Gürcüstan parlamenti “xarici agentlər haqqında” səs-küylü qanun layihəsini yekun oxunuşda təsdiqləyib.

Sənəd bir aya yaxın davam edən kütləvi etirazlara səbəb olub. Qərb ölkələri də hakimiyyəti tənqid edib.

***

Gürcüstan parlamenti kütləvi etirazlara baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda təsdiqləyib.

Qanun layihəsini 84 deputat dəstəkləyib, 30 deputat əleyhinə səs verib. Sənəd maliyyənin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və KİV-ləri “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” kimi dövlət reyestrində qeydiyyatdan keçirməyə məcbur edir.

İndi qanun layihəsi imza üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə gedəcək və o, ona veto qoyacağını vəd edib, lakin hakim “Gürcü arzusu” partiyasının da onu ləğv etmək üçün kifayət qədər səsi var.

Xatırladaq ki, mayın 14-də keçirilən iclasda sənədin müzakirəsi “Gürcü arzusu”ndan olan deputatlarla müxalifət nümayəndələri arasında dava ilə müşayiət olunub. Səhər saatlarından parlament binası qarşısında da etiraz aksiyası keçirilir.

Qanun layihəsi qəbul edildikdən sonra etirazçılar parlamentin əsas girişindəki qoruyucu metal qalxanları sındırıblar. Xüsusi təyinatlılar etirazçıları saxlamağa başlayıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN