NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR, LAKİN MƏHKƏMƏDƏ DƏ İFADƏ VERMƏLİDİR...

NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR, LAKİN MƏHKƏMƏDƏ DƏ İFADƏ VERMƏLİDİR...

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 20-də ABŞ-a səfər etmək niyyətindədir.

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç kimə təslim etməyəcək, onu Rusiyada şərəfli qocalıq gözləyir.

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XII HİSSƏ

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-XII HİSSƏ

Qəbrüstü nəğmə            “Orada bir məzar adası və bu adada gəncliyimin məzarları var. Mən oraya həyatın həmişəyaşıl çələngini aparcağam.”         ...

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI AÇIQLAYIB

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI AÇIQLAYIB

Suriya prezidenti Bəşər Əsəd Dəməşqə doğru irəliləyən silahlı qruplarla danışıqlardan sonra istefa verib və ölkəni tərk edib.

TƏKZİBOLUNMAZ HƏQİQƏT: ÖZLƏRİNİ "ERMƏNİ" ADLANDIRAN ARAMƏNİLƏR!- 1-Cİ HİSSƏ

TƏKZİBOLUNMAZ HƏQİQƏT: ÖZLƏRİNİ "ERMƏNİ" ADLANDIRAN ARAMƏNİLƏR!- 1-Cİ HİSSƏ

Müəllufdən: Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah tərəfindən aramənilərə 1441-ci ildə hədiyyə edilmiş Eçmiədzin (Üç müəzzin).  BAKI ...

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA GÖRÜŞƏCƏK

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA GÖRÜŞƏCƏK

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək.

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ İMTİNA EDİB?

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ İMTİNA EDİB?

Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünə müsbət cavab verməyib. Türkiyə lideri bu barədə danışıb. Tezadlar.az x...

SAXTA MƏHKƏMƏ İDDİALARINDAN ƏL ÇƏKMƏYƏN ERMƏNİSTAN...

SAXTA MƏHKƏMƏ İDDİALARINDAN ƏL ÇƏKMƏYƏN ERMƏNİSTAN...

Bu gün dekabrın 6-da Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müa...

UKRAYNA MÜNAQİŞƏSİ BİTDİKDƏN SONRA ZELENSKİNİN TALEYİ NECƏ OLACAQ? – AÇIQLAMA

UKRAYNA MÜNAQİŞƏSİ BİTDİKDƏN SONRA ZELENSKİNİN TALEYİ NECƏ OLACAQ? – AÇIQLAMA

Ukrayna prezidenti Vladimir Zelenski münaqişə bitdikdən sonra çox güman ki, dövlət başçısı vəzifəsini dayandıracaq.

MEDİA

08-Dek-2024 By Asif Memmedov

TƏKZİB…

Müəllufdən: Azərbaycanın Qaraqoyunlu dövlətinin hö

Detay

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev: “Həmin veteranlardır ki, vaxtilə onlar olmasaydı, biz müharibədən salamat çıxa bilməzdik və biz yaralanıb, huşumuzu itirəndə, hərəkətsiz qalanda, həmin veteranlar, atəş altında olsa da, həyatlarını riskə ataraq,  bizi ölümün pəncəsindən xilas ediblər”

Bildiyimiz kimi 2023-cü il yanvarın 1-dən minimum əmək haqqı, pensiyalar və təqaüdlər, o cümlədən şəhid ailələrinə, əlillərə  verilən müavinatlar artırıldı.  Amma nə yazıq ki,  istər birinci, istərsə də ikinci Qarabağ veteranlarına  verilən 80 manat təqaüd  yerində sayası oldu.  Amma hamı kimi bu kateqoriyadan olan insanlar da  verilən 80 manat təqaüdün artırılmasını gözləyirdi ki,  bu da baş vermədi. Görəsən, həyatını riskə ataraq, müharibədə ölümlə üz-üzə dayanan, lakin taleyin qismətindən şəhid və ya əlil olmayıb, salamat qayıdan veteranlara bu ögey münasibətin səbəbi nədir?

