Hazırda Xerson vilayətində daşqınların orta səviyyəsi 4,72 metrdir, lakin yağıntılar gözlənilir ki, bu da suyun azalmasını ləngidir.
Xerson vilayətinin sağ sahilində indi 35 yaşayış məntəqəsi su altında qalıb, sol sahilində isə vəziyyət kritikdir.
Bu barədə şənbə günü, iyunun 10-da özünün Telegram kanalında Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. O əlavə edib ki, hazırda Xerson vilayətində daşqınların orta səviyyəsi 4,72 metr təşkil edir. İyunun 9-u axşam saatlarından su 31 santimetr çəkilib.
"Sağ sahildə 35 yaşayış məntəqəsini su basıb, 3763 ev su altında qalıb. Ən çox Xerson, Belozerka və Zimovnik şəhərlərini su basıb", - deyə Prokudin bildirib.
Kaxovka su anbarı ilə bağlı danışan VHA rəisi qeyd edib ki, Kaxovka SES-də qəza başlanandan indiyədək orada suyun səviyyəsi 6 metr 25 santimetr azalıb.
Prokudin həmçinin qeyd edib ki, irimiqyaslı xilasetmə əməliyyatı davam edir, əməliyyata 1,5 min nəfərə yaxın insan və 345 texnika cəlb olunub.
"Dünən 248 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Ümumilikdə könüllülər, xilasedicilər və polis 2588 nəfəri su tələsindən çıxarıb".
VHA rəhbəri, həmçinin bildirib ki, rayonda 9 təxliyə məntəqəsi yerləşdirilib.
"Sol sahil: vəziyyət kritik olaraq qalır. Qolaya Pristanda və Velikokardaşinskidə su 20-30 santimetr çəkilib, lakin enişin intensivliyi bir qədər azalıb", - Prokudin vurğulayıb.
Onun sözlərinə görə, ruslar nəinki insanlara kömək etməyə tələsmirlər, həm də “həmvətənlərini xilas etməyə tələsən yerliləri güllələməklə hədələyirlər”...
JASMİN