QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik kitab “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən represiya edilmiş (acı həqiqətlər, ağrılı f...

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

Təcrübə göstərir ki, sosial problemlər həmişə ölkənin demoqrafik göstəricilərinə birbaşa təsir edir...

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

Dünya siyasətində baş verən elə hadisələrlə rastlaşırıq, sadəcə, bəzən adamın inanmağı gəlmir...

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Rustaveli prospektində parlamentin qarşısındakı mitinqə qatılıb.

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана, кто противостоит выбору армянского народа – путь в европейское сообщество.

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördə...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yaradan şəhərdir”

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi hissə komandiri  kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpa...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

...Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor tə...

MEDİA

15-Yan-2025 By Asif Memmedov

ÖLKƏ S…

Təcrübə göstərir ki, sosial problemlər həmişə ölkə

Detay

Bu gün  görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin anım günüdür.

 Aləmdə səsi olan sənətkar

Əzizə Məmməd qızı Cəfərzadə 29 dekabr 1921-ci ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 nömrəli məktəbdə alıb. Daha sonra təhsilini Teatr texnikumu və ikiillik Müəllimlər İnstitutunda davam etdirib. Təyinatla Ağsu rayonunun Çaparlı kəndində müəllim işləyib. 
   Sonradan Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirən Ə.Cəfərzadə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin müdiri, Teatr texnikumunun müdiri, Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri işləyib. 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru olub. O, “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətlər” mövzusunda namizədlik (fəlsəfə doktoru), “XIX əsr Azərbaycan poeziyasında, xalq şeiri üslubu” mövzusunda isə doktorluq dissertasiyalarını müdafiə edib. 

   Ə.Cəfərzadə elmi fəaliyyətlə kifayətlənməyib, bədii yaradıcılıqla da məşğul olub, bir-birindən maraqlı əsərlər qələmə alıb. XX əsr Azərbaycan nəsrində onun yaradıcılığının xüsusi yeri var. O, milli-mənəvi dəyərlərin qorunması yolunda əlli ildən artıq yorulmadan fəaliyyət göstərib. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatı Əzizə xanımın həmişə diqqət mərkəzində olub. Eyni zamanda müasir gəncliyin həyatından bəhs edən roman, povest və hekayələri də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
   Ə.Cəfərzadə “Əzrayıl” adlı ilk hekayəsini on altı yaşında yazıb. Müəllifin ilk kitabı isə 1948-ci ildə çap olunub. Ancaq Moskvanın xüsusi qərarı ilə satışı dayandırılır. Sonra müsadirə edilib yandırılır. Bütün bunlara baxmayaraq, o, ruhdan düşmür. Əksinə, onun mübarizlik ruhu daha da coşub-daşır. Bir-birinin ardınca “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən elə” , “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə alır. 

   Görkəmli yazıçıya daha çox şöhrət gətirən əsərlərindən biri “Aləmdə səsim var mənim” romanıdır. Yazıçı əsərə adı Seyid Əzim Şirvaninin “Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürüb. Əsər şairin həyat və yaradıcılığından bəhs edir. Eyni zamanda Şamaxı mühiti, onun ədəbi-mədəni hadisələrinin canlı mənzərəsi də öz əksini tapıb. Qeyd edək ki, əsərdə el şənlikləri - çəngi məclisi, toy və yas mərasimləri, şeir məclisi - “Beytüs-səfa”, Novruz-ilaxır çərşənbə adətləri diqqətçəkən və oxucuda dərin maraq yaradan hadisələrdəndir. 
   Müəllifin “Xəzərin göz yaşları” povestində 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən bir həftə ərzində İrana məcburi deportasiyasından bəhs olunur.
   Ə.Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan çalışıb. Bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülüstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları yazıçının ədəbiyyatımıza, mədəniyyətimizə bağlılığından və sevgisindən xəbər verir.
   O, həmçinin fasiləsiz olaraq televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və s. çoxsaylı proqramların müəllifi və aparıcısı olub. Bununla yanaşı, radioda uzun illər Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radiojurnalının iştirakçısı kimi bu verilişlərdə ədəbi irsimizi təbliğ edib. 
   Ə.Cəfərzadə bir sıra xarici müəlliflərin, o cümlədən S.Şokumun “Bizim diyar”, Ə.Kabaklının “Əjdaha daşı”, S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A.Lixanovun “Mənim generalım” və s. əsərləri Azərbaycan dilinə tərcümə edib. Yazıçının öz əsərləri də rus, fars, ərəb, qazax və s. dillərə tərcümə edilərək xarici ölkələrdə nəşr olunub.

   Görkəmli yazıçı eyni zamanda xalq yaddaşının da vurğunu olub. “Bayatı düşüncələrim”, “Xızır Nəbi ”, “Novruz” və başqa etnoqrafik yazıları ictimaiyyətin marağına səbəb olub. O, bir çox xarici ölkələrdə, o cümlədən Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında təşkil olunan konfranslarda ölkəmizi layiqincə təbliğ edib. 
   1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışan Əzizə xanım qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib. 
   Özünü Azərbaycana həsr edən yazıçı həm də xeyriyyəçi kimi zəhmətkeş insanların sevgisini qazanıb. Kitablarından qazandığı qonorar hesabına 1979-cu ildə Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib.
   Ə.Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O

, “Xalqlar dostluğu”, ”Şöhrət” ordenləri ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 2001-ci ildə Xalq yazıçısı fəxri adına layiq görülüb.
   “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Şamxəlil Məmmədov “Aləmdə səsi olan insan” adlı publisistik məqaləsində yazır: “...Şairdir ana, sözü-söhbəti ilə. Nəğməkardır ana, dürlü-dürlü laylaları ilə. Dünyanın ən böyük rəssamıdır ana, əllərinin xalıda, xalçada açdığı naxışları ilə. Həyatda ilk əbədi, humanist bir varlıqdır ana, yuxusuz gecələri, qiyməti olmayan yaz ətirli nəvazişi ilə... Belə qadınlardan biridir Əzizə Cəfərzadə...”
   Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə vəfat edib. Öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində dəfn edilib. 

Şakir QURBANOV

 

Pin It

CƏMİYYƏT

15-Yan-2025 By Elbar Şirinov

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik k

13-Yan-2025 By Asif Memmedov

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ…

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin

11-Yan-2025 By Elbar Şirinov

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM…

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi

SİYASƏT

15-Yan-2025 By Asif Memmedov

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ…

Dünya siyasətində baş verən elə hadisələrlə rastla

10-Yan-2025 By Elbar Şirinov

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN…

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanda

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

MƏDƏNİYYƏT

15-Yan-2025 By Yasemen Memmedov

SEVİNC HEYDƏROVA SAXTA SERTİFİKATLA ƏMƏLİYYATLAR…

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq art

14-Yan-2025 By Asif Memmedov

BU GÜN ONUN 115 YAŞI…

 ...Bu gün BDU-nun sabiq rektoru (1944-1950), İnsa

13-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ UCARDA UŞAQLARI…

Ucarda uşaq yazıçısı Gülzar  İbrahimova ilə görüş

13-Yan-2025 By Elbar Şirinov

GİYA PAÇXATAŞVİLİNİN ƏDƏBİ MÖVQEYİ

Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ö

09-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ KÜRDƏMİRLİ UŞAQLARI…

Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucula

08-Yan-2025 By Elbar Şirinov

"CEYMS BOND" FİLMİNİN AKTYORU DÜNYASINI…

Meksikalı aktyor Emilio Eçevarria 81 yaşında vəfat

KRİMİNAL

15-Yan-2025 By Elbar Şirinov

CƏLİLABADDA 10 KİLOQRAM NARKOTİK VASİTƏ…

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz d

14-Yan-2025 By Elbar Şirinov

33,5 KİLOQRAMDAN ÇOX QIZIL-ZİNƏT ƏŞYALARI…

2024-cü il ərzində həyata keçirilmiş tədbirlər nət

14-Yan-2025 By Elbar Şirinov

NƏRİMANOVDA ƏMƏLİYYAT: 11 KİLOQRAM NARKOTİK…

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şö

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

15-Yan-2025 By Elbar Şirinov

KALİFORNİYADA İKİ YENİ MEŞƏ YANĞINI…

Kaliforniyanın cənubunda iki yeni meşə yanğını baş

15-Yan-2025 By Elbar Şirinov

AKTYORLAR HÖKUMƏT ƏLEYHİNƏ MİTİNQ KEÇİRİB

Yanvarın 14-də Tbilisinin mərkəzində hökumət əleyh

15-Yan-2025 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 27 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

15-Yan-2025 By Elbar Şirinov

CƏNUBİ KOREYA PREZİDENTİ IFADƏ VERMƏKDƏN…

Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanları Cə

15-Yan-2025 By Elbar Şirinov

DYP SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zama

15-Yan-2025 By Elbar Şirinov

GÖYÇAYDA NARKOTİKİN TƏSİRİ ALTINDA SƏRNİŞİN…

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi böl

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

08-Yan-2025 By Elbar Şirinov

8 YANVARIN ULDUZ FALI

Gün məşğul olmağı vəd edir, lakin dincəlmək üçün v

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

14-Yan-2025 By Yasemen Memmedov

"…

“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi f

TƏHSİL

13-Yan-2025 By Yasemen Memmedov

MAGİST…

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçü