bir çox insanı çaşdırır. Amma bu, yaşla bağlı yox, dəblə bağlı idi. Ağ saç varlı təbəqənin simvolu Tarixçi Emi Boinqtonun izahına görə, XVIII əsrdə […]

Polis postunda insident – DİN hadisənin təfərrüatını açıqladı

Daxili İşlər Nazirliyi (DİN) şəhid atasının təzyiq iddialarına cavab verib. Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb: “Oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək […]

Burun əməliyyatından sonra ölüm – həkimə 2 il həbs cəzası verildi

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli […]

Qanunsuz işdən çıxarılma halında işçi nə etməlidir?

Tezadlar.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual kimlərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad oluna biləcəyi ilə bağlıdır. Tezadlar.az xəbər verir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, əmək müqaviləsində qeyd olunmuş-əmək funksiyasını, vəzifə borcunu […]

Azərbaycan xalqının müstəqillik arzusu, azadlıq mübarizəsi…

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 33 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir ki,  məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası […]

Prezidentin ardıcıl sammit marafonu – Hacıyev açıqlama verdi

Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür. “Təzadlar” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb. “1-2 oktyabr – Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr – […]

“Quba” “Ordu”ya böyük hesabla uduzdu

“Quba” basketbol klubunun “Ordu”ya qarşı oyunu istənilən kimi alınmayıb. “Təzadlar” xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının II turunda “Ordu” ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: “İlk qələbədən sonra bu gün də qalibiyyət istəyirdik. Təəssüf ki, uduzduq. Demək olar ki, oyunumuz alınmadı. Məşqlərimizi […]

Sakaryada jandarm maşını qəzaya düşdü: 2 şəhid

Türkiyənin Sakarya vilayətində xidmətdə olan jandarm maşını əks istiqamətdən gələn avtomobillə toqquşub. “Təzadlar” xəbər verir ki, hadisə vilayətin Akyazı rayonunda qeydə alınıb. Qəza nəticəsində iki jandarma şəhid olub, digər avtomobildəki iki sərnişin yaralanıb. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə ilə bağlı […]

Makron Fransa partiya liderlərini təcili toplantıya çağırır

Fransa prezidenti Emmanuel Makron hökumətdəki siyasi böhran fonunda parlamentdə təmsil olunan bir neçə partiyanın liderləri ilə təcili toplantı keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Jurnalistlərin fikrincə, Fransa lideri yeni baş nazir təyin etməzdən əvvəl bəzi partiya liderlərinin dəstəyini almaq istəyir. Marin Le Penin ifrat sağçı “Milli Ralli” və Jan-Lük Melenşonun […]

İstedadlı rəssam Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş sərgi keçirilib

Ötən gün, 9 oktyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Rəssamlar İttifaqının üzvü  Elnarə İskəndərovanın yaradıcılığının 25 illiyinə həsr olunmuş rəsm sərgisi keçirilib. Tezadlar.az  xəbər verir ki, sərgidə rəssamın 40-a yaxın rəsm əsəri nümayiş olunub. Belə sərgilərin keçirilməsində əsas məqsəd istedadların üzə çıxarılması və onların tanıdılmasıdır. Sərginin […]

ABŞ S-300-lərin F-35-i təhdid etdiyini etiraf edib

Modernləşdirilmiş Rusiya S-300 ailəsinin hava hücumundan müdafiə sistemləri Amerikanın beşinci nəsil F-35 qırıcılarını aşkar edə bilər. Tezadlar.az xəbər verir ki, Amerikanın “The National Interest” (TNI) jurnalının köşə yazarı Brandon Vayxert bunu etiraf edib. Müəllif qeyd edib ki, Rusiya Venesuelanın S-300VM sistemləri, xüsusən də müxtəlif radarların birgə istismarını və onların məlumatlarının avtomatik işlənməsini nəzərdə tutan, gizli […]

Putin Rusiyanın yeni silah aldığını açıqlayıb

Rusiya tezliklə yeni silahlar alacağını elan edə bilər; Rusiya prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki, sınaqlar uğurla davam edir. “Düşünürəm ki, bir vaxtlar elan etdiyimiz yeni silahları tezliklə elan etmək imkanımız olacaq. Onlar hazırlanır, biz isə sınaqlardan keçirik. Sınaqlar uğurla davam edir”, – Tezadlar.az xəbər verir ki, Rusiya lideri bildirib. […]

Putin Zelenskinin Kremlə zərbələr endirilməsi ilə bağlı bəyanatını “şantaj və şou” adlandırıb

Kreml lideri Rusiyanın yeni silahlar hazırlaya biləcəyini də bəyan edib Rusiya lideri Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin “Tomaqavk”ın Kremlə endirilməsi ilə bağlı bəyanatına cavab verib və yeni silahlar hazırladığını açıqlayıb. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, yeni bəyanatlar Düşənbədə keçirilən mətbuat konfransı zamanı verilib. “Zelenskinin “Tomaqavk” ilə Kremlə zərbə endirmək təhdidləri təkcə şantaj deyil, […]

Polisə müqavimət göstərəndə bilmədi ki…

Bu gün Bakıda polisə kəsici alətlə müqavimət göstərən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, R.Məmmədov müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti […]

Bəzi vəkillər mətbuatın əli ilə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır

“Vəkilin funksiyası müdafiə etdiyi şəxsin günahsızlığını hüquqi faktlarla sübut etməkdir”. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bəzi vəkillər mətbuatı prosesə cəlb etməklə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu […]

Putin söz verdi: “AZAL təyyarəsinin qəzası obyektiv araşdırılacaq”

Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandıran Rusiya prezidenti V.Putin bu barədə Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında belə deyib. Sitat: “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”. O, əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır. Sitat: “Biz Əliyevlə razılaşdıq […]

Ağ Ev Nobel Sülh Mükafatı qərarını tənqid edib

Nobel Sülh Mükafatının ABŞ prezidenti Donald Trampa yox, Venesuelalı müxalifətçiyə verilməsi qərarı onun siyasiləşməsindən xəbər verir. Tezadlar.az xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çanq sosial media platformasında bildirib. “Nobel Komitəsi sübut etdi ki, o, siyasəti sülhdən üstün tutur”, – o yazıb. Daha əvvəl Mükafat Komitəsi elan etmişdi ki, builki Nobel […]

İqnat Rusiyanın ötən gecə Ukraynaya endirdiyi zərbənin unikallığını belə izah etdi

Hərbçilərin sözlərinə görə, işğalçıların əsas zərbəsi kritik infrastruktura yönəlib Oktyabrın 10-na keçən gecə Rusiya ordusunun Ukraynaya qarşı həyata keçirdiyi kütləvi hava hücumu çoxlu sayda ballistik raketlər və onların dağınıq olması ilə seçilirdi. Tezadlar.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələri Komandanlığının Rabitə İdarəsinin rəisi Yuri İqnat telemarafon verilişində danışıb. “Digər birləşmiş zərbə – çoxlu […]

Meqan Markl ictimaiyyət arasında büstqaltersiz göründü: dekoltesi nəfəs kəsdi

Münasibətlərin problemləri ilə bağlı şayiələrə baxmayaraq, Meqan Markl və Şahzadə Harri Nyu-Yorkda birlikdə çıxıblar. Onlar Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş illik “Project Healthy Minds” qalasında iştirak ediblər. Tezadlar.az xəbər verir ki, internetdə yazılan şərhlərə əsasən, az tanınan amerikalı aktrisa görünüşü ilə hər kəsi heyrətə gətirib. 44 yaşlı Susseks hersoginyası çılpaq geyindiyi qara Armani gödəkçəsi […]

Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında atəşkəs razılaşmasının qüvvəyə mindiyini açıqlayıb. “Atəşkəs razılaşması saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da – RED.) qüvvəyə minib”, – Tezadlar.az xəbər verir ki, İMQ mətbuat xidmətinin bəyanatında deyilir. İMQ əlavə edib ki, “saat 12:00-a olan məlumata görə, İMQ qoşunları atəşkəs razılaşması və girovların qaytarılmasına hazırlıq çərçivəsində yenilənmiş dislokasiya xətləri […]

Türkiyədə ali təhsil 3 il oalacaq!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən 2025-2026 ali təhsil tədris ilinin açılış mərasimindəki çıxışında bu sahədə əhəmiyyətli yeniliklərdən danışıb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, dövlət başçısı yeni dövrdə kurs planlarının sadələşdiriləcəyini və tələbələrin layihənin hazırlanması, tətbiqi və tədqiqata əsaslanan öyrənmə modelləri əsasında təhsil alacağını bildirib. O həmçinin bir çox […]

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib – FOTOLAR

Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Tezadlar.az  Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Hörmətli Emoməli Şərifoviç. Hörmətli həmkarlar. Əvvəlcə qonaqpərvərliyə, tədbirimizin yüksək səviyyədə təşkilinə görə Tacikistan Prezidenti hörmətli Emoməli Şərifoviç Rəhmona təşəkkürümü bildirmək istərdim. Qardaş Tacikistan xalqını […]

Qırğızıstanda yanacaq və sürtkü materialları azalıb – səbəblərdən biri Rusiya zavodlarının dronla vurulmasıdır…

Qırğızıstanda yanacaq və sürtkü materialları qıtlığı yaşanır, lakin neft treyderləri də dəqiq proqnoz verə bilmirlər… Qırğızıstan Neft Treyderləri Assosiasiyasının rəhbəri Kanatbek Eşatov ölkənin yanacaq və sürtkü materialları bazarında mövcud vəziyyəti çətin kimi qiymətləndirib. Tezadlar.az  xəbər verir ki, o, 24.kg-a bu vəziyyətin səbəblərini açıqlayıb. “Müəyyən risklər var. Bəzi şirkətlərin mövcud ehtiyatları artıq tükənib, bir aydan da […]

Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı təklif edib-İNANILMAZ

“2022-ci ildə Ukraynada döyüş əməliyyatları başlayandan sonra Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya Federasiyası ilə müharibəyə başlamağı, “10 gün davam etməyi, sonra isə partizan mübarizəsinə keçməyi” təklif edib”. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə hakim “Gürcü arzusu” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində bildirib. “Qərb ölkələrindən birinin səfiri ölkənin […]

“İmişlidə onlarla karxana sahələri qapadıldığı üçün iş yerləri kütləvi azalıb” – Millət vəkili

İmişli ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb. Tezadlar.az  xəbər verir ki, bu barədə MCP lideri, millət vəkili Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı bildirib. “Qum-çınqılın çıxarılması ilə bağlı […]

Sərnişinlərin diqqətinə: metronun bu stansiyalarında qatarların intervalı azaldılır

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır. Yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək. Tezadlar.az  xəbər verir ki, bu barədə […]

Ramil Həsənin deputat kimi fəaliyyəti dayandırıla bilər

Milli Məclisin üzvü Ramil Həsən deputat fəaliyyətini dayandıracaq. Tezadlar.az  xəbər verir ki, bu barədə millət vəkili parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib. Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verəcək. Xatırladaq ki, R.Həsən iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında Baş katib seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən başlayacaq.

“S.H. İnşaat Xidməti” Təhsil Nazirliyinin 8 milyon manatlıq tenderinin qalibi olub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb. Tezadlar.az  xəbər verir ki, tender respublikanın müxtəlif təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin həyata keçirilməsi məqsədilə təşkil olunub. Tenderin qalibi “S.H. İnşaat Xidməti” MMC (VÖEN: 1302481541) olub və şirkətlə 8 095 862 AZN dəyərində müqavilə bağlanıb. Qeyd edək ki, “S.H. İnşaat […]

Avropadan “Şahdağ”a yarım milyon manatlıq kanat gətirilir

Şahdağ Turizm Mərkəzi elan etdiyi tenderin nəticələrini açıqlayıb. Tezadlar.az  xəbər verir ki, tender asma buraz kanat yolları avadanlıqları üçün ehtiyat hissələrinin alınmasını əhatə edir. Tenderin qalibi Doppelmayr Seilbahnen GmbH (VÖEN: 10006731) olub və şirkətlə bağlanan müqavilənin dəyəri 551 687 AZN təşkil edir. Doppelmayr Seilbahnen GmbH teleferik və asma kanat yolları texnologiyaları üzrə ixtisaslaşmış Avstriya şirkətidir. Şirkət […]

Konstitusiyanın 30 illiyinə yubiley medalı təsis edilir- medalın kimlərə verilməsi nəzərdə tutulub?

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək. Tezadlar.az xəbər verir ki,  məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Bildirilib ki, yubiley medalı ilə Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, […]

BANM-də Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində həftəlik tədbir təşkil olunub – FOTOLAR

Bakı Ali Neft Məktəbində Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf Həftəsi: Enerji keçidinin sürətləndirilməsi” adlı 1 həftəlik beynəlxalq tədbir təşkil edilib. Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında bildirib. Rektor diqqətə çatdırıb ki, tədbirdə Çin Neft Universitetinin 13 tələbəsi və 1 dosenti, həmçinin […]

Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi də pulsuz oldu

Bu gün, 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi, həm də ictimai rifahın əsasını təşkil edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən tezadlar.az-a bildirulib ki, psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan alkoqol […]

“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxılıb və…

Bir müddət əvvəl Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikova Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib. Qeyd edək ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı […]

Müəllimini təhdid edən 201 saylı məktəbin direktoru işdən qovuldu

Bakıdakı 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva işdən azad edilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Qeyd edək ki, bir müddət […]

Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında TORPAĞA TAPŞIRILACAQ

Bu gün Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, mərhumla əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Ardınca “Qurd qapısı” qəbiristanlığına aparılaraq orada dəfn olunacaq. Xatırladaq ki, Xalq artisti Ə.Yusifqızı oktyabrın 9-da vəfat edib. Allah rəhmət eləsin!

Rusiyada MiQ-31 təyyarəsi qəzaya uğradı: pilotlara nə oldu?

Rusiya Federasiyasının Lipetsk vilayətində planlaşdırılmış təlim uçuşundan sonra eniş zamanı MiQ-31 təyyarəsi qəzaya uğrayıb. Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə saat 19:20 radələrində baş verib. “Ekipaj atıldı; pilotların həyatı üçün heç bir təhlükə yoxdur”, – hərbi idarə bildirib. Məlumata görə, təyyarə Çaplıqinski rayonunun meşəlik ərazisinə düşüb və orada alovlanıb. […]

Ukrayna və Rusiya tezliklə danışıqlar masasına oturacaqlar – Tramp

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o və NATO Ukrayna üçün sülh razılaşması üçün “təzyiqləri artırır”. O, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb. O, Rusiya və Ukraynanın tezliklə nizamlanma danışıqlarında iştirak edəcəyini gözləyir. “Bu, dəhşətli müharibədir. Bu, İkinci Dünya […]

Ukrayna kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb

Ukraynanın müxtəlif şəhərlərində partlayışlar qeydə alınıb Oktyabrın 9-u axşam saatlarından etibarən Rusiya qüvvələri “Şahed” tipli hücum pilotsuz uçan aparatları ilə Ukraynanı terror edir. Ukrayna Hərbi Hava Qüvvələri ölkəmizin hava məkanında düşmənə məxsus pilotsuz təyyarələrin olması barədə məlumat yayıb. Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, məlumata görə, Ukraynanın bir sıra şəhərlərində, o cümlədən Dneprdə partlayışlar baş […]

Peskov: Putin Əliyevlə “bütün aktual məsələləri” müzakirə edib

Rusiya liderinin mətbuat katibi söhbət zamanı Bakıda saxlanılan ruslarla bağlı mövzunun qaldırılıb-qaldırılmaması ilə bağlı sualı belə cavablandırıb Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin görüşündə Rusiya-Azərbaycan münasibətlərində bütün aktual məsələlər qaldırılıb. Tezadlar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Vedomosti”yə söhbət zamanı Bakıda saxlanılan rusların mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı sualı […]

Netanyahu Yerusəlimdə Uitkoff ilə görüşüb

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb. Görüş İclas Nazirlər Kabinetinin iclası ilə paralel keçirilir. Görüşün ardınca israilli nazirlərin Qəzza zolağı sülh sazişini təsdiqləyəcəyi gözlənilir. Bundan əvvəl Tramp İsrail […]

Tramp Obamanın Nobel mükafatına belə münasibət bildirib

ABŞ-ın keçmiş prezidenti Barak Obama 2009-cu ildə Nobel Sülh Mükafatını “boşuna” alıb. Tezadlar.az C-SPAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. “O, pis prezident idi. Co Baydenin oğlu ən pis prezident idi. Amma Obama da yaxşı prezident deyildi”, – Ağ Ev rəhbəri vurğulayıb. Bundan əvvəl Tramp bəyan etmişdi ki, Barak Obama […]

BMT Kosovoya türk pilotsuz təyyarələrinin tədarükünə cavab verməlidir – Vuçiç

Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, BMT Türkiyənin özünü elan etmiş Kosovo Respublikasına pilotsuz təyyarələr tədarük etməsinə cavab verməlidir. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. O, bəyan edib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və digər beynəlxalq normalara əməl etməlidir. O, həmçinin Ankaranı Kosovonu silahlandırmağı dayandırmağa çağırıb, çünki Türkiyənin hərəkətləri […]

Prezidentin rok mahnıları ifa etməsi mübahisələrə səbəb olub

Argentina prezidenti Xavyer Mileyin konsertində rok mahnıları səsləndirməsi mübahisələrə səbəb olub. Tezadlar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Argentina prezidenti Xavyer Miley rok konsertinə çevrilən kitabının təqdimatı üçün səhnəyə çıxıb. Bu, pərəstişkarlarını sevindirib, lakin onu ölkənin iqtisadi problemlərindən uzaq olmaqda günahlandıran müxalifətin tənqidinə səbəb oldu. Xavyer Miley Çarli Qarsii-nin “Demoliendo Hoteles” və Nino […]

Avropa Komissiyası AB institutlarında Macarıstanın casusluğunu araşdırır

Avropa Komissiyasının ekspertləri Macarıstanın Aİ qurumlarında kəşfiyyat fəaliyyəti ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda araşdırma aparacaq. Tezadlar.az xəbər verir ki, bu barədə “Euobserver” məlumat yayıb. Bir gün əvvəl Macarıstanın “Direkt36” portalı məlumat vermişdi ki, 2010-cu illərdə ölkənin kəşfiyyat xidməti Brüsseldə Aİ əleyhinə casusluğa başlayıb və Avropa qurumlarında çalışan macarları işə cəlb etməyə cəhd edib. Məsələn, […]

İğtişaşların saxlanılan iştirakçılarının sayı 39-a çatıb

Gürcüstanda hüquq-mühafizə orqanları oktyabrın 4-də Tbilisidə baş vermiş iğtişaşın daha 8 iştirakçısını saxlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib. “Aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq çərçivəsində daha 8 nəfər saxlanılıb. 4 nəfər azadlıqdadır”, – o bildirib. Daraxvelidze qeyd edib ki, prezident […]

Nazir Adil Kərimli Dövlət Xidmətində kadr dəyişikliyi edib

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən azad edilib. Tezadlar.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin imzaladığı əmrə əsasən, Pərvin Vaqif oğlu Kazımov Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. Onu sözügedən idarədə rəis müavini işləyən Xəlil İbrahimov əvəz edib. Qeyd edək ki, Pərvin Kazımov ötən ilin […]

Cavad Dbila hava limanı idarəsinin rəhbəri oldu

Ələt Azad İqtisadi Zonasında yaradılan yeni hava limanı idarəsinin idarə heyətinin sədri bəlli olub. Tezadlar.az xəbər verir ki, bu vəzifə 2025-ci ilin sentyabrından etibarən Cavad Dbilaya həvalə edilib. C.Dbila hazırda paralel olaraq “Silk Way Alat Free Economic Zone” şirkətinin baş direktorudur. O, şirkətə yarandığı 2023-cü ildən bu tərəfə ona rəhbərlik edir. Cavad Dbila 2000-ci ildən […]

Əməkdar artistin evində toy sevinci

Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun evində toy olacaq. Tezadlar.az xəbər verir ki, bu haqda o, “Xəzər axşamı” verilişində danışıb. Sənətçi bildirib ki, aktyor oğlu Sənan Kazımov gələn ay 7 ildir münasibətdə olduğu həmkarı Aygün Fətullayeva ilə ailə quracaq. Cütlüyün toyu Bakıdakı restoranların birində keçiriləcək. Qeyd edək ki, Sənan və Aygün Gənc Tamaşaçılar Teatrında çalışır. […]

NATO bazası üzərində naməlum dron həyəcanı

Almaniyanın qərbindəki Qaylenkirxenedə (Şimali Reyn-Vestfaliya) yerləşən NATO aviabazasının üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) görüntülənib. “Təzadlar” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb. Onların məlumatına görə, radarlar çərşənbə günü yerli vaxtla saat 19:00 radələrində (Bakı vaxtı ilə 21:00) bazanın təhlükəsizlik zonasında PUA aşkar edib. O, uçuş-enmə zolağından aşağı hündürlükdə uçub. […]

Qəzzada sülhün yeni mərhələsi başlayır

HƏMAS hərəkatı İsrail ilə davamlı atəşkəsin başladığını elan edib. “Təzadlar” xəbər verir ki, bu barədə hərəkatın danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Xəlil əl-Hayya “Al Jazeera”nin efirində danışıb. “Biz vasitəçi ölkələrdən və ABŞ administrasiyasından Qəzzadakı müharibənin qəti şəkildə başa çatdığına dair təminatlar aldıq”, – o vurğulayıb. Xatırladaq ki, ABŞ lideri Donald Tramp İsrail və HƏMAS-ın onun təklif […]

Sinədə təzyiq və nəfəs darlığı – ciddi xəbərdarlıq

Kardioloq Ernst fon Şvarc ürək xəstəliklərinin dörd ciddi, lakin gözə çarpmayan simptomunu açıqlayıb. Tezadlar.az bildirir ki, onun sözlərinə görə bunlardan biri sinədə təzyiq hissidir və bu, ürəyə kifayət qədər oksigen çatmadıqda meydana gəlir. İkinci simptom isə istirahət vəziyyətində nəfəs darlığıdir. Həmçinin, huşunu itirmə hallarına diqqət yetirilməlidir, çünki ürək problemlərinin ilkin əlaməti ola bilər. Həkim qeyd […]