PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ İMZALAMAĞA RAZI OLUB

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ İMZALAMAĞA RAZI OLUB

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkliflər göndərib

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN SSENARİSİNİ TƏKRARLAYA BİLƏR - BRİTANİYALI POLKOVNİK

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN SSENARİSİNİ TƏKRARLAYA BİLƏR - BRİTANİYALI POLKOVNİK

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkrarlanmasına səbəb ola bilər.

"BİZ HEÇ KİMİN İŞİNƏ QARIŞMIRIQ..."

"BİZ HEÇ KİMİN İŞİNƏ QARIŞMIRIQ..."

"Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq..."

"Azcosmetics" MMC-də cidanı çuvalda gizlətmək cəhdi…

"Azcosmetics" MMC-də cidanı çuvalda gizlətmək cəhdi…

  Vergi orqanı adı çəkilən şirkəti qanunsuz əməlinə görə 22.10.2024-cü il tarixli akt və 25.10.2024-cü il tarixli qərarı ilə 9730 manat cərimələmişdi...

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ TƏLTİF EDİLDİ

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ TƏLTİF EDİLDİ

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

MÜƏLLİMƏ HƏYƏCAN TƏBİLİ ÇALDI: "BİZƏ KÖMƏK EDİN Kİ, TƏHSİLİMİZİ..."

MÜƏLLİMƏ HƏYƏCAN TƏBİLİ ÇALDI: "BİZƏ KÖMƏK EDİN Kİ, TƏHSİLİMİZİ..."

 Aygün Sadıq: “Naziri tərəfindən müdafiə olunmayan, əzilən, alçaldılan müəllimə, sözsüz, hücum etmək də asandır...”

 EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ YASAMALDAKI XARABALIĞA AYDINLIQ GƏTİRDİ…

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ YASAMALDAKI XARABALIĞA AYDINLIQ GƏTİRDİ…

Nazirlikdən «Təzadlar»ın yazı-sorğusuna verilən 12 dekabr 2025-ci il tarixli, 3-14-26-2-2415-2024 saylı cavab məktubunda deyilir:

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ" ELAN EDİLİB - SƏRƏNCAM

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ" ELAN EDİLİB - SƏRƏNCAM

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

 PİLOTLAR NİYƏ SUYA ENİŞ ETMƏYİBLƏR? - AVİASİYA EKSPERTİ İZAH EDİB

PİLOTLAR NİYƏ SUYA ENİŞ ETMƏYİBLƏR? - AVİASİYA EKSPERTİ İZAH EDİB

 Qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev təyyarənin “quyruğunun” həm təhlükəsizliyini şərh edib, həm də Aktauda qəzaya uğrayan  “Azərbaycan Ha...

MEDİA

07-Yan-2025 By Asif Memmedov

"…

  Vergi orqanı adı çəkilən şirkəti qanunsuz əməli

Detay

İnstitun rəhbərliyi Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qiymətli əlyazmalarını xilas etmək üçün yollar axtarır, kollektiv akademik Ramiz Mehdiyevdən kömək istəyir...

Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən yeməkxananın fəaliyyətində kimlər maraqlıdır?

 ...Xeyli zamandır ki, Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutundakı qiymətli əlyazmaların başı üzərində qara buludlar gəzir... Bəs bu qara buludların “himayədarı” kimdir, Əlyazmalar İnstitundan nə istəyir???

Mətləbə keçək: ikinci dəfədir ki, Əlyazmalar İnstitutundan “Təzadlar”a şikayət daxil olur ki, onların qiymətli əlyazmalar saxlanan otaqlarının düz altında  yeməkxana fəaliyyət göstərir. Yeməkxanadan qalxan yağların buxarı, soğan, sarımsaq və s. digər ərzaq və yeməklərin iyi bütün günü otaqlardan çəkilmir.

 İnstitun əməkdaşlarının narazılıq dolu şikayətindən aydın olurdu ki, bu yeməkxanada bişən yeməklərin iyi, qaynadılan sudan, xörəkdən qalxan buxarın  hamısı qiymətli əlyazmalar saxlanılan saxlanc otağına da ciddi təsir edir, nəmişliyin əsas mənbəyinə çevrilir. Onsuz da cüzi əmək haqqı ilə güc-bəla başını saxlayan alimlər pəncərəni açıb təmiz hava da ala bilmirlər. Bu zaman yeməklərin iyi otaqlara “hücum çəkir” və iş prosesinə mane olur.

 Bəs alimlərə ciddi narahatlıq, əlyazmalara olduqca təhlükəli vəziyyət yaradan bu yeməkxananın fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyasına çoxmu lazımdır, bu iaşə obyektinə necə icazə verilib???

  Şikayəti yerində araşdırmaq üçün deyilən ünvana getdik. Doğrudan da Əlyazmalar İnstitutunun zirzəmisində yerləşən yeməkxananın yeri qətiyyən düzgün seçilməyib. Onu da öyrəndik ki, institutun zirzəmisinin yeməkxana kimi fəaliyyət göstərməsinə Elmlər Akademiyasının Rəyasət Heyətinin rəhbərliyi icazə verib. Özü də mərhum akademik Fərəməz Maqsudovun xeyir-duası ilə... Hazırkı rəhbərliyin Əlyazmalar İnstitutunun saxlanc yerinin altında belə bir yeməkxananın fəaliyyətinə icazə verməsinin səbəbini isə hələki öyrənə bilməmişik... İnstitun direktoru Teymur Kərimli isə dövləti tədbirlə bağlı işdə olmaması səbəbindən onun da mövqeyini öyrənə bilmədik. Lakin bəzi əməkdaşlarla görüşdük, hamısı qəzetimizə minnətdarlıq edərək bilmədiyimiz çox mətləblərdən danışdılar: “Canımız boğazımıza yığılıb. Direktor Teymur müəllim dəfələrlə məsələ qaldırıb, lakin hələki həmin yeməkxananın fəaliyyətində maraqlı olan qüvvələr imkan vermirlər ki, yeməkxana buradan başqa yerə köçürülsün... Ora vaxtilə əlyazmaların saxlandığı anbar təsərrüfatı kimi fəaliyyət göstərib... “.

 Qeyd etdiyimiz kimi, Bizi maraqlandıran bir sıra suallara direktor Teymur Kərimli işdə olmadığından rəsmi cavab ala bilmədik. Amma bu, bir faktdır ki, belə bir strateji institutun zirzəmisində yeməkxananın fəaliyyət göstərməsi qətiyyən yolverilməzdir. Bildiyiniz kimi, su damcı-damcı eyni yerə aylarla düşəndə, hətta daşı deşir. İndi bu yeməkxanadan qalxan müxtəlif buxar da nə vaxtsa qiymətli əlyazmalara mənfi təsirini mütləq göstərəcək. Ona görə də bu gün alimlərin qaldırdığı həyəcan siqnalına biganə yanaşmaq olmaz.

Təqdim edilən fotoşəkillərə diqqətlə baxın, yeməkxananın qapısı ilə “Elm” nəşriyyatının qapısı yan-yanadır. Oradakı xörəklərdən qalxan iy birbaşa nəşriyyata da daxil olur. Axı yeməkxana ilə nəşriyyat eyni yerdə ola bilməz.

İnanırıq ki, aidiyyəti qurumlar məsələyə çox həssaslıqla yanaşacaq və alimlərin iş prosesini pozan, əmək fəaliyyətinə maneçilik törədən, eyni zamanda qiymətli əlyazmalara ciddi ziyan vura biləcək yeməkxananın fəaliyyətinə son qoyacaqlar.

Təəssüflər olsun, yeməkxanada da olduq, məsul şəxs olmadı ki, hansısa suala cavab axtaraq. Əslində isə, suallara orada işləyənlər yox, həmin yeməkxananın əsl sahibi və AMEA-nın Prezidenti hörmətli akademik Ramiz Mehdiyev verə bilər... Çalışacağıq həmin suallara aydınlıq gətirək. Belə ki, institut kollektivinin Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, AMEA-nın Prezidenti Ramiz Mehdiyevə müraciətində həmin suallara cavab istənilir... Amma kollektiv hələlik inanır ki, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev bu problemin həllinə əlac tapacaq...

Mövzunu diqqətdə saxlayacağıq.

A.Məmmədli

P.S. Əks tərəfin də mövqeyini dinləyib, dərc etməyə hazırıq.  

 

  

Pin It

CƏMİYYƏT

08-Yan-2025 By Asif Memmedov

"BİZ HEÇ KİMİN İŞİNƏ QARIŞMIRIQ..."

"Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğu

27-Dek-2024 By Yasemen Memmedov

PİLOTLAR NİYƏ SUYA ENİŞ…

 Qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev t

26-Dek-2024 By Yasemen Memmedov

“...NƏ AZƏRBAYCAN, NƏ RUSİYA, NƏ…

"Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxa

SİYASƏT

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

28-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ…

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenli

26-Dek-2024 By Elbar Şirinov

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK…

Cəbhədə sabitliyin olmadığı, eləcə də Kremlin sərt

MƏDƏNİYYƏT

08-Yan-2025 By Elbar Şirinov

"CEYMS BOND" FİLMİNİN AKTYORU DÜNYASINI…

Meksikalı aktyor Emilio Eçevarria 81 yaşında vəfat

07-Yan-2025 By Yasemen Memmedov

MÜĞƏNNİ FƏXRİ ADLARIN PULLA SATILDIĞINI…

Sənətçi Təranə Qumral sənət adamlarına fəxri adlar

07-Yan-2025 By Asif Memmedov

RƏSSAMIN SƏRGİSİ XÜSUSİ MARAQ DOĞURMAQDADIR

 Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş

02-Yan-2025 By Elbar Şirinov

FƏRDİ TAYFUR VƏFAT ETDİ

Türkiyənin tanınmış müğənnisi Fərdi Tayfur 80 yaşı

29-Dek-2024 By Asif Memmedov

DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİYİ BELƏ QEYD…

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaq

27-Dek-2024 By Yasemen Memmedov

"UĞURLARIMIZLA 2025-Ə" MİLLİ MÜKAFATININ TƏQDİMETMƏ…

Dekabrın 24-də Bakı Gənclər Mərkəzi və Beynəlxalq

KRİMİNAL

08-Yan-2025 By Elbar Şirinov

XAÇMAZ SAKİNİNDƏN "KALAŞNİKOV" GÖTÜRÜLDÜ

Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm

08-Yan-2025 By Elbar Şirinov

BƏRDƏDƏ AVTOMAT SATMAQ İSTƏYƏN HƏBS…

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs h

06-Yan-2025 By Elbar Şirinov

30 KİLOQRAM NARKOTİK AŞKARLANDI

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

08-Yan-2025 By Elbar Şirinov

GÜRCÜSTAN ÖLKƏNİN UKRAYNA SSENARİSİNDƏN…

Gürcüstan Ukrayna ssenarisindən yayına bildi, laki

08-Yan-2025 By Elbar Şirinov

RUSİYALI QADIN TÜRKİYƏDƏ İTKİN DÜŞÜB

Rusiya Federasiyası vətəndaşı Türkiyədə yoxa çıxıb

08-Yan-2025 By Elbar Şirinov

AĞIR YOL QƏZASI: TRAKTORLA MİNİK…

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Tərtərdə biri

08-Yan-2025 By Elbar Şirinov

TÜRKİYƏ SURİYA İLƏ BİRGƏ HƏRBİ…

Türkiyə və Suriya silahlı qüvvələri Kürdüstan Fəhl

08-Yan-2025 By Elbar Şirinov

ABŞ: ZELENSKİNİN UĞUR ŞANSI YOXDUR

Kiyev rejiminin lideri Vladimir Zelenski Rusiya il

08-Yan-2025 By Elbar Şirinov

FHN: ÖTƏN SUTKA ƏRZİNDƏ 29…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

08-Yan-2025 By Elbar Şirinov

8 YANVARIN ULDUZ FALI

Gün məşğul olmağı vəd edir, lakin dincəlmək üçün v

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

08-Yan-2025 By Asif Memmedov

BİZ ÜM…

Məlumdur ki, hər bir ölkənin iqtisadiyyatının əsas

TƏHSİL

07-Yan-2025 By Yasemen Memmedov

RUSİYA…

Rusiyada ali təhsilin bakalavriat pilləsi ləğv olu