Ötən il  birinci altı ayın yekunlarına həsr olunmuş müşavirədə  Prezident cənab İlham Əliyev   Zəfərlə başa çatan 44 günlük  müharibədən danışarkən belə demişdi: “ Biz bu qələbə üçün şəhidlərə, qazilərə, döyüşçülərə borcluyuq”. Prezidentimiz döyüşçülər deyəndə, təbii ki, müharibədən salamat qayıdan veteranları nəzərdə tuturdu. Doğrudan da,  döyüşdə qələbəni qazanan bu üç qardaş olub: Şəhidlər, əlillər və veteranlar.  Mən həmişə, bu söhbət düşəndə hər kəsdən belə bir səhnəni  təsəvvür etmələrini istəyirəm. Üç əsgərə  döyüş tapşırığı verilir ki, qarşıdakı yüksəklikdə yerləşən erməni postu  alınmalıdır ki, qoşunlarımız hücuma keçə bilsin. Həmin posta hücum zamanı  üç əsgərdən biri dərhal şəhid olur, yarı yolda ikincisi yaralanır və döyüşü davam etdirə bilmir.  Üçüncüsü isə,  xüsusi bacarığı, qəhrəmanlığı  və  Allahın köməyi ilə həmin postdakı erməniləri tamam qırır, orada müdafiə mövqeyi tutur və qoşunlarımız rahat şəkildə hücuma keçə bilirlər. Göründüyü kimi, mühüm döyüş tapşırığını axıra çatdıraraq yerinə yetirən məhz sağ qalan üçüncü əsgər olur. Amma,  həmin  döyüş başlayan kimi   şəhid olanın ailəsinə,  yarı yolda yaralanıb əlil olana  haqlı olaraq dövlətimiz  hər cürə qayğı  və diqqət göstərir.  Onlara ev, maşın hədiyyə edilsə də, yenə də azdır. Amma çox təəssüf ki,  eyni funksiyanı yerinə yetirib, sağ qalan bu üç qardaşdan  birinə-veterana  80 manatdan başqa heç bir güzəşt nəzərdə tutulmayıb.  Həmin 80 manat təqaüd veteranlara kommunal  xidməti ödəmək üçün verilir. İndi gəlin görək, o 80 manat kommunal xidmətləri ödəməyə bəs edirmi? Əlbəttə, etmir!  Çünki, təkcə evi qızdırmaq üçün kombi sisteminə görə ödənilən məbləğ 100 manatdan çoxdur. Hələ, su pulu, işıq pulu, qaz pulu və  zibil pulu nəzərə alınmır.  Bazarda isə  ərzağın, dərmanların, paltarların, tikinti materiallarının və digər malların bahalaşmasından isə heç danışmıram. Bütün bunları nəzərə alanda, həyatını bu vətən üçün qurban deyərək, düşmənlə  ölüm-dilim savaşına  qalxan və təsadüf nəticəsində sağ qalan veteranlara 80 manat təqaüdün  verilməsi olduqca acı bir təəssüf doğurur. Dediyim kimi, bu  üç qardaşı  bir-birindən ayırmaq olmaz və bu, günahdır. On nəfər şəhid ailəsinə və qaziyə ev, maşın veriləndə, biri də  veterana verilsə, dünya dağılar?  Veteran çəkdiyi zəhmətin bəhrəsini görməli deyil?

Biz bununla  gələcək nəsillə hansı örnəyi qoyub gedirik? O örnəyi ki, sən vətən yolunda ailə, uşağını və  ya  ata-ananı qoyub odun -alovun içinə atılasan və nəticədə də  80 manat nəsibin olsun? Axı bu, haqsızlıqdır!

Qarabağ veteranı adını,  nə qədər qəribə səslənsə də baş nazirin müavini  Yaqub Eyyubov  verir. Yəni,  müharibə veteranı adının verilməsi üzrə kommisiyanın sədri məhz  Y.Eyyubovdur.  O Y.Eyyubov ki, bu  günlərdə oğlu Emil Eyyubovun adına olan bir milyard dollar pul Litva  banklarında dondurulub. Məlumatlara görə, adında bir milyard dollar pul olan Emil bala heç əsgərlikdə də olmayıb.  Amma, adında bir milyard dollar pul var.  Vətən üçün döyüşən, odun-alovun içindən möcüzə nəticəsində sağ çıxan veteranlara isə, atası 80 manat  məsləhət görüb.  Bu boyda biabırçılıq və haqsızlıq olmaz axı!

Görəsən, elə bir adam tapılacaqmı ki, Emil Eyyubovdan soruşsun: -A bala, sən heç əsgərlikdə də olmamısan, özün də heç bir biznes adamı deyilsən. Bəs, səndə bu bir milyard dollar haradandır? Bəlkə, atası Y.Eyyubova  aeroportda  qonaq qarşılayıb yola salmasına görə, milyonlarla manat pul verirlər və o da yığılıb bir milyarda çatıb?

Həmkarımız Heydər Oğuz hesablama aparıb ki, əgər Y.Eyyubov gündə min dollar qazansa və heç nəyə xərcləməsə, bir milyard dollar pulu yığmaq üçün ona  13 min il vaxt lazımdır.  Yaxşı olar ki, balaca Emilin adına olan o bir milyard pulu elə  birinci və ikinci Qarabağ veteranlarının təqaüdünü artırmaq üçün cəlb etsinlər. Nəzərə alsaq ki, bu bir milyard pul təkcə Litva bankında olan pullardır. İndi görün balaca Emilin və atası Yaqub Eyyubovun Avropanın və dünyanın müxtəlif banklarında neçə milyardları var? Hələ bu ata-balanın adına Avropa ölkələrində, Amerika və Kanadada olan restoranlarının, otellərinin, biznes şəbəkələrinin, müxtəlif şirkətlərinin və onlardan gələn milyardların sayını bilmirik. Yaqub Eyyubovun oğlu Emil Yaqubovun adına təkcə Litva bankında dondurulan bir milyard pulla nəinki veteranların 80 manat təqaüdünü, hətta şəhid ailələrinə və qazilərə verilən təqaüdləri də ən azı 3-4 dəfə artırmaq olar...

Veteranların pullarının artırılmaması həm veteranlar, həm də cəmiyyət arasında ciddi narazlıq yaradıb.  Gəlin, görək bu barədə tanınmışlar nə deyir?

“Qorqud” Tədqiqat Mərkəzinin rəhbəri, “Ehtiyatda Olan Zabitlər Təşkilatı”nın İdarə Heyətinin üzvü Tərlan Eyvazov “Turan”a açıqlamasında deyib ki, 80 manat aylıq veteran təqaüdü artan kommunal xərcləri qarşılamır. Bir halda ki, prezidentin fərmanında təqaüd bununla izah olunur: “Elektrik enerjisi, su, internet, qaz, telefon, nəqliyyat - hamısı çox bahalaşıb. Pensiya islahatı nəticəsində 200 min veteran və müharibə əlili təqaüddən məhrum edilib. Dövlət bundan qənaət etdiyi pulu, indi  əhalinin dördüncü sosial müdafiəsi paketi kimi qələmə verir.

Hökumət hər şeyin artan qiymətini hesablamalı və veteranlar üçün prezident təqaüdünün yeni ölçüsünü müəyyən etməlidir. Hesab edirəm ki, yeni qiymətlərə adekvat təqaüd ödənilməlidir, yəni artım ən azı 50% olmalıdır (ayda 160 manat)" - deyə T.Eyvazov bildirib. 2019-cu ildə veteran təqaüdlərinin artımı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun təşəbbüsü ilə baş verib. O, “Turan” a  bildirib ki, veteran təqaüdləri mütləq artırılmalıdır. “2016, 2020 və 2022-ci illərin hərbi hadisələrinin bir çox iştirakçıları müharibə veteranı adı almayıb”- deyə o qeyd edib. Üzeyir Cəfərov veteranların birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarına ayrılmasını doğru hesab etmir. Bu, böyük nəsil veteranların narazılığına səbəb olur. Bəziləri üçün 50 manatlıq prezident təqaüdü bütün xərcləri qarşılamaq üçün yeganə mənbədir. “Veteran təqaüdünü ayda 160 manata qədər artırmaq doğru olardı” - deyə Ü.Cəfərov qeyd edib.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev isə mövzu ilə bağlı “Yeni Müsavat”a verdiyi açıqlamada deyib ki, hər il müharibə veteranlarının, şəhid ailələrinin, Qarabağ veteranlarının, Qarabağ müharibəsi əlillərinin, 1941-45-ci il müharibəsi iştirakçılarının, Çernobıl əlilləri ilə bağlı büdcədə nəzərdə tutulmuş məbləğdə pensiyalar artırılır: “Bu il də yanvarın 1-dən qərar qəbul olundu, müharibə, şəhid ailələri üçün nəzərdə tutulan təqaüdlərdə artımlar oldu. Misal üçün, birinci qrup əlillərə 100 manat, ikinci qrup əlillərə 50 manat, 3-cü qrup əlillərə isə 30 manat artımlar olundu. Pensiyalarda da artımlar olacaqdı. Bu məsələdən biz də çox narazı olduq. Düzdür, hələ ki, araşdırmalar gedir. Ümid edirik ki, müharibə veteranlarının da pensiyaları artacaq. Təyin olunmuş prezident təqaüdü  vaxtilə 55 manat idi, son vaxtlar onları 80 manata qaldırıblar. Mənə elə gəlir ki, onların da təqaüdlərinə artımlar olacaq. Ona görə ki, o insanları yaddan çıxarmaq olmaz. Onlar da vətən, torpaq uğrunda canlarını qoyan insanlardır. Həmin veteranlardır ki, vaxtilə onlar olmasaydı, müharibədən salamat çıxa bilməzdik və biz yaralanıb huşumuzu itirəndə, hərəkətsiz qalanda, həmin veteranlar, atəş altında olsa da, həyatlarını riskə ataraq, bizi ölümün pəncəsindən xilas ediblər. Həmin veteranlara da qiymət vermək dövlətin və bütün insanların borcudur. O cümlədən də biz qazilərin. Ona görə də ümidliyəm. Əvvəllər imtiyazlar var idi. Həmin imtiyazlar, güzəştlər verilən o 80 manatdan qat-qat üstün idi. Onlar kommunal xərclərdən, müayinələrdən, vergilərdən azad idi. Bunları da hesablayıb, indiki qiymətlərlə müqayisə edəndə, onun kifayət qədər məbləğ olduğu görünür. O insanlara qiymət vermək hər bir vətəndaşın, o cümlədən dövlətin borcudur. İndi araşdırmalar gedir. Birinci Qarabağ müharibəsi veteranları, Aprel döyüşçüləri, ikinci Vətən savaşı veteranları ilə bağlı hələ ki, təyinatlar gedir. Hələ tam dəqiqliklə veteran statusu da verilməyib. Çünki hələ çoxları veteran statusu almayıb. Hazırda nazirlikdə müzakirələr gedir, kimlərə veteran adı verilsin və vəsiqələri təqdim olunsun. Fikrimcə, bunların hamısı hesablanıb, ölkəmizin ərazi bütövlüyünün qorunmasında nə qədər iştirak etmiş müharibə veteranımız var, onların da təqaüdləri qaldırılacaq”.

Biz də ümid edirik ki, nəhayət, veteranlara olan ögey münasibətə son qoyulacaq və  yuxarıda qeyd etdiyim kimi, qələbədə pay sahibi olan bu  üç qardaşı bir-birindən fərqləndirməyəcəklər. Əgər, şəhid ailələrinə, qazilərə verilən təqaüdlər artırılırsa, bu, mütləq  birinci və ikinci Qarabağ  müharibəsinin veteranlarına da şamil  olunmalıdır. Nə qədər ki, erməni kimi xəstə təxəyüllü qonşumuz var, deməli, gələcəkdə, qısa da olsa, müharibələr və Ali Baş Komandan, prezident İlham Əliyevin dəmir yumuruğunun düşmənin başına endiriləcəyi qaçılmaz görünür. Ona görə də birinci və ikinci Qarabağ müharibəsinin şəhid ailələrini, qazilərinı və veteranlarını bir birindən ayırmadan, onlara yüksək təqaüd verməklə qayğı və diqqət göstərilməlidir ki, növbəti döyüşlərdə gənc nəsil, heç bir tərəddüt etmdən, vətənin müdafiəsinə atıla bilsin. Gəlin bu nüansı unutmayaq...

Elçin MƏMMƏDLİ

Pin It

CƏMİYYƏT

06-Dek-2024 By Asif Memmedov

BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ DAİR SƏNƏDLƏRİ TƏQDİM…

Gələn həftə bələdiyyə seçkiləri ilə əlaqədar namiz

03-Dek-2024 By Yasemen Memmedov

"AZƏRAVTOYOL" AĞDAM-ƏSGƏRAN-XOCALI-XANKƏNDİ YOLUNUN TİKİNTİSİNİ SÜRƏTLƏ…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağda

03-Dek-2024 By Elbar Şirinov

ATOM BOMBASININ YARADICISININ NƏVƏSİ: DÜNYANI…

Çarlz Oppenheymer dünyanın heç vaxt nüvə silahında

SİYASƏT

09-Dek-2024 By Yasemen Memmedov

NETANYAHUNUN TRAMPIN İNAUQURASİYASINA GEDƏCƏYİ GÖZLƏNİLİR…

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 20

09-Dek-2024 By Elbar Şirinov

ƏSƏDİN GƏLƏCƏK TALEYİ BƏLLİ OLDU

Moskva Suriyanın keçmiş prezidenti Bəşər Əsədi heç

08-Dek-2024 By Elbar Şirinov

RUSİYA XİN ƏSƏDİN İSTEFA QƏRARINI…

Suriya prezidenti Bəşər Əsəd Dəməşqə doğru irəlilə

07-Dek-2024 By Elbar Şirinov

ZELENSKİ PARİSDƏ MAKRON VƏ TRAMPLA…

Ukrayna prezidenti Vladimir Zelenski Parisdə Frans

06-Dek-2024 By Elbar Şirinov

SURİYA PREZİDENTİ ƏRDOĞANLA GÖRÜŞDƏN NİYƏ…

Suriya prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəc

MƏDƏNİYYƏT

09-Dek-2024 By Asif Memmedov

XALQ ŞAİRİ NƏBİ XƏZRİNİN YUBİLEYİNƏ…

Xalq şairi Nəbi Xəzrinin yubileyinə həsr olunmuş v

07-Dek-2024 By Yasemen Memmedov

DAHA BİR MÜĞƏNNİMİZ SİBEL CANA…

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib. 

07-Dek-2024 By Yasemen Memmedov

"TƏBİƏTİN NƏFƏSİ" ADLI SƏRGİ NÜMAYİŞ…

Dekabrın 6-da YAP Yasamal Rayon Təşkilatı və Beynə

06-Dek-2024 By Elbar Şirinov

MÜƏLLİMLƏRİN BİLİK VƏ BACARIQLARININ ÖLÇÜLMƏSİ…

Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət m

06-Dek-2024 By Asif Memmedov

İNSANİ DÜNYA – İNSANİLƏŞƏN DÜNYADIR

  İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) b

05-Dek-2024 By Yasemen Memmedov

ELZA SEYİDCAHAN DEPUTAT OLMAQDA İSRARLIDIR:…

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan m

KRİMİNAL

09-Dek-2024 By Elbar Şirinov

NARKOTİKLƏ BAĞLI TUTULAN MÜTƏŞƏKKİL DƏSTƏNİN…

Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha

06-Dek-2024 By Elbar Şirinov

QUBADA 102 MİN MANATLIQ DƏLƏDUZLUQ…

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq

05-Dek-2024 By Yasemen Memmedov

QIRĞIZISTANDA MTDK ERMƏNİSTAN NÖMRƏLİ AVTOMOBİLLƏRLƏ…

Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dö

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

09-Dek-2024 By Yasemen Memmedov

ANAMA ƏMƏKDAŞLARI QƏZAYA DÜŞÜBLƏR -…

TEZADLAR.AZ xəbər verir ki, hadisə rayonun Horadiz

09-Dek-2024 By Elbar Şirinov

"MOBİL NOTARİAT"IN VEB-SAYT VERSİYASI İSTİFADƏYƏ…

Notariat xidmətlərinin bütün növ platforma istifad

09-Dek-2024 By Elbar Şirinov

ZAKİR HƏSƏNOV TÜRKİYƏLİ HƏMKARINA BAŞSAĞLIĞI…

Azərbaycan Respublikasının müdafiə naziri general-

09-Dek-2024 By Elbar Şirinov

HƏRBİ HELİKOPTER QƏZAYA UĞRAYIB, DÖRD…

Türkiyənin İsparta vilayətində Türkiyəyə məxsus hə

09-Dek-2024 By Elbar Şirinov

YOL POLİSİ ÜÇÜN AVTOMOBİL SİFARİŞ…

Moskvada məhkəmə yol polisi üçün avtomobil sifariş

09-Dek-2024 By Elbar Şirinov

QUŞ QRİPİ XƏSTƏLİYİNƏ QARŞI EPİZOOTOLOJİ…

Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dö

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

03-Dek-2024 By Elbar Şirinov

QOYUN ƏTİ QUZU ƏTİ İLƏ MÜQAYİSƏDƏ…

Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox i

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

09-Dek-2024 By Elbar Şirinov

ADSEA …

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əmək

TƏHSİL

04-Dek-2024 By Yasemen Memmedov

MƏKTƏB…

Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafat