booked.netbooked.net booked.net  

Keçmiş KVN-çi, Əməkdar artist Bəhram Bağırzadə dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə keçirilən yubiley gecəsini bəyənməyib və  tənqidi paylaşım edib. Bundan sonra məsələ geniş müzakirələrə yol açıb.

Bu gün Mədəniyyət Nazirliyinin sözcüsü Nuridə Allahyarova aktyorun həmin fikirlərinə belə cavab verib: 

"Hörmətli Bəhram bəy, ilk növbədə onu qeyd edim ki, mən sizin paylaşımınıza cavabı Azərbaycan dilində ifadə edəcəm. Çünki Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinə rəhbərlik edirəm və bildiyim qədərilə siz də ana dilimizdə təhsil almısınız, məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Əziz Bəhram bəy, dahi Fikrət Əmirovun yubiley tədbirləri çərçivəsində keçirilən konsertdən məmnun qalmadığınızı ötən gün geniş şərh etmişdiniz. Təbii ki, buna bir vətəndaş olaraq tam haqqınız var idi və bu səbəbdən şərhinizə xüsusi münasibət bildirmədim. Amma müəyyən texniki qüsurları olan konsertlə bağlı 2 gündür davam edən həyəcanınıza səbəb verə biləcək məqamları görə bilmirəm. Konsert sizin zalı tərk etməyinizlə müşayiət olunmadı, davam etdi. Konsertin sonunda ssenari və ifaları ayaqüstə alqışlayanlar isə nazirliyin əməkdaşları deyildi, sıravi Azərbaycan tamaşaçısıydı. Təxminən bir neçə ildir, sizin o tamaşaçıya kütlə münasibəti göstərdiyinizi, o sıravi Azərbaycan vətəndaşını "tin"ə sıxışdıraraq ələ saldığınızın (üzr də istəmisiniz buna görə) şahidi oluruq. İllər öncə Azərbaycanı böyük səhnələrdə layiqli təmsil edib, uğurlu çıxışları ilə bizi qürurlandıran adamdan əsər-əlamət qalmayıb. Fikrət Əmirov dahidir. Bu dünyaya bəlkə 100 ildə bir dəfə gələn dahi. Onun adına keçirilən konsertdə hər hansı qüsur olubsa, buna görə üzr istəyirəm. Amma bu konsert sizin günlərdir davam edən statuslarınızdakı təsvirin motivi olacaq qədər pis keçsəydi, o zalı tərk edənlər təkcə bir neçə nəfər olmazdı. Çünki bu xalq dəyərlərinə sahib çıxmağı bacarır".

Tezadlar.az xatırladır ki, Bəhram Bağırzadə paylaşımında aşağıdakı fikirlərini qeyd edib: 

“Bu, ötən əsrdə və hətta ötən minillikdə olmuşdu. 1984-cü il. Musiqisi ürəyimə çox yaxın və əziz olan Azərbaycanın və bütün dünyanın dahi bəstəkarı Fikrət Əmirov dünyasını dəyişəndə 12 yaşım var idi. Bütün Bakı öz sevimli bəstəkarı ilə vidalaşırdı. O vaxt çox gənc olsam da, 189 saylı məktəbin şagirdləri və müəllimlərimizlə Fikrət Əmirovu son mənzilə yola salırdım... Hardasa yarım əsrdən çox vaxt keçib. Və bu gün, yeni minillikdə mən - artıq 50 yaşlı kişi - dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim... Bu gün Fikrət Əmirovun 100 illik yubileyində baş verənləri musiqi adlandıra bilmərəm... Çünki biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi musiqi titanlarının çiynində böyümüşük, kişiləşmişik və gözəl şeyləri öyrənmişik. Fikrət müəllim, bizi bağışlayın. Biz sizi pis vəziyyətdə qoyduq...”."

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN