"BANM hər zaman birincidir!"
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri PAŞA Holdinq tərəfindən təşkil edilən “Future Shapers” inkişaf proqramının qalibi olublar.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qaslmov məlumat verib.
"Onlar İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Ruslan Murtuzov və Kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Tamerlan Ağayevdir. “Safe Life” komandası tərkibində iştirak edən tələbələrimiz 3 mərhələdən ibarət olan seçim prosesindən uğurla keçiblər. Nəticədə “İnnovasiya və Məhsul Simulyasiyası” final mərhələsinə iştirak hüququ qazanıblar və “Endowment Insurance” sahəsində innovativ həll yolu təqdim edərək I yerə layiq görülüblər", deyə o, sosial medi hesabında qeyd edib.
Hər zaman tələbələrinin uğuru ilə fəxr edən Elmar Qasımov onları təbrik edib. 
Y.Məmmədli
 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN