booked.net booked.net  

ABŞ Rusiyanın təcavüzünə qarşı mübarizə səyləri çərçivəsində Ukraynaya yeni hərbi yardım elan etməyi planlaşdırır.

Ukrayna KİV-nin məlumatına görə, bu barədə bu gün Ağ Evin strateji Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib.

 Kirbinin sözlərinə görə, ABŞ-ın Kiyevə hərbi yardım paketinin növbəti elanı yaxın günlərdə baş tutacaq.

 O, buraya nələrin daxil ola biləcəyini dəqiqləşdirməyib, ancaq vurğulayıb ki, ABŞ-ın Ukraynaya dəstəyi “hansı imkanlar və hansı məbləğlər verməyə razılaşdığımız baxımından dünyada tayı-bərabəri yoxdur”.

 Xatırladaq ki, 400 milyon ABŞ dolları məbləğində sonuncu hərbi yardım paketi bundan əvvəl martın 3-də elan edilmişdi.

 Buraya HIMARS çoxsaylı buraxılış raket sistemləri və haubitsaları üçün döyüş sursatı, həmçinin Bradley piyada döyüş maşınları üçün döyüş sursatı, zirehli körpü keçidləri, sökülmə sursatları və avadanlıqları və digər texniki qulluq, təlim və dəstək vasitələri daxil idi.

 Qeyd edək ki,  ABŞ müharibə başlayandan indiyədək Ukraynaya təxminən 30 milyard dollar yardım edib.

Belə ki, Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Aİ ölkələri Ukraynaya hərtərəfli dəstək göstərirlər. Onlar Rusiyanı cəzalandırmaq - iqtisadi tənəzzülə uğradaraq qoşunlarını geri çəkməsi üçün 10 ağır sanksiyalar paketləri də tətbiq ediblər. Lakin bütün bunlar hələ ki, Rusiyanı geri çəkilməyə və gücdən salmağa müvəffəq ola bilməyib...

Avropada bir çox dövlətlər Rusiyanı ərazi bütövlükləri üçün təhdid hesab edir və Ukraynanın uduzacağı təqdirdə onlarla da “haqq-hesab çürüdəcəyini” düşünürlər...

Bu gün isə Ukraynada dəhşətli müharibə gedir və bu müharibədə milyonlarla ölkə vətəndaşı ziyan görür, ölkə xarabazara çevrilir, günhasız qurbanların sayı durmadan artır...

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA