BSU rektoru Qərbi Azərbaycanın Gənc Səfirləri təşəbbüs qrupunun üzvlərini qəbul edib- FOTO

Dekabrın 17-də Bakı Slavyan Universitetinin(BSU) rektoru Anar Nağıyevin və Azərbaycan Respublikasının Milli Məclisinin(MM) deputatı Naqif Həmzəyevin BSU-da Qərbi Azərbaycanın Gənc Səfirləri təşəbbüs qrupunun üzvləri ilə “Sülh gündəliyinin qayıdış prosesinə inteqrasiyası: Gənclərin üzərinə düşən vəzifələr” mövzusunda görüşü keçirilib. Tezadlar.az xatırladır ki, görüşdə BSU-nun rektoru Anar Nağıyev, MM-in deputatı Naqif Həmzəyev və Qərbi Azərbaycanın Gənc Səfirləri təşəbbüs […]

Kreml Ukraynaya yardımı dondurmaq üçün Belçikanı və onun baş nazirini hədələyib

Avropa liderləri bu həftə Ukraynaya kömək üçün təxminən 210 milyard avroluq dondurulmuş Rusiya aktivlərindən istifadə etmək üçün son səylərini göstərirlər. Tezadlar.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, Moskva prosesi pozmaq üçün şifahi şantaj və açıq təxribatlara əl atır. Məsələn, dondurulmuş vəsaitlərin əsas hissəsini ölkəsi saxlayan Belçikanın Baş naziri Bart De Vever Kremlin […]

Ukrayna PUA-ları Rusiyanın dərinliklərində gəmiləri vurdu

Ötən gecə Rusiyanın Rostov-na-Donu şəhərində gəmiyə pilotsuz uçuş aparatlarla hücum edilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, nəticədə gəminin iki ekipaj üzvü həlak olub, iki nəfərin isə yaralanıb. Gəmidə baş verən yanğın söndürülüb. Lakin gəmiyə ciddi ziyan dəyib. Rusiyanın TASS agentliyi hadisəni təsdiqləyib, bu barədə xəbər paylaşıb.  

ANAMA Ağdamdakı mina partlayışı barədə rəsmi açıqlama yaydı

Dünən işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina partlayışı barədə məlumat vermişdik. Tezadlar.az xəbər verir ki, bu hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Baş Prokurorluqdan “Təzadlar”a göndərilən məlumatda deyilir ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş […]

Aİ dondurulmuş Rusiya aktivləri məsələsini gündəliyindən çıxarıb – Orban

Dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya “təzminat krediti”nin müzakirəsi bu gün başlayacaq Aİ liderlərinin sammitinin gündəliyindən çıxarılıb. Tezadlar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu jurnalistlərə verdiyi açıqlamada bildirib. “Bu səhər Komissiya sədri Komissiyanın geri çəkildiyini və Rusiya aktivləri məsələsinin danışıqlar masasına gətirilməyəcəyini açıqladı. Əgər Komissiya sədrinin bu gün dediklərini düzgün başa düşsəm […]

Vanqanın 2026-cı il üçün proqnozları qorxuludur: Nə baş verəcək?

Bolqarıstanlı kahinin ən dəhşətli proqnozlarından biri qlobal münaqişələr və bir diktatorun qlobal gücə yüksəlişi ilə bağlıdır Bolqarıstanlı kahin Vanqa bəşəriyyətin taleyi ilə bağlı çox dəqiq proqnozlar vermişdi və onlar ölümündən sonra da gerçəkləşməyə davam edir. Təbii ki, o, 2026-cı il üçün də proqnozlar qoyub gedib. Tezadlar.az xəbər verir ki, “Firstpost”-a görə, kor kahin həyatı boyu […]

Ağdamda minaya düşən var- YARALANDI

Ötən gün Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb. Tezadlar.az xəbər verir ki, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib. Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb. O, xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

Rusiya yeni müharibə planlaşdırmaqdadır- ZELENSKİ MƏLUMAT YAYDI

“Rusiya 2026- cı ili genişmiqyaslı hərbi əməliyyatların davam etdirilməsi ili kimi görür. Moskvadan gələn siqnallar sülhə olan həqiqi istəyin olmamasını göstərir”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu video müraciəti zamanı bildirib. Sitat:  “Bu gün Moskvadan gələn ili müharibə ili kimi hazırladıqlarına dair daha bir siqnal eşitdik. Bu siqnallar yalnız […]

Dilənçilikdən şöhrətə – VİDEO

2011-ci ildə küçədə dilənərkən çəkilmiş videosu ilə tanınan Ted Williams-ın həyatı tamamilə dəyişib. Tezadlar.az xəbər verir ki, video viral olduqdan sonra o, səsi ilə bağlı iş təklifləri almağa başlayıb və şöhrət qazanıb. Williams bundan sonra reklamlar, motivasion videoları və səs-işləri ilə məşğul olaraq çətin həyatını geridə qoyub. Onun hekayəsi internet istifadəçiləri və media tərəfindən “çətinlikdən uğura […]

Qara çayın sağlamlığa gözlənilməz faydaları

Alimlər müəyyən ediblər ki, qara çayın müntəzəm istifadəsi orqanizmə müsbət təsir göstərir və sağlamlığın qorunmasına kömək edir. Dünyada milyonlarla insanın gündəlik istehlak etdiyi qara çay düşündüyümüzdən daha çox fayda verə bilər. Yeni elmi araşdırmalar bu içkinin sağlamlığın bir neçə mühüm sahəsinə eyni zamanda müsbət təsir göstərdiyini təsdiqləyib. Tezadlar.az xəbər verir ki, tədqiqatlara görə, qara çayın müntəzəm qəbulu […]

Qripi” sürətlə yayılır

Avropada yayılmaqda olan yeni qrip ştamı səhiyyə xidmətlərinə güclü təzyiq göstərir. Tezadlar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge bildirib. Onun sözlərinə görə, qrip hər il qış mövsümündə müşahidə olunur, lakin bu il vəziyyət fərqlidir. “Xəstəliyin kiçik genetik mutasiyası belə səhiyyə sisteminə böyük təzyiq göstərə bilər,” – deyə […]

Yolu keçən qadını avtobus vurdu

Bakıda marşrut avtobusu qadını vurub. Tezadlar.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib. Bakı Bus MMC-yə məxsus 77 JA 689 dövlət qeydiyyat nişanlı avtobus yolu keçmək istəyən qadını vurub. Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Nesrin Cavadzadənin xalatlı fotoları gündəm oldu

Karyerası və şəxsi həyatı ilə tez-tez maqazin gündəmində yer alan tanınmış Azərbaycan əsilli aktrisa Nesrin Cavadzadə bu dəfə sosial şəbəkədə paylaşdığı fotolarla diqqət mərkəzinə düşüb.  Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisanın pəncərə kənarında xalatla çəkdirdiyi fotolar qısa müddətdə böyük maraq doğurub. “Instagram” hesabında paylaşdığı görüntülərdə fit görünüşü ilə seçilən Cavadzadə fotolarına “İlaçtır” qeydi əlavə […]

“Antalyaspor” Erol Bulutla yollarını ayırdı

Türkiyə Superliqası təmsilçisi “Antalyaspor” baş məşqçisi Erol Bulutla yollarını ayırıb. Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda son olaraq Superliqanın XVI turunda doğma meydanda “Qalatasaray”a 1:4 hesabı ilə uduzub. Qeyd edək ki, “Antalyaspor” turnir cədvəlində 15 xalla 15-ci pillədə qərarlaşıb. Erol Bulut komandaya bu il baş məşqçi təyin olunmuşdu.

Atalar üçün 14 günlük məzuniyyət ödənişli olur

“Milli qanunvericilikdə uşağın dünyaya gəlməsi ilə bağlı atalara 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyət hüququ verilirdi. Lakin biz görürük ki, təcrübədə heç bir ata bu hüquqdan istifadə etmir. Çünki ödənişsiz məzuniyyət ailə büdcəsinə əlavə təzyiq yaradır”. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında komitə sədri, deputat Hicran […]

Adeyemi ailə səbəbi ilə “Borussiya”dan ayrıla bilər

Hücumçu Kərim Adeyemi həyat yoldaşına görə Dortmund “Borussiya”sından ayrıla bilər. Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, Almaniya millisinin oyunçusu klub rəhbərliyinə başqa komandaya keçmək niyyətində olduğunu bildirib. Kərimin həyat yoldaşı, Kosovo əsilli isveçrəli hip-hop sənətçisi Loredana Zefi Aliu sənaye Dortmundunda deyil, başqa bir Avropa şəhərində, metropolda yaşamaq istəyir. Adeyemi 30 yaşlı isveçrəli reperlə bir il […]

Biləsuvarda VAZ avtomobili qaçırıldı

Biləsuvar şəhəri ərazisində axşam saatlarında yolun kənarında saxlanılmış “Vaz 21074” markalı avtomobilin naməlum şəxslər tərəfindən qaçırılması barədə polisə məlumat daxil olub. Tezadlar.az-ın Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Abbaslı və İ.Məmiyev saxlanılıblar. Məlum olub ki, həmin şəxslər avtomobilin qapısının açıq, açarının isə üzərində olmasından […]

Çernobıl əlillərinə yeni avtomobillər veriləcək

Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatı üzrə tədbirlər davam etdirilir. Tezadlar.az-ın məlumatına görə, bu işlərin davamı kimi qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təhvil veriləcək. Məlumata əsasən, bu tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il […]

Vardan Qukasyan daha üç ay həbsdə qalacaq

Gümrünün keçmiş meri Vardan Qukasyanın həbs müddəti daha üç ay uzadılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Xatırladaq ki, sabiq merə qarşı Ermənistan Cinayət Məcəlləsinin “Rüşvət alma” maddəsi ilə ittiham irəli sürülüb.

Afət Fərmanqızı Zaur Nəbioğluna sərt cavab verdi

Müğənni Afət Fərmanqızı TikTok platformasında açdığı canlı yayım zamanı aparıcı Zaur Nəbioğlu ilə telefon bağlantısı yaradaraq qalmaqallı açıqlamalar verib. Tezadlar.az xəbər verir ki, canlı yayımda səsləndirilən sərt və təhqiramiz ifadələr qısa zamanda sosial şəbəkələrdə geniş rezonans doğurub və müzakirələrə səbəb olub. Bildirilir ki, qalmaqala səbəb Vəfanin verilişdə Afət Fərmanqızının ünvanına səsləndirdiyi fikirlər olub. Afət Fərmanqızı canlı […]

Toyota etibarlılıq reytinqində lider oldu

ABŞ-ın “Consumer Reports” jurnalı avtomobil markalarının etibarlılığı üzrə illik reytinqini dərc edib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, reytinqdə birinci yeri Toyota 66 bal etibarlılıq indeksi ilə tutub. İkinci pillədə Subaru (63 bal), üçüncü yerdə isə Lexus (60 bal) qərarlaşıb. İlk beşliyə həmçinin Honda (59) və BMW (58) daxil olub. Siyahının aşağı hissəsində isə yeni platforma […]

ABŞ prezidenti yeni il planlarını təqdim edəcək

ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edərək administrasiyasının əldə etdiyi tarixi nailiyyətləri və yeni ildə planlanan təşəbbüsləri təqdim edəcək. Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlayıb. Trampın çıxışı dekabrın 17-də Vaşinqton vaxtı ilə saat 21:00-da, Bakı vaxtı ilə isə dekabrın 18-i saat 05:00-da baş tutacaq.

Hansı bürclər üçün sevgi ön plana çıxır?

Dekabrın 17-si üçün sevgi ulduz falı güclü emosional enerji proqnozlaşdırır.  Tezadlar.az bildirir ki, Əqrəb bürcündə Ay və Balıq bürcündə Neptunun təsiri altında bir neçə bürc əlaməti sevgi həyatlarına yeni bir baxışla baxa biləcək. Bu gün kimlər üçün sevgidə dönüş nöqtəsi olacaq? Qoç Həyatınız sağalma mərhələsinə qədəm qoyur. Nəhayət, əsl hissləri illüziyalardan və proqnozlardan ayırd edə biləcəksiniz. […]

Gültəkin Hacıbəylinin saxlanılması qanuni sayıldı

Türkiyədən beşillik deportasiyasına qərar verilən Gültəkin Hacıbəylinin geri göndərmə məntəqəsində saxlanılması qanuni hesab edilib. Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. […]

Oğlunu axtarmağa gəlmişdi, özü axtarışda çıxdı

Malayziyada bir kişi itkin düşmüş oğlu barədə məlumat vermək üçün polis bölməsinə gəlib və bu zaman özü barədə cinayət işi üzrə axtarışda olduğunu öyrənib. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, paytaxt Kuala-Lumpurda 36 yaşlı kişi polis bölməsindən qaçmağa cəhd göstərdikdən sonra saxlanılıb. Sənədlərin yoxlanılması zamanı polis əməkdaşları onun narkotiklərlə bağlı bir neçə cinayət işi üzrə axtarışda […]

Mirmahmud Mirəlioğlunun ailəsində faciə- NƏVƏSİ DÜNYASINI DƏYİŞDİ

Tezadlar.az əvvəl xəbər verdiyi kimi, Sumqayıtda 18 yaşlı gəncin meyiti aşkarlanıb. Hadisə şəhərin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb. Məlumata görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb. Vəfat edən gəncin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsidir. Qeyd edək ki, partiya sədrinin oğlu […]

“Bakcell” inklüziv cəmiyyətin inkişafına dəstəyini gücləndirir

İnnovasiya lideri “Bakcell” “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafede “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbir təşkil edib.  Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla […]

Beyons 2025-ci ilin rekordunu qırdı

Amerikalı müğənni Beyons 2025-ci ilin rekordunu müəyyənləşdirib: onun konsert turu 55,7 milyon dollar gəlir gətirib və 217 min bilet satılıb. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, bu göstərici ilə konsert ilin ən gəlirlisi olmaqla yanaşı, qadın ifaçılar arasında bir məkanda keçirilən çıxışlar üzrə tarixdə ən böyük nəticələrdən biri hesab olunur. Los-Ancelesdə keçirilən və 50 milyon […]

“Ramin Nur”da dana əti adı ilə camış əti təqdim edilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ev 58 ünvanında yerləşən, fiziki şəxs Quliyev Firdovsi Mülkü oğluna məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama keçirib. Qurumdan Tezadlar.az-a verilən məlumata görə, baxış zamanı istehlakçı hüquqlarının və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum […]

Volqoqradda kişi arvadını öldürüb, yoxa çıxmış kimi göstərib

Rusiyanın Volqoqrad vilayətində kişi arvadını qətlə yetirib. O, arvadının guya yoxa çıxması ilə bağlı polisə müraciət edib. Tezadlar.az yerli mediaya istinadla bildirir ki, istintaqın versiyasına görə, kişi dekabrın 14-ü axşam saatlarında münaqişə zamanı həyat yoldaşını öldürüb. O, qadının baş nahiyəsinə travmatik tapançadan atəş açıb və nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra o, cəsədi hissələrə […]

İŞİD-ə and içən Tacikistan vətəndaşı 16 il həbs edildi

Moskvanın İkinci Qərb Hərbi Dairə Məhkəməsi İŞİD-ə and içmiş Tacikistan vətəndaşı, 22 yaşlı Bobocan Saydamirov barəsində hökm çıxarıb. Tezadlar.az xəbər veriri ki, Saydamirov 16 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ilk 3 ilini həbsxanada, qalan müddətini isə ciddi rejimli islah müəssisəsində çəkəcək. Bundan əlavə, ona 200 min rubl məbləğində cərimə və iki il müddətinə internet […]

“Özbəkneftqaz”ın rəhbəri vəzifəsindən azad edilib

Bahodir Sidikov başqa işə keçirilməsi ilə əlaqədar “Özbəkneftqaz” SC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan KİV şirkətin mətbuat katibi Ravşan Baykulova istinadən məlumat yayıb. “Özbəkneftqaz”ın yeni İdarə Heyətinin sədri Abduqani Sanginov təyin edilib. Qeyd edək ki, Bahodir Sidikov neft-qaz şirkətinə 2023-cü ildən rəhbərlik edib. A.Sanginov 2017-ci ildən “Özbəkhidroenergo” SC-yə […]

Rövşən Nəcəf FIFA-nın Plenar Sessiyasında iştirak edir

AFFA prezidenti Rövşən Nəcəf Qətərin paytaxtı Dohada keçirilən FIFA-nın Plenar Sessiyasına qatılıb. Bu barədə Tezadlar.az-a qurumun mətbuat xidmətindən bildirilib. AFFA rəhbəri FIFA Plenar Sessiyasında və Komitə iclaslarında iştirak edir.

Qiraətçi Nadir Hüseynovun ölümü belə olub…

Azərbaycanın tanınmış qiraətçisi, Əməkdar artist Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub. Tezadlar.az xatırladır ki, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib. Məlumata görə, Nadir Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobildə qəflətən vəfat edib. İlkin ehtimala görə o, ürək tutması nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. […]

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi Ədəbiyyat Muzeyində qeyd edildi

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar ədəbi-musiqili tədbir keçirilib. Tezadlar.az xatırladır ki, muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq görkəmli şairin mübarizələr, həqiqət axtarışları uğrunda keçmiş ömür yoluna nəzər salıb, onun zəngin ədəbi irsi, milli […]

Stalin erməni terrorçu qadını necə ifşa edib?

…Ermənilərin psixologiyasında qan tökmə, günahsız insanları öldürmək bir milli iş kimi durur və onlar illər boyu türklərlər yanaşı gürcü, rus, fransız və digər millətlərlə yanaşı öz ermənilərini belə öldürmək halları çoxsaylıdır. Erməni terrorunun bünövrəsini isə kilsələri qoyublar və onların tapşırığı birdir: “Öldür” Tarixdə kifayət qədər erməni terroru barədə faktlar var. Bunlardan biri də uzun zaman […]

Kitabxanada Fəxri oxucunun Yeni ilə həsr olunmuş sərgisi açıldı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” tədbirlər silsiləsi çərçivəsində oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq oxucuların sərgiləri mütəmadi təşkil olunur. Bu gün, 17 dekabr tarixində Mərkəzi Kitabxananın Fəxri  oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın Yeni il mövzusunda əl işlərinin sərgisi açıldı. Sərgidə […]

Korrupsiyaya qarşı Mübarizə Bürosu ləğv edilir

r

Gürcüstan Parlamenti üçüncü və sonuncu oxunuşda Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanunu qəbul edib. Tezadlar.az xəbər verir ki, qanunun lehinə 77 deputat səs verib. Qanun imzalanmaq üçün Prezident Mixeil Kavelaşviliyə göndərilib. Prezident onu imzaladıqdan sonra Korrupsiyaya qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-də fəaliyyətini dayandıracaq. […]

Daha beş ölkənin vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırılıb

Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarının Amerika Birləşmiş Ştatlarına girişi məhdudlaşdırılıb. Bundan əlavə, əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Sierra Leone vətəndaşlarının da girişi tam məhdudlaşdırılıb. Tezadlar.az  xəbər verir ki, bu barədə dekabrın 16-da Ağ Evin saytında dərc olunan bəyanatda deyilir: “ABŞ Prezidenti son araşdırmaya əsasən beş əlavə ölkəyə: Burkina Faso, Mali, […]

Yekaterinburqda yeni lider! O, tərəfdarlarını məsciddə toplayır…

Kərim Qasımovun namizədliyini müzakirə etmək üçün tezliklə ağsaqqallar qurultayı keçiriləcək… Tezadlar.az e1.ru portalına istinadla bildirir ki, Kərim Qasımov xiyabanda yerləşən “14 Müqəddəs Məscid” dini təşkilatının sədridir. Nəşr yazır: “…Yekaterinburqda yeni bir Azərbaycan lideri peyda olub və o, fəal şəkildə tərəfdarlar toplayır. Şahin Şıxlinskinin və onun rəqibi Vidadi Mustafayevin həbsindən sonra 69 yaşlı Kərim Qasımov artıq […]

İfşa olunan mütəşəkkil dəstədən 47 kq narkotik vasitə ələ keçdi

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Tezadlar.az xatırladır ki, paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanların […]

Kreml ABŞ-dan Ukrayna münaqişəsinin həlli ilə bağlı məlumat gözləyir

Kreml ABŞ tərəfindən Ukrayna münaqişəsinin həlli ilə bağlı avropalılar və ukraynalılarla aparılan işlərin nəticələri barədə əldə edilən məlumat gözləyir. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Biz amerikalı həmkarlarımızın ukraynalılar və avropalılarla aparılan işlərin nəticələri hazır olan kimi bizə məlumat verəcəklərini gözləyirik”, – Kremlin sözçüsü bildirib. Qeyd edək […]

Mərmərə dənizi Tekirdağda sahildən 20 metr geri çəkilib- qayıqlar quruda qalıb

Türkiyədə Mərmərə dənizi sahildən 20 metr geri çəkilib. Bu, Tekirdağ vilayətinin Mərmərə Ereğlisi qəsəbəsi yaxınlığında baş verib. Dayazlaşma səbəbindən sahilə yaxın tərk edilmiş qayıqlar quruda qalıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb. “Dəniz demək olar ki, o zaman da kəskin geri çəkildi. Cəmi bir həftə əvvəl hər şey normal […]

Zaxarova Lukaşenkonun Kiyevə “yatmış ayı” ilə bağlı verdiyi məsləhətə belə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü qeyd edib ki, özünü “yatmış ayı”nın yanında tapan hər kəs ora necə çatdığını özündən soruşmalıdır Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, özünü “yatmış ayı”nın yanında tapan hər kəs ora necə çatdığını özündən soruşmalıdır. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, o, Belarus prezidenti Aleksandr Lukaşenkonun […]

ABŞ Putin Ukrayna sülh müqaviləsini rədd edərsə, yeni sanksiyalar hazırlayır – “Bloomberg”

Bir neçə mənbə bildirib ki, yeni tədbirlər bu həftənin əvvəlində açıqlana bilər Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh müqaviləsini rədd edərsə, ABŞ təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketi hazırlayır. Tezadlar.az bildirir ki, “Bloomberg”-in mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Rusiya neftini daşıyan kölgə donanmasında olan tankerlərə, eləcə də bu əməliyyatları […]

“On numara”da köhnə dönər soyuducuda saxlanılıb və yenidən isidilərək satılırmış – FOTOLAR

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 42C ünvanında  fəaliyyət göstərən “On numara” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Tezadlar.az xəbər verir ki,  AQTA əməkdaşlarının apardığı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi […]

Macarıstan Aİ-nin Ukrayna ilə bağlı illik bəyanatını niyə blokladı?

Macarıstan Avropa Komissiyasının Ukraynanın Avropaya inteqrasiya istiqamətində irəliləyişi ilə bağlı qiymətləndirməsini bölüşmür Macarıstan Ukraynanın Avropaya inteqrasiya istiqamətində irəliləyişi ilə bağlı Avropa Birliyi səviyyəsində bəyanatları bloklamağa davam edir. Bu dəfə Macarıstan AB-nin genişlənmə siyasəti ilə bağlı illik bəyanatını dəstəkləməyib. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, 16 dekabrda keçirilən Avropa Birliyi Şurasının Avropa məsələləri üzrə Nazirlər […]

11 abituriyent imtahanda bu üsulla tələbə oldu- SOS

Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb. Tezadlar.az xatırladır ki, bu barədə DİM məlumat yayıb.  Bildirilib ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi […]

Orban Putinə məktub yazaraq Ukraynanı dəstəklədiyinə görə nə olacağını soruşub – Media

Macarıstanın Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, Rusiyanın Ukraynaya “təzminat krediti” üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəni dəstəklədiyi təqdirdə ölkəsini cəzalandırıb-cəzalandırmayacağını soruşub. Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın “Mandiner” nəşri məlumat yayıb. Qeyd olunur ki, Orban Putinə məktub yazaraq Avropa Birliyi Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək qərarına gələrsə, Rusiyanın planlaşdırılan cavabı […]

“RR Caspi” MMC-nin siqaret qaçaqmalçıları həbs edildi

“RR Caspi” MMC-nin siqaret qaçaqmalçılığında ittiham edilən 3 əməkdaşı həbs edilib. Tezadlar.az xatırladır ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. […]

Yeni il çəkilişinə gedən müğənni qəza törətdi:”Qəbir daşlarının dəmirlərini əzdim”

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana avtomobil qəzası keçirdib. Tezadlar.az xəbər verir ki,  bu barədə axşam.az-a danışan Canana qəzanın Biləsuvarda baş verdiyini deyib. O bildirib ki, çəkilişə gedib və hava yağışlı olub: “Heç özüm də anlamadım ki, necə baş verib. Yeni il çəkilişinə getmişdim. Xəritə məkanın yolunu qəbiristanlığın içindən göstərdi. Maşını sürdüm qəbiristanlığın içinə, sonra […]

Cəzaçəkmə müəssisəsində terror aktının qarşısı alınıb

Rostov vilayəti üzrə FTX əməkdaşları bölgədəki həbsxana koloniyasında terror aktının qarşısını alıblar. Hücum Orta Asiya ölkəsinin vətəndaşları olan məhbuslar tərəfindən planlaşdırılıb. Tezadlar.az bildirir ki, bu barədə departamentin mətbuat xidməti məlumat verib. “Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə İdarəsi Rostov vilayətindəki cəzaçəkmə müəssisəsinin ərazisində terror aktının hazırlanmasında iştirak edən Orta Asiya ölkəsi vətəndaşlarının qanunsuz fəaliyyətini […]

Şuşa – Azərbaycan qürurunun və mədəniyyətinin əbədi simvolu…

Dağların qoynunda, Qarabağın əzəmətli təbiətinin qəlbində yerləşən bir şəhər var – Şuşa. Bu şəhər yalnız daşlardan, qayalardan, küçələrdən, tarixi abidələrdən ibarət deyil; hər küçəsi, hər qayası, hər daş parçası Azərbaycan xalqının ruhunu, mədəniyyətini və tarixi yaddaşını daşıyır. Şuşa illər boyunca həm sevincin, həm də kədərin şahidi olmuşdur. Burada doğulan şairlər, musiqiçilər və sənətkarlar əsrlər boyu […]

“Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan BƏƏ ilə əməkdaşlıq olduqca vacibdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi əlaqələrin son illər daha da dərinləşməsi müşahidə olunur. İki dövlət arasında ticarət dövriyyəsi 2024-cü ildə 96 milyon 805 min dollar olub. 2021-ci ilə nisbətən ticarət dövriyyəsi 2 […]

Kosmetoloji xidmətlərdə yeni cərimələr -SIYAH!

Tibbi, kosmetoloji və bərbərxana xidmətləri gündəlik həyatda ən çox istifadə edilən sahələrdəndir. Bu xidmətlər zamanı tez-tez insan orqanizmi ilə təmas yaranır, alətlər qan və digər bioloji mayelərlə əlaqəyə girə bilər. Məhz buna görə də universal təhlükəsizlik tədbirlərinə əməl olunması çox vacibdir. Universal təhlükəsizlik tədbirləri (ingiliscə Universal Precautions) tibbi, kosmetoloji və digər xidmət sahələrində istifadə olunan […]

Qarabağda “multikultural” media… – Etnik–ideoloji hücum nə zamandan hazırlanırdı?

…Qarabağın etnik tarixi təkcə köçürmələr, inzibati islahatlar və siyasi toqquşmalar fonunda deyil, həm də informasiya və ideoloji sahədə aparılan uzunmüddətli fəaliyyət nəticəsində formalaşıb. Bu proseslərin mühüm elementi də mətbuat idi. Azərbaycan dövri mətbuatı haqqında geniş bibliyoqrafik göstəricilər hazırlayan professor Nazim Axundovun araşdırmaları sayəsində Sovet Azərbaycanında XIX-XX əsrlərdə mövcud olmuş erməni və azərbaycandilli nəşrlərin funksiyası, məqsədləri […]

Fırıldaqçılar Honkonq qripindən pul oğurlamaq üçün istifadə etməyə başlayıblar

Süni intellektlə işləyən xidmətdən istifadə edən T-Bank mütəxəssisləri fırıldaqçıların Honkonq qripinin Rusiyada dominant ştamm olması iddiasından istifadə etdikləri yeni bir fırıldaq aşkar ediblər. Cinayətkarlar klinikalara zəng edərək qurbanları qorxudur, onların Gosuslugi giriş məlumatlarını oğurlayır və sonra pul oğurlamaq üçün özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər. Tezadlar.az bildirir ki, bu barədə TASS-a T-Bank-ın Ekosistem Mühafizəsi […]

Türkiyə Ukrayna ilə bağlı Avropa Birliyindəki parçalanmaya işarə etdi

Politoloq Aytac Ukrayna ilə bağlı Avropa Birliyindəki parçalanmanı belə proqnozlaşdırır Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı mübahisələrə görə, Avropa Birliyi bölünüb və fikir ayrılıqları getdikcə təkcə xarici deyil, həm də daxili siyasətə təsir göstərir. Tezadlar.az xəbər verir ki, türkiyəli politoloq Fevzi Aytac bunu “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib. “Avropa Birliyinin vahid siyasi qurum kimi mövcudluğuna […]

Ağdaşda “Qaraçı” adlandırılan müharibə veteranından sərt etiraz gəldi

Tezadlar.az Ağdaşda ailəsini dolandırmaq məqsədilə corab satan Vətən Müharibəsinin veteranı Vüqar Hüseynov barədə sabiq deputat Çingiz Qənizadənin açıqlamasını yaymışdı… V.Hüseynovdan az əvvəl cavab gəldi. Sitat: “Mən, Qazi Vüqar Hüseynov, Milli Məclisin sabiq deputatı Chingiz Qanizade Facebook sosial şəbəkəsində mənim haqqımda yazdığı fikirlərə cavab vermək istəyirəm. Bildirmək istəyirəm ki, çarəsiz vəziyyətdə qaldığım üçün küçədə corab satmaq […]

Almaniya Ukraynaya 11 milyard avrodan çox ianə edəcək

Avropa Birliyi və Böyük Britaniya Kiyev üçün yeni hərbi dəstək tədbirlərini açıqladı. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, NATO Baş katibi ilə video konfransdan sonra Almaniya Ukrayna Silahlı Qüvvələrinə dronlar və sursat üçün 11 milyard avrodan çox ianə edəcəyinə söz verib. Niderland əlavə 700 milyon avro ayıracaq. Kanada, Danimarka, Polşa və Baltikyanı ölkələr əlavə […]

Ukraynanın 4-cü prezidenti Yanukoviç Rusiyaya işlədiyinə görə 15 il azadlıqdan məhrum edildi

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviç və Ukrayna Dövlət Qvardiyasının keçmiş rəis müavini barəsində məhkəmənin hökmü qüvvəyə mindi. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Baş Prokurorluq rəsmi məlumat yayıb. Sitat: “Məhkəmənin hökmünə əsasən, Ukraynanın keçmiş prezidenti Ukraynanın dövlət sərhədindən qanunsuz şəxslərin keçirilməsini təşkil etmək və Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci hissəsi, 27-ci maddəsinin […]

39 restoran və kafedə saxta araq satılırmış…

Saxta alkoqollu içkilərin dövriyyəsinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Tezadlar.az AQTA-ya istinadla bildirir ki, bu il ərzində aparılan tədbirlər çərçivəsində ümumilikdə 39 qida obyektində (34 ticarət və 5 ictimai iaşə obyekti) müxtəlif növ və əmtəə nişanlı 7714 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq […]

Minarə Əliyeva “Uşaq İncəsənət Festivalı 2025”in rəssamlıq nominasiyasının qalibi olub

Mərdəkan Mədəniyyət Sarayının rəsm kursunun tələbəsi Minarə Əliyeva “Uşaq İncəsənət Festivalı2025” 10-13 yaş qrupu üzrə iştirakçısı olaraq, rəssamlıq nominasiyası üzrə həvəskar kateqoriyasında I yerə layiq görülüb. Tezadlar.az xəbər verir ki, Sarayın direktoru Cavid Şahbazbəyov gənc rəssam Minarə Əliyevanı və onun müəllimi sarayın rəsm kursunun rəhbəri Elnarə İskəndərovanı bu uğur münasibətilə təbrik edib. Gənc rəssama gələcək fəaliyyətində müvəffəqiyyətlər […]

Merts Aİ-nin Rusiya aktivləri ilə bağlı qərarını proqnozlaşdırmışdı

Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı narahatlıqlar davam edir, ona görə də Aİ üzv dövlətlərinin 18 dekabrda keçiriləcək sammitdə razılığa gələ bilib-bilməyəcəyi qeyri-müəyyəndir. Tezadlar.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ZDF televiziyasında qərarın qəbul edilmə şanslarını qiymətləndirib. “Mövcud vəziyyətə əsasən deyərdim ki, uğur qazanma ehtimalımız 50/50-dir”, – deyə o bildirib. Mertsin sözlərinə […]

Polis Akademiyası qəbul elan edir – “Hüquqşünaslıq” -500 yer və…

Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsil üzrə:  III qrup – “Hüquqşünaslıq” (500 yer)  I qrup – “İnformasiya təhlükəsizliyi” (25 yer) ixtisaslarına kursant qəbuluna dair müsabiqə elan edir. Tezadlar.azDİN-ə istinadən xəbər verir ki, müsabiqədə 16–18 yaşlı, tam orta təhsilli, boyu minimum 165 sm olan, hərbi xidmətə yararlı Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.  Sənəd qəbulu: 22 […]

Diplomatlar ABŞ-ın Çinə hücumlarından danışırlar

Vaşinqton Ümumdünya Ticarət Təşkilatına (ÜTT) hücumlarını gücləndirərək ticarətdə qarşılıqlı ən çox üstünlük verilən ölkə (ƏƏT) erasının çoxdan geridə qaldığını bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti ABŞ prezidenti Donald Tramp administrasiyasının memorandumuna istinadən məlumat yayıb. Oktyabr ayında Ağ Evin ticarət və istehsal üzrə baş müşaviri Peter Navarro ÜTT-nin qaydalar kitabının əvvəlcə […]

“Əli Vəliyevin yaydığı məlumatdan sonra anladım ki, bu məsələ heç vaxt bitməyəcək və təzyiqlər davam edəcək”

“Yazdığım statusda Daxili İşlər Nazirliyini işarələmişdim. Bir saat sonra zəng edib maraqlandılar” *** Keçən il Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı təxminən 20-yə yaxın sənətçidən Mədəniyyət Nazirliyinin Daxili Nəzarət Şöbəsi tərəfindən (Fərid bəy vasitəsilə) izahat alınmışdı. Bu sənətçilərin bir-biri ilə nə dostluğu, nə də tanışlığı var idi. Həmin izahatlar heç bir nəticə vermədi və […]

Tramp Rusiyanın 210 milyard avroluq aktivlərinin müdafiəsinə qalxıb və…

ABŞ administrasiyası Avropa İttifaqı ölkələrinə təzyiq göstərir ki, onlar Rusiyanın dondurulmuş aktivlərindən 210 milyard avronu Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etmək planından imtina etsinlər. Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla xəbər verir ki, ABŞ administrasiyası hazırda Aİ ölkələrinə böyük təzyiq göstərir. Amma Tramp hökuməti Rusiyanın Ukraynadakı dağıntılarından xəbəri yoxdur. Sosial mediada isə maraqlı şərhlər var. Məsələn, politiklər yazırlar […]

“Aşınma” və “Cilalanma” – insan münasibətlərində fərq

“Aşınma” anlayışı adətən tədricən dağılma, məhv olma ilə assosiasiya olunur. Məsələn, dəmirdən hazırlanmış məişət əşyaları zamanla korroziyaya uğrayır, paslanır və istismardan çıxır. Bunun səbəbləri var: nəm, torpaq altında qalmaq, baxımsızlıq və s. Yəni heç nə səbəbsiz aşınmır. Bəs maraqlıdır: insan necə aşınır? İnsanın daxili aləmi zəngin olmadıqda, nəfsinə tabe olduqda, paxıllıq və qəlbiqaralıq hissləri üstünlük […]

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti BANM-də – FOTOLAR

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Ali Neft Məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirib və nazirlikdə həyata keçirilən genişmiqyaslı layihələr, aparılan islahatlar, eyni zamanda planlaşdırılan böyük layihələr barədə məlumat verib. Tezadlar.az xəbər verir ki, bu barədə  BANM-nin rektoru […]

Kiyev Donetsk Xalq Respublikasının şimal hissəsində təxliyə zonasını genişləndirib

Kiyev Donetsk Xalq Respublikasının (DXR) Ukrayna Silahlı Qüvvələrinin (USQ) nəzarətində olan hissəsində təxliyə zonasını genişləndirib. Tezadlar.az bildirir ki, Svyatoqorsk Şəhər Hərbi Administrasiyası bu barədə Facebook-da məlumat verib. “Svyatoqorsk icmasının müəyyən yaşayış məntəqələrindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib”, – yerli hakimiyyət orqanları açıqlamada bildirib. Məlumatda insanların Svyatoqorskdan, eləcə də Boqorodiçnoye, Tatyanovka, Dolina, Krasnopolye, Mazanovka, Mayaki, […]

On beş ölkə Ukraynaya kömək edəcəyinə söz verib

Ukraynanın müdafiə naziri Denis Şmıqal 15 ölkənin Kiyevə yardım göstərməyə öhdəlik götürdüyünü açıqladı. Tezadlar.az bildirir ki, bu barədə RT məlumat verib. Şmıqalın sözlərinə görə, ölkələr həm maliyyə, həm də hərbi yardım öhdəliyi götürüblər. Almaniya 2026-cı ildə Ukraynanın hərbi ehtiyacları üçün 11,5 milyard avro bağışlamağı planlaşdırır, Birləşmiş Krallıq isə Ukraynanın hava hücumundan müdafiəsini 600 milyon funt […]

Ağdaşdan olan müharibə veteranının dilənmə həddində olduğu çağırışına reaksiya var

Sosial şəbəkələrdə Vətən Müharibəsinin döyüşçüsü olan Vüqar Hüseynov adlı şəxsin görüntüləri yayılmışdır. Tezadlar.az xatırladır ki, o, dolana bilmədiyini və küçədə corab satmaq adı ilə vətəndaşlardan pul alması və s. kimi hərəkətləri ilə diqqəti çəkməkdədir. Sabiq deputat Çingiz Qənizadə bu məsələyə aydınlıq gətirib. O, sosial media hesabında yazır: “…Elə indicə Agdaş rayonundan məlumat aldım. Bu oglan […]

Keçmiş xarici işlər naziri XHƏ-nin tamamlanma tarixləri ilə bağlı şərh verib

Avstriyanın keçmiş xarici işlər naziri və Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.l. Mərkəzinin direktoru Karin Knaysl Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin nə vaxt imzalana biləcəyi ilə bağlı şərh verib. Tezadlar.az bildirir ki, bu barədə TASS məlumat verib. Knayslın sözlərinə görə, sülh müqaviləsinin yaxın üç ay ərzində imzalanması ehtimalı azdır. Keçmiş nazir hesab edir ki, nizamlama təklifləri […]

ABŞ Ukraynadan təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanı dərhal qəbul etməsini tələb edib

ABŞ Ukraynanın təhlükəsizlik zəmanətləri ilə razılaşmaya dərhal razılaşmasını tələb edir. Tezadlar.az bildirir ki, bu barədə “Politico” anonim bir məmura istinadən məlumat verib. Nəşr bildirir ki, bu təklif ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən Kiyevə verilən güclü və açıq təhlükəsizlik vədidir. “Lakin bu, gizli bir ultimatumla gəlir: onu indi qəbul edin, əks halda növbəti seçim daha […]

Baş nazir Prezidentin onun zənglərinə cavab verməməsindən şikayətləndi

Hökumət başçısı ilə Polşa prezidenti arasında siyasi münaqişə şiddətlənir. Baş nazir Donald Tusk açıq şəkildə bildirib ki, prezident Karol Navrotski onun telefon zənglərinə və mesajlarına cavab verməyi dayandırıb və əsas sahələrdə əməkdaşlığı əngəlləyir. Tezadlar.az-ın məlumatına görə, Tusk jurnalistlərə bildirib ki, o, prezidentlə, xüsusən də xarici siyasətdə sıx əməkdaşlıq qurmaq üçün dəfələrlə cəhdlər edib, lakin bir […]

Təcavüzə məruz qalan qadını öldürüb cəsədini çamadanda gizlədiblər

Qadının qalıqları hadisədən üç ay sonra tapılıb Hindistanın Uttar Pradeş əyalətində bir kişi bir qadına təcavüz edib, sonra onu arvadı ilə döyərək öldürüb və tarlada çamadanda gizlədiblər. Tezadlar.az bildirir ki, “India Today” qəzetinin xəbərinə görə, insan qalıqları 1 dekabrda Hapur rayonundakı 9 nömrəli Milli Magistral Yolun yaxınlığındakı çamadanda tapılıb. Cəsəd çürümə mərhələsində olub və ilkin […]

Dodik Putinin 2007-ci il Münhen çıxışını peyğəmbərlik adlandırdı

Rusiya Prezidenti Vladimir Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışı peyğəmbərlik xarakteri daşıdı. Tezadlar.az xəbər verir ki, bu barədə Serb Respublikasının keçmiş lideri Milorad Dodik bildirib. Keçmiş dövlət başçısının sözlərinə görə, Putin artıq Qərbi dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırmışdı, lakin onun sözləri zəiflik əlaməti kimi qəbul edilib. “Putin son dərəcə dəqiq və aydın idi, […]

Gürcüstan da Ukrayna üçün Beynəlxalq Şikayətlər Komissiyasına qoşulub

Avropa Şurasının nəzarəti altında Ukrayna üçün Beynəlxalq Şikayətlər Komissiyası təsis edilib. Komissiyanın yaradılmasını təsis edən Konvensiyanı Gürcüstan adından Xarici İşlər naziri Maka Boçorışvili imzalayıb. Tezadlar.az xəbər verir ki, Avropa Şurasının mətbuat açıqlamasında qeyd olunur ki, Komissiya Rusiyanın aqressiv müharibəsi ilə bağlı hərtərəfli kompensasiya mexanizminin ikinci hissəsini təşkil edəcək və Ukraynaya dəyən ziyanın mövcud reyestrinə əsaslanacaq. […]

Rusiyadan Gürcüstana daxil olmaq üçün 2500-dən çox yük maşını növbədədir

Gürcüstanın Zemo-Lars sərhəd-keçid məntəqəsində Şimali Osetiyadan gələn təxminən 2 500 ağır yük avtomobili növbə gözləyir, bunlardan 2 200 avtomobil elektron sıraya qeydiyyatdan keçib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı “Kommersant” nəşri Şimali Osetiya hökumətinin mətbuat xidmətinə istinadən yayıb. Qeyd olunub ki, son bir həftə ərzində hər iki istiqamətdə sərhədi 17 000 […]

33 ildən sonra Laçın şəhərinə köç etdilər…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlətqaçqınkom-dan tezadlar.az- a bildirilib ki, bu səhər Laçın şəhərinə növbəti köç karvanları yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər)  köçürülüb. Doğma yurda qayıdan sakinlər […]

Xocavəndin Hadrut və Qırmızı bazar qəsəbələri 32 ildən sonra onlara qucaq açır…

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan tezadlar.az- a bildirilib ki,  bu səhər Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç yola salındı.  Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 […]

Ağdam 32 ildən sonra onları qarşılayır- YURDA QAYIDIŞ

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Dövlət Qaçqınkom- dan tezadlar.az -a bildirilib ki, bu səhər Ağdam rayonunun Xıdırlı kəndinə daha bir köç karvanları yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdamın Xıdırlı kəndinə isə 16 ailə […]

Uşaqlar üçün təhlükəli “yolka” oyuncaqları açıqlandı

Yeni il bayramları yaxınlaşdıqca mağazaların rəflərində “yolka” bəzəklərinin sayı da artır. Lakin bütün oyuncaqlar eyni dərəcədə təhlükəsiz deyil. Ucuz və keyfiyyətsiz bəzəklər tərkibində zəhərli kimyəvi maddələr və tez qırılan şüşə elementlər daşıya bilər ki, bu da uşaqlar və ev heyvanları üçün ciddi risk yaradır. Tezadlar.az xarici mediaya istinadla hansı “yolka” oyuncaqlarından uzaq durmaq və onların əvəzinə nələri […]

Ruben Vardanyanla bağlı məhkəmədə vəsatətlər rədd edildi

Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib. Tezadlar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə […]

Dilənçi qadının üzərindən 320 min lirəlik qızıl çıxdı

Sakaryanın Serdivan rayonundakı bir ticarət mərkəzində dilənçilik edən qadını bələdiyyə polisi saxlayın.  Tezadlar.az-ın xarici mətbuata istinadla məlumatına görə, onun üzərində aparılan axtarış zamanı 35 min lirə nağd pul və 320.000 türk lirəsi dəyərində qızıl aşkar edilib. Qadına xırda cinayətlər qanunu ilə ittiham irəli sürülüb və pul və qızıl müsadirə edilib.

Kriminal şəbəkəyə ağır zərbə vurdu

Gürcüstan Daxili İşlər Nazirliyi “oğru dünyası” ilə əlaqəli 49 şəxsi saxlayıb və beş “qanuni oğru” da daxil olmaqla 14 nəfəri qiyabi olaraq məsuliyyətə cəlb edib.  Tezadlar.az-ın Gürcüstan mediasına istinadla məlumatına görə, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib. Daraxvelidzenin sözlərinə görə, onlar “oğru dünyasına üzvlük”, “oğru iclasında iştirak”, “oğru dünyasının fəaliyyətinə dəstək” […]

Zelenskinin iştirakı ilə müharibə zərərlərinə dair beynəlxalq mexanizm quruldu

Niderlandda Rusiyanın müharibə zamanı Ukraynaya vurduğu ziyanla bağlı iddialara baxılması üçün Beynəlxalq Komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb. Tezadlar.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, 35 dövlətin nümayəndələrinin imzaladığı sənəd Avropa Şurası bazasında komissiyanın yaradılmasını nəzərdə tutur. İmzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, beynəlxalq təzminat mexanizminin formalaşdırılması […]

Xalq artisti: Fəxri ad təhsili əvəz etmir

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir çox müəllimin işdən çıxarılmasından danışıb. Tezadlar.az xəbər verir ki, xanəndə bu haqda “Tarixin bir günü” proqramında danışıb. M.İbrahimov bunun səbəbini isə belə izah edib: “Dövlətin qanunlarını biz yazmırıq. Bu il bizdə xeyli insan işdən çıxarıldı. Çünki magistratura təhsilləri yox idi. Təhsil Nazirliyindən gələn göstərişdir, qanundur. Konservatoriyada müəllim […]

İlk 9 ayda iqtisadi möhkəmlik

Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, Azərbaycanın tədiyə balansının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3.0 milyard dollarlıq profisit formalaşdı və bu göstəricinin ÜDM-ə nisbəti 5.4 faiz təşkil etdi. Beynəlxalq praktikada məqbul hesab olunan bu səviyyə ölkənin xarici mövqelərinin sağlam struktur […]

Bu qidalar və vərdişlər xərçəngə yol aça bilər

Xərçəng riskini artıran qidalar və vərdişlər açıqlanıb. Tezadlar.az xəbər verir ki, Rusiyanın sığorta şirkəti “Rosgosstrax”ın məlumatına görə onkoloji sığorta hadisələrinin təxminən 10%-i bağırsaq xərçəngi ilə bağlıdır. Skandinaviya Sağlamlıq Mərkəzi ilə birgə aparılan araşdırmada xərçəng riskini artıran qida və vərdişlər müəyyən edilib. Ən təhlükəli faktorlar bunlardır: Mikrodalğalı sobada hazırlanmış popkorn – qablaşdırma və ətirlərdəki kimyəvi maddələr […]

İradə İbrahimovadan səmimi etiraf: “Mən nələr çəkmişəm…”

Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, o, “Söhbət var” verilişində olarkən bu barədə danışıb: “Biz ailə quranda həyat yoldaşımda “Kleine-Levin sendromu” var idi. Dərmanı yoxdur bu xəstəliyin və dünyada cəmi 10 min nəfərdə var. 3-4 gün yatırlar və oyanmırlar. O sendromlar gələndə ancaq yatmalısan. Biz 2000-ci ildə tanış olmuşuq, […]

Sabah qaz kəsiləcək

Sabah Yasamalın bəzi ərazilərində qaz olmayacaq. Tezadlar.az xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb. Bildirilib ki, 17.12.2025-ci il tarixdə saat 10:00-dan etibarən Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7,8,9-cu Sallaqxana küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kamran Əsədov artıq sədr postunda deyil

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb. Tezadlar.az unikal.az-a istinadən xəbər verir ki, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb. Dekabrın 12-də isə onun barəsində cinayət […]

Uğura daha tez çatanların doğulduğu 4 ay açıqlandı

Bəzən kimsənin istedadı, cazibəsi və ya qeyri-adi bacarığı o qədər nəzərə çarpır ki, bunu danmaq olmur. Elə insanlar var ki, sanki bir növ gizli hədiyyə ilə dünyaya gəlirlər. Onların parıltısı, yenilikçi düşüncəsi və təbii liderlik keyfiyyətləri başqalarını özlərinə cəlb edir. Bəzi mütəxəssislərin fikrincə, bu insanların uğura gedən yolları daha rahat açılır. Tezadlar.az xəbər verir ki, astroloqların […]

Eldar Əzizov: Bakı “Dünya İdman Paytaxtı” statusuna layiq görüldü

Görülən yüksək səviyyəli işlərin nəticəsində Bakı “Dünya İdman Paytaxtı” elan olunub. Tezadlar.az-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib. O, bildirib ki, Bakı bu vəzifənin öhdəsindən layiqincə gələcək: “Bu böyük idman hadisəsi bizi çox sevindirir. Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham […]

Cavid Xudaverdiyev 3 il 6 ay həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə qanunsuz silah gəzdirməkdə təqsirləndirilən “Amin Mərdəkanski”nin qohumu Cavid Xudaverdiyevin cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub. Tezadlar.az xəbər verir ki, Cavid Xudaverdiyev 3 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, kiminal aləmdə “Amin Mərdəkanski”, “Amin Maştağalı” və “killer Amin” kimi tanınan Amin Xudaverdiyevin […]

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Şəhlası…-SOS

…Mətləbdən kənar həkim məsləhəti: tibbdə qotur xəstəliyinin (dəri və başqa yerlərin qaşınması) çoxsaylı dərmanı var. Amma ən yaxşısı kükürddür. Hələ rəhmətlik Mendeleyev kimyəvi elementləri kəşf etməmişdən çox–çox–əvvəllər, yəni qədim zamanlarda kükürd hələ məlum deyildi, amma qotur xəstəliyi olanları insanların bilmədiyi, «qotur suyu» adlandırdığı kükürdlü suya salıb çimizdirirdilər, bununla da qotur xəstəliyi, yəni qaşınma bədəndən birdəfəlik […]

Huqo Alonso Bakının idman imkanlarını yüksək qiymətləndirdi

Bakıda çox gözəl idman infrastrukturu mövcuddur. Tezadlar.az-ın məlumatına görə, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb: “Bakını “Dünya İdman Paytaxtı” elan edən rəsmi çərçivəni Monakodan bura gətirdik. […]

İrəvan xanlığının faciəsi ədəbiyyatda

Azərbaycan Ədəbiyyatı Fondu “Qərbi Azərbaycan əsərlərdə” layihəsinin icrasını davam etdirir. Tezadlar.az bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir. Layihə çərçivəsində “İrəvanda xal qalmadı” adlı roman nəşrə hazırlanır. Fondun rəhbəri, yazıçı Varis Yolçuyev bildirib ki, roman XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Çar Rusiyası tərəfindən işğalına həsr edilib. Romanda mühüm tarixi arxiv materiallarından istifadə […]

Bakı “Dünya İdman Paytaxtı” seçildi

“Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Tezadlar.az-ın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. “Bu gün rəsmi olaraq Bakı “Dünya İdman Paytaxtı” seçildi. Bildirmək istərdim ki, Bakıda […]

Laçın–Şuşa yolunda hərəkət məhdudlaşdı

Laçında idarəetmədən çıxan yük maşını aşıb. Tezadlar.az xəbər verir ki, hadisə Laçın-Şuşa yolunun 10-cu kilometrliyində qeydə alınıb. Hadisə səbəbindən yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Yük maşını ağır texnikaların köməyi ilə ərazidən götürülüb. Faktla bağlı araşdırma aparılır.

Polad Bülbüloğlunun yüksək qiymətləndirdiyi yeni ifa – VİDEO

Azərbaycanin məşhur tenoru, Əməkdar artist Ramil Qasimov “Azərbaycan” mahnisini yeni üslubda ifa edib.  Azərbaycanımıza həsr olunmuş mahnılar sırasında bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğlunun bəstələdiyi, Məstan Günərin sözlərinə yazılmış “Azərbaycan” əsəri özünəməxsus ruhu, dərin məzmunu və milli nəfəsi ilə illər keçsə də daim sevilən və seçilən sənət nümunələrindən biridir. Maraqlıdır ki, bu ifanın ilk […]

Sahil qəsəbəsində ölüm: sirkə turşusu zəhərlənməsi

Qaradağda kişi sirkə turşusundan zəhərlənib, ölüb. Tezadlar.az-ın məlumatına görə hadisə dünən Qaradağın Sahil qəsəbəsində Rövşən Rzayev küçəsində baş verib. Kudenkova Lyubov Viktorovna yaşadığı mənzildə sirkə turşusundan zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Barmaq ucları ciddi xəstəliklərdən xəbər verə bilər

Dırnaqlara və barmaq uclarına diqqət yetirmək ürək, ağciyər və digər orqanların fəaliyyətində ciddi pozuntuları vaxtında aşkar etməyə kömək edə bilər. Tezadlar.az xarici mediaya istinadla bildirir ki, həkimlər qəti şəkildə xəbərdarlıq edirlər. Bədəndə baş verən qeyri-adi dəyişiklikləri kiçik və əhəmiyyətsiz saymaq olmaz. İlk baxışdan zərərsiz görünən iki əlamət barmaq uclarının qalınlaşması və keçməyən güclü yorğunluq bəzən çox […]

“Qarabağ” yanvarda iki yoxlama oyunu oynayacaq

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Tezadlar.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq. Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək. “Qarabağ” yanvarın 10-dan […]

Kikboks məşqçisi və tələbəsi həbsdə qaldı

Tanınmış kikboks üzrə məşqçi Tülin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib. Tezadlar.az xəbər verir ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində qərar qəbul edilib. Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində seçilmiş 4 ay […]

Ekspertdən xəbərdarlıq: bu peşələr avtomatlaşdırılır

İqtisadiyyatın rəqəmsallaşması və süni intellektin inkişafı biznes mühitini sürətlə dəyişir. Tezadlar.az xəbər verir ki, “Edtech” platforması Defin və AIM-in rəhbəri Natalya Ivanova bildirir ki, ən çox risk altında olanlar təkrarlanan rutin işlərlə məşğul olan orta səviyyəli ofis işçiləri və junior IT mütəxəssisləridir. Bu sahələrdə işlər artıq avtomatlaşdırıla bilir. Əvəzində əl işinə əsaslanan peşələr ( elektrik, […]

Rəşad Şolandan nümunəvi addım: orqanlarını bağışlayacaq

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb. Tezadlar.az xəbər verir ki,  o bu barədə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən simpoziumda bildirib. R. Şolan bu addımın ölkədə orqan donorluğu mədəniyyətinin formalaşdırılması və transplantasiya sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edib. Artıq bununla […]

Bloger Hüseyn bu dəfə uşaqlara pul paylayaraq özünü gündəmə gətirdi…

Bloger Hüseyn Həsənov sosial şəbəkədə yayımladığı video ilə diqqət çəkib.  Tezadlar.az xəbər verir ki, Bakıda qırmızı “Ferrari” ilə yol gedərkən uşaqlar blogerə yaxınlaşıb. Maşının pəncərəsini açan Hüseyn onlardan birinə bir koma pul verib. Həmin görüntünü paylaşan bloger “Sizi sevindirməyi sevirəm” sözlərini yazıb. Yaxşı əməl sahibi olmaq çox gözəldir. Uşaqları sevindirmək isə lap savab işdir. Amma o […]

Milli Məclis növbəti iclasında 12 layihəyə baxacaq

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə  MM-in məlumatında deyilir. Milli Məclisin 2025-ci il 19 dekabr tarixli iclasının gündəliyinə təklif olunan məsələlər aşağıdakılardır: 1. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü […]

“Hacıqabulda yeni açılacaq klinikaya yüksək maaşla işçilər axtarılır” – Bir elanın izi ilə…

…İnsan oğlunun yaşaması üçün mütləq mənada hər hansı bir sahədə çalışmasının vacibliyini və hər gün minlərlə şəxsin  (həm də iş yerini itirənlərin) ixtisasına uyğun iş axtarışına çıxmasını nəzərə alsaq, bundan faydalanmağa çalışan dələduzların da sayı artmaqdadır. Onlar müxtəlif  peşələr üzrə iş elanları tərtib edir, bəzən sosial şəbəkələr, bəzən telefonlar vasitəsilə yayımlayırlar. Belə elanlar  telefondan – […]

Британия выделяет 600 млн фунтов на усиление ПВО Украины

Министр обороны Великобритании Джон Гили на открытии заседания контактной группы по вопросам обороны Украины (формат “Рамштайн”) заявил о крупнейшей однолетней инвестиции в 600 млн фунтов на усиление противовоздушной обороны Украины. Как сообщает  tezadlar.az со ссылкой “Европейская правда”, министр отметил, что Путин продолжает свои жестокие атаки на Украину. “Только за последние 2 месяца было совершено 20 […]

“Oğru aləmi”nə qarşı xüsusi əməliyyat: 49 nəfər saxlanıldı-VİDEO

Gürcüstanda həyata keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində “oğru aləmi” ilə əlaqəli 63 nəfər məsuliyyətə cəlb edilib. Tezadlar.az  Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, ittiham olunan şəxslərin 49-u həbs olunub, 14 nəfər isə həbs olunmadan barəsində tədbir görülüb, onların arasında 5 nəfər “qanuni oğru”dur. İttiham olunanlara qarşı “oğru aləminin üzvü olmaq”, “oğru toplantısında iştirak etmək”, […]

Ərdoğan Putinlə Zelenskiyə xəbərdarlıq mesajı göndərdi- SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlara münasibət bildirib. Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, 16-cı səfirlər konfransında çıxış edən Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb. Sitat: “Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq […]

DİQQƏT: Daha 7 növ mənşəyi naməlum olan saxta alkoqollu içki aşkarlandı – FOTOLAR

Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Əhmədov Pərviz Ədalət oğluna və Abbasov Fərhad Zeynalabdin oğluna məxsus marketlərdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki,  həmin marketlərdə “Gradus”, “Wheat Water”, “Документ”, “Сибирячка”, “Organic”, “Губернаторская”, “Мужское Достоинтсво” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu […]

Nura Suri nazirdən və Baş Prokurordan kömək istədi: “Bizi və ailə üzvlərimizi mümkün risklərdən qoruyun”

“Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova mətbuata açıqlama verərək bildirib ki, saat 11:00 radələrində AMEA-nın qarşısından professor, yazıçı Vuqar Əhməd aparılıb. Bu məlumat bütün xəbər saytlarında eyni formada yayılıb. Axşam saatlarında isə Vuqar Əhməd özü təkzib verərək xəstə olduğunu və işə getmədiyini bildirib. Bu bir-birinə zidd iki açıqlamaya inanmaq mümkün deyil”. […]

“Ruslan” MMC-yə məxsus bazarda yoxlama keçirilib – Sahibkar barədə protokol tərtib edilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, M.İbrahimov küçəsi, ev 111 ünvanında fəaliyyət göstərən, “Ruslan” MMC-yə məxsus bazarda planlı yoxlama keçirib. Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki,  baxış zamanı bazarda etiket məlumatları olmayan turşu məhsullarının satışa çıxarıldığı, soyuducu kameraların təşkil edilmədiyi, obliqat qrupuna daxil olan işçilərin müvafiq geyimlə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq […]

Rusiyadan idaxl edilən bu BAQ-lar məhv edildi – Səbəbi açıqlandı (foto)

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Nord Star Pharma” MMC-nin Rusiyadan idxal etdiyi 10000 ədəd “Qlisin Biokor” B1 və B6 vitaminləri ilə” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. Tezadlar.az  xəbər verir ki,  faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir-BƏS SULU QƏLYANLAR???

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir. Tezadlar.az xatırladır ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər […]

Əgər siz də Çinin bu fincanlarını əldə etmisizsə, təcili SN- ə aparın – Polşa təhlükə barədə xəbərdarlıq edib (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Tezadlar.az  xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun […]

Qarabağ Universitetindən böyük uğur: ACCA məzunları imtahandan azad edir

Qarabağ Universiteti beynəlxalq keyfiyyət təminatı və qlobal tanınma istiqamətində mühüm nailiyyətə imza atıb. Tezadlar.az   xəbər verir ki, universitetin Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” ixtisasları dünyanın ən nüfuzlu peşəkar maliyyə qurumlarından biri olan ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) tərəfindən akkreditə olunub. Bu akkreditasiya Qarabağ Universitetində hər iki […]

Tətbiq ediləcək Amnistiyanın şərtləri və tələbləri bəlli oldu- SİYAHI

Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub. Tezadlar.az xatırladır ki, bunlar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik […]

Pensiya təyinatından asılı olmayaraq, məmurların qulluğuna xitam verilərkən müvinət alacaqlar

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək. Tezadlar.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi […]

14 günlük atalıq məzuniyyəti ödənişli olacaq – MM birinci oxunuşda qəbul etdi

Uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Tezadlar.az  xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda işçilərin xahişi ilə bir iş ilində arvadları doğuşla əlaqədar məzuniyyətdə […]

ABŞ Zelenskiyə ultimatum verib?

Vaşinqton Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ təhlükəsizlik zəmanətlərini qəbul etməsi üçün təzyiq göstərir, əks halda, Kiyev onları itirəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Nəşrin müəlliflərinə görə, ABŞ təklif olunan 5-ci maddə tipli NATO zəmanətlərini “platin standartı” hesab edir. ABŞ administrasiyasındakı mənbə qeyd edib ki, təklif sülh danışıqlarında “Ukrayna və Avropa […]

Erməni vitse-spiker: “Rusiyanın “Tramp marşrutu”nda iştirakı müzakirə edilmir”

“TRIPP layihəsində Rusiya tərəfinin iştirakı ilə bağlı İrəvanla heç bir müzakirə aparılmır”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib. Sitat: “Müzakirəyə hazır olduqlarını bilmək sevindiricidir, amma nəyin müzakirəsi? Belə müzakirələr yoxdur”. Rubinyan layihədə Rusiya şirkətinin mümkün iştirakı ilə bağlı sualı isə belə cavablayıb: “Nəzəri suallara cavab vermirəm”. […]

Rusiya silahlı qüvvələri Novoplatonovkanı azad edib

Rusiya qoşunları son 24 saat ərzində Xarkov vilayətindəki Novoplatonovka kəndini azad etdi. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. “”Qərb” qüvvələr qrupunun bölmələri aktiv əməliyyatlar nəticəsində Xarkov vilayətindəki Novoplatonovka kəndini azad etdi”, – məlumatda deyilir: E.ŞİRİNOV

Rusiya Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək – Ryabkov

Moskva heç bir halda, o cümlədən NATO çərçivəsində Qərb qoşunlarının Ukraynada yerləşdirilməsinə razılıq verməyəcək. Tezadlar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu “ABC News”-a verdiyi müsahibədə bildirib. “Mümkün həll yollarını müzakirə etməyə açığıq. Lakin heç bir halda NATO qoşunlarının Ukrayna ərazisində mövcudluğunu dəstəkləməyə, təsdiqləməyə və hətta dözməyə hazır deyilik”, – deyə […]

IDEA “Yaşıl marafon”u Sabirabad və Cəlilabad rayonlarında da davam etdirib – FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Sabirabad və Cəlilabad rayonlarında təşkil edilib. Tezadlar.az  xəbər verir ki, bu barədə IDEA İctimai Birliyi məlumat yayıb. Məlumata görə, birliyin könüllülərinin iştirakı ilə Sabirabad rayonunun Məmişlər kəndi ərazisində 1250 ədəd […]

London Aİ ilə əlaqələri çərçivəsində Rusiya aktivlərinin oğurlanmasına “çarəsiz şəkildə təkid edir” – Rusiya XKX

Böyük Britaniyanın yüksək rəhbərliyi, Avropa Birliyi (AB) ilə təmaslarında dondurulmuş Rusiya aktivlərinin oğurlanması üçün “çarəsiz şəkildə təkid edir”. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat ofisi bildirir. “Britaniya elitası Ukraynadakı reallığı görməzdən gəlir. XKX-ə daxil olan məlumata görə, yüksək vəzifəli Britaniya rəsmiləri, AB rəsmiləri ilə təmaslarda, Brüsselin Belçikanın Euroclear depozitariyasında […]

Cəmil Həsənli yenə DTX-ya çağırıldı

Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb. Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir. Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib. Xatırladaq […]

Bu ölkədə saxta çağrı mərkəzlərində işləmək üçün üç rus qaçırılıb

Qurbanlardan biri iş müsahibəsi adı altında ölkəyə gələn rusiyalı model olub Myanmada saxta çağrı mərkəzlərində məcburi əməyə cəlb edilmək üçün üç Rusiya vətəndaşı qaçırılıb. Tezadlar.az bildirir ki, TASS bu barədə Myanmadakı Rusiya səfirliyinin konsulluq şöbəsinə istinadən məlumat verib. “Hazırda Rusiya vətəndaşları ilə bağlı qohumları və dostlarından üç oxşar müraciətə baxılır. Bütün hallar üçün Myanma Xarici […]

Məktəbə yeniyetmənin hücumu nəticəsində bir şagird ölüb

Məktəbinin binasında 10 yaşlı oğlanın qanlı cəsədi tapılıb Moskva vilayətinin Odintsovo rayonunun Qorki-2 elit kəndində məktəbə yeniyetmənin bıçaqla hücumu nəticəsində bir şagird ölüb. Tezadlar.az bildirir ki, bu barədə vəziyyətlə tanış olan REN TV mənbəyi məlumat verib. “İlkin məlumatlara görə, hücumçu üç nəfəri bıçaqlayayıb. Onlardan biri ölüb”, – mənbə bildirib. Uspenskaya məktəbinin binasında 10 yaşlı oğlanın […]

Almaniya kansleri Milad atəşkəsi ideyasını irəli sürdü – Zelenski

Almaniya kansleri Fridrix Merts Milad atəşkəsi ideyasını təklif etdi. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Almaniya Kansleri Fridrix Merts həqiqətən Rusiyaya Milad Barışığı təklif edib. O, bu ideyanı həm rəsmi olaraq, həm də söhbətlərimiz zamanı açıqlayıb. ABŞ bu ideyanı dəstəkləyir və mən də Ukrayna prezidenti kimi, şübhəsiz […]

Zelenski Trampla apardığı söhbətin məzmununu açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampla sülh planı üzərində işlərlə bağlı söhbət edib. Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı jurnalistlərin suallarını cavablandırarkən verib. Zelenskinin sözlərinə görə, söhbətdə ümumilikdə səkkiz Avropa lideri iştirak edib: Almaniya kansleri, Böyük Britaniya, İtaliya və Polşanın baş nazirləri, Fransa və Finlandiya prezidentləri, NATO-nun baş katibi və Avropa Komissiyasının prezidenti. “Bütün […]

BANM-nin 1-ci kurs tələbəsi Nihat Mehdiyev “İsbatlarla Riyaziyyat” adlı kitab dərc etdirib

BANM-in Kimya mühəndisliyi ixtisasının 1-ci kurs tələbəsi Nihat Mehdiyev “İsbatlarla Riyaziyyat” adlı kitab yazıb. Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru sosia media hesabında məlumat verib. “Nihat Mehdiyev  678 balla BANM-ə qəbul olub. Onun müəllifi olduğu kitab ali məktəbə hazırlaşan abituriyentlər üçün çox əhəmiyyətli mənbədir. Qeyd edək ki, Nihat həm də […]

“Könüllülər koalisiyası” Kiyev üçün çoxmillətli qüvvə yaratmaq niyyətindədir

Ukrayna üçün təhlükəsizlik zəmanətləri AB-nin rəhbərlik etdiyi çoxmillətli qüvvənin yaradılmasını da əhatə etməlidir. Tezadlar.az xəbər verir ki, bu, 10 Avropa ölkəsinin lideri və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin birgə bəyanatında bildirilib. Sənəddə Kiyevin təhlükəsizliyini təmin etmək üçün çoxmillətli qüvvənin yaradılmalı olduğu vurğulanır. Bu qüvvə, AB-nin rəhbərlik etdiyi və ABŞ-ın dəstəklədiyi “könüllülər koalisiyası” çərçivəsində […]

“Biz Donbası vermək istəmirik, amma amerikalılar kompromis axtarırlar”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin həm de facto, həm də de iure Donbası Rusiyanın tərkibi kimi tanımadığını açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə o, Ukrayna mediasına verdiyi müsahibədə bildirib. Zelenski deyib: “Rusiya mövqeyini dəyişməyincə, onlar bizim Donbasımızı istəyirlər. Bizim mövqeyimiz praktik, realist və ədalətlidir. Donbasımızı vermək istəmirik. Amerikalılar kompromis axtarır və […]

“Telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub, hətta təkzib versəm də…”- NURA

Müğənni Nura Suri bu dəfəki paylaşımı ilə də diqqət çəkib. Tezadlar.az  xəbər verir ki,  Nura Suri sosial şəbəkə hesabında hədə-qorxuya, hətta şantaja məruz qala biləcəyi barədə xəbərdarlıq edib. “İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin – onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram. Ört-basdır […]

Ukrayna Zelenskinin ucbatından bölünmüş adlandırılıb

Vladimir Zelenskinin “Xalqın xidmətçisi” teleserialında vəd etdiyi prezidentlik obrazı reallıqdan uzaq olub. Tezadlar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb. Məqalə müəllifinin sözlərinə görə, Ukrayna hazırda Zelenskinin məyusluğu üzündən bölünür. O, həmçinin siyasətçinin prezidentliyini saxta adlandırıb və onun düşərgəsinin ikili standartları müdafiə etdiyini xatırladıb. Jurnalist həmçinin ölkə üçün peyğəmbərlik olduğu ortaya […]

UTX Kirkorovu niyə axtarışa verib?

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Federasiyasının Xalq Artisti Filipp Kirkorovu axtarışa verib. Tezadlar.az  xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. Bildirilib ki, Kirkorov agentliyin məlumat bazasına 30 oktyabrda əlavə edilib, lakin xəbər yalnız bu gün, 16 dekabrda açıqlanıb. UTX F.Kirkorovu ölkənin Luqansk, Donetsk, Zaporojye və Xerson ərazilərinə giriş-çıxış qaydalarını pozmaqda ittiham edib və bunu […]

Tramp Putin və Zelenski arasındakı münasibətləri belə qiymətləndirib

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasındakı münasibətləri şərh edib. Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirib. Tramp Putin və Zelenski arasındakı münasibətləri qiymətləndirib və aralarında gərginliyin davam etdiyini bildirib. “Liderlər arasında çoxlu düşmənçilik var. Və bu, işləri bir az çətinləşdirir”, – deyə ABŞ prezidenti […]

“Məktəbə nazirliyin tövsiyə etmədiyi kitablar gətirilir…”” – Bəs nazirlik hara baxır?!

Elm və təhsil naziri  Emin Əmrullayev  ibtidai sinif şagirdlərinin kitablarının ağır olması fikri ilə razılaşmayıb. Nazir müsahibəsində  “Mənim birinci sinif kitablarım indiki birinci sinif uşaqlarının kitablarından daha ağır idi” deyib.  Tezadlar.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində bildirib. Sitat: “…Gedib arxivdən kitabları götürüb müqayisə də edə bilərsiniz. Hazırda kitablar […]

Lukaşenko Maduroya heyranlıqla baxıb və onu qəhrəman adlandırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın “Newsmax TV” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, venesuelalı həmkarı Nikolas Maduro hər şeyi atıb qaçacaq tip deyil. Tezadlar.az xəbər verir ki, BelTA onun sözlərindən sitat gətirib. Belarus lideri qeyd edib ki, “O, güclü insandır. O, Çaves kimi bir Çavesdir. O, güclü insandır, layiqli, sağlam düşüncəli bir insandır, onunla danışıb […]

“Həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr var”

“Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, “yaşıl iqtisadiyyat”a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir”. Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində bildirib. Sitat: “İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin […]

Polşa Ukraynadakı hərbi missiyasından imtina edib

Polşa Silahlı Qüvvələri Ukraynadakı heç bir potensial çoxmillətli qüvvədə iştirak etməyəcək. Tezadlar.az xəbər verir ki, bunu Baş nazir Donald Tusk Berlindəki danışıqlardan qayıdarkən açıqlayıb. “Bu, bizim muxtar qərarımızdır. Polşa əsgərləri hara göndərəcəyini və hara göndərməyəcəyini özü müəyyən edir. Bu, bizim tərəfimizdən qətiyyət və ya cəsarət çatışmazlığından irəli gəlmir. Polşanın fərqli bir missiyası var”, – Tusk […]

Tramp Putinlə əlaqələri haqqında təfərrüatları açıqladı

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə əlaqələri barədə şərh verib. Tezadlar.az xəbər verir ki, TASS onun sözlərinə istinad edir. Müxbirlər Amerika liderindən bu yaxınlarda Putinlə birbaşa əlaqə saxlayıb-saxlamadığını soruşublar. Tramp rusiyalı həmkarı ilə əlaqələri haqqında təfərrüatları açıqlayıb və son söhbəti təsdiqləyib. “Bəli”, – ABŞ prezidenti əlavə təfərrüatlar vermədən bildirib. Daha əvvəl Tramp Rusiyanın […]

Bakı Slavyan Universitetində Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan “Türk dili-ana dilim” adlı tədbir keçirilib. Tezadlar.az xatırladır ki, tədbirdə BSU-nun rektoru Anar Nağıyev qonaqları salamlayıb. Sonra konfransın gündəliyinə daxil olan mövzu ətrafında məruzələr dinlənilib. Konfransın işində Milli Məclisin (MM) deputatı, Azərbaycan-Türkiyə(Türkmənistan, Özbəkistan, Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı, […]

Ermənilərin Kolizey yalanları və saxtakarlığı

 …Tarix elmi dəqiq deyil.Hər bir dövlət öz tarixin özünə uyğun yazır. Lakin elə real faktlar var ki, onu gizlətmək mümkün deyil. Ermənilər bu sahədə real tarixə nə qədər saxta məlumatlar əlavə etsələr də, orjinal əsərlər, sənədlər və əlyazmalar onların yalanını dərhal ortaya çıxardır. Ermənilərin xəritələri saxtalaşdırmaq və “dənizdən-dənizə Böyük Ermənistan”ı göstərən “qədim” xəritələr yaratmaq bacarıqları […]

“BAR VERƏN AĞACA DAŞ ATAN ÇOX OLAR”

…Vüqar  Əhməd deyəndə ən yüksək  mənəvi keyfiyyətlərə, heyrətamiz elmi fəhmə, fövqəladə biliyə, olduqca zəngin təxəyyülə malik bir şəxsiyyət göz önünə gəlir. Orta məktəbi əla qiymətlərlə, Azərbaycan Dövlət Pedoqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Pedoqoji Universitetin aspiranturasını,  1992-ci ildə filologiya elmləri namizədi, 2005-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. 40-dan çox kitabları cürbəcür […]

Tramp Ukraynanın ərazi itirdiyini elan etdi

ABŞ Prezidenti Donald Tramp Ukraynanın ərazi itirdiyini elan etdi. O, jurnalistin sülh razılaşmasının ərazi aspektləri ilə bağlı sualını cavablandırarkən bildirib. Tezadlar.az xəbər verir ki, veriliş Ağ Evin YouTube kanalında yayımlanıb. “Onlar artıq həmin ərazini itiriblər; açığı, ərazi itirilib”, – deyə Tramp asətçi vurğulayıb. 14 və 15 dekabr tarixlərində Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında […]

“Krokus Siti Holl” terror hücumu işi üzrə təqsirləndirilənlər dindirilməyə başlanılıb

Moskvanın İkinci Qərb Rayon Hərbi Məhkəməsi “Krokus Siti Holl” terror hücumu işi üzrə təqsirləndirilən şəxsləri dindirməyə başlayıb. Tezadlar.az bildirir ki, 125 qurbanı təmsil edən vəkil Lyudmila Aivar bu barədə “İzvestiya”ya məlumat verib. Hüquq müdafiəçisinin sözlərinə görə, məhkəmə təqsirləndirilən Şəmsiddin Fariduni-ni dindirməyə başlayıb. O, günahını etiraf edib, lakin hərəkətlərinin nəticələrini başa düşmədiyini iddia edib. Təqsirləndirilən şəxs […]

Tramp ABŞ-Ukrayna danışıqlarından məmnundur

ABŞ prezidenti Donald Tramp Berlində Amerika və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların nəticəsindən məmnundur. Tezadlar.az bildirir ki, bu barədə “Sky News” xəbər verir. ABŞ rəsmisinin sözlərinə görə, Ağ Ev rəhbəri danışıqların müsbət keçdiyinə inanır. Bir neçə məsələ hələ müzakirə olunmalıdır, lakin Tramp əldə edilən nəticələrdən məmnundur. Siyasətçi əlavə edib ki, məsələlərin 90 faizi artıq […]

Uitkoff Zelenski ilə danışıqlardan sonra ilk açıqlamasını verdi

ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoff Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov kimi, Berlində Ukrayna ilə danışıqların ikinci gününün əhəmiyyətli irəliləyiş gətirdiyinə inanır. “Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib”, – Tezadlar.az xəbər verir ki, “Reuters” Uitkoffun sözlərinə istinadən bildirib. Vladimir Zelenski əvvəllər bir sıra məsələlərin hələ də həll olunmadığını, lakin komandaların işləməyə davam etdiyini […]

Abbas Abbasov da axtarışa verildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Tezadlar.az xatırladır ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd […]

ABŞ gələn həftə sonu Rusiya ilə Ukrayna arasında razılaşmaya ümid edir

ABŞ rəsmiləri gələn həftə sonu Rusiya ilə Ukrayna arasında razılaşmaya ümid edirlər. Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. ABŞ rəsmilərinin sözlərinə görə, iki tərəf arasındakı məsələlərin 90 faizi artıq həll olunub. “Lakin ərazi ilə bağlı son qərarı Ukrayna verməlidir”, – qəzet ABŞ rəsmilərindən sitat gətirir. E.ŞİRİNOV

AB-nin Ukraynaya illik hərbi yardım xərcləri açıqlanıb

AB-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallas alyansın 2025-ci ildə Ukraynaya hərbi yardım xərclərini açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Kallasın sözlərinə görə, AB bu il Ukrayna Silahlı Qüvvələrinə hərbi yardıma 27 milyard avro xərcləyib. Bu, bütün münaqişə üçün rekord məbləğdir. Kallas əlavə edib ki, alyans gələcəkdə “yavaşlamamalıdır”. “Avropa […]

Həsən Eyyubov təqaüdə göndərilib

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. Tezadlar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, Həsən Eyyubov təqaüdə göndərilib. O, Bəylər Əyyubovun qardaşı oğlu idi.

33 ildən sonra Xocavəndin Sos kəndinə növbəti köç

Xocavəndin Sos kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Tezadlar.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə, 94 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin […]

Украина ни де-факто, ни де-юре не признает Донбасс российским – Зеленский

Президент Украины Владимир Зеленский заявил, что Украина не будет признавать Донбасс российским ни де-факто, ни де-юре. Как сообщает tezadlar.az со ссылкой Зеленский во время общения с украинскими СМИ, прямая речь Зеленского: “Что касается позиции россиян, пока она не изменилась, вы знаете, что они хотят наш Донбасс. Позиция наша практическая, реальная, справедливая, мы на ней стоим, а […]

Bel və üzü üstə yatmaq niyə təhlükəlidir?

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Debora Li yuxu üçün ən faydalı pozaları açıqlayıb. Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə embrion mövqeyi və ya “qələm” mövqeyi onurğa sütununa yükü azaldır, qan dövranını yaxşılaşdırır və turşu reflüksü riskini azaldır. Həkim izah edib ki, qələm mövqeyində bədən yan tərəfə uzadılır, əllər və ayaqlar düzdür. Bu mövqe […]

Şəmistan Əlizamanlıdan Kərkükdə tarixi layihə

Azərbaycanın “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi ilk dəfə İraqın Kərkük şəhərində “Türkman marşı”na klip çəkib. Tezadlar.az xəbər verir ki, bu barədə qeyri-hökumət təşkilatının sədri, vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı məlumat verib. Onun sözlərinə görə, bu, Azərbaycanın Kərkükdə ilk klip çəkilişi olmaqla tarixi hadisədir: “Bir neçə gün əvvəl İraqdan qayıtmışıq. “Türkmaneli TV”nin də yaxından dəstəyi ilə orada […]

Kənd təsərrüfatı və energetika əməkdaşlıqda prioritet sahələrdir

Moldovanın Baş naziri Aleksandru Muntyanu və Azərbaycanın bu ölkədəki səfiri Ulvi Baxşəliyev ikitərəfli ticarətin genişləndirilməsini müzakirə ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb. Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıblar. “Baş nazir Moldovanın ikitərəfli ticarətin artmasına, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və daha çox azərbaycanlı investorların cəlb […]

Rusiya neft platformalarında istehsal dayandırıldı

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları bir həftə ərzində üçüncü dəfə Xəzər dənizindəki Rusiya neft hasilatı platformalarına zərbə endirib. Tezadlar.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” mənbələrə istinadən məlumat yayıb. Bu dəfə “Alfa” xüsusi əməliyyatlar mərkəzinin uzaqmənzilli dronları “Lukoil-Nijnevoljskneft” şirkətinin Korçagin yatağındakı platformasını vurub. Hücum nəticəsində avadanlıq zədələnib və obyektin istehsal prosesi dayandırılıb. Bundan əvvəl, 11 […]

Salemakers “Milan”da qalır

İtaliya təmsilçisi “Milan” belçikalı yarımmüdafiəçi Aleksis Salemakerslə müqavilənin müddətini uzadıb. Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2031-ci ilin iyun ayına qədər sözləşmə imzalayıblar. Futbolçunun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə bitəcəkdi. Qeyd edək ki, 26 yaşlı futbolçu 2020-ci ildən “Milan”da çıxış edir. O, cari mövsüm komandasının heyətində 18 oyunda iki qol […]

Ukrayna sülh razılaşmasına ümid edir

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov günün sonuna qədər Kiyev və Moskvanı sülhə yaxınlaşdıra biləcək razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib. Tezadlar.az xəbər verir ki, o, bu fikirləri Berlində keçirilən bugünkü danışıqları şərh edərkən “X”dəki paylaşımında yazıb. Onun sözlərinə görə, son iki gündə Ukrayna-ABŞ danışıqları konstruktiv və məhsuldar atmosferdə keçib ki, bu da […]

Sviftdən yüzlərlə məktub və milyonluq jest – VİDEO

Dünyaca məşhur müğənni Teylor Svift  “The Eras Tour” çərçivəsində onunla çalışan bütün komandaya ümumilikdə 197 milyon dollar məbləğində bonus verib. Bu barədə sənətçinin turneyə həsr olunmuş “The End of an Era” adlı sənədli serialında maraqlı detallar yer alıb. Tezadlar.az xəbər verir ki, sənədli filmdə Teylor Sviftin xüsusi olaraq adlandırdığı “Bonus Günü”nə necə hazırlaşdığı nümayiş etdirilib. […]

Ən genişmiqyaslı amnistiyalardan biri qəbul olunur

Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir. Tezadlar.az xəbər veriri ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. “Amnistiya aktı dövlətin öz vətəndaşına inamını, cəmiyyətin sağlamlaşdırılmasına yönəlmiş siyasi iradəni açıq şəkildə nümayiş etdirir”, – V.İskəndərov söyləyib. Onun fikrincə, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ardıcıl siyasəti və […]

Hacı Qaraman ocağının davamçısı – Yer üzünün Cənnət Mələyi

Аzərbaycan müqəddəs yerləri, insaları ilə qədim zamanlardan zəngindir. Bu yerlər, insanlar qeyri adiliyi, möcüzəli həyat tərzi ilə başqalarından çox fərqlənir. Hər birimiz bu yerləri, bu insanları tanımaq, inanmaq, Böyük Yaradan tərəfindən belə möcüzəli həyat tərzi olan qeyri-adi qabiliyyətli insanları dəyərləndirmək və keçmşimizi unutmamaq, tarixdə yaşatmağa borcluyuq. Çünki bunları Yer üzünə Allah bəxş edir. Bu cür […]

Dekabrın ortasında maqnit aktivliyi zəifdir

Dekabrın 15-20-si arasında geomaqnit şəraiti nisbətən sakit və sabit olacaq. G1 və ya daha yüksək güclü maqnit qasırğaları proqnozlaşdırılmır. Bununla belə, hava şəraitinə həssas insanlar, xroniki xəstəlikləri olanlar və yaşlılar tərəfindən hiss edilə biləcək kiçik dalğalanmalar gözlənilir. Tezadlar.az qarşıdakı günlər üçün ətraflı proqnoz təqdim edir. Maqnit qasırğası proqnozu Kosmik mərkəzlərə görə, dekabrın 15-dən dekabrın 20-nə qədər […]

Силы спецопераций и СБС поразили Астраханский газоперерабатывающий завод

В ночь на 15 декабря подразделения deep strike Сил специальных операций во взаимодействии с Силами беспилотных систем поразили Астраханский газоперерабатывающий завод, принадлежащий “Газпрому” и расположенный у Каспийского моря. Как сообщает tezadlar.az со ссылкой пресс-служба ССО, Генштаб ВСУ по данным Генштаба, на территории завода были зафиксированы взрывы и возник мощный пожар. Масштабы ущерба уточняются. Справка: Астраханский ГПЗ […]

Qlobal Cənub QHT Platforması BMT tərəfindən yüksək qiymətləndirildi

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelində Bakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. Tezadlar.az xəbər verir ki, UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən […]

Zelenski NATO-ya üzvlükdən bu şərtlərlə imtina etdi- TƏCİLİ

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən biznes forumda çıxışı zamanı bildirib ki,  ötən gün və bu gün ABŞ tərəfi ilə məsləhətləşmələr aparılıb və bu dialoq son dərəcə vacib olub. Zelenski deyib ki, bu cür danışıqlar həmişə çətin keçir və müzakirələr zamanı çoxsaylı detallar nəzərdən keçirilib. ABŞ nümayəndə heyəyi Zelenskiyı ərazi güzəştləri ilə bağlı təzyiq etsə […]

Enrike: Futbolda ən çətin iş hakimlikdir

PSJ-nin baş məşqçisi Luis Enrike hakimliyi prinsipcə tənqid etməməsinin səbəbini izah edib. Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, ispaniyalı mütəxəssis deyib ki, uzun müddətdir futboldadır və artıq bu barədə danışmamağa qərar verib: “Səmimi danışmaq və düşündüklərimi göstərmək istərdim, amma oyunçulara nəzarət edə biləcəyimiz şeylərə diqqət yetirməli olduqlarını göstərmək daha vacibdir. Hakimlik isə futbolda ən çətin […]

74 yaşlı qadın həyatını itirdi

Bakıda qadın zəhərlənərək ölüb. Tezadlar.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu,Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1951-ci il təvəllüdlü Lyubov Viktorovna Kudenkova yaşadığı evdə sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən L.Kudenkova orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Fen-şuy xəbərdarlığı: Bu güzgü evdən enerjini qovur

Giriş qapısının qarşısında güzgü yerləşdirmək ilk baxışdan rahat və praktik görünə bilər. Lakin qədim inanclara və xüsusilə də fen-şuy təliminə görə, bu cür yerləşdirmə ev üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Tezadlar.az xəbər verir ki, mütəxəssislərin fikrincə, girişin düz qarşısında asılan güzgü həyat enerjisinin axınını poza və hətta maddi çətinliklər yarada bilər. Niyə güzgünü giriş qapısının qarşısına […]

Vüqar Əhmədin saxlanılması xəbəri yalan çıxdı

Bu gün AMEA- nın əməkdaşı, professor, şair Vüqar Əhmədin saxlanılması barədə bəzi saytlarda məlumatlar yayıldı. Səhər saatlarında yayılan məlumatı dəqiqləşdirmək üçün Vüqar Əhmədlə əlaqə saxlamağa çalışsaq da bu baş tutmamışdı. Lakin sonradan Vüqar Əhməd özü bu məlumatın yalan olduğunu açıqladı. Bəs görəsən jurnalist sübutu olmadığı halda və aidiyyəti hüquq mühafizə orqanının rəsmi açıqlaması olmadan belə […]

Gültəkin Hacıbəyli Türkiyədən deport edildi- HACIBƏYLİ ÖZÜ MƏLUMAT YAYIB

Bu gün Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə […]

Braziliyalı mistik Trampın gələcəyini qaranlıq görür

Trampın 2026-cı ildə üzləşəcəyi ən böyük təhlükə cinayət təqibi və ya şəxsi həyatı deyil. Beynəlxalq səviyyədə “Yaşayan Nostradamus” kimi tanınan braziliyalı mistik Atos Salome, ABŞ prezidenti Donald Tramp üçün 2026-cı illə bağlı dəhşətli bir proqnoz verib. O, əvvəllər sonradan gerçəkləşən hadisələri, xüsusən də COVID-19-un yayılması və Kraliça II Yelizavetanın ölümünü proqnozlaşdırıb. Tezadlar.az-ın xarici mediaya istnadla […]

Baş prokuror Kamran Əliyev Qətərdə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 14-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinə rəsmi səfərə gəlib. Baş Prokurorluğun Mətbuat Xidmətindən tezadlar.az- a verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror qlobal korrupsiyaya qarşı mübarizədə mükəmməllik mükafatının təqdimetmə mərasimində iştirak edib.  Tədbirdə Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Təni, BMT-nin və […]

Sumqayıtda 3–4 yaşlı uşaq tapıldı

Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, azyaşlı ərazi üzrə polis orqanına gətirilib. “Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili […]

Tom Kruzun kosmos filmi dayandırıldı

Hollivud ulduzu Tom Kruzun və rejissor Doq Limanın birgə üzərində çalışdığı, kosmosda çəkilməsi planlaşdırılan unikal film layihəsi dayandırılıb. Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara əsasən, layihənin həyata keçirilməsi üçün NASA ilə tamamlanmalı olan rəsmi icazə prosedurlarının uzanması səbəbindən çəkilişlər təxirə salınıb. Bildirilir ki, Tom Kruzun kosmosda çəkiliş və açıq kosmos gəzintisini nəzərdə tutan […]

Vüqar Əhməd saxlanılmasıyla bağlı yayılan məlumatlara münasibət bildirdi

Şair Vüqar Əhməd saxlanılması barədə yayılan xəbərlərə münasibət bildirib.  Bu barədə Tezadlar.az xəbər veriri ki, Lent.az-a -a danışan şair yayılan məlumatların doğru olmadığını deyib: “Yalan məlumatdır. Hazırda evimdə oturub çay içirəm”. ********************** Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb. O səhər saatlarında işə gedərkən saxlanılıb. Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun […]

Biləsuvarda 70 yaşlı qadını qəsdən öldürülüb

İstintaq dəqiqləşdirdi ki, Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərova qəsdən öldürülüb. Tezadlar.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib. Məlumata görə, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari […]

Baləkən RİH-nin sabiq başçısının həbsi belə baş verdi- DTX-dən VİDEO

Azərbaycan DTX Baləkən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin rüşvət görüntülərini yayıb… Məlum olur ki, İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və aztəminatlı şəxslərə, rayon ərazisində təmir-tikinti və abadlıq-quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli […]

BORT N-27

Hekayə Azərbaycanın Milli Qəhrəmanı, ilk hərbi təyyarəçimiz Vaqif Qurbanovun və digər qəhrəman pilotların əziz xatirəsinə həsr olunub   Şəhərlər yanırdı. Kəndlər viran qalmışdı. Hər tərəfdə tənha, tüstülənən divarlar sanki həyatın səsini udmuşdu. Cəbhə xətti deyil, bütün ölkə bir yanar cəbhəyə dönmüşdü. Analar göz yaşı ilə uşaqlarını qucaqlayıb dağlara çəkilirdilər, qocalar doğma ocaqlarına son dəfə baxırdılar. […]

ABŞ və Ukrayna danışıqları sona çatdı, amma…

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Berlində dünən başlayan müzakirələr bu dəqiqələrdə sonlandırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə etibarlı mənbə “European Truth”a məlumat verib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski özünün başçılıq etdiyi heyətlə ABŞ tərəfi arasında olan danışıqların 5 saatdan çox davam etdiyini bildirib.  ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff görüşdə böyük […]

HƏFTƏBECƏR

Müğənni sayılan Elton Hüseynəliyev əvəzolunmaz sənətkarımız, milyonların sevimlisi Flora Kərimova haqqında belə bir qanacaqsızlıq edərək deyib: “Onun 500 mahnısından 100-ü “yağ-bal”, yerdə qalan 400-ü isə təkrardı”. Flora xanımın da cavabı çox gecikməyib: “Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub, sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə, sizin dilinizdə deyim, Elton […]

Ukraynada 200-ə yaxın rus hərbçisi mühasirəyə düşüb-ATIŞMA

Ukraynanın Kupyansk şəhərində 200-ə yaxın əsgəri olan Rusiya hərbi qüvvələri mühasirədə qalıb və rəhbərlik dəstək verə bilmir. Tezadlar.az Ukrayna MN-ə istinadla bildirir ki, Birgə Qüvvələr Qrupunun Kommunikasiya Rəhbəri Viktor Trequbov xəbər telemarafonunda bu barədə danışıb. Trequbov deyib: “Kəşfiyyatımızın ilkin hesablamalarına görə, ötən həftənin sonuna qədər orada (Kupyanskda – red.) 40 aktiv radio çağırış siqnalı var […]

Mehdiyevlə Kərimlini birləşdirən 2 ay 15 günlük həbs

“İnsan gərək dövlət, vətən, torpaq adı gələndə müxalifətçiliyini bir kənara qoysun” …Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə 2025-ci oktyabrın 14-də ev dustağı olmaqla, haqqında 4 aylıq həbs qətimkan tədbiri seçildi. O vaxtdan bəri Azərbaycan mətbuatının gündəmi bu xəbərlərlə dolub-daşır. Hamı da haqlı olaraq bir fikri vurğulayır ki, R.Mehdiyev dövlət çevrilişi və […]

Rusiyanın ən böyük neft emalı zavodlarından biri dron hücumu səbəbindən bağlandı

Ötən  cümə günü Ukrayna dronları tərəfindən hücuma məruz qalan Rusiyanın Yaroslavl bölgəsindəki (Moskvadan 250 km məsafədə) “Slavneft-YANOS” neft emalı zavodu yanacaq istehsalını dayandırıb. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, yanğın zavodun tutumunun üçdə birini təşkil edən AVT-4 qurğusuna ciddi ziyan vurub. Neft yükləmə dayağı da zədələnib. “The Moscow Times” qəzetinin məlumatına görə, Rusiyada ən böyük […]

ONLARA AMNİSTİYA TƏTBİQ EDİLƏCƏK- PREZİDENTDƏN HUMANİZM AKTI

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmışdır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz […]

Mentalitetin qiyməti neçəyədir?

Abır-həyanı cərimə ilə qorumaq mümkündürmü??? Deyirlər ki, Azərbaycanda qulaq gündə bir qəribə qanun (söz) eşitməsə, kar olar. Hər gün nəsə  bir “yenilik”, hər gün nəsə ağıla gəlməyən bir təklif… Amma bu dəfə ortaya atılan məsələ insanı həm güldürür, həm də ciddi şəkildə düşündürür. Bəli, vəziyyət belədir ki, artıq “efiri podiuma çevirənlərdən” də pul çıxarmağın yolları […]

Nazilə Səfərli dodaq uçuqladan xına qiymətini açıqlayıb:” Dekor var 50 mindir”

Xına mərasimlərinin aparıcısı Nazilə Səfərli təşkil etdiyi xınaların qiymətini açıqlayıb.  Tezadlar.az xəbər verir ki, bu barədə “Rəngarəng” verilişində qonaq olan Səfərli bir xına məclsinin 55 min manata başa gəldiyini deyib: “Buradan mənə qalan məbləğ 3500 manatdır. 4 min çəkiliş heyəti alır, mənə nə? 3200 manat ansmbla verilir. İki Xalq artistinin hərəsinə 10 min ödənilir. Mənə də hər […]

“MilliNet 2025” mükafatlandırma mərasimi keçiriləcək

Bu gün Milli İnternet Mükafatının qalibləri elan olunacaq. Tezadlar.az xəbər verir ki,  bu barədə Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz məlumat verib. O, qyd edib ki, qaliblərin adları bu axşam Park İnn Hotelində təşkil olunan “MilliNet 2025” mükafatlandırma mərasimində açıqlanacaq. “MilliNet-in ənənəvi mükafatları da hazırlanıb, sahiblərini gözləyir. Qaliblərə, 2-ci və 3-cü yerləri qazananlara […]

İtkin düşən daha 14 şəxsi polis əməkdaşları tapdılar

Həftə sonu Daxili İşlər Nazirliyinin əməkdaşlarının səyi nəticəsində daha 14 nəfərin tapılması təmin olunub. Tezadlar.az – a DİN-dən verilən məlumata görə, dekabrın 13-də və 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN-nin bu əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verildi -SİYAHI

Tezadlar.az   Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına ali hərbi və ali xüsusi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi […]

Gürcüstan Litva XİN-ə Aİ-nin “kədərli geriləməsini” bildirdi

Hakim “Gürcü Arzusu” partiyasını təmsil edən parlamentin vitse-spikeri Nino Tsilosani bildirib ki, bu gün Brüsseldə görüşən Aİ xarici işlər nazirləri Gürcüstan haqqında dezinformasiya yaymaqdansa, öz acınacaqlı vəziyyətlərinə diqqət yetirməlidirlər. “Bu gün Brüsseldə Aİ xarici işlər nazirlərindən çoxlu yalan və dezinformasiya eşidirik”, – deyə o bildirib. – “Əslində, onlar Gürcüstanın uğuru ilə deyil, artıq Vaşinqtonda açıq […]