ŞİRVAN ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASINDA ÖZBAŞINALIQ – ŞİKAYƏT

ŞİRVAN ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASINDA ÖZBAŞINALIQ – ŞİKAYƏT

Tezadlar.az saytının elektron poçtuna Şirvan şəhər sakini Elmira Bayım qızı Babayevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və A...

USTADA, MÜƏLLİMƏ VƏ ZİYALIYA-QULU MƏHƏRRƏMLİYƏ SEVGİLƏRLƏ...

USTADA, MÜƏLLİMƏ VƏ ZİYALIYA-QULU MƏHƏRRƏMLİYƏ SEVGİLƏRLƏ...

(Professor Qulu Məhərrəmlinin yubileyinə təbriklər...)

Хамству Пашиняна нет предела, или Пашинян предлагает предать все армянские злодеяния забвению

Хамству Пашиняна нет предела, или Пашинян предлагает предать все армянские злодеяния забвению

Ереван готов отказаться от исков против Баку в случае подписания мирного договора.

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRDİ

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order vermək qərarını “cəsar...

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ BELƏ ŞƏRH EDİB

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ BELƏ ŞƏRH EDİB

Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna münaqişəsində açıq şəkildə tərəf tutub.

ERMƏNİLƏR QARABAĞA HANSI HÜQUQİ ƏSAS VƏ SİFƏTLƏ QAYIDA BİLƏR?

ERMƏNİLƏR QARABAĞA HANSI HÜQUQİ ƏSAS VƏ SİFƏTLƏ QAYIDA BİLƏR?

Qarabağdan rədd olub getmiş, 30 il ərzində Qarabağdakı yurdlarımızı viran qoyan, evlərimizi dağıdan separatçılarla əlbir olmuş ermənilər indi geri dön...

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ: MAKRONA AYIB OLSUN!

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ: MAKRONA AYIB OLSUN!

Ötən gün Şotlandiya Parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-IX HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-IX HİSSƏ

Kahinlər haqqında            Bir gün Zərdüşt şagirdlərinə bir işarə verdi və onlara bu sözləri söylədi:           “Budur, kahinlər mənim düşmənlərim...

ZALUJNI "TÜRK AXINI"NI PARTLATMAĞI TƏKLİF EDİB?

ZALUJNI "TÜRK AXINI"NI PARTLATMAĞI TƏKLİF EDİB?

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı (iyul 2021 - fevral 2024) təkcə "Şimal axını"nda deyil, həm də "Türk axını"nda təxrib...

Əziz dostlar! Bu yazını neçə gündür yazmışam, amma hər gün bir hadisə baş verdiyindən əlavələr etmə zərurəti yaranır, buna görə də dərc olunması gecikib.

Bu gün, nəhayət, yazını sizinlə bölüşmək qərarına gəldim. Mövzu bir professor dostumun mənə “Niyə Qubad İbadoğlunu lazımi səviyyədə dəstəkləmirsən?” iddialı sualına verdiyim cavabımdan qaynaqlandı.

Məsələ belədir: Qubad İbadoğlu barədə həbs qərarı rəsmiləşəndən sonra tezadlar.az saytında “TURAN” Agentliyinə istinadla, bəlkə də çoxlarının paylaşmadığı, yaxud paylaşmağa ehtiyatlandığı, lap açıq desək, qorxduğu bir məlumatı paylaşdıq. Sonra Baş Prokurorluqdan bizə göndərilən rəsmi məlumatı da yayımlamaq borcumuzu yerinə yetirdik. Amma göydə Allah, yerdə bizim Qubad İbadoğlunun və digər haqsız tutulmuşların həbsinə inciyən vicdanımız bilir ki, bu dəfə də o dərəcədə incidik, pis olduq, bunu ən azı hər gün rəsmi və ya inandığımız qaynaqlara istinadla yayımladığımız məlumatlar da təsdiqləyir.

Lakin başqa bir mənzərənin şahidi oluruq: biri mənə yazır ki, Qulu Məhərrəmliyə Qubad bəyi dəstəklədiyinə görə şər atırlar, ləkələyirlər, onu dəstəkləyin... Digəri yazır ki, niyə filankəsin İlham Əliyevin barəsində yayımladığı o müraciəti yaymırsınız və sair və ilaxır.

Dostlar! Sizə quzu kəsim. Mən xaricdə yaşayıb fəaliyyət göstərən professor Cəmil Həsənlinin də, Mir Şahinin də, Qulu Məhərrəmlinin də, Əli Kərimlinin də, jurnalist Elbəyi Həsənlinin də, Çingiz Sultansoyun da… yazılarını və mövqeylərini oxumuşam. Eyni zamanda, Azərbaycan hakimiyyətinin (Prezidentin demirəm) mövqeyini ifadə edənlərin açıqlamalarını da oxumuşam. Hər bir kəsin mövqeyinə hörmətlə yanaşıram, amma istəyirəm ki, mənim bu mövqeyimə də eyni sayğı ilə yanaşılsın.

Məsələ belədir: bilirsiniz ki, YAP-ın üzvü deyiləm, Prezident İlham Əliyevin sərəncamları ilə Əməkdar jurnalist də olmamışam, mənzil, orden, medal da… alanlardan deyiləm. Əksinə, peşə fəaliyyətimə görə 2009-cu ildə PA-nın sevimlisi  Elşad Abdullayevin iddiası və hikkəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişəm, amma ATƏT nümayəndələrinin Prezident İlham Əliyevə müraciətindən sonra ölkə başçısının sərt reaksiyası oldu və mən 2 gün sonra məhkəmə qərarı ilə azad edildim. Hər halda, bu haqsız hökmü çıxaran hakimiyyətin hakimləri idi.

Bu azmış kimi, 2016-cı ildə peşə fəaliyyətimə görə mart ayında şəxsi mənzilim, iyul ayında isə avtomobilim benzin tökülərək qəsdən yandırıldı, istintaq başlanıldı. O vaxt DİN naziri olan Ramil Usubov (sonra indiki nazir Vilayət Eyvazov) söz verdi ki, cinayətkarlar ən qısa zamanda tapılıb cəzalandırılacaq, amma… “cinayətkar”lara ağı verən isə Bakıda mənzil tikir, “xeyriyyəçilik” edir və s.

Bunlar bəs etmədisə, birini də deyim: KİVDF yaranandan sonra uzun illər rəhbəri olduğum qəzetə və ya sayta dövlət yardımı verilmədi, nəinki verilmədi, bizə qarşı düşmən münasibət bəslənildi: hətta jurnalistlərimizi Milli Mətbuat Günü bayramında iştirakına belə imkan verilmədi! Nazirlərin katibələri jurnalistlər bayramında bayram edir, bizləri isə yaxına buraxmırdılar, deməli, bizi jurnalist saymırdılar. Hansı ki, iki əməkdaşımız, biri də mən, Avropa Mətbuat Federasiyasının 38 ölkədə akreditə olunmuş üzvüyük və Azərbaycanda bu ilkdir! Mən Türkiyənin 4 saytının köşə yazarıyam. Amma biz kimlərinsə gözündə jurnalist deyilik!

Avstraliya Parlamentinə yazdığım informasiya sorğusu əsasında bu ölkə Parlamentinin “DQR”ı tanıma qərarı dondurulur, amma mən jurnalist deyiləm!

Mən hələ onu demirəm ki, Avstraliyanın dünyada məşhur hərbi statuslu jurnalı ilə əmkdaşlığımız sayəsində Azərbaycanın 44 günlük müharibədəki “Kukruznik” taktikası ikinci dəfədir ki, bu jurnalda işıqlandırılır, Azərbaycanın bu hərb təcrübəsi dünyaya nümunə göstərilir, amma mən Azərbaycanda jurnalist deyilmişəm!

Birini də deyimmi? KİVDF-dən sonra MEDİA Agentliyi yaradıldı, ilk müddətdə bizə maliyyə dəstəyi verildi, təşəkkür edirəm, etmişəm və edəcəyəm, amma bu dəfə onu da dayandırdılar. Bu isə o deməkdir ki, kağızın bahalaşdığı bir zamanda qəzetin (saytın) çapı dayanmalıdır.

Yox, biri qaldı: Azərbaycan hakimiyyətinin qanadı altında uzun illər kölgələnmiş (indi gün işığına çıxmaqdadır) Mətbuat Şurası gah bizə “reket” dedi, sonra məhkəmə iddiamıza ədalətli qərardan sonra yumşalıb bizi “qara siyahı”ya saldılar və s.

Sözümün sonu budur: əvvəl deyə bilmədiyim bir çox məsələləri, bundan sonra deyəcəklərimi və deyə bilməyəcəklərimi ümumiləşdirib xahiş edirəm, şərh verib mövqe bildirərkən tələsməyin, nəzərə alın: bəlkə biz sizlərdən də çox hakimiyyətin - məmurların (hakimiyyətlə dövləti və İlham Əliyevin statusunu səhv salmayaq) əziyyətini çəkmişik. Bəli, siz deyirsiniz ki, bəzi icra başçıları korrupsiyaya qurşanıb, mən isə deyirəm ki, əksinə, onlar alverçidirlər, rüşvət alırlar. Tutulub “qoduqluğa” salınanları yada salın.

Siz deyirsiniz ki, hakimlərin bəziləri təmənnalı qərarlar çıxarır, mən isə deyirəm ki, əksinə, Ali Məhkəmənin sabiq sədri Ramz Rzayev məhkəmə sistemimizi karuselə döndərib “Meyvəli bazarı”nın bir qolunu yaratmışdı…

Siz deyirsiniz ki, deputatların əksəriyyəti saxta yolla seçilib… Mən isə deyirəm ki, təkcə Bəxtiyar Sadıqov Ağdamdan saxta yolla seçilməyib, o, saxta yolla təyin edilib və bir dəfə də Konstitusiya Məhkəməsi, mən də daxil, namizədlərin şikayəti əsasında onun deputatlığını ləğv etdi, təkrar seçkiyə getməli oldu.

Siz deyirsiniz ki, bəzi prokurorlar, polis rəisləri, nazirlər, şirkət prezidentləri, SOCAR rəisləri… korrupsiyalaşıb! Mən isə aydın və açıq şəkildə deyirəm ki, həmin o bəzilərinin fəaliyyəti dövlətə sabotajdır!

Uzun sözün qısası, nazir, şirkət prezidenti, yaltaq siyasətçi… qalır bir tərəfdə, hakim qalır o biri tərəfdə, rəis bu biri tərəfdə, deputat, rektor, nə bilim kim… qalır lap o biri tərəfdə, İlham Əliyev hədəf seçilir.

Erməni siyasətçilərin ləyaqətsizliyini, separatçıların oyunbazlığını, Paşiynanın “aşağı saqqal-yuxarı bığ” hoqqalarını, Fransanın əclaflığını, Rusiyanın saman altından su axıtmağını, Kanadanın satqınlığını… yada salanda məcburam yuxumuzda belə görə bilmədiyimiz Şuşanın, Ağdamın… geri alınmasının banisi olan İlham Əliyevin xidmətlərini göz önünə gətirəm!

Bir də təkrar edirəm, kimi bu məsələdə Türkiyəni, başına döndüyüm Ərdoğanı, qadasını aldığım İsraili, quzu kəsdiyim Pakistanı… misal göstərir. Var olsunlar! Mən isə bir faktı misal göstərə bilərəm: faktdır ki, bu missiya və bu məsuliyyətli, dağdan ağır yük İlham Əliyevin çiynində oldu! Bəli, bu böyük yük onun bəxtinə düşdü! Yaxşı, sizlərdən kiminsə bəxtinə düşəydi, atasına lənət sizin başınıza and içməyənin!

İndi nə edək, kimin dərdini çəkək: özümə sual verirəm və Allaha and olsun cavab tapa bilmirəm: Məsələn, Allah qapısını günü sabah açsın, İlham Əliyev Qubad İbadoğluna neyləmişdi? Vəzifəsini əlindən almışdı, ofisinə polis göndərmişdi, qrantlarının qabağını kəsmişdi? Bəlkə qardaşının deputat olmasını istəməmişdi?!

Bəs filankəs, bəhmənkəs, o bir filankəslər?! Onları Azərbaycandan kim qovmuşdu? Xaricdə oturub Azərbaycanı lənətləmək oğul işidirmi?!  Biri uşaqlarını xaricdə oxutdurmaq istəyirdi, gedib, Allah var eləsin! Digəri xaricdə özünə iş axtarırdı, gedib, Allah işini avand eləsin! Ay qardaşım, ay bacım, xaricdə yaşamaq arzumuza uysaydıq, birincisi elə mən gedərdim. Amma neyləyim, kəndim işğalda, ata-ana, baba-nənə… məzarlığım burda. Nə üzlə xaricə gedib sonra İlham Əliyevi düşmən obrazında tənqid edim?! Adama nə deyərlər, deməzlər ki, yaxşı, ay filankəs, İlham Əliyev torpağını erməni yaramazlarından azad edib, daha nə istəyirsən? Demirdin ki, evimi-eşiyimi satmağa, canımı qurban verməyə hazıram, təki o yurdum ermənilərdən azad edilsin?! Yaxşı, İlham Əliyev azad edib də, gəl canını gülləyə qurban eləmə, amma dövlətinin yaşaması uğrunda fəda elə!

Bəli, İlham Əliyevin müdafiəyə təbii ki, ehtiyacı yoxdur, xüsusən də yuxarıda yazdıqlarım mənim bu fikirləri hansı niyyətlə yazdığımı aydınlaşdıran faktdır. Amma gəlin əyri oturub düz danışaq: biz İlham Əliyevi bu qarmaqarışıq zamanda onun sərəncamları ilə vəzifə tutmuş o nazirlər, SOCAR vitse-prezidentləri, o prokurorlar, məhkəmə sədr və hakimləri, polis rəisləri, şirkət prezidentləri, o ağzı-gözü və qulağı yumulu… deputatlar üçün deyil, Azərbaycan dövləti üçün qoruyaq! Çünki bu gün Azərbaycanın ətrafında baş verənlərin hamısını çox yaxşı bilirsiniz. Allah eləməsin, ən çətin məqamda qardaş da qardaşa yaxın dura bilmir, amma Azərbaycan öz dövlətinə ya sahib durmalıdır, ya da məhv olma qərarı qəbul etməlidir!

Sizə kim və nə lazımdır: Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, yoxsa bu gün təklədiyiniz və necə gəldi umub tənqid etdiyiniz Azərbaycanın İlham Əliyevi?

Nəzərə alın ki, mən “Azərbaycanın İlham Əliyevi!” dedim, həm də “İlham Əliyevin Azərbaycanı!” deyə bilərdim… Amma demədim, çünki…

Asif MƏRZİLİ        

Pin It

CƏMİYYƏT

25-Noy-2024 By Elbar Şirinov

ŞİRVAN ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASINDA ÖZBAŞINALIQ…

Tezadlar.az saytının elektron poçtuna Şirvan şəhər

20-Noy-2024 By Elbar Şirinov

ZALUJNI "TÜRK AXINI"NI PARTLATMAĞI TƏKLİF…

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı

16-Noy-2024 By Elbar Şirinov

"R.İ.S.K" MTK-NIN RƏHBƏRLİYİNDƏN BAŞ PROKURORLUĞA…

""R.İ.S.K" MTK-nın baş direktoru olan Elməddin İdr

SİYASƏT

23-Noy-2024 By Elbar Şirinov

ƏRDOĞAN NETANYAHUNUN HƏBSİNƏ ORDER VERİLMƏSİNƏ…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq

23-Noy-2024 By Elbar Şirinov

TÜRKİYƏ UKRAYNA MÜNAQİŞƏSİNDƏ QƏRBİN MÖVQEYİNİ…

Kiyevi silahla təmin edən ABŞ və Avropa Ukrayna mü

21-Noy-2024 By Asif Memmedov

COP29-A ŞOTLANDİYADAN DA DƏSTƏK GƏLDİ:…

Ötən gün Şotlandiya Parlamentində "COP29-un sülh q

20-Noy-2024 By Elbar Şirinov

PUTİN VƏ TRAMP ARASINDA UKRAYNA…

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni se

18-Noy-2024 By Asif Memmedov

MUXTAR BABAYEV DAHA BİR SAZİŞİ…

Bu gün Paris Sazişinin 6.8-ci maddəsi (iqlim dəyiş

MƏDƏNİYYƏT

25-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ BMT SİVİLİZASİYALAR ALYANSININ…

26-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkai şə

23-Noy-2024 By Elbar Şirinov

ADİL KƏRİMLİ İRANIN MƏDƏNİ İRS…

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil

20-Noy-2024 By Elbar Şirinov

YAPONİYADA ZİBİLDƏN MANİKÜR DÜZƏLTMƏYƏ BAŞLADILAR

Yaponiyada manikür ustası Naomi Arimoto müştərilər

20-Noy-2024 By Elbar Şirinov

COP29 ÇƏRÇİVƏSİNDƏ MƏDƏNİYYƏT NAZİRLƏRİNİN II…

Xəbər verdiyimiz kimi, noyabrın 15-də BMT-nin İqli

20-Noy-2024 By Elbar Şirinov

"İQLİM ÜÇÜN MƏDƏNİYYƏT: GƏNCLƏRİN DAVRANIŞ…

Bakıda davam edən COP29 çərçivəsində noyabrın 19-d

19-Noy-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRİ TİKTOK PLATFORMASININ NÜMAYƏNDƏ…

Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Ç

KRİMİNAL

21-Noy-2024 By Elbar Şirinov

TƏCAVÜZ EDİLDİ, BOĞULDU VƏ YANDIRILDI...

Məhkəmə yaşlı qadını öldürməkdə təqsirli bilinən b

19-Noy-2024 By Asif Memmedov

Пустые хлопоты варданянской родни

Армянские СМИ сообщают, сын армяно-российского мош

07-Noy-2024 By Elbar Şirinov

QAXDA NARKOTİKLƏRİN SATIŞI İLƏ MƏŞĞUL…

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata ke

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

25-Noy-2024 By Elbar Şirinov

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ BEYNƏLXALQ TOLERANTLIQ…

Noyabr ayının 24-də Kamboca Krallığının Parlamenti

25-Noy-2024 By Elbar Şirinov

FHN DAHA BİR YANĞIN TƏHLÜKƏLİ…

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarə

25-Noy-2024 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 24 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

25-Noy-2024 By Elbar Şirinov

AZƏRBAYCAN-İRAN XÜSUSİ TƏYİNATLILARININ "ARAZ -…

İran İslam Respublikasının Ərdəbil vilayətinin Asl

25-Noy-2024 By Elbar Şirinov

AĞIR XƏSTƏ OLAN HƏYAT YOLDAŞINDAN…

Çində ağır xəstəliklə xəstəxanaya yerləşdirilən hə

25-Noy-2024 By Elbar Şirinov

TRAMP ADMİNİSTRASİYASI UKRAYNA İLƏ BAĞLI…

2025-ci ilin yanvarında ABŞ-da prezident seçkiləri

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

22-Noy-2024 By Elbar Şirinov

SOS! COVID-19 PANDEMİYASINA SƏBƏB OLANDAN 30…

Arktika Üzən Universitetinin alimləri Şimal Buzlu

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

23-Noy-2024 By Elbar Şirinov

ENERGE…

Energetika naziri Pərviz Şahbazov 1-ci İstanbul En

TƏHSİL

18-Noy-2024 By Elbar Şirinov

QAYIDA…

ATİAHİ Şəki rayon komitəsi və Şəki rayonu üzrə Təh