ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"DARDA QALAN YURDUMUN  HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

"DARDA QALAN YURDUMUN HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

Sabir Məmmədov: "Xocalıda soydaşlarımıza qarşı mənfur düşmən tərəfindən qəddarlıqla, amansızcasına qanlı cinayət həyata keçiriləndə Bakıda vəzifə, kre...

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT YARALANIB

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT YARALANIB

Atışma Abxaziya parlamentinin binası yaxınlığında baş verib, ilkin məlumata görə, yaralılar var.

DÜNYA ÖLKƏLƏRİNİN HÜQUQŞÜNASLARI BAKIYA TOPLAŞIR

DÜNYA ÖLKƏLƏRİNİN HÜQUQŞÜNASLARI BAKIYA TOPLAŞIR

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Prezidenti o...

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ VERƏNLƏRDƏN DANIŞIB

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ VERƏNLƏRDƏN DANIŞIB

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır.

Очередные армянские фальсификации, или как армяне попали в Азербайджан- часть -II

Очередные армянские фальсификации, или как армяне попали в Азербайджан- часть -II

С этим нельзя не согласиться. Тем более, эта информация заимствована из моей статьи.

ZELENSKİ TRAMPA DEYİB Kİ...

ZELENSKİ TRAMPA DEYİB Kİ...

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa deyib ki, o, Ukraynadakı münaqişəni sona çatdırmaq üçün tələsmək istəmir.

GENERALIN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏNİN KİMLİYİ AÇIQLANDI

GENERALIN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏNİN KİMLİYİ AÇIQLANDI

Özbəkistandan olan 29 yaşlı Əhməd Kurbanov RKBM qoşunlarının rəhbəri İqor Kirillova qarşı terror aktı törətməkdə şübhəli bilinərək saxlanılıb.

İKİ MƏMMƏD ÜZ-ÜZƏ...

İKİ MƏMMƏD ÜZ-ÜZƏ...

Rəssamlıq Akademiyasının nəzdində olan Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin tələbələrinin, xalqımızın sevivimlisi, Xalq şairi olmasa da xalqın şairi ...

MEDİA

18-Dek-2024 By Asif Memmedov

DÜNYA …

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, R

Detay

…Hafiz Mir Cəlal oğlu Paşayev… Yəqinki Azərbaycanda onun ötən ilədək Azərbaycan xarici işlər nazirinin müavini, diplomat və «ADA» Universitetinin rektoru, elm və ictimai, təhsil… xadimi olduğunu bilməyən az adam tapılar.

Hafiz Paşayevi şəxsən mən qiyabi tanıyıram, şəxsi ünsiyyətim olmayıb, amma kənardan həmişə nəzər- diqqətimdə olub… Amma mənə elə gəlir ki, Hafiz Paşayev kimi təhsil xadimini, elm adamını, diplomatı kifayət qədər yaxşı tanıyıram. Lakin deyəsən, biz bəzən olduğu kimi görünməyənləri o qədər görürük ki, hərdən də olduğu kimi görünənlərin belə fərqində olmuruq, qərarımız qəti olur: ya olduğu kimi göründü, ya da göründüyü kimi oldu, nə fərqi?! Amma sən demə, fərq çox böyükdür, lap çox… Lakin biz bu böyüklüyü yaxınındayıq deyə görmürük, görə bilmirik, amma kənarın-xaricin böyüklüyünü-böyüklərini böyüklü-kiçikli çox yaxşı görürük…

***

…Hafiz Paşayev haqqında bir məqamı da deyib keçirəm mətləbə: onun sadə və adi xarici görkəminə, ağ saçlarının düzümünə və yerişinə- zahirinə… görə həmişə Xudu Məmmədova oxşatmışam. Professor Rafiq Əliyevə də oxşarlığını görürəm… Yaxud da əksinə… Amma…

***

 Bu da axtardığım mətləb: AzTV-də "Muğam müsabiqəsi" keçirilir. Azərbaycan TV-lərində yəqinki ən çox izlənilən canlı proqram idi… Bir çox tamaşaçılar vardı ki,  o vaxt ciddi-cəhdlə həmin canlı yayımlanan proqramda- «Muğam Mərkəzi»nin salonunda olmaq şansını əldə edirdi. Əksəriyyətinin də məqsədi öndə olmaq, tamaşaçıların ekranda onu görməsini əldə etmək olardı! Bunu, kamera tamaşaçı salonunu göstərəndə dərhal ekranda özünü görüb kameraya diqqətlə zillənmiş baxışlarını ciddiləşdirənlərin hərəkətindən də görmək olurdu… Və nəhayət, evdə oturan tamaşaçı isə ekranda gənc muğam ifaçılarını dinləyərkən ekranda kimlərin görünməsinə də diqqət kəsilmiş olurdu. Mən də təbii olaraq elə… Və birdən tamaşaçı salonun lap arxasında - yarıqaranlıq, görünməz bir yerdə Hafiz Paşayevi görür. Mən də hamı kimi. İstər-istəməz içində sual yaranır ki, niyə Hafiz müəllim ön cərgədə deyil?! Bunun ona həm ictimai xadimliyi, tanınmış diplomat olması, XİN nazirinin müavini və s. vəzifələri… imkan verir axı. Üstəlik, həm də düşünürsən ki, "Muğam Mərkəzi" H.Əliyev Fondunun tabeliyindədir, Fondun sədri Azərbaycanın 1-ci vitse Prezidenti Mehriban xanım Əliyevadır. Və "Muğam müsabiqəsi" də Mehriban xanımın təşəbbüskarlığı və dəstəyi ilə keçirilir. Nəhayət, Hafiz Paşayev isə Mehriban xanımın əmisidir, deməli, onun üçün zalın ən ön cərgəsində əyləşməsi belə təbiidir, qəbul ediləndir, mümkün ediəndir. Məsələn, istənilən tamaşaçı düşünməyində haqlıdır ki: necə olur ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, "Azkontrakt"-ın sədri (Allah rəhmət eləsin!) Miri Qənbərov… kameranın salonu daha yaxşı və aydın göstərməli hədəfində əyləşə bilir, amma Hafiz Paşayev isə salonun ən arxa yerində oturub. Və o yerdə ki, açıq desəm, tanış-bilişi, statusu olmayan, dəvətnaməni güclə əldə edən, salonda yer tapa bilməyən tamaşaçılar əyləşirlər. Ordan yalnız oxunan muğamı və çalınan musiqini dinləmək mümkündür, ekranda görünmə yeri deyil!

*** 

 Bu qeyd etdiyim sorğu və suallara təbii baxın, hər kəs özünə bu sualı verə bilər ki, axı bu nə deməkdir? Yəni, bu o deməkdir ki, baş verənlər Azərbaycan reallığına qəti uyğun gəlmir… Amma həm də cavabı şəxsən mənə dəqiq bəlli olandır ki, yox, Hafiz Paşayev ön cərgədə əyləşə bilməzdi! O, ekranda görünmək üçün yox, bəlkə də görünməmək üçün arxada, lap arxada əyləşmişdi  ki, bəlkə də onu ümumiyyətlə, görən olmasın. Axı o, "Muğam Mərkəzi"nə hər dəfə musiqi dinləməyə gəlib, ekranda görünmək, kiməsə özünü göstərmək üçün yox! Açıq deyirəm və bu, mənim şəxsi qənaətimdir ki, Hafiz müəllimi məcbur etsəydilər belə görünən yerdə görünməzdi, əyləşməzdi. Lap açıq desəm, heç onu dövlətin bir saylı TV-si olan AzTV-də görən olub???

***

  …Neçə il əvvəl İran İslam İnqilabının ildönümü bayramı ilə bağlı İranın Azərbaycandakı Səfirliyi ziyafət tədbiri keçirirdi. «Alov qüllələri»ndəki növbəti rəsmi tədbirdəyəm. Nazirlərdən bir neçəsi rəsmi hissə bitəndən sonra kənara çəkilir, köməkçiləri onlara yemək daşıyır, şirələr, çay, meyvə gətirir, boşqablarını dəyişdirir və s. Təbii ki, bu mənzərəni görənlər baş verənlərə elə təbii də baxmağında idi…

Bu isə başqa bir fərqli mənzərə: ötən yay aylarında Medianın İnkişafı Ağentliyi ayrı-ayrı media orqanlarının rəhbərləri üçün ADA Universitetində təlimlər keçirirdi. Xarici media ekspertlərinin, həmçinin ADA-nın media üzrə müəllim-ekspertlərinin iştirak etdiyi təlimlərdə bir ay müddətində mən də iştirakçı oldum. Təlim olan günlərdə biz qrup halında naharı ADA-nın tələbə yeməkxanasında edirik. Təlimin ilk günü bir neçə həmkarımla eyni masa arxasında əyləşib nahar edirdik ki, bir də gördük Hafiz Paşayev bir tələbə ilə (bəlkə də müəllim idi) zala daxil oldu, sakitcə «özünə xidmət» sinilərindən birini götürüb müxtəlif yeməklərdən çəkdi, sonra masaya əyləşdi, daha sonra iki müəllim də gəldi və birlikdə nahar etdilər… Biz media rəhbərləri isə bu mənzərəni seyr edib öz-özümüzə təəccüblə danışırıq: hər nə olsa belə, bu boyda ADA-nın rektoru, 2020-ci ilədək nazir müavini, diplomat və s. kimi ciddi statusların daşıyıcısı olan, yaşlı demək düz gəlməsə də, cavan da olmayan (1941-ci təvəllüdlüdür, hazırda 81 yaş, ötən il 80 yaş) bir şəxsin masasına yemək gətirməkdə nə qəbahət ola bilərdi ki?! Amma Hafiz Paşayev fiziki imkanı yol verirsə, bunu niyə kiməsə həvalə etməlidir, məntiqi ilə özü edirdi… Və ən maraqlısı, nahar bitdi, hamı kimi, Hafiz müəllim də yemək yediyi sinini özü götürüb yuyulma yerinə təhvil verdi.

 Bu, bəlkə də adi kimi görünən hadisə idi. Biz də ayağa durduq, maraq xatirinə xidmətçi xanıma yaxınlaşıb "kəşfiyyat xarakterli" sual etdim ki, niyə rektorunuza - rəhbərinizə kömək etmirsiniz, qulluq göstərmirsiniz? Onun cavabını olduğu kimi verə bilmərəm, amma görün nə baş verib. Deyir: «Biz ilk dəfə buna cəhd etdik, bizə dedi ki…».

Sonra təklif ediblər ki, bəlkə yemək kabinetinə aparılsın, Hafiz müəlim bu zaman isə deyib ki!!!  O, rektor, böyük alim, universitetin elə o mənada böyüyü-ağsaqqalı olaraq qərar verib ki, bütün müəllimlər tələbələrlə birgə nahar etsin, vəssalam! Bunun isə nə demək olduğunu-mənasını bilməyə nə var ki!

***

…Bakıda xüsusən də son vaxtlar cansıxıcı tıxaclara məhkumuq. Özüm də hər gün işdən çıxanda bunun şahidi olur və tıxacların əziyyətini çəkirəm. Amma bu tıxaclarda hər gün eyni bir hadisənin şahidi oluram: dövlət nömrə nişanından vəzifəsi bəlli məmurlar işdən çıxanda, yaxud harasa gedəndə onların mühafizəçilərlə birgə müşaiyət edildiklərini görürəm. Hətta bəzən DYP avtomobili də onlara yol açır, tıxacdan daha rahat və maneəsiz çıxmalarına çalışırlar. Olsun! Dövlət məmurlarının statusu bunu tələb edir, amma…

***

…Aprelin 8-də, saat 10:12 radələridir: idarə etdiyim avtomobilimlə Kukla teatrını keçib «Azneft» meydanına tərəfə tısbağa sürəti ilə gedirəm. …Əziz Əliyev küçəsində-yolun sağında Hafiz Paşayevi piyada gedən görürəm. Şübhəsiz, tıxaclarda addım-addım irəliləməyə hövsələsi çatmadığından, piyada addımlamağa üstünlük verib. Biz belə hallara adətən sənədli filmlərdə və Avropa ölkələrində rast gələrik. İndi bir anlığa təsəvvür edin, məsələn, nazir Sahil Babayev, yaxud Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, hansısa universitetin rektoru, hansısa rayonun icra başçısı, hansısa rayonun deputatı… xidməti avtomobilini buraxıb Bakının küçələrində işə piyada gedir! Ağlabatandırmı?! Əlbəttə, Azərbaycan reallığında bu mümkünsüz görünür. Nə danışırsız, camaat nə deyər, kimsə telefona çəkib Tik-Tok-a qoyar, qonum-qonşu adama gülər… Bəli, bunlar real olmayan, ağla sığmayan hadisələrdir!

 Hafiz Paşayev nəinki Azərbaycanda real görünməyəni reallaşdırır, həm də mümkünsüz görünəni mümkünlü edir. O, sanki yaşına, yüksək statusuna, titullarına… baxmayaraq, onsuz da Bakını əldən salan, getdikcə daha da ciddiləşən tıxacların acığına Bakı küçələrində piyada gəzərək hansısa tədbirə tələsir, işə gedir…

***

…Belə misalların sayını artıra da bilərəm. Lakin məncə, kifayətdir!

 Professor Hafiz Paşayev məni tanımır, amma mənim bir jurnalist kimi onu daha yaxından tanımaq borcum var! Bu mənada mənim də onun Azərbaycan cəmiyyətinə başdan ayağa nümunə ola biləcək həyatının kiçik bir məqamını ictimailəşdirməyə haqqım çatdı. Bu haqqı həm də vicdanım yetərli etdi. Axı necə ola bilər ki, cəmiyyət Azərbaycanın belə dəyərlərindən nümunə götürmür, götürmək istəmir, elə gənclərimiz hansısa pis vərdişli insanların həyatını əzbərinə bilir, müzakirə edir, təlqin edir, yamsılayır… Hətta jurnalistlərimiz, yazıçılarımız… hansısa nümunəni çəkəndə ingilisin, rusun, amerikalının… hansısa bir yazıçısını, alimini, diplomatını… nümunələşdirir. Özümüzün isə dəyərimiz başımızın üstündə, gözümüzün qarşısındadır. Amma görmürük, duymuruq, bilmirik… Mən birini nümunələşdirdim, təqdim etdim, çağırış etdim.

Gəlin, dəyərlərimizə sahib çıxaq, onları nümunələşdirək, dəyərə və hörmətə mindirək!

Asif Mərzili

P.S.Bu yazını istədim Medianın İnkişafı Agentliyinin icra etdiyimiz ənənəvi layihə yazısı kimi də təqdim edim. Amma düşündüm ki, yazının sonunda məcburən «Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanmışdır» yazmalıyam. Düşündüm, deyəcəklər ki, bu yazı yüz faiz sifarişlidir… Sifarişlidir, amma sosial tələb və sifarişlədir!

Pin It

CƏMİYYƏT

20-Dek-2024 By Asif Memmedov

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ…

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbayca

19-Dek-2024 By Elbar Şirinov

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT…

Atışma Abxaziya parlamentinin binası yaxınlığında

18-Dek-2024 By Asif Memmedov

Очередные армянские фальсификации, или как…

С этим нельзя не согласиться. Тем более, эта инфор

SİYASƏT

18-Dek-2024 By Asif Memmedov

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ…

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın

18-Dek-2024 By Elbar Şirinov

ZELENSKİ TRAMPA DEYİB Kİ...

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti

13-Dek-2024 By Elbar Şirinov

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan

12-Dek-2024 By Elbar Şirinov

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ…

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətə

12-Dek-2024 By Yasemen Memmedov

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ…

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya

MƏDƏNİYYƏT

20-Dek-2024 By Yasemen Memmedov

İRAN PREZİDENTİ HİCABLA BAĞLI QANUNA…

İran prezidenti veto hüququndan istifadə edib və ö

16-Dek-2024 By Asif Memmedov

ƏLİ KƏRİMOVUN 150 İLLİK YUBİLEYİ…

Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndə

13-Dek-2024 By Elbar Şirinov

ƏMƏKDAR ARTİSTƏ AĞIR İTKİ

Şou-biznes aləmində kifayət qədər tanınmış, rəğbət

13-Dek-2024 By Yasemen Memmedov

"DİOR" ÇANTASININ KƏMƏRİ GƏNC MODELİN…

3 il əvvəl "Vogue" jurnalı üçün çəkiliş zamanı "Di

12-Dek-2024 By Elbar Şirinov

REZA DEQATİNİN MƏRAKEŞDƏ SƏRGİSİ AÇILIB

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzey

11-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCAN-TÜRKSOY ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil

KRİMİNAL

20-Dek-2024 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 21…

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 28, əv

17-Dek-2024 By Elbar Şirinov

ODLU SİLAHLA POLİSƏ MÜQAVİMƏT GÖSTƏRƏN…

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan ş

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

21-Dek-2024 By Elbar Şirinov

ORBAN RUSİYAYA QARŞI SANKSİYALARI LƏĞV…

Anti-Rusiya sanksiyaları mümkün qədər tez və maksi

21-Dek-2024 By Elbar Şirinov

O, ZELENSKİNİN GÜCSÜZ OLDUĞUNU…

Ukrayna rəhbəri Vladimir Zelenskinin Rusiya prezid

21-Dek-2024 By Elbar Şirinov

UKRAYNADA HAVA HÜCUMU XƏBƏRDARLIĞI…

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı el

21-Dek-2024 By Elbar Şirinov

POLİS TERROR AKTINDA 4 NƏFƏRİN…

Maqdeburq (Saksoniya-Anhalt) şəhərinin polisi avto

21-Dek-2024 By Elbar Şirinov

ƏSƏD SURİYANI TƏRK ETMƏZDƏN…

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Dəməşqi tər

20-Dek-2024 By Yasemen Memmedov

SAXTA DOLLARLA TELEFON ALDILAR: DÖRD…

Bakıda saxta valyuta ilə mobil telefon və elektron

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

19-Dek-2024 By Elbar Şirinov

AQTA SAXTA SPİRTLİ İÇKİLƏRLƏ BAĞLI ÇAĞIRIŞ…

Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütlə

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

20-Dek-2024 By Yasemen Memmedov

NİYƏ T…

2024-cü ilin yanvar-noyabr ayında Türkiyədə Azərba

TƏHSİL

18-Dek-2024 By Yasemen Memmedov

"…

Bakı Ali Neft Məktəbinin komandaları ilk üç yeri