ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"DARDA QALAN YURDUMUN  HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

"DARDA QALAN YURDUMUN HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

Sabir Məmmədov: "Xocalıda soydaşlarımıza qarşı mənfur düşmən tərəfindən qəddarlıqla, amansızcasına qanlı cinayət həyata keçiriləndə Bakıda vəzifə, kre...

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT YARALANIB

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT YARALANIB

Atışma Abxaziya parlamentinin binası yaxınlığında baş verib, ilkin məlumata görə, yaralılar var.

DÜNYA ÖLKƏLƏRİNİN HÜQUQŞÜNASLARI BAKIYA TOPLAŞIR

DÜNYA ÖLKƏLƏRİNİN HÜQUQŞÜNASLARI BAKIYA TOPLAŞIR

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti o...

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ VERƏNLƏRDƏN DANIŞIB

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ VERƏNLƏRDƏN DANIŞIB

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır.

Очередные армянские фальсификации, или как армяне попали в Азербайджан- часть -II

Очередные армянские фальсификации, или как армяне попали в Азербайджан- часть -II

С этим нельзя не согласиться. Тем более, эта информация заимствована из моей статьи.

ZELENSKİ TRAMPA DEYİB Kİ...

ZELENSKİ TRAMPA DEYİB Kİ...

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa deyib ki, o, Ukraynadakı münaqişəni sona çatdırmaq üçün tələsmək istəmir.

GENERALIN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏNİN KİMLİYİ AÇIQLANDI

GENERALIN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏNİN KİMLİYİ AÇIQLANDI

Özbəkistandan olan 29 yaşlı Əhməd Kurbanov RKBM qoşunlarının rəhbəri İqor Kirillova qarşı terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb.

İKİ MƏMMƏD ÜZ-ÜZƏ...

İKİ MƏMMƏD ÜZ-ÜZƏ...

Rəssamlıq Akademiyasının nəzdində olan Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin tələbələrinin, xalqımızın sevivimlisi, Xalq şairi olmasa da xalqın şairi ...

MEDİA

18-Dek-2024 By Asif Memmedov

DÜNYA …

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, R

Detay

YAXUD, ŞƏHİDİMİN SOYUQ DİVARLARA HƏKK OLUNMUŞ İMZASI...

…Bir izdiham var idi SPACE TV-də. Həyətə toplaşmış insanların üzlərində sevinc, düşmən qənimi olan hərbçilərin simasında isə bir qürur duyulur. Hər kəs möhtəşəm tədbirin təsiri altındadır. Əsən sərin meh, sanki Qarabağdan, Şuşadan, Ağdamdan, Laçından, Zəngilandan, Cəbrayıldan, Füzulidən salam gətirmişdi tədbirə. Hərbiçilərimizə, bizi məğlub məmləkətin məğlub vətəndaşı adından azad edib QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI edən, bir ovuc qara torpağı qanla suvarıb Vətən edən Qazilərimizə baxanda adamın ürəyi dağa dönürdü. Hər birinin boyuna qələbə, məğrurluq biçilmiş oğullarımıza baxanda Vətənlə, orduyla fəxr etməklə göyün yeddinci qatına qədər qürurlanırdı insan.

***

...Burada Qarabağ havası var... Və havada Qarabağ sevinci, qələbə sevinci duyulur. Nə vaxtdır Qarabağa təşnə olan qəlblərə çəkmək olardı bu sərinliyi. SPACE Müstəqil Tele-Radio Şirkəti heç vaxt bu qədər gözəl, əzəmətli görünməmişdi, desəm, bəlkə də hörmətli həmkarlarım, başda digər  kanalların rəhbərləri, soyuyla, köküylə, ruhuyla Qarabağlı olan Müşfiq Hətəmov da məndən inciməz. Çünki bir başqa ab-hava var bu gün... Hər qarışdan, hər tindən, hər bucaqdan Qələbə sevinci görünür, Qarabağ ətri gəlir, Şəhid ruhu boylanır, Qazi qüruru duyulur... Möhtəşəm bir sərgiyə ev sahibliyi edirdi sevimli kanalın rəhbərliyi. Adı da özü kimi möhtəşəm olan «QƏLƏBƏNİN İMZA GÜNÜ» sərgisi...

 

 ...Qələbəmizin imzasına şahid olanlar arasında baş tacımız Şəhidlərin ailə üzvləri, fəxrimiz Qazilər, millət vəkillərimiz, həmkarlarımız dəvət olunmuşdu. Hər kəsin gözü intizarla bizi bu gözəl məkana toplayan sərginin fotolarına fokuslanmışdı… Nəhayət, açılış mərasimindən, simvolik çıxışlardan sonra qonaqlar sərgi salonuna daxil oldular. Hər bir şəkil, sanki bir tarix idi, hər bir şəkil bir Şəhidin, bir Qazinin yadigarı idi. Bu şəkillər dünyada ən məşhur rəssamın ən bahalı əl işindən daha qiymətli idi bu xalq, bu millət üçün. Soyuq divarlara yazılan bu bir kəlmə sözlər, cümlələr, sanki dastan idi. Çünki bunları nə şair, nə yazıçı qələmlə kağız üstə yox, qəhrəman Şəhid və Qazilərimiz qanlarıyla viranə qalmış Vətən torpağının azad olunmuş bir divarına özlərindən sonra yadigar qalsın deyə yazmışdılar.

 Şəkillərə baxdıqca, sanki onu divara yazan Şəhidin ruhu adamın qulağına pıçıldayırdı ki, bax, bunu mən Cəbrayılda yazmışam... Mən bunu Ağdamda yazmışam... Mən bunu döyüş yoldaşım Şəhid olan günü yazmışam... Mən bunu Şəhid olmamışdan 2 saat əvvəl yazmışdım... Bunu mənim Şəhid qardaşım yazmışdı...

Şəkillər isə dil açıb danışırdı... Ruhu, qəlbi olan insan hiss edə bilərdi bu səsləri...

 Gözüm bir anlıq bir tablonun önünə toplaşmış Qazi qardaşlarıma sataşdı. Bəlkə də ağlamaqdan özlərini güclə saxlamışdılar. Məlul-müşkül, çox kədərli halda tablodakı yazını divara yazan Şəhid dostlarını, sanki yadlarına salmışdılar, o günü xatırlayıb sakitcə şəklə və doluxsunmuş gözlərini bir-birindən gizlətmək üçün tavana zilləmişdilər. Bəlkə də o sözlər yazılan yerdə onların neçə silahdaşı Şəhidlik zirvəsinə ucalmışdı. Bunları duymamaq, hiss etməmək mümkün deyildi, axı bunu duya bilmək üçün hərbçi olmaq, yaxud xüsusi qabiliyyətə malik olmaq da gərək deyil, bunu duya bilmək üçün insan olmaq yetərli idi...

***

Təbii ki, bir müddət sonra o divarlar söküləcək, o yazılar pozulub gedəcək. Amma bu gözəl və möhtəşəm layihə çərçivəsində biz hələ ayağımız dəyməyən, gözümüz görməyən, torpağına qədəm basmadığımız, o ağrılı-acılı 44 günlük müharibədə döyüşlərində olmasaq belə, ürəyimizdə sevgisini daşıdığımız Qarabağımıza ziyarətə getdik, gəldik sanki... Bu sərgi elə bil Şəhidlərimizin imzası olan o divarları bir tarixə döndərdi bu gün... «QƏLƏBƏNİN İMZA GÜNÜ!». Bəlkə də «ŞƏHİDİMİN İMZA GÜNÜ!» kimi yaddaşlara həkk olundu bu fotolar və bu gün…

Qələbən mübarək, Azərbaycan!

Sevinc MURADXANLI

 

Pin It

CƏMİYYƏT

20-Dek-2024 By Asif Memmedov

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ…

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbayca

19-Dek-2024 By Elbar Şirinov

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT…

Atışma Abxaziya parlamentinin binası yaxınlığında

18-Dek-2024 By Asif Memmedov

Очередные армянские фальсификации, или как…

С этим нельзя не согласиться. Тем более, эта инфор

SİYASƏT

18-Dek-2024 By Asif Memmedov

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ…

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın

18-Dek-2024 By Elbar Şirinov

ZELENSKİ TRAMPA DEYİB Kİ...

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti

13-Dek-2024 By Elbar Şirinov

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan

12-Dek-2024 By Elbar Şirinov

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ…

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətə

12-Dek-2024 By Yasemen Memmedov

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ…

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya

MƏDƏNİYYƏT

20-Dek-2024 By Yasemen Memmedov

İRAN PREZİDENTİ HİCABLA BAĞLI QANUNA…

İran prezidenti veto hüququndan istifadə edib və ö

16-Dek-2024 By Asif Memmedov

ƏLİ KƏRİMOVUN 150 İLLİK YUBİLEYİ…

Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndə

13-Dek-2024 By Elbar Şirinov

ƏMƏKDAR ARTİSTƏ AĞIR İTKİ

Şou-biznes aləmində kifayət qədər tanınmış, rəğbət

13-Dek-2024 By Yasemen Memmedov

"DİOR" ÇANTASININ KƏMƏRİ GƏNC MODELİN…

3 il əvvəl "Vogue" jurnalı üçün çəkiliş zamanı "Di

12-Dek-2024 By Elbar Şirinov

REZA DEQATİNİN MƏRAKEŞDƏ SƏRGİSİ AÇILIB

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzey

11-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCAN-TÜRKSOY ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil

KRİMİNAL

20-Dek-2024 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 21…

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 28, əv

17-Dek-2024 By Elbar Şirinov

ODLU SİLAHLA POLİSƏ MÜQAVİMƏT GÖSTƏRƏN…

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan ş

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

21-Dek-2024 By Elbar Şirinov

ORBAN RUSİYAYA QARŞI SANKSİYALARI LƏĞV…

Anti-Rusiya sanksiyaları mümkün qədər tez və maksi

21-Dek-2024 By Elbar Şirinov

O, ZELENSKİNİN GÜCSÜZ OLDUĞUNU…

Ukrayna rəhbəri Vladimir Zelenskinin Rusiya prezid

21-Dek-2024 By Elbar Şirinov

UKRAYNADA HAVA HÜCUMU XƏBƏRDARLIĞI…

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı el

21-Dek-2024 By Elbar Şirinov

POLİS TERROR AKTINDA 4 NƏFƏRİN…

Maqdeburq (Saksoniya-Anhalt) şəhərinin polisi avto

21-Dek-2024 By Elbar Şirinov

ƏSƏD SURİYANI TƏRK ETMƏZDƏN…

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqi tər

20-Dek-2024 By Yasemen Memmedov

SAXTA DOLLARLA TELEFON ALDILAR: DÖRD…

Bakıda saxta valyuta ilə mobil telefon və elektron

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

19-Dek-2024 By Elbar Şirinov

AQTA SAXTA SPİRTLİ İÇKİLƏRLƏ BAĞLI ÇAĞIRIŞ…

Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütlə

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

20-Dek-2024 By Yasemen Memmedov

NİYƏ T…

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərba

TƏHSİL

18-Dek-2024 By Yasemen Memmedov

"…

Bakı Ali Neft Məktəbinin komandaları ilk üç yeri