booked.net booked.net  

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Komitədən verilən məlumata görə, o, qurumun sədri Fuad Muradovla görüşüb. Söhbət zamanı qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların fəaliyyəti daim diqqət mərkəzində saxlanılır və qiymətləndirilir.

Cavanşir Quliyev ölkəmizin türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN