ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…

ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…

…Yəqinki hüquq sahəsi üzrə görkəmli alim, Azərbaycanın Əməkdar hüquqşünası, professor, Rusiya Elmlər Akademiyasının akademiki,

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik kitab “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən represiya edilmiş (acı həqiqətlər, ağrılı f...

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

Təcrübə göstərir ki, sosial problemlər həmişə ölkənin demoqrafik göstəricilərinə birbaşa təsir edir...

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

Dünya siyasətində baş verən elə hadisələrlə rastlaşırıq, sadəcə, bəzən adamın inanmağı gəlmir...

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Rustaveli prospektində parlamentin qarşısındakı mitinqə qatılıb.

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана, кто противостоит выбору армянского народа – путь в европейское сообщество.

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördə...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yaradan şəhərdir”

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi hissə komandiri  kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpa...

MEDİA

15-Yan-2025 By Asif Memmedov

ZAMANI…

…Yəqinki hüquq sahəsi üzrə görkəmli alim, Azərbayc

Detay

...Sosial platformamda Ağdamda olduğum ərazilərdən fotoşəkillər paylaşmışdım.

Bu şəkilləri  görüb redaksiyaya gəlmişdi... Adətən işə erkən gələnəm. Kompüteri işə salıb yır-yığış edirdim ki, qapı döyüldü… Ucadan: -Gəlin, -dedim…

Qapı bir də döyüldü... Məcbur olub qapıya tərəf getdim. Düşündüm ki, yəqin hansısa şikayətçidir, rayondan gəlib, redaksiya qaydalarını bilmir. Bizdə qapı hər kəsin üzünə açıqdır axı...

Qapıya yaxınlaşaraq ucadan:. -A kişi, qapı açıqır, gəl dəəə... -deyib qapının dəstəyinə əlimi uzadıb açanda Ramiz Məmmədzadəni gördüm.

-Ramiz müəllim, xeyirdimi belə tezdən?

Gülümsəyib üzümə baxdı:

-Ağdamdan çəkdiyin şəkilləri, videoları gördüm, səhərə kimi yata bilmədim… Bir neçə bayatı yazmışam, gətirdim ki, çap edəsən…

Sonra bayatılar yazılmış vərəqi mənə uzatdı:

-Ağdamdan nə xəbər?

Zarafata keçdim:
-Kişi, az qala hər həftə görüb-danışdığın məni xəbər almamış 30 ildi səni yandırıb-yaxan Ağdamı soruşursan??? Ağdam yerindədi… Biz yerimizdə-yurdumuzda deyilik…

 

Yazı masamın üstündə Ağdamın Qarağacı qəbiristanlığından gətirdiyim bir balaca kisədə torpaq vardı, gözü ona sataşdı. Amma bir söz demədi. Görüşdük, hal-əhval tutduq.

-Sözdü-şikayətli adama oxşayırsan...

-Nə bildin?

-Ramiz müəllim, sən şikayət həll eliyənsən, səndən  nə şikayət?!

-Bura bax, Ağdamda nə gördün? Maa ondan danış...

Yazıçı sualından daha çox Ağdamı beş barmağı kimi tanıyan adamın sualı idi. Sualı, necə deyərlər, göydə tutdum:

-Sizi nə maraqlandırır? Ağdamda gördüyüm çox şey var...

-Bura bax, sən də maa Aqil Abbas olmuyajaxsan ki! Belə deyirəm- elə deyir, elə deyirəm- belə deyir... Ağdamda nə qalıb?

Sonuncu sözü bir az sərt oldu...

Ürəyim üstümə gəldi. Şairi başa düşdüm:

-Ramiz müəllim, Ağdamda nə görmədim ki?! Erməni vəhşiliyi, dağıntılar, erməni goreşənliyi... Bir də...  Daha nə lazımdır ki?!

-Qağa, yaman uzun danışdın eeee... De görüm, Ağdama qayıtmağa ömrüm çatacaq? Gedəcəyəmmi?

Ani olaraq duruxdum... Şair nə mənada deyirdi?! Zarafatımız vardı deyə, keçdim yenidən zarafata:

-Ramiz müəllim, yüz faiz... 

-Doğrudan?

Masanın üstündəki torpağı görmüşdü deyə, əlimi "kulok"dakı torpağın üstünə qoyub and içdim:

-Bu torpaq haqqı, Ağdama qayıdacaqsınız...

Maraqlı gülüşü vardı... Üzümə baxdı:

- Olmaya torpaq ordan gəlib...

Dayandı, əlini torpağın üstünə qoydu, ani olaraq rəngi dəyişdi... Çönüb bir də üzümə baxdı:

-Qağa, qayıdacam ey... Bir var, qayıdım, ən azı bircə günlük də olsa həyətimizdə oturub dərindən nəfəs alıb "Ağdam, saa canım qurban!" -deyim... Bir də var Ağdamda dəfn olunmağa aparalar məni...

Gülmək məni götürdü:

- Şair, düz demədin...

-Nəyi?

-Onu...

Gördü ki, mövzudan yayınıram, keçdi mətləbə...

-Bəs bu yazını verə bilərsən?

-Fikirləşmədən:

-Hə, əlbəttə... -dedim... 

Əlindəki bir neçə vərəqlik məqaləni də mənə göstərdi:

-Aqilə dedim, dedi, baxarıq... Rəşada dedim, dedi, fikirləşərik... Bəxtiyara demədim, çünki...

-Əşşi, sən də qəliz yazıları bizə gətirirsən, sonra isə...
Guya dediyimi eşitmirmiş kimi diqqətini masadakı torpaqdan çəkmirdi... Danışa -danışa "kulok"dakı torpağa yaxınlaşdı:

-Bu Ağdamdan gəlib yəqinki… Özü də İmarətdən?

-Hə, Ramiz müəllim, İmarətdən... Nə bildin? 

-Duydum, Seyid Lazım Ağanın cəddi haqqı, içəri girəndə o torpaq məni çəkdi...

Dayandı, bir mənə, bir də torpağa baxdı... Əyilib "torba"nı götürdü, sinəsinə basdı:

-Allah, Allah... Sən bizi imtahan elədin, amma biz 30 il dözdük...

Dayanıb nəmli gözlərini ikiəlli ovuşdurdu:

-Ağdam, torpağına qurban olum, məni bağışla, məni qoynunda qəbul elə...

 Özünə məxsus kövrəlməyi və ağlamağı var idi... Ağladı... Heç nə demədi, dərindən nəfəs alıb sağollaşmadan getdi... Əslində, artıq hər şeyi demişdi...

XXX 

...Ramiz Məmmədzadə Ağdam işğal ediləndən Ağdamı yazırdı, təbliğ edirdi... Şeirlərində, poemalarında, Ağdam ətirli kövrək xatirələrində, poema və şeirlərində, esselərində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi əsas mövzu idi. Gəncələrə tövsiyyəsi Vətəni sevmək və düşmənə aman verməmək onun bütün yazılarının-bədii yaradıcılığının mübtədası idi…

 O, həm də dəqiq bilirdi ki, Ağdam şeirlə, söhbətlə, təbliğatla qayıdan deyil... Və həmişə də şeirlərinin sonunu hərbi ruhda bitirərdi: torpağı Vətən etmək üçün döyüşməliyik!

O, dəqiq əmin idi ki, ən azından biz Ağdama qayıtmalıyıq və qayıdacağıq da... Və etdiklərini, yazdıqlarını da Ağdamı-Qarabağı unutdurmamaq üçün edirdi...

Ağdam unudulmadı, Ağdam unutdurulmadı... 

O, ən böyük Ağdamlılardan biri idi... Özü demiş, söz verdiyi kimi, Ağdama qayıtdı- özü kimi qayıtdı... Necə ki, biz də özümüz kimi Ağdama qayıdacağıq...

Asif MƏRZİLİ

P.S.Allah onu arzularını 30 il əvvəl dəfn etdiyi-Ağdama qaytardı... Və bu dəfə özü Ağdama dəfn olunmağa getdi... Ruhu şad olsun...

P.P.S.Ramiz Məmmədzadə 1937-ci il yanvarın 1-də Ağdam rayonunda anadan olub. 1955-58-ci illərdə 1 saylı orta məktəbi, habelə Bakı dəmiryol məktəbini bitirmişdir. 1962-63-cü illərdə APİ-nin pedaqoji fakültəsində təhsilini davam etdirmiş, şair sonralar Abşeron rayonunun Saray kənd orta məktəbində müəllim işləmişdir. 1963-67-ci illərdə Azərbaycan LKGİ Abşeron rayon komsomol komitəsində şöbə müdiri, katib, 1967-68-ci illərdə Azərbaycan KP Abşeron Rayon Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1992-ci illərdə Azərbaycan KP MK Siyasi maarif evində məsləhətçi vəzifələrini icra edən Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, eyni zamanda 1993-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində böyük referent kimi çalışmışdır. 1968-70-ci illərdə Bakı Ali partiya məktəbində təhsil alan R.Məmmədzadə 1991-ci ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. Qaçqınların və məcburi köçkünlərin sosial problemləri ilə məşğul olan "Azəriserviz" təşkilatında mətbuat xidmətinin rəhbəri olmuşdur. 

R.Məmmədzadə 1976-82-ci illərdə Yuqoslaviya, Çexoslovakiya, Türkiyə-Misir-Kipr-Yunanıstan, Kuba respublikası ölkələrinə səfərə çıxan sovet turist qrupuna rəhbərlik etmişdir.

Ədəbi fəaliyyətə 1960-cı ildə "Bakı" qəzetində dərc olunmuş "Milyon ananın övladı" adlı ilk şeiri ilə başlamışdır. "Canpolad əfsanəsi" adlı kitabını Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayeva həsr etmişdi. Onun "Həmişə sən gələsən" (1978), "Vaxtında açsaydı qönçələr" (1964), "Xatirə bulağı" (1978), "Mühüm partiya işi" (1974), "Qeyrət günü" (1991), "O gecə (20 yanvar)" (1990), "Canpolad əfsanəsi" (1994), "İşıq günü" (2007) və "Zirvə" (2009) kitablarının müəllifidir.

Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə, ÜİLKGİ MK-nın döş nişanı və stolüstü xatirə medalı ilə təltif olunmuşdur…

(Yazı Medianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə çap olunur. İst.6.3.10).

 

Pin It

CƏMİYYƏT

15-Yan-2025 By Elbar Şirinov

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik k

13-Yan-2025 By Asif Memmedov

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ…

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin

11-Yan-2025 By Elbar Şirinov

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM…

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi

SİYASƏT

15-Yan-2025 By Asif Memmedov

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ…

Dünya siyasətində baş verən elə hadisələrlə rastla

10-Yan-2025 By Elbar Şirinov

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN…

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanda

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

MƏDƏNİYYƏT

15-Yan-2025 By Asif Memmedov

“Azərbaycan kinosunun…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

15-Yan-2025 By Yasemen Memmedov

SEVİNC HEYDƏROVA SAXTA SERTİFİKATLA ƏMƏLİYYATLAR…

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq art

14-Yan-2025 By Asif Memmedov

BU GÜN ONUN 115 YAŞI…

 ...Bu gün BDU-nun sabiq rektoru (1944-1950), İnsa

13-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ UCARDA UŞAQLARI…

Ucarda uşaq yazıçısı Gülzar  İbrahimova ilə görüş

13-Yan-2025 By Elbar Şirinov

GİYA PAÇXATAŞVİLİNİN ƏDƏBİ MÖVQEYİ

Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ö

09-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ KÜRDƏMİRLİ UŞAQLARI…

Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucula

KRİMİNAL

15-Yan-2025 By Elbar Şirinov

CƏLİLABADDA 10 KİLOQRAM NARKOTİK VASİTƏ…

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz d

14-Yan-2025 By Elbar Şirinov

33,5 KİLOQRAMDAN ÇOX QIZIL-ZİNƏT ƏŞYALARI…

2024-cü il ərzində həyata keçirilmiş tədbirlər nət

14-Yan-2025 By Elbar Şirinov

NƏRİMANOVDA ƏMƏLİYYAT: 11 KİLOQRAM NARKOTİK…

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şö

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

15-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİNİ EMOSİYASIZ…

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə

15-Yan-2025 By Elbar Şirinov

KALİFORNİYADA İKİ YENİ MEŞƏ YANĞINI…

Kaliforniyanın cənubunda iki yeni meşə yanğını baş

15-Yan-2025 By Elbar Şirinov

AKTYORLAR HÖKUMƏT ƏLEYHİNƏ MİTİNQ KEÇİRİB

Yanvarın 14-də Tbilisinin mərkəzində hökumət əleyh

15-Yan-2025 By Elbar Şirinov

ÖTƏN SUTKA ƏRZİNDƏ 27 YANĞINA…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

15-Yan-2025 By Elbar Şirinov

CƏNUBİ KOREYA PREZİDENTİ IFADƏ VERMƏKDƏN…

Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanları Cə

15-Yan-2025 By Elbar Şirinov

DYP SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zama

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

08-Yan-2025 By Elbar Şirinov

8 YANVARIN ULDUZ FALI

Gün məşğul olmağı vəd edir, lakin dincəlmək üçün v

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

14-Yan-2025 By Yasemen Memmedov

"…

“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi f

TƏHSİL

13-Yan-2025 By Yasemen Memmedov

MAGİST…

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçü