booked.netbooked.net booked.net  

“6-7 fənn üzrə hazırlaşan bir abituriyent məktəb təhsili ilə kifayətlənmir və təhsili kənarda axtarır. Bu zaman isə ailə büdcəsi 1 fənn üzrə ən azı 70-80, bəzən isə ən çoxu 100-200, hətta 250-300 AZN xərc çəkməli olur. 6 fənn üzrə bir ailə aylıq 400 manatdan 1500 manatadək hazırlıqlara pul tökür”.

Bunu təhsil eksperti Elçin Əfəndiyev  (Elçin Əfəndi) bildirib.

Ekspert bildirib ki, repetitor xidmətinə müraciət etməyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında 0-50 arası da bal toplaya bilmirlər.

Elçin Əfəndiyev də ali təhsil müəssisələrinə qəbul qaydaları və imtahan formatının dəyişdirilməsinin tərəfdarlarındandır.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində ixtisas qrupları yoxdur və bu qədər fəndən imtahan götürülmür.

O, vahid qəbul qaydasının hazırlanmalı olduğunu, həmçinin dünyanın qabaqcıl ölkələrinə və onların qəbul qaydalarına nəzər salmağın vacibliyini də diqqətə çatdırıb.

elcin-fndi

 “Təhsili məktəbə qaytarın!”- deyən ekspert fənlərin sayının da  minimallaşdırılmasını, qəbulun bir dəfə keçirilməli olduğunu, nəticələrin isə ən geci 10-15 gün ərzində elan olunmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, ilk dəfə 1969-cu ildə ABŞ-dakı orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunmuş test üsulu, ölkəmizdə düz 23 il sonra – 1992-ci ildən tətbiq olunmağa başlayıb.

Bir çox tanınmış elm adamları, təhsil sahəsinin mütəxəssisləri, bu günlərdə isə Milli Məclisin deputatı Fazil Mustafa da test üsulunun əleyhinə çıxışlar etmişlər.

Onun sözlərinə görə, test üsulunun dövrü bitib və ondan imtina edilməlidir.

O, KİV-ə açıqlamasında diqqətə çatdırıb ki, ali məktəblərə qəbul zamanl test üsulu rüşvət piramidasının sındırılmasında əhəmiyyətli rol oynayıb, lakin bu üsulun tətbiqindən 3-4 il sonra yeni bir üsul fikirləşilməliydi.

“Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz”, -deyə o, bildirib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN