BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördə...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yaradan şəhərdir”

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi hissə komandiri  kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpa...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

...Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor tə...

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN HƏLLI ÜÇÜN KİFAYƏT DEYİL

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN HƏLLI ÜÇÜN KİFAYƏT DEYİL

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livandakı atəşkəs razılaşmalarının Yaxın Şərqdəki münaqişənin tam həlli üçün kifayət etmədiyini bildirib. ...

Bakıya tramvay gəlir- hazır olun!

Bakıya tramvay gəlir- hazır olun!

Çoxdan gözlənildiyi kimi, Bakıda tramvay xəttinin çəkilişinə hazırlıq görülür...

PUTİN TRAMPLA GÖRÜŞƏ TƏLƏSİR: SİRR AÇILDI

PUTİN TRAMPLA GÖRÜŞƏ TƏLƏSİR: SİRR AÇILDI

Dünya mediası bir müddətdir Trampın Putinlə görüşəcəyi günün sıbrsizliklə gözlənildiyini yazır...

AZAL RUSİYA İSTİQAMƏTİNƏ BU UÇUŞLARI DAYANDIRDI- SİYAHI

AZAL RUSİYA İSTİQAMƏTİNƏ BU UÇUŞLARI DAYANDIRDI- SİYAHI

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlü...

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ İMZALAMAĞA RAZI OLUB

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ İMZALAMAĞA RAZI OLUB

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkliflər göndərib

MEDİA

13-Yan-2025 By Asif Memmedov

BAKINI…

Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yara

Detay

 ...Xuraman  xanım Muradova ilk öncə Müasir Azərbaycan səhiyyəsinin öncüllərindən, aparıcı səhiyyə ocaqlarından olan “Vip Milan” Hospitalının təsisçi direktorudur.

O, uzun illərdir, səhiyyə, tibbi xidmətləri sahəsində çox böyük fədakarlıqla, əzmkarlıqla xalqımıza, millətimizə, Azərbaycanımıza  xidmət etməkdədir.  Səhiyyə və sahibkarlıq  sahəsindəki xidmətlərinə görə də çoxlu mükafatlara layiq görülüb. Bütün bu işgüzar fəaliyyəti ilə bərabər Xuraman xanım həm də uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. O,  Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvüdür. Türk Dünyası Beynəlxalq Elmlər  Akademiyasının fəxri professoru və  Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur.  II  Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk dünyası Onur” medalına, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı”na layiq görülüb. Xuraman xanım 2023-cü ilin oktyabr ayında Türkiyənin Elağız  şəhərində keçirilən Beynəlxalq “Xəzər şeir axşamları” şeir festivalında Azərbaycanı təmsil edərək Türk Ədəbiyyatı Vəqfinin “Türk ədəbiyyatına üstün hizmət”  beratına layiq görülüb. Eləcə də İraq Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Hizmət ödülü”,  Kərkük Kültür Dərnəyinin “Türk şeirinə hizmət” ödülü və Türkiyə Elmlər Akademiyasının “Altun yıldız madalyası” ilə təltif olunub.

Xuraman xanım Muradova uzun illər şeirlər, hekayələr, esselər  yazsa da, amma mətbuatda çap etdirmək istəməyib. Artıq beş ildir ki, onun şeirləri mətbuatda çap olunur. Və elə ilk şeirlərilə böyük oxucu marağına səbəb olub. Onun  2021-ci ildə “Sənə məktub yazacam” ilk şeirlər kitabı çap olunub və çox maraqla qarşılanıb. Bundan sevinən və bədii yaradıcılığa marağı  artan Xuraman xanım, 2023-cü ildə Türkiyənin Ankara şəhərində türk dilində “Ay Laçın, can Laçın” adlı ikinci kitabını çap etdirib və bu kitab  türk oxucularının böyük marağına səbəb olub. Artıq onun “Özbəkistanım mənim! Sən də ana Vətənim!”  adlı kitabı Özbəkistanda,  “Salam olsun Qarabağdan Tanrıdağa” kitabı isə Qırğızıstanda çapa hazırlanır.  Beləliklə,  “Əsrə bərabər 20 il” kitabı Xuraman xanım Muradovanın beşinci kitabıdır.

Bu kitabı demək olar ki, bir günə oxudum. Əslində belə siyasi mövzulu əsərlər çox çətin oxunur. Əksər müəlliflər  çox vaxt sənədli fikirləri bir-birinə calaşdırıb yazırlar. Çox  vaxt da  rəhbərin həyatında baş verən və gördüyü işləri, tarixi hadisələri, qəzetlərdə yazılan məqalələri, oçerkləri,  politoloqların, siyasi şərhçilərin dediyi fikirlərin “qolunu-qanadını” sındırıb, öz fikirləri kimi oxuculara “sırıyırlar”. Məhz ona görə də bu səpkili  kitablar yazıldığı vaxtdan cəmi dörd-beş ay keçməmiş unudulurlar və tarixinn arxivinə atılırlar.

Xuraman  xanım  Muradovanın Azərbaycan dövlətinin 1969-cu ildən  başçısı olmuş, Sovetlərin vaxtında Azərbaycanı SSRİ-nin on beş respublikası arasında ən ön sıralara   çıxarmış, SSRİ-nin on beş dəfə  Keçici Qırmızı Bayrağını almış, məmləkətimizin sənayesini, kənd təsərrüfatını, maldarlığını yüksək səviyyədə dirçəltmiş, Azərbaycan kəndlisinin yüksək səviyyədə rifah halını yaxşılaşdırmış dahi Heydər Əliyevdən başlayaraq və onun ikinci hakimiyyəti illərində müstəqil Azərbaycanın ideya müəllifi, memarı, qurucusu  olmuş  Ulu Öndərin keçdiyi çox keçməkeşli illəri bir yazıçı kimi  maraqlı cümlələrlə, məzmunlu və bədii formalı fikirlərlə qələmə almış və bizim hətta bilmədiyimiz, bu vaxta qədər oxumadığımız  çox maraqlı faktları ortaya çıxartmışdır. Müəllif  bu maraqlı fikirləri ilə ümummilli lider Heydər Əliyevin müstəqillik ilərində on ildə təməl daşını, bünövrəsini  çox möhkəm səviyyədə qoyduğu Azərbaycan dövlətinin iyirmi ildə cənab prezidentimiz  İlham Əliyev tərəfindən necə pillə-pillə tikildiyini çox maraqlı bədii cümlələrlə elə maraqla işləmişdir ki, oxucu bu kitabı oxuyanda yorulmur. Buradan bu vaxta qədər bilmədiyi fikirləri, mənbələri öyrənir. Əslində sonrakı fikirləri oxuyur  ki, görsün kitab necə bitəcək.

Xuraman xanım Muradova  “Əsrə bərabər 20 il” kitabında 2003-cü ildən cənab İlham Əliyevin  Azərbaycanın inkişafı, iqtisadi, sənaye, kənd təsərrüfatı potensialının yüksəlişi, insanlarımızın rifah halının yaxşılaşdırılması, sahibkarlara lazım olan bütün şəraitlərin yaxşılaşdırılması  üçün  gördüyü işləri ən kiçik detallarına, faktlarına kimi yüksək səviyyədə, ustalıqla,  bir salnamə kimi, çox oxunaqlı dildə qələmə alıb. Ən maraqlısı da odur ki, kitabdakı hər fəsildə cənab İlham Əliyevin sitatlarından, aforizmə çevrilmiş cümlələrindən, beynəlxalq səviyyəli fikirlərindən  çox ustalıqla istifadə eləyir. Bunlar da kitabı daha oxunaqlı və maraqlı  edir.

Bu kitabda müəllif  Xuraman xanım Muradova, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan  Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevanın da respublikamız üçün gördüyü işləri çox ustalıqla, esse formasında qələmə alıb. Bu kitabı və əsasən də bu bölümü oxuduqca yadıma xalqımızın iftixarı, böyük sərkərdəmiz, dahi şairimiz Şah İsmayıl Xətai və onun xanımı Taclı bəyim düşdü. Taclı bəyim də bütün döyüşlərində Şah İsmayılın yanında olub və döyüşlərdə də vuruşub. Deməli, tarix təkrarlandı. Mehriban xanım Əliyeva da Qarabağ döyüşlərində həmişə cənab İlham Əliyevin yanında oldu. Cənab Prezidentimizlə birlikdə Birinci vitse –prezident kimi əsgərlərimizi  döyüşlərə ruhlandırdı və yeri gələndə hətta xarici jurnalistlərə də tutarlı cavablar verib, onları susmağa məcbur elədi. Dünyanın sülhsevər ölkələrini bizi dəstəkləməyə çağırdı və buna, bu çətin işdə də nail oldu.

Xuraman xanım Muradova öz kitabında bütün bunları ən kiçik detallarına qədər çox ustalıqla qələmə alıb. Onun yazdığı bu maraqlı, tutarlı fikirləri oxuduqca, həqiqət də İlham Əliyevin və Mehriban xanım Əliyevanın  qüdrətli, məğrur Qartalın qoşa qanadı olduğu fikrinə gəlmək olur.  Məhz həmin qoşa qanadlı bu Qartal Azərbaycanı həm göydən, həm də yerdən qoruyur. 2020-ci ilin sonunda 44 günə Qarabağ  erməni gavurlarından təmizlədi və  2023-cü ilin sentyabr ayının 23-də cəmi 23 saata Ağdərəni, Xocavəndi, Əsgəranı, Xocalını, Xankəndini erməni separatçılarından  tam təmizlədi. Azərbaycanın üç rəngli  Bayrağı bütövlükdə Qarabağda dalğalandı.

Xuraman xanım  “Əsrə bərabər 20 il”  kitabında yazdığı fikirlərlə tam  sübut eləyir ki, bu qələbədə cənab İlham Əliyevlə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da böyük xidməti var. Və zaman  keçəcək onların adı bu qələbə ilə bağlı qoşa qanad kimi  tarixlər boyu  çəkiləcək, yaşayacaq. Eləcə də Mehriban xanım Əliyevanın YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü çox böyük işlər də,  Qarabağ  müharibəsindəki qələbəmizin qarantlarından biri olduğu təsdiq olunacaq.

Xuraman xanım Qarabağ müharibəsinin təməl daşının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu  “Ürəklərdə  Ölümsüzləşən Öndər Şəxsiyyət” bölümündə, essesində  çox maraqlı fikirlərlə, tutarlı faktlarla  kitabda yazır. Və sübut eləyir ki, bir vaxtlar dahi Heydər Əliyev tərəfindən Bakıda Hərbi məktəblərin yaradılması, azərbaycanlıların Hərb sahəsində təhsil alması, Hərb  elminin sirlərinə yiyələnməsi və ikinci hakimiyyəti dövründə Hərb sahəsində ali məktəbin yaradılması sübut elədi ki, bizim çox savadlı, bacarıqlı  zabitlərimiz var. Onlar  qardaş Türkiyə Respublikasında öz təcrübələrini artırmaqla çox az bir vaxtda qüdrətli ordu yarada bildilər. Bax, Ulu Öndərin bu uzaqgörən siyasəti də  Qarabağ müharibəsinin bizim xeyrimizə həll olunmasını təmin elədi. Bununla da cənab İlham Əliyev ata vəsiyyətinə tam  əməl edərək torpaqlarımızı yağı düşmənlərdən təmizlədi. Bu fikri Şəhidlər Xiyabanında televiziya vasitəsilə xalqa bəyan etməsi hər bir azərbaycanlı tərəfindən böyük alqışlarla qarşılandı və bir daha Ulu Öndərin, cənab İlham Əliyevin heykəllərini uşaqdan böyüyə  bütün həmvətənlərimizin ürəklərində, qəlblərində  əbədi ucaltdı.

ilham-mehriban

Kitabda “ Türk  Dünyasına Müzəffər Oğul Bəxş Edən  Ana” bölümü, essesi  də çox maraqlıdır. Müəllif bu bölümdə dünya şöhrətli akademik, çox böyük ziyalı Zərifə xanım Əliyevanın həyatından da  maraqlı detalları yüksək səviyyədə qələmə alıb. Zərifə xanımın bir akademik kimi  dünya tibb elmi üçün gördüyü əvəzsiz işlər və ən əsası da İlham Əliyev kimi bir şəxsiyyətin yetişməsində böyük xidmətlərini gözəl formada qələmə alıb. Burada ana-bala münasibəti də zərif və qırmızı  xətlərlə oxucuya çatdırılır. Oxucu tam inanır ki, məhz belə bir dünya şöhrətli ana, belə dünya şöhrətli oğul böyütməli idi və böyüdüb. Dahi Heydər Əliyevin və dahi Zərifə xanım Əliyevanın ailəsində tərbiyə alan, böyüyən oğul elə bu səviyyədə igid sərkərdə və uzaqgörən siyasətçi, öz xalqını dərin məhəbbətlə sevən, onun yolunda canından belə keçməyə hazır olan şəxsiyyət olmalı idi və oldu da.

Xuraman xanım Muradova kitabının “Biz hamımız Ali Baş Komandanın əsgərləriyik” bölümünü  belə maraqlı bir fikirlə tamamlayır: “ Qalib Prezidentimizin qeyd etdiyi kimi, rəşadətli və şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri gənclərimizin bitib-tükənməz vətənpərvərliyini, müasir  dövrdə Vətənimizə, dövlətimizə və xalqımıza layiq olan gözəl, dəyərli bir nəslin formalaşdığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya  sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Bu gün  Azərbaycanın  ərazi bütövlüyü tam təmin olunub. Xocalı, Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanımız 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” ifadəsi  sözün əsl mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qürurla təkrarladığı aksiomaya çevrildi”…

Kitabda  “Azərbaycan-Türkiyə prezidentlərinin qardaşlığı Turanın ayaq səsləridir” bölümü də çox maraqla və böyük yazıçı peşəkarlığı ilə yazılıb. Müəllif özünün çox maraqlı, tutarlı fikirlərilə sübut eləyir ki, “Şuşa bəyənnaməsi Çin sərhədlərindən Adriatik hövzəsinə qədər bölgələrdə yaşayan böyük vahid Türk Dövlətləri Birliyinin yaranışı əlamətlərini daşıması baxımından tarixi bir bəyənnamədir”.

Bəli. Artıq biz qətiyyətlə deyə bilərik ki, tezliklə Türk Dövlətləri Birliyi yaranacaq. Yəni Xuraman xanım öz kitabında yazan kimi: “ Turan, Türküstan; bütün türk soylu xalqların birləşdiyi nöqtə Azərbaycan və  Qarabağın kilidini açmaq demək idi.  Dağlıq  Qarabağ kənardan Azərbaycanın problemi kimi görünsə də, əslində türk dünyasının problemi idi. Yenidən doğulmağın, yenidən birləşməyin açarı olan bu problem şükürlər olsun ki, həll olundu. Türk  ordusu  Cənubi Qafqazda məskunlaşdı. İki qardaş ölkə əl-ələ verdi. Qələbəmiz taleyimizə çevrildi. Türkiyə Dağlıq Qarabağın işğaldan azad olunmasını “Zəfər Günü” kimi qeyd edən Azərbaycanın tərəfində, yanında oldu. Bu tarix də böyük bir ilk oldu. Bir ilkə çevrildi. Bu, həm də Türk gücündən qorxan, onu parçalayan, birləşməsinə mane olan qüvvələrə bir mesaj oldu”. Beləliklə, Bakı-Tibilisi-Ceyhan Neft Boru Kəməri, Bakı-Tibilisi-Ərzurum Təbii  Qaz Boru Kəməri,  Bakı-Tibilisi-Qars Dəmir Yolu Xətti və TANAP həyata keçdi və reallaşdı. Deməli, türkdilli xalqları bir-birindən ayırmaq daha heç bir dövlətə müyəssər olmayacaq.  Əgər əvvəllər Türk fatehləri qılınc  gücünə türkdilli xalqları  birləşdirmək istəsələr də bu, onlarda alınmadı. Amma dahi Heydər Əliyev atalarımızın bu maraqlı “ Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”  kəlamına  söykənib, türkdilli xalqları iqtisadi cəhəttdən birləşdirdi və bu müqəddəs yolu da cənab İlham Əliyev tez bir zamanda bütövlükdə və tam reallaşdırdı. Bəli. Türkdilli xalqlar artıq birləşib.

ilham-xan-3

Xuraman xanım Muradova ilə mənim apardığım müsahibə -  “Xilaskarı dəstəkləmək, Milləti Dəstəkləmək  Deməkdir” bölümündə də Xuraman xanım verdiyim suallara elə maraqlı və zərgər dəqiqliyi ilə cavablar verib ki, mən onun ağlına, zəkasına, düşüncəsinə, diplomastiyasına heyran qaldım. Və kitabda bu bölümü  yenidən oxuyanda bir daha əmin oldum ki, Xuraman xanımı dövlət səviyyəsində işlərə cəlb eləmək lazımdır və  o, xarici ölkələrdə  Azərbaycanı yüksək səviyyədə təmsil eləyə bilər. Xuraman xanım çox yüksək səviyyəli Millət Vəkili ola bilər. Bu gün müstəqil Azərbaycan dövlətinə belə yüksək səviyyəli, təfəkkürlü insanlar çox lazımdır. Həmin bölümdə Xuraman xanım belə maraqlı fikirlər deyir: “Mən həmişə Ali Baş Komandanımızın siyasi kursunu əsgər kimi dəstəkləyən bir insan kimi demək istəyirəm ki, bundan sonra da “Dəmir yumruğu”un  ətrafında sıx birləşəcəyik. İstər ölkə paytaxtında, istər regionlarda, istər yeni həyat işartıları qoyulan Qarabağımızda tibbi, mədəni-sosial və  bütün quruculuq işlərimizdə biz də öz töhfələrimizi verəcəyik, İnşAllah!

Allah Azərbaycanımızı qorusun! Allah xalqımızı, millətimizi, dövlətimizi, Ali Baş Komandanımızı və  bizim əzizimiz, dəyərli bacımız, Birinci vitse-prezidentimiz Mehriban xanımı və onun övladlarını, nəvələrini qorusun! Allah ölkəmizə əmin-amanlıq bəxş edən Ali Baş Komandanımızı bu xalqa gözüdolusu versin! Allah dövlətimizi, dövlətçiliyimizi, dövlət başçımızı qorusun! Amin inşAllah!”

Yazdığım fikirlərin sonunda bir daha vurğulamaq istəyirəm ki, Xuraman xanım Muradovanın yazdığı  “Əsrə bərabər 20 il” kitabı yüksək peşəkar yazıçı təxəyyülü ilə qələmə alınıb. Bu kitab tarixlər boyu yaşayacaq və hər bir azərbaycanlının, xalqımızın tarixini, keçdiyi məşəqqətli yolları, öklə başçılarımız olan dahi Heydər Əliyevin və qüdrətli prezidentimiz cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərin çox tutarlı, maraqlı  salnaməsini öyrənmək üçün ətraflı,  dərin bir mənbədir. Bu, hər bir azərbaycanlının stolüstü kitabı olacaq. Və inanıram ki, bu kitab  tezliklə  Azərbaycan dövlətinin ən yüksək  mükafatlarına layiq görüləcək.

Yazımın bu yerində məşhur  ədib  Maksim Qorkinin yazıçı haqqında olan bu aforizmi yadıma  düşdü: ”Qələmi əlimə almazdan öncə özümə üç sual verirəm: mən nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm”. Bax, Xuraman xanım  “Əsərə bərabər  20 il”  kitabında  Maksim Qorkinin bu kəlamına olduğu kimi əməl eləyib və  müstəqil  Azərbaycan dövləti, dövlətçiliyi üçün  çox maraqlı, tarixdə qalan bir kitab yazıb.

 Ağalar  İDRİSOĞLU,

yazıçı-rejissor,

Əməkdar  incəsənət  xadimi

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

Pin It

CƏMİYYƏT

13-Yan-2025 By Asif Memmedov

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ…

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin

11-Yan-2025 By Elbar Şirinov

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM…

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi

10-Yan-2025 By Asif Memmedov

Bakıya tramvay gəlir- hazır olun!

Çoxdan gözlənildiyi kimi, Bakıda tramvay xəttinin

SİYASƏT

10-Yan-2025 By Elbar Şirinov

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN…

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanda

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

28-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ…

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenli

MƏDƏNİYYƏT

13-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ UCARDA UŞAQLARI…

Ucarda uşaq yazıçısı Gülzar  İbrahimova ilə görüş

13-Yan-2025 By Elbar Şirinov

GİYA PAÇXATAŞVİLİNİN ƏDƏBİ MÖVQEYİ

Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ö

09-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ KÜRDƏMİRLİ UŞAQLARI…

Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucula

08-Yan-2025 By Elbar Şirinov

"CEYMS BOND" FİLMİNİN AKTYORU DÜNYASINI…

Meksikalı aktyor Emilio Eçevarria 81 yaşında vəfat

07-Yan-2025 By Yasemen Memmedov

MÜĞƏNNİ FƏXRİ ADLARIN PULLA SATILDIĞINI…

Sənətçi Təranə Qumral sənət adamlarına fəxri adlar

07-Yan-2025 By Asif Memmedov

RƏSSAMIN SƏRGİSİ XÜSUSİ MARAQ DOĞURMAQDADIR

 Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş

KRİMİNAL

10-Yan-2025 By Asif Memmedov

XARİCİ XÜSUSİ XİDMƏT ORQANLARI İLƏ…

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti m

10-Yan-2025 By Elbar Şirinov

YEDDİ DƏFƏ MƏHKUM OLANDAN ODLU…

Yeddi dəfə məhkum olunan Şirvan sakinindən odlu si

09-Yan-2025 By Elbar Şirinov

DİN: ÖTƏN GÜN 20 KİLOQRAMDAN…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

13-Yan-2025 By Elbar Şirinov

KEÇMİŞ VƏKİL ELMAN PAŞAYEV DƏLƏDUZLUQDA…

Keçmiş vəkil Elman Paşayev ikinci dələduzluq epizo

13-Yan-2025 By Elbar Şirinov

SABİRABAD SAKİNİNDƏN 6 KİLOQRAM NARKOTİK…

Sabirabad sakinindən altı kiloqram narkotik vasitə

13-Yan-2025 By Elbar Şirinov

PAYTAXTDA OĞURLUQ EDƏNLƏR SAXLANILDILAR

Nizami və Səbail rayonlarında oğurluq edən şəxslər

13-Yan-2025 By Elbar Şirinov

KÜRDƏMİRDƏ "HYUNDAI" YANIB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon

13-Yan-2025 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 31 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

13-Yan-2025 By Elbar Şirinov

MN MÜDDƏTDƏN ARTIQ HƏQİQİ…

Azərbaycan Ordusunda radioelektronika sahəsi üzrə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

08-Yan-2025 By Elbar Şirinov

8 YANVARIN ULDUZ FALI

Gün məşğul olmağı vəd edir, lakin dincəlmək üçün v

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

13-Yan-2025 By Yasemen Memmedov

KVOTAD…

Baş nazir məqsədli proqramların həya

TƏHSİL

13-Yan-2025 By Yasemen Memmedov

MAGİST…

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçü

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA