SƏHNƏMİZİN RAMİZ MƏLİKSİZ BİR İLİ...

SƏHNƏMİZİN RAMİZ MƏLİKSİZ BİR İLİ...

 Bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin ən parlaq ulduzlarından birinin, teatr və kino sahəsinin böyük bir epoxasının sonuncu magikanlarınd...

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.

32 İLDƏN SONRA XOCALIDA XOCALILI OLDULAR

32 İLDƏN SONRA XOCALIDA XOCALILI OLDULAR

Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb...

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ GƏLİB

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ GƏLİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətər Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Xəlfan əl-Kaabi Dəməşqə gəlib və burada Suriyanın yeni ha...

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ SONADƏK MÜBARİZƏ APARACAĞINI BƏYAN ETDİ

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ SONADƏK MÜBARİZƏ APARACAĞINI BƏYAN ETDİ

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya prezidenti qiyam ittihamlarını rədd edib.

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN İSTİLİK VERİLMƏMƏSİNDƏN ŞİKAYƏT EDİB...

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN İSTİLİK VERİLMƏMƏSİNDƏN ŞİKAYƏT EDİB...

Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahının (bağ evinin) yaxşı isidilməməsi səbəbindən alternativ qızdırıcılar yandırdıqlarını bildirib və bu...

TARİX İNSTİTUTU ƏMƏKDAŞININ «TƏZADLAR»A QARŞI MƏHKƏMƏSİNİN HAZIRLIQ İCLASI KEÇİRİLDİ

TARİX İNSTİTUTU ƏMƏKDAŞININ «TƏZADLAR»A QARŞI MƏHKƏMƏSİNİN HAZIRLIQ İCLASI KEÇİRİLDİ

Qəzet rəhbərliyinin vəsatəti təmin olundu: növbəti məhkəmə iclasında qəzetə müsahibə vermiş institut əməkdaşı, tanınmış tarixçi alim Günel Aslanlı şah...

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK  - SON HADİSƏLƏRİ MÜZAKİRƏ ETMƏYƏ

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK - SON HADİSƏLƏRİ MÜZAKİRƏ ETMƏYƏ

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Suriyadakı son hadisələr və Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı vəziyyəti müzakirə etm...

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ DAYANDIRILDI

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ DAYANDIRILDI

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12A ünvanında fəaliyyət göstərə...

MEDİA

12-Dek-2024 By Asif Memmedov

TARİX …

Qəzet rəhbərliyinin vəsatəti təmin olundu: növbəti

Detay

Müdafiə nazirliyinin işğaldan azad olunmuş ərazilərimizdən hər gün yaydığı video süjetləri izlədikcə, insan dəhşətə gəlir. İnsan nə qədər vəhşi, barbar,  insanlara,insanlığa qarşı bu qədər qəddar ola bilər. Daşı daş üstdə qoymayıblar. Dünyada belə vəhşi, barbar və başqa xalqa kin-kidurət bəsləyən bir millət olmayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsilə bağlı hüquqi addımalrın atılacağını bildirib:

 “Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”. 

  Vaxtılə azərbaycanlıların yaşadığı doğma ata-baba yurdlarının ermənilər tərəfindən tamamilə dağıdılıb viranə qoyulmasını gördükcə, belə bir təsəvvür yaranır ki, belə bir vəhşiliyi törədən zümrənin yer üzərində yaşamaq haqqı yoxdur. Bu zümrə yer üzündən silinməlidir, bu zümrə cəzlandırılmalıdır, təbiətə, insanlara vurduğu ziyanın əvəzini ödəməlidir. Bu vəhşiliyi ermənilərə bağışlamaq, ya da güzəştə getmək insanlığa xəyanət olardı.

 Ermənilərin 30 il işğal altında saxladıqları əraziləridə törətdikləri talançılıq, soyğunçuluq, vandalizm qəsdən edilən faktlardır. Bir dövlətin digər bir dövlətin ərazisinə,əhalisinə vurulan maddi- mənəvi ziyanların üstündən keçməkmi olar? Heç vaxt!

 30 illik işğal nəticəsində Azərbaycana, onun vətəndaşlarına milyardlarla manat ziyan dəyib. Müstəqil iqtisadçılar qrupu da araşdırmalar aparıb və Azərbaycana dəymiş ziyanın ilkin məbləğini bəyan ediblər. Onların fikrincə, ermənilər Azərbaycana 350 milyard dollardan çox ziyan vurublar. Dünya mətbuatı yazır ki, heç II Dünya savaşında Stalinqrad ermənilərin Azərbaycan torpaqlarını viran qoyduğu qədər dağıntıya məruz qalmayıb”:

 Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir.

 Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır. Bunlarla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion məhv edilmişdir.

 Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınmışdır.
Şuşanın işğal edilməsi nəticəsinda 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Navabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir.

 Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulmuşdur.

 Beləliklə, Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir.

 Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsində  göstərilmişdir. Sənədin 28-ci maddəsində qeyd edilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamənin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir. Sənədin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".

 Bütün bu sadalanan cinayətlər siyasi, hüquqi qiymət alacaqmı? Ermənilər təzminat ödəyəcəklərmi və hansı məbləğdən söhbət gedir? 

 Təzminat davası mütləq açılmalıdır. Nazirlər Kabinetinin yaratdığı xüsusi komissiya çalışır və dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Beynəlxalq ekspertlər də dəvət olunub.  
 Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki,30 il ərzində ermənilər Azərbaycanın təbii sərvətlərini talayıblar. Bunların hamısı hesablanmalıdır. Artıq ilkin hesablamalar var ki, bunlar beynəlxalq məhkəmələrdə araşdırma obyekti olacaq. Bununla yanaşı, 27 sentyabrdan bu günədək mülki əhaliyə, cəbhə bölgəsindən kənarda yerləşən ərazilərə çox ciddi ziyan dəyib. Bununla bağlı Baş prokuror Kamran Əliyevin rəhbərliyi yaradılan Komissiya tərəfindən iş gedir. Söhbət böyük məbləğdə təzminatdan gedir. Məsələyə necə, hansı məhkəmələrdə baxılacaq, bu, sonrakı mərhələdə müəyyənləşəcək. Amma söhbət  5-10 milyarddan yox, 100 milyardlardan gedir. Bu təzminatı Ermənistandan mütləq və qəti surətdə tələb edəcəyik. 

 Hüquqşünas Çingiz Qənizadə qeyd edir ki, Prezidentin qaldırdığı məsələ ilə bağlı yaradılan xüsusi Komissiya öz işinə başlayıb:

“Komissiya Ermənistan işğalı nəticəsində ayrı-ayrı fiziki şəxslərə, sahibkarlıq subyektlərinə, infrasturuktura vurulmuş ziyanın məbləğinin hesablanması ilə məşğuldur. Müharibə bitsə də, Azərbaycanın işğal olunmuş ərazilərində barbar və vandalizm hərəkətlərini həyata keçirən erməni hakimiyyətinə qarşı iddia qaldırmalı və dəqiq zərərin əvəzini tələb etməlidir. Vaxtilə İraqın Küveytə hücumu nəticəsində dəymiş zərərlə bağlı İraq təzminat ödədi. Eləcə də, İkinci Dünya Müharibəsi dövründə Almaniya bir çox dövlətlərə təzminat ödəyib. Amma İkinci Dünya Müharibəsindən sonra bu cür vandalizmlə ilk dəfə rastlaşırıq və vəhşiliyin şahidi oluruq. Odur ki, Azərbaycan dövləti haqlı olaraq, bu vandalizmin Ermənistanın işğalı nəticəsində baş verdiyini əsas götürərək, hesablamların və dəymiş zərərin qiymətləndirilməsilə məşğuldur. Gələcəkdə bu qiymətləndirmələr öz həllini tapdıqdan sonra bir çox beynəlxalq təşkilatların mütəxəssslərini, ayrı-ayrı qurumları dəvət edəcəyik ki, onlar baş verənləri gözlərilə görsünlər.

 Ümid edirik ki, Ermənistanın havadarları onun arxasında dayanmaqdan əl çəkdikdən sonra gələcəkdə bu cür çəkişmələrdə onu müdafiə etməkdən kənar olacaq”. 

Ç.Qənizadənin sözlərinə Ermənistan tərəfi o qədər alçaq, mənfur, ikiüzlü dövlətdir ki, bu məsələdə də vəziyyətdən də sui-istifadə etməyə, ayrı-ayrı qapılarda ağlamağa çalışacaq:

“Azərbaycan öz ərazisində niyə hansısa təxribatı həyata keçirsin? Azərbaycan işğala məruz qalıb və 30 ildir ki, bizim nəzarətimizdə olmayan vandalizmi görürük. Bunu beynəlxalq ictimaiyyət, ora dəvət olunan beynəlxalq təşkilatların nümayəndələri görəcək. Zərərin dəyməsilə bağlı dəqiq vaxtın müəyyən olunması ekspertiza ilə müəyyənləşəcək. Təbii ki, onlar müəyyən həyasızlıq edəcəklər, amma beynəlxalq məhkəmələrin qəbul etdiyi qərarlar məcburidir və dövlətlər tərəfindən icra olunur”.

 Sevindirici haldır ki, araşdırmalar müxtəlif istiqamətlərdə, müxtəlif komissiyalar tərəfindən  aparılır və ümid edirik ki, nəticələrlə və yekun qərarla tez bir zamnda tanış ola biləcəyik.

Şakir QURBANOV 

Pin It

CƏMİYYƏT

13-Dek-2024 By Asif Memmedov

32 İLDƏN SONRA XOCALIDA XOCALILI…

Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı y

12-Dek-2024 By Elbar Şirinov

SURAXANIDAKI "YURD" MƏRASİM EVİNİN FƏALİYYƏTİ…

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı

10-Dek-2024 By Elbar Şirinov

ABŞ SENATORU HAKİMİYYƏTDƏN QOŞUNLARIN SURİYADAN…

Kentukki ştatının senatoru Randal Pol ABŞ-ı qoşunl

SİYASƏT

13-Dek-2024 By Elbar Şirinov

PUTİN PAŞİNYANLA GÖRÜŞMƏYİ PLANLAŞDIRMIR

Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistan

12-Dek-2024 By Elbar Şirinov

HAKAN FİDANLA XƏLFAN ƏL-KAABİ DƏMƏŞQƏ…

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətə

12-Dek-2024 By Yasemen Memmedov

CƏNUBİ KOREYA LİDERİ XALQA MÜRACİƏTİNDƏ…

 “Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya

12-Dek-2024 By Yasemen Memmedov

PAŞİNYAN SOYUQDAN DONUR: O, DÜZGÜN…

Ermənistanın baş naziri Nikol Paşinyan iqamətgahın

12-Dek-2024 By Yasemen Memmedov

BLİNKEN ANKARAYA SƏFƏR EDƏCƏK …

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni

MƏDƏNİYYƏT

13-Dek-2024 By Elbar Şirinov

ƏMƏKDAR ARTİSTƏ AĞIR İTKİ

Şou-biznes aləmində kifayət qədər tanınmış, rəğbət

13-Dek-2024 By Yasemen Memmedov

"DİOR" ÇANTASININ KƏMƏRİ GƏNC MODELİN…

3 il əvvəl "Vogue" jurnalı üçün çəkiliş zamanı "Di

12-Dek-2024 By Elbar Şirinov

REZA DEQATİNİN MƏRAKEŞDƏ SƏRGİSİ AÇILIB

Mərakeşin paytaxtı Rabatın Milli Fotoqrafiya Muzey

11-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCAN-TÜRKSOY ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil

10-Dek-2024 By Elbar Şirinov

QIRĞIZ YAZIÇISI SULTAN RAYEVİN "DAŞQIN"…

Dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti v

10-Dek-2024 By Asif Memmedov

EL OĞLU, ELİN OĞLU, ELOĞLU...

…Zəngilanda hamı onu belə tanıyıb, belə sevib. Bun

KRİMİNAL

13-Dek-2024 By Yasemen Memmedov

MN-NİN MALİYYƏ XİDMƏTİNİN RƏİSİ CİNAYƏT…

Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəl

09-Dek-2024 By Elbar Şirinov

NARKOTİKLƏ BAĞLI TUTULAN MÜTƏŞƏKKİL DƏSTƏNİN…

Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha

06-Dek-2024 By Elbar Şirinov

QUBADA 102 MİN MANATLIQ DƏLƏDUZLUQ…

Quba Rayon Polis Şöbəsinin əməkdaşları dələduzluq

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

13-Dek-2024 By Elbar Şirinov

UKRAYNADA ÖLKƏNİN YARISINDA ELEKTRİK ENERJİSİ…

“Yasno” enerji şirkətinin baş direktoru Sergey Kov

13-Dek-2024 By Elbar Şirinov

BAKIDA NARKOKURYERLİKLƏ MƏŞĞUL OLMAQDA…

Bakıda narkokuryerliklə məşğul olmaqda şübhəli bil

13-Dek-2024 By Elbar Şirinov

BAKIDA ŞİRKƏTDƏN 15 MİN MANATDAN…

Bakıda şirkətdən 15 min manatdan artıq mənimsəmə o

13-Dek-2024 By Elbar Şirinov

DÖVLƏT YOL POLİSİ İDARƏSI…

Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən b

13-Dek-2024 By Elbar Şirinov

DEBATÇI GƏNCLƏR YAŞIL GƏLƏCƏK ÜÇÜN…

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ət

13-Dek-2024 By Elbar Şirinov

İSTEHLAKA YARARSIZ ƏT VƏ SUBMƏHSULLARININ…

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərə

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

13-Dek-2024 By Elbar Şirinov

XIRDALANDAKI "GÜVƏN LAHMACUN" RESTORANININ FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILIB

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşer

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

13-Dek-2024 By Yasemen Memmedov

YENİ D…

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir.

TƏHSİL

13-Dek-2024 By Yasemen Memmedov

BANM-N…

Bakı Ali Neft Məktəbinin rektoru BANM-də təhsil