booked.netbooked.net booked.net  

Rusiyadan İrəvan, İstanbul, Bakı və Tbilisi istiqamətlərinə aviabiletlərin qiyməti xeyli artıb.  

Belə ki, Putinin ölkədə qismən səfərbərlik elan etməsi qiymətlərə təsirsiz ötüşməyib.

Məlumata görə, bu gün İrəvana cəmi bir neçə satılmamış bilet qalıb və qiymətlər 28 min rubldan (təqribən 782 AZN) başlayır. Sonrakı günlərə biletlər dəfələrlə bahadır: İrəvana bilet ən azı 62 min rubla (təqribən 1731 AZN), İstanbula orta hesabla 76 min rubla (təqribən 2122 AZN) başa gələcək. Bəzi aviaşirkətlər qiymətləri dəfələrlə qaldırıblar. Belə ki, sentyabrın 23-də İrəvana “Aeroflot”un bileti 122 min rubla (təqribən 3406 AZN) başa gəlir.

Bakıya və Tbilisiyə biletin minimum qiyməti 86 min rubla (təqribən 2401 AZN) çatıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün qismən səfərbərlik elan edib. O, bu barədə xalqa müraciətində açıqlayıb.

Putin Rusiyanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, təhlükəsizliyini təmin etmək üçün MN-nin etdiyi təklifi  qəbul etdiyini vurğulayıb.

Qeyd edək ki, müdafiə naziri Sergey Şoyqu narahatlığı aradan qaldırmaq üçün qismən səfərbərliyə məruz qalanların yalnız “hərbi xidmət keçmiş, xüsusi hərbi təhsil almış və ya hərbi təcrübə keçmiş şəxslər” olacağını bildirib. Həmçinin həmin şəxslərin yalnız 1%-nin cəbhəyə göndəriləcəyini deyib.

Görünən odur ki, Rusiyadan Türkiyəyə, Azərbaycana, Gürcüstana və Ermənistana gedənlərin sayı artıb...

 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN