Gürcüstanın tanınmış kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissoru və bəstəkarı Buba (Vaxtanq) Kikabidze yanvarın 19-da dəfn olunacaq.
Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, bu barədə mərhumun prodüseri Rati Abzianidze məlumat verib. O, deyib ki, Kikabidzenin vida mərasimi çərşənbə axşamı və çərşənbə günü (17-18 yanvar) Kaşveti kilsəsində keçiriləcək. Sənətkarın vida mərasimi cümə axşamı, yanvarın 19-da Tbilisinin Böyük Konsert Zalında yekunlaşacaq. Yaxınlarının sözlərinə görə, vəsiyyətinə əsasən, Vaxtanq Kikabidze Veri qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq.
Azərbaycanda da Vaxtanq Kikabidzeyə böyük rəğbət var idi. Mərhum sənətkar da Azərbaycana məhəbbət və sevgisini həmişə ifadə edibdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Vaxtanq Kikabidzenin vəfatı ilə bağlı nekroloq imzalayıb.
A.Məmmədli