AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ" ELAN EDİLİB - SƏRƏNCAM

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ" ELAN EDİLİB - SƏRƏNCAM

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

 PİLOTLAR NİYƏ SUYA ENİŞ ETMƏYİBLƏR? - AVİASİYA EKSPERTİ İZAH EDİB

PİLOTLAR NİYƏ SUYA ENİŞ ETMƏYİBLƏR? - AVİASİYA EKSPERTİ İZAH EDİB

 Qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev təyyarənin “quyruğunun” həm təhlükəsizliyini şərh edib, həm də Aktauda qəzaya uğrayan  “Azərbaycan Ha...

“...NƏ AZƏRBAYCAN, NƏ RUSİYA, NƏ DƏ QAZAXISTAN MƏLUMATLARI GİZLƏTMƏKDƏ MARAQLI DEYİL” – AŞUMBAYEV MEDİA-NI YANLIŞ MƏLUMAT YAYMAMAĞA SƏSLƏYİB

“...NƏ AZƏRBAYCAN, NƏ RUSİYA, NƏ DƏ QAZAXISTAN MƏLUMATLARI GİZLƏTMƏKDƏ MARAQLI DEYİL” – AŞUMBAYEV ME...

"Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxarmaq, bu, hansısa hərəkətlərin nəticəsidir və ilaxır – bu, spekulyasiyadır, bunlar əsassız ifadələrd...

YEKATERİNBURQLU SƏRNİŞİN HÖKUMƏ ƏLİYEVANIN ŞÜCAƏTİNDƏN DANIŞIB

YEKATERİNBURQLU SƏRNİŞİN HÖKUMƏ ƏLİYEVANIN ŞÜCAƏTİNDƏN DANIŞIB

Aktauda "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxan Yekaterinburqlu sərnişin Subxonkul Rəhimov TASS-a açıqlama...

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK İSTƏMƏMƏSİNİN ÜÇ SƏBƏBİ

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK İSTƏMƏMƏSİNİN ÜÇ SƏBƏBİ

Cəbhədə sabitliyin olmadığı, eləcə də Kremlin sərt mövqeyinin olmadığı bir şəraitdə Rusiya ilə Ukrayna arasında danışıqlar mümkün deyil. ABŞ-ın yeni s...

MİN AYA DƏYƏN ÖMÜR...

MİN AYA DƏYƏN ÖMÜR...

Uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat etmiş qardaşım İlyas Qurbanovun əziz xatirəsinə...

 ONLAR TƏKCƏ SƏRHƏDİMİZİ DEYİL, HƏM DƏ AZƏRBAYCANIMIZI - DÖVLƏTÇİLİYİMİZİ QORUYUR!

ONLAR TƏKCƏ SƏRHƏDİMİZİ DEYİL, HƏM DƏ AZƏRBAYCANIMIZI - DÖVLƏTÇİLİYİMİZİ QORUYUR!

"...Azərbaycan Ordusunun şanlı Zəfər tarixini yazmasında- xarici ölkələrdə bu gün də öyrənilməkdə olan düşməni məğlubetmə takstikasında onun təklifi ə...

XURAMAN MURADOVANIN PREZİDENTƏ HƏSR ETDİYİ KİTABI TƏQDİM OLUNDU

XURAMAN MURADOVANIN PREZİDENTƏ HƏSR ETDİYİ KİTABI TƏQDİM OLUNDU

"Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Sənət, Ədəbiyyat və İctimai Fənlər Akademi...

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN VƏ NETANYAHUNU İSƏ DOST ADLANDIRIB

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN VƏ NETANYAHUNU İSƏ DOST ADLANDIRIB

Macarıstan Rusiya prezidenti Vladimir Putini vicdanlı tərəfdaş hesab edir.

MEDİA

18-Dek-2024 By Asif Memmedov

DÜNYA …

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, R

Detay

Qalib Rəhimlinin “Dedim bəlkə sözüm qala…” kitabı haqqında bir neçə söz...

 "Dostlar və tanışlar taleyin ən etibarlı pasportlarıdır". 

                                                                                       Artur Şopenhauer

​... Qələm adamının vətəni qəlbi qədər geniş, ruhu qədər hüdudsuzdur. Dostluqları da eləcə. Onu sonradan tanıdım.Amma doğmalığımızın, dostluğumuzun bağları lap uzaqlara nəsil-nəcabətə qədər uzanıb gedir. O, mənim deyil, nəslimin qayım-qədim dostudur. Ərklə qardaş dediyim adamdır. 

Ali məktəbi bitirdikdən sonra təyinatla bizim rayona-Yardımlıya-gəlib işləməyə. Orda bərkə-boşa düşüb. Uca dağların başında qar saxladığını da görüb, oyuğunda tülkü, çaqqal gizlədiyini də. Amma sınmayıb, əyilməyib, o dağlara söykənib, o dağlardan   güc alıb. Dağların əzəməti, suların duruluğu, havanın saflığı hopub ruhuna, qanına, yaddaşına. 

  Ağsaqqal öyüdü eşidib, ağbirçək nəsihəti dinləyib, olub o yurdun, o elin övladı. Seçimini də ordan edib. Ömür-gün yoldaşı Zərifə bacını ta o dağların bağrından qopararaq ulu Gəncəmizə yol alıb. Ona Gəncəmizi bir köynək yaxınlaşdırıb, doğmalşdırıb.

  Gəncədə məskunlaşıb. Orada yaşayıb-yaradıb. Həyat yenə onu çox sınaqlara çəkib. Vətənin hər qarış torpağını bağrına sıxıb, sevgisini ürəyində, ağrısını canında daşıyıb. Haqsızlıq görəndə üsyan edib, hayqırıb. Bir qələm adamı kimi qələminə, sözünə, andına həmişə sadiq qalıb.

          Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2023- cü il sərəncamını ilə bu il“Heydər Əliyev ili” elan olunub. Bu müdrik insan, dahi şəxsiyyət haqqında  çox sayda kitablar yazılıb və yazılmaqdadır.Çünki onun Azərbaycan üçün, xalqı üçün etdikləri nə qədər yazılır yazılsın, cild-cild kitablara sığmaz..Bu dahi şəxsiyyət siyasi məntiqi, zəkası, liderlik qabiliyyəti ilə nəinki onu sevənləri, hətta dünya liderlərini də heyrətləndirməyi bacarırdı.

Amerikanın keçmiş prezidenti Corc Buşun söylədikləri keçdi gözlərimin önündən. O, deyib ki,  "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında  və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları ilə ədalətli və uzunmüddətli  həllinə nail olmaq  sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin  saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda,onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən  böyük həcmli xarici sərmayələrin  cəlb  olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə ən gücü dövlət kimi daxil olmasına imkan yaratmışdır".

674441df-8449-486d-8e4b-b89f888c6681

Qalib Rəhimlinin yenicə çapdan çıxmış “Dedim bəlkə sözüm qala” kitabı da “Heydər Əliyev ili”ndə yazılan kitablardandır. Kitabı oxudum. Kitab yeddi fəsildən ibarətdir. İlk fəsli  Azərbaycanın ədəbi, mədəni, siyasi, iqtisadi həyatında çox böyük rol oynamış ulu öndərə həsr olunub. Umummilli Lider haqqında yazdıqları məni xeyli düşündürdü, çox- çox  uzaqlara apradı və bu yazını yazmağa, fikirlərimi bildirməyə vadar etdi.  

Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə biz orta məktəbdə oxuyurduq. Böyüklər onun necə uzaqgörən, müdrik siyasətçi olduğundan fəxrlə danışar, hətta bu əfsanəvi insan haqqında maraqlı söhbətlər də uydurardılar.

Müəllifin qələmə aldığı kitabın “Dahilik zirvəsinə ucalan insan” adlı  birinci fəsildə yazdığı məqalələr, təhlil və yazılar Heydər Əliyevin siyasi iradəsinə və rəhbərlik bacarığına, onun insani keyfiyyətləri ilə yanaşı ağlına, zəkasına  məni bir daha heyran etdi. Eyni zamanda müəllif Heydər Əliyevin Gəncə səfərlərindən söz açır və hər dəfə Gəncəyə gəlişində qədim şəhərimiz-ulu Gəncəmizin inkişafı üçün atdığı addımlardan, milli- mənəvi dəyərlərimizə olan sevgisindən, qoruyub gələcək nəsillərə ötürmək  üçün gördüyü işlərdən, attdığı addımlardan   qürur hissi ilə söz açır. 

Heydər Əliyev  Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini gözəl bilirdi. Elə  buna görə Nizami yurdunu daim xüsusi nəzarətdə saxlayırdı. Onun üçün iqtisadi dirçəliş nə qədər önəmli idisə, ədəbiyyatın və mədəniyyətin inkişafı da o qədər əhəmiyyətli idi. “Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqın milli sərvətidir və intellektual mülkiyyətidir. Bizim ədəbiyyyatımızın xalqımıza ən böyük xidməti  ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyatı oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Beləcə də Ulu öndər Gəncə ədəbi mühitinin ikişafına da xüsusi önəm verirdi.

Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Burada yaşayan insanlar Gəncənin əzəmətini, qürurunu  daim qoruyub saxlayıblar. Gəncə tariximizin ən çətin dövrlərini yaşayıb.Amansız döyüşlərin, düşmənlə dişə-diş, qana-qan savaşların şahidi olub. İgidlər canından keçib, amma qürurundan keçməyib, onu həmişə ucada tutublar. Uzaq keçmiş deyil, lap yaxın vaxtda -2020 -ci ildə Gəncəyə atılan düşmən raketlərinin acısını millət olaraq hamımız yaşadıq və bu gün də yaşayırıq.

“Gəncəlilər Heydər Əliyev siyasətini bəyənir  və müdafiə edir” sərlövhəli yazısında yenə müəllif  sözünün, qəlminin sahibi olduğunu, peşə səriştəsini  ortaya qoyur və Gəncənin adlı-sanlı, nüfuzlu iş adamlarından tutmuş, sadə zəhmət adamlarına qədər aldığı müsahibələrlə onların  Ulu öndərə olan sevgisini, onun ağıl və zəkası qarşısıda heyrətini ustalıqla qələmə alıb.

Müəllif  Gəncə hadisələrinə də toxunur. “Gəncə tufanı sovuşdu” təhlilində Azərbaycanda baş vermiş qiyamın-qardaş qırğınına, vətəndaş müharibəsinə apardığını, Azərbaycanın müstəqilliyini itirmək, hətta xəritədən silinmək təhlükəsi ilə üz- üzə qaldığı dövrü xatırladır. Bizi o illərə aparır yenidən. Belə  bir vaxtda Heydər Əliyev gəncəlilərə müraciət edir. Xalqın  tələb və təkidi ilə yenidən hakimiyyətə gələn və xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu öndərin çıxışından dərhal sonra bütü Gəncə əhli şəhərin baş meydanına axışır. Onun uzaqgörən siyasəti, ağılı, məntiqi və rəhbərlik səriştəsi  nəticəsində bu hadisələrə son qoyulur və Azərbaycan bu ağır durumdan xilas olur.  Azərbaycan yeni siyasi, iqtisadi və mədəni inkişaf yoluna qədəm qoyur.

Növbəti “ Onlar hər kəs üçün müqəddəsdir” fəslində müəllif  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna hörmətini, döyüşçü və qazilərimizə ehtiramını bildirən yazılarla oxucu qarşısında dayanır. Onların döyüş yoluna nəzər salır, aillərində olur, kövrək hisslərlə göstərdiyi qəhrəmanlıqlardan bəhs edir. Eyni zamanda qarış-qarış gəzdiyi cəbhə bölgələrindəki durumdan söhbət açır, səlahiyyət sahibləri ilə müsahibələri təqdim edir.

Üçüncü fsildə Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı dolğun fikirlərini qoyur ortaya. Məndən müsahibə adlı bölümdə Cənab Prezidentin bu səfərinin əhəmiyyətindən yazıb, böyük bir şəhərə verdiyi stimuldan söz açıb.

“Könlümün hökmü ilə yazılan” yaradıcılıq nümunələrində Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovdan yazdığı yazı daha çox diqqəti cəlb edir. Bu insanın sadəliyindən, əhali ilə münasibətindən, şəhid ailəlri və qazilərlə görüşündən elə faklar açıqlayır ki, oxucu heyrətlənməyə bilmir. Yazıda şəhərin dinamik inkişafı da ön planda verilir.

Növbəti fəsildə YAP Gəncə şəhər təşkilatının yaranmasının 29 illik fəaliyyətindən bəhs edən müəllifin “Gəncənin səsi” qəzetinin 100 illiyi ilə bağlı yubiley yazısı, Xalq yazıçısı İsmayıl Şıxlı, Gəncə Telekommunikasiya  İdarəsinin keçmiş rəisi Nəriman Salmanov, dəyəli jurnalistimiz Züleyxa Nadir, folklorşünas alim Sədnik Paşayev, Gəncə Xalça Kombinatının nəzdində olan  “Xalça” kooperativinin sədri Nəsrəddin Əliyev, Azərbaycan Kommmunist Partiyasının XXXII qurultayının namayəndəsi Güləbatın Əhmədova, Bərcan kənd sovetinin sədri Rasim Niftiyev, Xalçaçı Firəngiz Ağayeva, 4 nömrəli Ərazi  Nəqliyyat kontorunun rəisi, “Şərəf “nişanı  və ilk dəfə “Qırmızı Əmək Bayrağı” ordenli Musa Musayev, üzümçü Yetər Mustafayeva, Gəncə Avtomobil zavodunun avtokrançısı Aydın Qafarov, Gəncə Xalça İcarə Kombinatının rəhbəri Vaqif Məhərərəmov, Gəncə şəhər Dövlət Yol Polisinin rəisi Çapay Əhmədov,  Almaniyanın Ştatlond şəhərində  biolesker  şirkətinin baş meneceri, ADAU-nun məzunu Çinarə Nəsibova, müğənni Teymur Əmrah, Göygöl Dövlət Mahnı və Rəqs ansanblının direktoru Yaşar Həsənov, Lenin adına sovxozun üzümçülük briqadiri Şükür və sürücü Məmməd Nəsirov,  qədim misgərlik sənətini yaşadan Qulievlər nəslinin nümayəndəsi Mütəllim Quliyev, üzümçülük briqadiri, sadə əmək adamı Ağaxan Əzimovun haqqında yazıları ilə yanaşı Sözü urvatdan salan söz dəllarlarına ünvanlanmış  və Gəncə “Büllüur” zavodunun işindən və fəaliyyətindən bəhs edən yazıları da yer alır.

Daha bir fəsildə Gəncədə Avtomobil  zavodundan, avtomobil istehsalından və onun  vacibliyindən   danışır. Mühüm strateji əhəmiyyət kəsb edən bu zavodun keçmiş direktoru mərhum Kaviz Abdullayevin, indiki Gəncə Avtomobil zavodu İstehlalat Birliyi Müşahidə Şurasın sədri Xanlar Fətiyevin gərgin və dəyərli zəhmətini faktların dili ilə geniş oxucu auditoriyasına çatdırır.

Keçən il Gəncəyə getmişdik. Kitab sərgisində iştirak etmək üçün. Gəncənin girəcəyindən gedəcəyimiz ünvana qədər yolboyu şəkillər düzülmüşdü. Maraq mənə güc gəldi. Bunlar təkcə Gəncə şəhidlərimi?- deyə soruşdum. Bəli,- dedilər. Sayseçmə, çinar boylu, qədd- qamətli, polad biləkli oğulların-Şəhidlərimizin şəkilləriydi. Gəncənin mərd oğulları da  Vətəntorpağının azadlığı uğrunda canlarını sipər etmişdilər düşmənin qan qusan silahlarına. Yadıma Xalq şairi Rəsul Rzanın “Ərk qalası” şeiri düşdü.

Söykənib qala divarına

öldülər ayaqüstə

çiyin- çiyinə.

Ulduzlar şahid oldu,

bir sırada dayanmış

ölülərin qabağından

yüz yerə bölünmüş dirilərin

çəkildiyinə.

Öldülər ayaqlarının altında

Vətən torpağı

Başlarının üstündə

Vətən ulduzları...

Qalib Rəhimli həm Gəncənin,həm də  Azərbaycanın hər bölgəsindən qala divarlarına söykənib mərdi-mərdanə Vətən üçün  ölən oğullarından, yox ölməyən, düşməni məğrur duruşuyla öldürən oğulların-Vidadi Nəciyev, Yunus Kazımov, İsmayıl Mustafayev, Ruzigar Qasımov və Bəxtiyar Kosayev, Alı Mustafayev, Natiq Süleymanov, Çingiz Fuadoğlu, Fariz Ələkbərov, Sənan Ağayev, Olxan Quliyevin  sücaətindən, qəhrəmanlıqlarından yazır. Kövrəlirsən, ağlayırsan, amma için fərəh hissi ilə dolur, qürur duyursan Vətən oğullarıyla, onların keçdiyi döyüş younu izlədikcə...

Müəllifin  Qazax rayonunun Kəmərli kəndi və onun meşələri  haqqında yazısını oxuyanda Mete Xanın dediyi hikmətə yenidən kökləndim: “Məndən yəhərimi istəyin - verim,atımı istəyin-verim, lakin heç kəs Vətənimdən bir qarış torpaq istəməsin- vermərəm “  kəlamlarını yenidən yaşadım. Bu yazıda olan tarixi faktlar  mənim diqqətimi daha çox çəkdi. Sovet dönəmində rayon camaatının etirazlarına məhəl qoyulmadan və müxtəlif vədlər verərək Kəmərli kəndinin meşəsinin ermənilərə verilməsi zaman-zaman bu millətin haqsızlığa uğradığından xəbər verir və yazıının tarixinə nəzər saldıqda müəllifin cəsarətinə heyrət etməyə bilmirsən. Bu yazılarda o vaxt kənd adamları tərəfindən nazirlərin döyülməsi, alınan torpaq əvəzində verilən vədlərin yerinə yetirilməməsi, İncə dərəsinin ağrıları cəsarətlə qələmə alınıb.  

"Torpağı əkib-becərməsən qorumağa,qorumasan,əkib-becərməyə dəyməz” deyib ulularımız. Kitabda  torpağın dilini bilən, öyrətməyə çalışan elm adamlarından, Aqrar universitetin uğur və nailliyətlərindən, Torpaqşünaslıq  və aqrokimya  kafedrasının müdiri dosent  Arif Hüseynov, Namiq Hüseynov və  Kəmalə Məmmədovanın  “Aqrokimya” dərsliyindən söz açır.

Ən maraqlısı isə, müəllif kitabına Azərbaycanda tanınmış qələm adamları, onların  yaradıcılığı haqqında düşüncələrini  də daxil edib.  Əlibala Hacızadə, Abdulla Qurbani, Maşallah Məftun, Adil Cəmil, Aybəniz Əliyar, Sevinc Yunuslu, Südabə İrəvanl, Hafiz Rüstəm və bəndəniz haqqında çox maraqlı təhlilər aparır və münasibət sərgiləyir.

Sonuncu-yeddinci fəsildə isə müəllifin iki maraqlı hekayəsi yer alır. Obrazların tamlığı, hadisələrin dolgunluğu, günümüzün reallıqları bu hekayələrdə öz əksini tapır.

Torpağı qorumaq hər bir azərbaycanlının şərəfli borcudur.Əgər bəziləri bunu anlamırsa, qorxursa, hərbi xidmətə tab gətirə bilmirsə, onlar öz vicdanları, ata- anaları ,Vətən qarşısında xəyanət edirlər. Gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq. Hər bir vətəndaşımız öz elinə- obasına qayıdacaqdır."

Bu sözləri Heydər Əliyev Naxçıvanski adına hərbi məktəbin məzunları qarşısında çıxış edərkən söyləmişdi. Bu gün artıq o gündür.Azərbaycan torpaqları işğaldan azad edilib.Bayrağımız Şuşada, Laçında, Füzulidə, Qubadlıda, Ağdamda,Zəngilanda, Cəbrayılda, Xankəndində, Xocavənddə, Ağdərədə və Xocalıda dalğalanır. Bu bir daha Heydər Əliyevin uzaqgörən siyasətindən, dövrü və zamanı qabaqlayan ağıl və məntiqindən xəbər verir.

Kitab günümüz üçün vacib, tariximiz üçün son dərəcə zəngin materillarla doludur. İnanıram ki,  “Heydər Əliyev ili”nə ən gözəl tövhə ola biləcək bir kitabdır.

Müəllifə-Qalib Rəhimliyə, Vətəni, Bayrağı və milləti canı qədər sevən qələm adamına-uğurlar diləyirəm.

Gülnarə Cəmaləddin, 

AYB Sumqayıt bölməsinin sədri

Pin It

CƏMİYYƏT

27-Dek-2024 By Yasemen Memmedov

PİLOTLAR NİYƏ SUYA ENİŞ…

 Qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev t

26-Dek-2024 By Yasemen Memmedov

“...NƏ AZƏRBAYCAN, NƏ RUSİYA, NƏ…

"Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxa

26-Dek-2024 By Elbar Şirinov

YEKATERİNBURQLU SƏRNİŞİN HÖKUMƏ ƏLİYEVANIN ŞÜCAƏTİNDƏN…

Aktauda "Azərbaycan Hava Yolları"na məxsus təyyarə

SİYASƏT

28-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ…

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenli

26-Dek-2024 By Elbar Şirinov

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK…

Cəbhədə sabitliyin olmadığı, eləcə də Kremlin sərt

24-Dek-2024 By Elbar Şirinov

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN…

Macarıstan Rusiya prezidenti Vladimir Putini vicda

24-Dek-2024 By Elbar Şirinov

BİRİNCİ VİTSE-PREZİDENT PREZİDENT İLHAM ƏLİYEVİN…

Azərbaycan Respublikasının Birinci vitse-prezident

18-Dek-2024 By Asif Memmedov

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ…

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın

MƏDƏNİYYƏT

02-Yan-2025 By Elbar Şirinov

FƏRDİ TAYFUR VƏFAT ETDİ

Türkiyənin tanınmış müğənnisi Fərdi Tayfur 80 yaşı

29-Dek-2024 By Asif Memmedov

DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİYİ BELƏ QEYD…

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaq

27-Dek-2024 By Yasemen Memmedov

"UĞURLARIMIZLA 2025-Ə" MİLLİ MÜKAFATININ TƏQDİMETMƏ…

Dekabrın 24-də Bakı Gənclər Mərkəzi və Beynəlxalq

25-Dek-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Xəbər verilir ki, Nigar Camal indiyə qədər sarı ol

24-Dek-2024 By Asif Memmedov

BU ƏFSANƏNİ OXUYUN, ÇÜNKİ...

Kitabxanaya yeni əfsanə təqdim edildi...

23-Dek-2024 By Asif Memmedov

BU KİTAB ƏMƏKDAR ARTİSTƏ HƏSR…

Əməkdar artistə həsr olunmuş kitabın təqdimatı keç

KRİMİNAL

02-Yan-2025 By Elbar Şirinov

28,7 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ…

Yanvarın 1-də polis əməkdaşlarının keçirdikləri əm

30-Dek-2024 By Elbar Şirinov

GÖYÇAYDA NARKOKURYERLƏRDƏN 8 KİLOQRAMDAN ARTIQ…

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata

30-Dek-2024 By Elbar Şirinov

QƏTLDƏ ŞÜBHƏLİ BİLİNƏN RUSİYADAN QAZAXISTANA…

Qazaxıstan Baş Prokurorluğu insan ölümü ilə nəticə

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

02-Yan-2025 By Elbar Şirinov

NETANYAHU XƏSTƏXANADAN BURAXILIB

İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatda

02-Yan-2025 By Elbar Şirinov

İRAN SƏFİRİ İTALİYA XİN-Ə…

İranın İtaliyadakı səfiri Məhəmməd Rza Sabouri Xar

02-Yan-2025 By Elbar Şirinov

ZALUJNI FALÇILARIN PROQNOZLARINA İNANDIĞI ÜÇÜN…

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı

02-Yan-2025 By Elbar Şirinov

ATƏŞFƏŞANLIQLA DRİFT ETMƏYƏ BAŞLAYIB, AMMA...

Başqırdıstanda bir adam Ufa küçələrində atəşfəşanl

02-Yan-2025 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 10…

Yanvarın 1-də ölkə ərazisində qeydə alınan 18, əvv

02-Yan-2025 By Elbar Şirinov

UŞAQ POLİSƏ ZƏNG EDƏRƏK ANASINI…

Sankt-Peterburqda kişi arvadını oğlunun gözü qarşı

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

02-Yan-2025 By Elbar Şirinov

KÜÇƏLƏRDƏ SİQARET ÇƏKMƏK QADAĞAN EDİLDİ

Yanvarın 1-dən Milanda bütün ictimai yerlərdə, o c

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

02-Yan-2025 By Elbar Şirinov

O, RUS…

Kiyev Rusiya qazının tranzitinin dayandırılması sə

TƏHSİL

18-Dek-2024 By Yasemen Memmedov

"…

Bakı Ali Neft Məktəbinin komandaları ilk üç yeri