TÜRKİYƏ TRAMPIN FƏLƏSTİNLİLƏRİN QƏZZADAN KÖÇÜRÜLMƏSİ İDEYASINA BELƏ MÜNASİBƏT BİLDİRİB

TÜRKİYƏ TRAMPIN FƏLƏSTİNLİLƏRİN QƏZZADAN KÖÇÜRÜLMƏSİ İDEYASINA BELƏ MÜNASİBƏT BİLDİRİB

Türkiyənin xarici işlər naziri Həsən Fidan ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi ideyasını qəbuledilməz adlandırı...

GERÇƏKLİYİN  HƏQİQİ  ÜZÜ...

GERÇƏKLİYİN HƏQİQİ ÜZÜ...

 (Yazıçı Hüseynbala Mirələmovun  “Gecə bənövşələri” kitabındakı əsərləri üzərində düşüncələrim)

Безуспешная попытка армян вытянуть карту из отбоя

Безуспешная попытка армян вытянуть карту из отбоя

На продолжение достаточно большого промежутка времени армяне успешно использовали различные карты для реализации своих идей.

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqca məsuliyyətli və çətin işdir.”

 PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, 2020-ci ilin payızında Dağlıq Qarab...

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле...

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN SALDINIZ"

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN...

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm" - Razi Nurullayev

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir.

MEDİA

 İnam Atanın (Asif Atanın) “Ölməyən Dərd” fəlsəfi-bədii məqamı insan ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxışdır.

Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Ata hər bir yazısında özünəməxsusdur, bənzərsizdir, həmişə Mütləqilik ölçüsünə əsaslanıb, fəlsəfi-bədii əsərlərində şair-yazıçı, oxucu görmədiyini görür, bilmədiyini bilir. Ümumən dünya ədəbiyyatının klassikləri ilə bağlı bənzərsiz fikirləri, ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Cavidi, Hadisi və b. var.  

Ata Sabiri dünya satirasında bənzərsiz şair sayırdı. Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi. “Ölməyən dərd”də şairin insan dərdinin mahiyyətini açır, çıxış yolunu göstərir: nə qədər ki, Ulus olaraq ayılmamışıq, tam var ola bilməyəcəyik.

Sabirdə dərdi bənzərsiz demək ustalığı, dərdi ümidlə anlamaq, anlatmaq var. Sabir ölçüsündə dərddən danışmaq – ulusla ruhən həmdəmlikdir. Sabirlər ulusu  maariflənmə yoluyla  dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Sabirin məqsədi ulusun çatışmazlıqlardan qurtulması idi. Ümumiyyətlə, bütün dönəmlər üçün Sabirin satiraları aktual olacaq.

Sabirin meyxananın imkanlarından da ustalıqla bəhrələnməsi atalar sözləri və məsəllərdən istifadənin imkanlarını artırdı. Bundan sonrakı yaradıcılıq örnəklərində bu və başqa yönlərdə ulusal yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə Sabirin yaradıcılıq manerasından bəhrələnmə qarşıda duran işlərdən sayıla bilər.

Sabirin yaradıcılığı ulusal dərsdir. Sabir kimi yaradıcıların müşahidələri bizi ardıcıl olaraq özümüzə ayıq gözlə baxmağa, şər cəhətlərdən arınmağa səsləyir. Var olmaq imkanımız var. O imkanı üzə çıxarmalıyıq.

Azərbaycan klassik ədəbiyyatında fəlsəfi fikir daha çox şeirlə deyilib. Nəsiminin, Xətayinin, Füzulinin, Seyid Əzimin, Hadinin, Cavidin irsində fəlsəfilik yüksək özünəməxsusluq ölçüsündədir. Sabirin yaradıcılığında satira janrının imkanlarının bənzərsiz ifadəsi əsas yer tutur. Ümumən ədəbiyyatımızdakı ünlü örnəklərin məzmun-biçim birliyi sarıdan yetkinliyi diqqəti çəkir.

Nəsiminin, Füzulinin qəzəllərindəki misilsiz cazibənin əsas səbəbi fikrin özünəməxsusluğudursa, bundan heç də az diqqət çəkməyən əsas özəllik həm də fikrin başqalarından fərqli deyilmə tərzidir. Bu məntiqlə Sabirdə satira örnəkçiliyi yüksək ölçüdədir. Sabirdə məzmun-biçim birliyinin ifadəsi ustalığı özünü aydınca göstərir, o, ulus ruhunun fitri bilicisidir, satira kimi çətin janrda folklordan gələn ənənənin ifadə imkanlarını – məqamını gözəl müəyyənləşdirir. Bəhrələnmə adətən sətiraltı ifadə olunur, o dərəcədə ustacasınadır, istənilən oxucu bu, ya başqa ifadənin işlənilməsini yalnız beləcə olmalıymış kimi qəbul edir. Sənətkarlıq baxımından Sabirdə ironiya çox güclüdür: kədəri doğmadır, ironiyası isə kədərlə çulğalaşıb.

İşıqlı ATALI

***

 İnam ATA (ASİF ATA)

ÖLMƏYƏN DƏRD (Sabir üstə)

 1

Dərdli ölür, Dərd yaşayır – ölən görünür, bilinir, ancaq ölmür, itmir, təzədən bitir.

2

“Daş qəlbli insanları neylərdin, ilahi!

Bizdə bu soyuq qanları neylərdin, ilahi!”

Daş qəlblilər ölür, ancaq daş qəlblilik qalır, təzələnir: daş qalanır ürəklərə, daşlaşır duyğular.

Daş ürəkli Böyüklər-Kiçiklər, Vətənlilər-Vətənsizlər, hakimlər-həkimlər törəyir. Biçim dəyişilir, mahiyyət dəyişmir.

Daşla qarşılaşır mehr, ülfət.

Təzə daşlar doğulur.

Həyatdakılar dəyişir, həyat dəyişmir.

Üzü bərkdir daşürəkliyin – ölmür!

Əksilməyə, kiçilməyə, göz yaşına, ədalətsizliyə dözür soyuqqanlılar. “Soyuqqanlı” yanaşırlar fəlakətə. Soyuqqanlılıq fəlakəti yaradırlar. Ölmürlər, itmirlər, təzədən bitirlər.

3

“İntelligentik, gəzərik naz ilə,

Ömr edərik nəşeyi-dəmsaz ilə!”

Diplom nazı yaranıb, rütbə nazı yaranıb, titul nazı yaranıb, ”məlumat nazı” yaranıb, təltif nazı, imtiyaz nazı yaranıb təzəlikdə.

Ziya azaldıqca naz çoxalıb.

Nazla sazlanırlar, sallanırlar intelligentlər – dəmsazlar.

Dəm dərdi çəkirlər “xalq dərdi çəkənlər.”

Həqiqət əvəzinə “nazlı bilik” təqdim eləyirlər xalqa, diplom qalır “ziyalıdan” əsər əvəzinə, nəşə düşür “ziyalı” aqibətinə – dərd əvəzinə.

Qəm gəlir qəm üstünə.

Nazlı ziyalılar dərdi ölmək bilmir, həyatdan beşəlli yapışır – həyatlaşır.

4

“Amalımız-əfkarımız ifnayi-vətəndir”.

Vətənin layiqli oğluna böhtan atmaq – ifnayi-vətənlikdir.

Vətənin namuslu qızına sataşmaq – ifnayi-vətənlikdir.

Vətən tarixini danmaq – ifnayi-vətənlikdir.

Vətənin dilini danmaq – ifnayi-vətənlikdir.

Vətən kəndlisini soymaq – ifnayi-vətənlikdir.

Vətən fəhləsini söymək – ifnayi-vətənlikdir.

Yalançı alimlik – ifnayi-vətənlikdir.

Yalançı xadimlik – ifnayi-vətənlikdir.

Yalançı şairlik – ifnayi-vətənlikdir. Rüşvətxorluq – ifnayi-vətənlikdir. Şöhrətpərəstlik – ifnayi-vətənlikdir.

Mənsəbpərətlik – ifnayi-vətənlikdir.

Məkr – ifnayi-vətənlikdir.

Fitnə – ifnayi-vətənlikdir.

Həsəd – ifnayi-vətənlikdir.

Şəhvət – ifnayi-vətənlikdir.

İfnayi-vətən “amalı”, ”əfkarı” yaşayır – mahiranə, ötkəm, səbatlı.

Dərd ölmür – ölən bilinir, ölən görünür.

5

“Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fincanın üçündür.

Vəz eylədiyim hədyəvü ehsandır, ancaq

Ümdə qərəzim kisəvü-həmyanın üçündür.”

Təzə Mollalar törəyib – ehkam əzbərləyən, ehkamla dolanan, dolanmaq üçün ehkamı sevən, fayda fədakarı, ehkam satan, qazanca satılan, fikirə yad, riyakar.

Adlar dəyişib, təamlar dəyişib, ancaq mahiyyət qalıb. Yenə də qarın beyinə, gödən ləyaqətə üstün gəlir.

Titullar dəyişib, libas dəyişib, papaq dəyişib – idrak dəyişməyib, ürək dəyişməyib, nəfs dəyişməyib, nəfəs dəyişməyib.

Küfr əleyihinə döyüşürlər guya, əslində qazan dibində xeyr axtarırlar; satmağı bacarırlar, satılmağı bacarırlar.

Gödənçiliyi – doğruçuluq, şöhrətçiliyi-yurdçuluq kimi tanıyırlar, mənafe uğrunda döyüşürlər – ideal uğrunda döyüşən görünmək istəyirlər, siyahılaşıb, xalqın çiyninə ağır yük kimi düşürlər.

Kisələşirlər, fincanlaşırlar.

Dərd ölmək bilmədi, təzədən qayıtdı...

6

“Könlüm bulanır kuçədə cövlanını görcək,

Nitqim tutulur hərzəvü-hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,

Qəlbim alışır beldəki patronunu görcək”.

Təzə qoçuluq yaranıb – intriqa qoçuları, böhtan patrondaşları, nişan qalxanlı, Arxalı, Zorlu; “həqiqi”, “xəlqi”, “qabaqcıl” müddəalarla rəqibini sıradan çıxaran, çirkə, hədyana tapınan, zəifi əzən, güclüyə əzilən, izzət talançısı, ağa nökəri, nökər ağası, havalı, haytalı, hədyan, namusdan qorxmayan qoçaqlar!

Bazarlardan, küçələrdən yığılıblar, indi idarələrə, sənət, elm müəssisələrinə toplanıblar Qoçular.

Dərd ölmədi, yeni biçimdə qayıtdı həyata.

7

“Nuri-çeşmanımmısan, ey pul, canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

...Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?”.

“...İnsan olanın cahü-cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun!”

Deyəsən, pul dinindən başqa din qalmayıb!

Deyəsən, pul Məkkəsindən başqa Məkkə qalmayıb!

Pula səcdə yox olmayıb!

Pula səcdə bütün ülfətləri, izzətləri yenə də üstələyir deyəsən!

Pul naminə alimləşirlər, müəllimləşirlər, şairləşirlər!

Yenə də pulla nişanlanmaq, fərqlənmək, seçilmək dəbdədir.

Yenə də pulsuzluq – ləyaqətsizliyə bərabər sayılır.

Yenə də cah-cəlal ehtirası aşıb-daşır.

Yenə də əşya insanları əşyalaşdırır.

Dəllallıq havasına oynayan rəqqasların sayı bilinmir yenə də.

Haram yenə gündə, halal yenə kölgədədir.

Pul ilahiliyindən ayrılmış dinsizlər!

Dərd ölmədi, adamlar dərdi öldürə bilmədilər!

8

“Pah atonnan, nə ağır yatdı bu oğlan, ölüb ə!”

Özümüzə yadlıq yuxusundan ayılmamışıq.

Özümüzə yağılıq yuxusundan ayılmamışıq.

Qorxu yuxusundan ayılmamışıq.

Həşir yuxusundan ayılmamışıq.

Yuxudayıq, ayıq görünürük!

9

“Cin görürəm, can görürəm qorxmuram,

Harda müsəlman görürəm qorxuram!”

Özünə yağılıq var müsəlmançılıqda.

Özgəyə yamanlıq var müsəlmançılıqda.

Özgə gözünə girmək üçün öz gözünü çıxarmaq var müsəlmançılıqda.

Qorxunc dərddir bu dərd – ölməyən, itməyən, öldürən, itirən.

10

“İş görmək əvəzinə söz əzbərlərik,

Aşiqik ancaq quru, boş söhbətə!”

Sözlüyük, söhbətliyik, şairli, şeirliyik. Ancaq həm də sözə qapılan, tapınanıq. Sözü əməldən ayıranıq. Sözü söz kimi, söz üçün sevənik.

Sözümüzə layiq əməlimiz olmur. Sözümüz işləmir.

Şair xalq deyirlər bizə, şirnikirik, öyünürük. Əslində qaxınc olub başımıza sözümüz, söhbətimiz, böyük söz yanında kiçik əməlimiz!

Dərd olub düyünlənib aqibətimizə – açılmır ki, açılmır!

11

“Ta gəlirik biz də bir az anlayaq,

Məhzəri-irfanda vurur tək səbir.”

Gec anlayırıq, sonradan anlayırıq, müsəlmanın son ağlıyla anlayırıq, bu səbəbdən ağlayırıq. Gec tanıyırıq düşmənimizi, dostumuzu, gec duyuruq məhəbbəti, nifrəti, gecikirik anlamada – danlanırıq.

Uzaqlara dikilir gözümüz, yaxını gürmürük, uyuruq üzdəkinə, uydururuq fərəhimizi. Pərişanlıq, peşimanlıq düşür qismətimizə.

Dərd qalır sonda bizə – son ağlımızla birgə.

12

“Qəzaya çarə yox, giryan ol, üryan ol, peşiman ol,

Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!”

Səbrimiz sonsuz, taleyə inamımız, özümüzə şübhəmız sonsuz, təslim təbilimiz gur, “alın yazımız pozulmaz”, “bəxtimiz dəyişməz”!

Çalışma – əvəzinə əzəldən çalışıblar!

İqbalına sahib olma – sahibin var!

İradən – iradə əlində, başın – baş qulluğunda, çarən – çarəsizlikdə!

Ölməyib, itməyib çarəsizlik əhvalı, dərd olub yaşayır ömrümüzdə, sarsıdır iradəmizi!

13

“Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!”

Fəqir yaranmısan, kiçik yaranmısan, zəif yaranmısan, fəqir də qalacaqsan, kiçik də qalacaqsan, zəif də qalacaqsan.

Zorlunun, varlının, güclünün səxavətinə söykən, aqibətinə göz dikmə, sədəqəsinə tapın! Razılaş balacağınla – kiçik qismətinlə! Balacalıq dərdi yaşayır dünyamızda!

14

“Boş ol, süst ol, ümidin qət qıl, yar ol ətalətə!”

Ləyaqət susanda qəbahətin səsi dünyanı tutur. Ləyaqət süst olanda qəbahət aşıb-daşır. Ümüd azalanda – qəbahət qanad açır.

Bəşər şərlə dolur.

Susmağı, süst olmağı, boşluğu ümüdsizliyi bacarırıq, dərdimizi ömrümüzdə yaşadırıq, ölməyə qoymuruq.

15

“Yetərkən zalimin zülmü sənə, dövri-qəzadən bil!

Çatarkən amirin zəcri, onu seyri-səmadən bil!”

Zülmü qəbul eləyirlər, ”zaman əmridir” deyirlər, ”bizimki də gətirdi” deyirlər, “fələyin cəfasına keçdik” deyirlər və zülmə əsir olurlar; ağıl susur, iradə zəncirlənir və mütilər əslində zülmə xidmət eləyirlər.

Mütiliyi əsaslandırırlar ki, mütiliyə əsaslansınlar!

Ölməyən dərddir bu dərd, ömrə düşmən!

16

“Arif çalışır ki, millət azad olsun!

Zahid çalışır ki, məscid abad olsun!

Söz boynu kraxmallınındır ki, deyir:

Bir madmazel olsun ki, pərizad olsun!”

Yaşayır Sabirin gördüyü, bildiyi, göstərdiyi, qandırdığı qütblər indi də.

Milləti düşünən Ariflər qütbünün əksində ehkamdan yarıyan təzə Zahidlər, Mollalar, “Alimlər” dayanır, son qütbü madmazel fədakarları – əyyaşlar zəbt ediblər.

Xalq görünmür bu qütblərin heç birində.

Xalq qütbü uzaqdır bu qütblərdən.

Xalq – xüsusi qütbdür, Ariflərə doğma, zahidlərə yad, əyyaşlara yağı...

Qütbləşmə uçurumu yaşayır indi də, həyatda, ölümdən iraq, itimdən iraq.

17

“Neyləməli, göz görür, ağlım kəsir,

Mən günəşi göydə dana bilmirəm!”

Günəşi göydə dana bilməyən yerdə təklənir, tənhalanır, çünki həqiqət günəşi qaranlığa düşməndir, çünki qaranlıq ürəkləri tərk etməyib, çünki zülmətlilər günəşi danmadan yaşaya bilmirlər.

Günəş olmaq tələb olunur Yerdə, “dəryada duran qaya” olmaq tələb olunur, dağlarla çarpışmaq, əzabdan, əziyyətdən yoğrulan aqibət tələb olunur!

Məhəbbət gərəkdir xalqına həqiqi və bu fədai tənhalığı ölmür, itmir, zamandan zamana, nəsildən-nəslə keçir, iftixarlı, iqtidarlı bir dərd kimi.

18

Yaşayır Sabirimiz dərdiylə, məlalıyla, qəhrəmanlarıyla.

Dəhşətli fəlakət yaşayır Sabir ölməzliyində.

Qaranlıqlar yarılsın!

Yükümüzdən böyük Fərəhimiz yoxdur!

İşıqlı ATALI

 

Pin It

CƏMİYYƏT

05-Fev-2025 By Asif Memmedov

GERÇƏKLİYİN HƏQİQİ ÜZÜ...

 (Yazıçı Hüseynbala Mirələmovun  “Gecə bənövşələri

04-Fev-2025 By Yasemen Memmedov

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ…

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqc

03-Fev-2025 By Yasemen Memmedov

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ…

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım v

SİYASƏT

05-Fev-2025 By Elbar Şirinov

TÜRKİYƏ TRAMPIN FƏLƏSTİNLİLƏRİN QƏZZADAN…

Türkiyənin xarici işlər naziri Həsən Fidan ABŞ pre

04-Fev-2025 By Elbar Şirinov

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL…

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda

30-Yan-2025 By Elbar Şirinov

GÜRCÜSTAN ZAQAFQAZİYADA SÜLHÜN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ…

Gürcüstan Zaqafqaziyada sülhün möhkəmləndirilməsin

28-Yan-2025 By Elbar Şirinov

NƏQLİYYAT MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ…

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş

27-Yan-2025 By Yasemen Memmedov

PREZİDENT İLHAM ƏLİYEV CONATAN MİSNERİ…

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqəl

MƏDƏNİYYƏT

04-Fev-2025 By Elbar Şirinov

RUSİYANIN "NAİV" ROK QRUPUNUN QAZAXISTANDA…

Rusiyanın "Naiv" rok qrupunun Qazaxıstanda konsert

04-Fev-2025 By Elbar Şirinov

LOLİTA KİRKOROVU NİYƏ SATQIN…

Müğənni Lolita Milyavskaya həmkarı Filipp Kirkorov

28-Yan-2025 By Asif Memmedov

"HƏYATDA ƏN BÖYÜK İSTEDAD BELƏ..."

İnanmaq istəmədim ki, bu qədər mənalı, fəlsəfi yük

28-Yan-2025 By Asif Memmedov

HEYDƏR ƏLİYEVİN DAVOS FORUMUNDA İŞTİRAKININ…

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Davos For

22-Yan-2025 By Elbar Şirinov

HƏFTƏBECƏR

Toyların birində müğənni Aygün Kazımova bəy- gəlin

21-Yan-2025 By Asif Memmedov

ŞƏRQDƏ İLK QADIN OPERA MÜƏLLİFİ…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mə

KRİMİNAL

05-Fev-2025 By Elbar Şirinov

NARKOTİKƏ GÖRƏ BİR QADIN SAXLANILIB

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şüb

05-Fev-2025 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 47…

Fevralın 4-də ölkə ərazisində qeydə alınan 53, əvv

05-Fev-2025 By Elbar Şirinov

YARDIMLIDA ƏMƏLİYYAT: 20 KİLOQRAM NARKOTİK…

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

05-Fev-2025 By Elbar Şirinov

FİDAN TRAMPIN Aİ-YƏ VERDİYİ SİQNALDAN…

ABŞ Avropa Birliyinin (Aİ) müdafiə siyasəti ilə ba

05-Fev-2025 By Elbar Şirinov

VƏTƏNDAŞLARIN BANK KARTLARINDAN 22 MİLYON…

Xarici kiber müdaxilələrlə keçən il 16 min 804 fak

05-Fev-2025 By Elbar Şirinov

15 İL ƏVVƏL TÖRƏDİLMİŞ QƏTLİN…

Kuzbass müstəntiqləri 15 il əvvəl azyaşlı qızı öld

05-Fev-2025 By Elbar Şirinov

RUSİYA UKRAYNANIN DRON OPERATORLARI…

Xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri 24

05-Fev-2025 By Elbar Şirinov

KRIM ZELENSKİNİN HƏQİQƏT DÖVRÜNÜ ELAN…

Vladimir Zelenski həqiqət dövrünə qədəm qoyub.

05-Fev-2025 By Elbar Şirinov

TÜRKİYƏ XİN UKRAYNA İLƏ BAĞLI…

Ankara Ukrayna üzrə sülh təşəbbüslərinin iyun ayın

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

31-Yan-2025 By Elbar Şirinov

DİQQƏT! ONUN SİZƏ EHTİYACI VAR…

2 yaşlı Misirova Zərif Pərviz qizi uzun müddətdir

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

05-Fev-2025 By Yasemen Memmedov

NOTARU…

“Onlayn ipoteka üçün müraciət edirsinizsə, 10-15 d

TƏHSİL

05-Fev-2025 By Yasemen Memmedov

"…

"Suriyada dini təhsil məzhəblər üzrə fərqlənirdi