Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov

MM-dəki çıxışı zamanı əmək fəaliyyəti ilə məşğul olmayan qazilər və şəhid ailələrinə də sanatoriyalarda müalicə olunmaları üçün pulsuz göndərişlərin verilməsi təklifi ilə çıxış edib. O, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, təklifi ƏƏSMN tərəfindən dəstəklənib və bunun reallaşacağı gözlənilir.

Qeyd edək ki, bu barədə depuatat özü məlumat verib:

 “Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında qanunvericiliyə təklif etdiyim dəyişikliklərdən biri də işləməyən qazilər və şəhid ailələrinə pulsuz “putyovka”dan (müalicəvi sanatoriyalara göndərişnamə) istifadə etmək imkanının yaradılması ilə bağlı idi. Belə ki, mövcud qanunvericiliyə əsasən, dövlət vəsaiti hesabına “putovka”lar işləyən vətəndaşlara təqdim olunur. Bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməsi qazilərimiz və şəhid ailələrinin üzvlərinə işləmədikləri halda da belə hüququn verilməsinə ehtiyac var. Qazilərimiz və şəhid ailələrinin üzvləri dövlətin prioritet dəstəklədiyi vətəndaşlarımızdır. Buna görə də, məqsədəuyğun olardı ki, qanunvericiliyə bununla bağlı daha qısa zamanda dəyişiklik olsun.

Qeyd edim ki, bu təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də dəstəkləndi və bu dəyişikliyin yaxın müddətdə reallaşması mümkündür”, - deyə Vüqar Bayramov diqqətə çatdırıb.

 Doğrudan da deputatın təklifinin reallaşacağı təqdirdə bir çox qazi və şəhid ailələrinin üzvləri də bu pulsuz xidmətdən yararlana biləcəklər. Və bu, onların haqqıdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN